Yay gəldimi xanımların "kim daha çox qaralacaq" yarışması da başlayır. Halbuki bunun uğruna saatlarla günəs altında uzanıb "par-par yanan deri" yə sahib olacağımızı düşünməmiz ən böyük yanlışımızdır.Çünki sağlam şəkildə qaralma heç də çətin deyil, xanımlar. Moda jurnallarındakı modellər kimi dərisi olmasını kim istəməz ki?
Əgər bədənimi günəş şüalarıyla qaraldacam deyirsizsə, bəzi qaydalara əməl etməlisiniz. Əslində günəş şüalarının altında saatlarca uzanmaq özü ilə bəzi təhlükələr gətirir. Sağlam qaralmanın ən klassik yolu saat 10:00-15:00 arasında günəş altına cıxmamaqdır. Günəşin zərərli şüalarından qorunmaq üçün yay fəslində hər gün günəş kremlərindən istifadə etmək sizə səhər yeməyiniz qədər vacibdir, əziz xanımlar. Buna görə də günəşə cıxmadan 20 dəqiqə əvvəl SPF50 faktorlu qoruyucu kremlərdən istifadə edin. Əgər dəniz və ya hovuz kənarındasınızsa, kremlərdən daha tez-tez istifadə etməniz məsləhətdir, çünki suya girib çıxdıqca krem təsirini itirir.
Qoruyucu kremlərlə birgə mütləq günəş eynəkləri və papaqdan da istifadə edilməlidir.
Keyfiyyətli günəş eynəyi günəş şüalarının 99%-ni neytrallaşdıriır.
Hamilə qadınlar nəmləndirici kremləri belə həkim məsləhəti olmadan istifadə etməməlidirlər. Dermatoloqun göstəriş verdiyi məhsullardan istifadə edin ki, dərinizdə yay fəslindən "yadigar" qalan ləkələr olmasın.
Qoruyucu kremləri uzun müddət istifadə etdikdə dərinizin quruma ehtimalı böyük olacaq. Bunu nəzərə alaraq paralel nəmləndirici kremlərdən də istifadə edin. Satış mərkəzlərində nəmləndirici tərkibli qoruyucu kremlər var, ən yaxşı variant onlar ola bilər. Qoruyucu kremdən əvvəl parfum belə istifadə etsəniz, kremin təsiri sıfra enəcək, bunlara diqqət edin, xanımlar. Mümkün qədər açıq rəngli paltarlara üstünlük verin. Yay fəslində dəniz, hovuz kimi yerlərdə daha çox olduğumuzdan dəri daha cox qurumaya məruz qalir. Nəmləndirmə və qulluğa ehtiyacı olan dərinizə evdə gündəlik qulluqdan əlavə həftədə 1-2 dəfə nəmləndirici maskalar da tətbiq edin (bu ən çox yay fəslində daha tez-tez olmalıdır). İstifadə etdiyiniz qoruyucu və qaraldıcı kremlər dərinizin altına çökərək ölü təbəqə yaratdığından tez-tez belə maskalara ehtiyac var demekdir.
Günəs şüası dərini ən sürətli qocaldan faktordur. Ən son təsdiq edilmiş arasdırmalardan biri isə bu şüaların dəri xərçənginə yol açma ehtimalının yüksək olmasıdır.
Açıq rəngli dəriyə sahib olan xanımlar siz çox asanlıqla karamel qaralmaya sahib ola bilərsiniz. Belə ki, qaralmağa qərar verdiyiniz ilk günlərdə 15 qoruma faktorlu bir kremi dərinizə çəkərək yalnız saat 11:30-a qədər günəşlənmək kifayətdir. Hətta suda olsaniz belə kremi tez-tez yeniləyin ki, günvurma ehtimalınız az olsun.
Əsmər xanımlarsa, daha keyfiyyətli qaralma və bu özəlliyi uzun müddət saxlama qabiliyyətinə malikdirlər. Amma təəssüf ki, ultra bənövşəyi süalar ağ dərili xanımlara necə tısir edirsə sizin də dərinizə eyni təhlükəylə gəlir. Az qırışlar və günvurma ehtimalı sizdən də yan keçməyəcək. Amma əsmər xanımlara 8 qoruma faktorlu günəş kremləri istifadə etmək yetərlidir. Burun, əllər, çiyinlər kimi həssas bölgələri stick şəklində olan qoruyucu kremlərlə "mühafizə" edə bilərsiniz. Onlar çantada da çox yer tutmur
XƏBƏR LENTİ
Yerfındıqlı peçenye (foto resept)
Sağlam ol-2
Parafinoterapiya
Yuxusuzluqdan xilas edən zəngli saat
Rəssamın şagirdinə verdiyi dərs
2020-ci ilin Yaz Aksesuar Trendləri
Mobil telefondan istifadəyə icazə verildi
Yağış suları Gəncədə 2 evi yararsız hala saldı
Çinlilər hacı olurlar
Ürək peçenyesi (foto resept)
Dadlı borş
Media və psixopatologiya
12 sehirli abidə
Cehiz alarkən bunlara diqqət edin
Mətbəximizin möcüzəsi
Xarekterinizə görə necə qadınsınız?
“Terminator”da Silvester Stallone oynasaydı... - VİDEO
Azərbaycanda bu il qış sərt keçəcək - XƏBƏRDARLIQ
Körpələrə verilən süni qidalar hansı fəsadlara yol aça bilər?
Sabahın HAVAsı
ABŞ məyus oldu, Blatter yenidən FİFA prezidenti seçildi
Saxta dostu necə tanımalı?
Düz qarına sahib olmağın yolları
Məşhur model həbs olundu-12 il-SƏBƏB-FOTO
Toy və ziyafət üçün saç düzümləri
Adelin son halı izləyicilərini QORXUTDU-FOTO
Milli Kino Günü qeyd olunacaq
ABŞ-da 10 yaşlı azərbaycanlı təhsildə xüsusi müvəffəqiyyətlərinə görə Prezident mükafatı alıb - FOTO
Alimlər açıqladılar:"Bu kartofdan xörəklərdə istifadə etmək olmaz!"
C.K.Roulinq nevroloji xəstəxanaya 18,8 milyon dollar bağışladı
Avropa ölkəsindən azərbaycanlılara xoş xəbər
İlham Əliyev: "22 ildir ki, heç nə edə bilmirlər"
Qəhvədən gözəl illüstrasiyalar - FOTO
Zakir Həsənov müharibə anonsu verdi
Qəribə psixi pozuntular
Müəllimlərin peşə standartları hazırlanacaq
İspaniya uçan taksilərin xidmətindən istifadənin vaxtını elan etdi
Sabahın HAVAsı
Azərbaycanda xüsusi karantin rejimi yenidən sərtləşdirildi - RƏSMİ
Mehriban Əliyeva: Tolerantlıq, əmin-amanlıq Azərbaycanın ən böyük sərvətlərindən biridir
Qan donduran xəbər - 1700 cəsəd...
Kruasan-Fransa mətbəxindən (foto resept)
Şagirdlər üçün bütün dərsliklər tədris ili başlananadək məktəblərə çatdırılacaq
Ərəbsayağı gəlinlik saç düzümləri
ÜST koronavirusu müalicə edən yeganə ümidli dərmanın adını açıqladı
Uorlik Qarabağdan yazdı
Riyazi məntiq - " Yeni il"
Üst geyim dəbi
Maraqsız verilişlər adamı kökəldir
Mini alman piroqu
- ŞƏRHLƏR