Bir çox qadın bədəninə uyğun büsthalter seçə bilmədiyi üçün təəssüf ki, səhv ölçülü büsthalterdən istifadə edir. Mən bu mövzuda məlumatlarımı sizinlə paylaşmaq istədim. Ölçülərinizi təyin edin və çıxan nəticəyə görə doğru büsthalterdən istifadə edin...
Bu ölçünü sinənizdə meydana gələcək şişlik və gərginlikdən təsirlənməməsi üçün menstruasiya olmadan bir neçə gün əvvəl yoxlayın. Bunun üçün yumşaq, parça metrəyə ehtiyacınız olacaq. Çılpaq olarkən etsəniz, doğru ölçüləri taparsınız.
Büsthalter ölçüsünü bilmək üçün iki əsas ünsürə fikir vermək lazımdır. Biri bədən ölçünüz, digəri döş ölçünüzdür. Bədən ölçünüz bədənin böyüklüyünü, döş ölçüsü isə döşlərin böyüklüyünü bildirir. Büsthalterinizin döş altını saxlayan arxa lenti yerə və kürəyinizə paraleldirsə, istifadə etdiyiniz paltar doğru bədən ölçüsünə malikdir. Döş ətrafınızın ölçüsünü bilmək üçün metrəni döşünüzün altından döş qəfəsinə dairəvi şəkildə dolayın. Metrənin döşlərin altından və kürəyinizdə düz, üfüqi bir xətt meydana gətirəcək şəkildə keçməsinə diqqət edin. Məsələn, bədəninizin çevrə ölçüsü 76-dırsa, 80 ölçülü büsthalterdən istifadə etməlisiniz. Büsthalter ölçüləri 5 sm-lik vahidlər halında artdığına görə, əsas vahid bir ölçü artıq alınmalıdır.
Döş altı dairəsin büsthalter ölçüləri
70 sm. və altı 70
71-75 sm. arası 75
76-80 sm. arası 80
81-85 sm. arası 85
86-90 sm arası 90
91-95 sm. arası 95
96-100 sm. arası 100 ...
Bu, belə artır. Bu ölçülər sizin bədən ölçünüzdür. Manekenlər deyir ki, "mən 90-60-90-am", bizim beynimizdə də qalmışdır ki, 90 ölçüsü möcüzə ideal ölçüdür. Bu fikir səhvdir. Bu ölçü kürək ölçüsüdür. İndi sizə bu mövzuda məlumat verəcəyəm...
Büsthalterin döş ölçüsünü necə taparıq?
Metrəni yenə kürəkdən önə doğru, ancaq bu dəfə döşlərinizin ucundan (üstündən) keçəcək şəkildə dolayın. Alınacaq ölçü, birinci mərhələdə əldə edilən döş altı çevrə ölçüsündən daha çox uzunluqda olacaq. Bu fərq döş ölçüsünü verir.
Döş ölçüsünün fərqi.
6.5 sm-dən kiçikdirsə- A
6.5-13 sm. arası- B
14 - 19.5 sm. arası -C
19.5-26 sm. arası- D
26 sm-dən böyükdürsə DD ...
İndi əldə etdiyimiz nəticələrə baxırıq. Məsələn, döş altı çevrənizin ölçüsü 73 sm-dir. Bədən ölçüsünə baxırıq. 71-75 sm. arası 75 ölçüdür. Sonra döş ucundan ölçdüyümüz ölçüyə baxırıq, məsələn, 85 sm alındı. İki ölçü arasındakı fərqi hesablayırıq. 85-73=12 sm.. Baxırıq, döş ölçüsünün fərqi 6.5- 13 sm arası olsa, döş ölçüsü B olur. Yəni o zaman bu ölçülərə görə büsthalter ölçüsü 75 B-dir.
Ən doğru büsthalter seçimi döş altı və üstünün ayrı-ayrı ölçülməsiylə tapılır.
Addım 1. Əvvəlcə dpşünüzün altını ölçün.
Addım 2. Sonra döşün ən yüksək qismini ölçün.
Addım 3. Bu yazıdakı hesablamaya baxın, doğru büsthalter ölçünü hesablayın.
Əlbəttə, bu, yalnız bir nümunədir. Hər markanın ölçü fərqli ola bilər. Buna görə də satıcıyla da məsləhətləşin.
Səhv büsthalter seçimi həm pis görünüşə səbəb olar, həm də narahatlıq verər.
Addım-addım büsthalter seçimini görək;
I Addım: Ölçünü təyin etmək. Döşünüzün altından döş qəfəsinizi ölçün. Tapdığınız rəqəmə 5 əlavə edin. Məsələn, 85 ölçdünüzsə, 85+5 = 90. Bu, doğru bədən ölçünüzdür.
II Addım: Döşünüzün ətrafını ölçün. Daha əvvəldən tapdığınız bədən ölçüsündən yeni tapdığınız ölçünü çıxın. Məsələn, deyək ki, ölçünüz 92.5 sm çıxdı. 92.5 sm - 90 = 2.5 sm. Bu, döş ölçünüzdür.
III Addım: Büsthalter seçimi. Nümunədəki hesablamaya görə ölçü 90 A olur. Bədən + döş ölçüsü = Büsthalter ölçüsü
Döş və bədən fərqi
2.5 sm-dirsə, qab - A
5 sm-dirsə, qab - B
7.5 sm-dirsə, qab - C
XƏBƏR LENTİ
42 yaşlı qadın öz bədən quruluşu ilə təəccübləndirir-FOTO
Musiqi dinləməyin faydaları və zərərləri
Qatıqlı meyvə salatı (foto resept)
Kabab yeyənlərin nəzərinə-DİQQƏT
Köklü miso şorbası (foto resept)
Koronavirusda GİZLİ TƏHLÜKƏ: aylar sonra ortaya çıxır
"İndiki Ermənistan əslində Azərbaycanın tarixi torpağıdır"
Ermənistanın sonu yaxınlaşır
Ailə sirləri başqalarına deyilə bilər?
Kıvanç Tatlıtuğ rep oxuyacaq!
Qozun sağlamlığımıza faydaları
Yeni dövrün coğrafiyası (XV-XIX)-2
Dünyadan maraqlı faktlar (III hissə)
Dərinizi çirkli havalardan qoruyacaq maska
Ebru Şahin Mərakeş və Misir gündəmindədir
Sosial şəbəkədən qorxan ölkələr.
“Facebook” bunu da etdi
Gökhanın görüntüləri TƏƏCCÜBLƏNDİRDİ
Çavuşoğlu Lavrovla danışıb Ermənistana xəbərdarlıq edilməsini istədi
Nazirlikdən vətəndaşlara MÜRACİƏT: Məhkəməyə verin
Ölkədə gediş haqları dəyişibmi?
BÜRCLƏR bizə nə vəd edir? - 2 MAY
Hərbiçilərimiz Füzuli və Cəbrayılın girişində
Dünəndən qalan plovu yeməyin!
Fərqli saç aksessuarları
Bu geyim sonsuzluq yaradır
Ermənistanda hərbi vəziyyət rejimi davam edəcək
Qulaqda səslərin yaranma səbəbi
"Pelmeni" (foto-resept)
Kayli Cennerin daha bir yalanı üzə çıxdı-FOTO
Öyrəndim ki...
Şəhzadə Harry və Meghanın toyu
Zaman gedir, tələs
Gənc qızlar, zamana dəyər verin
58 yaşlı ulduz hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Yağış yağacaq, şimşək çaxacaq
İstirahət günü hava bakılıları sevindirəcək
"iPhone"nun qiyməti düşür
Azərbaycanda vitse-prezident vəzifəsi yaradılır - KONSTİTUSİYA DƏYİŞİR
Finalın adı məlum oldu
"Ana harayı" abidəsi ziyarətə hazırdır
Türkan Şoray sevincdən ağladı-FOTO
Cəbhədə güclü atışma başladı
Yay aylarının ən faydalı meyvələri
Banklar girov mənzilləri satdırır
Yapon geyşalarının sirri
Qaraciyərin böyüməsinin səbəbləri
Makiyajsız canlı görünməyin yolları
Yağlı xəmirdən "Napoleon" tortu (foto-resept)
Teylor Svift Uitni Hyustonun rekordunu təzələdi
- ŞƏRHLƏR