Qadin.NET / Doğru büsthalter seçimi

Doğru büsthalter seçimi

Doğru büsthalter seçimi

     Bir çox qadın bədəninə uyğun büsthalter seçə bilmədiyi üçün təəssüf ki, səhv ölçülü büsthalterdən istifadə edir. Mən bu mövzuda məlumatlarımı sizinlə paylaşmaq istədim. Ölçülərinizi təyin edin və çıxan nəticəyə görə doğru büsthalterdən istifadə edin...

Bu ölçünü sinənizdə meydana gələcək şişlik və gərginlikdən təsirlənməməsi üçün menstruasiya olmadan bir neçə gün əvvəl yoxlayınBunun üçün yumşaq, parça metrəyə ehtiyacınız olacaq. Çılpaq olarkən etsəniz, doğru ölçüləri taparsınız.

Büsthalter ölçüsünü bilmək üçün iki əsas ünsürə fikir vermək lazımdır. Biri bədən ölçünüz, digəri döş ölçünüzdür. Bədən ölçünüz bədənin böyüklüyünü, döş ölçüsü isə döşlərin böyüklüyünü bildirir. Büsthalterinizin döş altını saxlayan arxa lenti yerə və kürəyinizə paraleldirsə, istifadə etdiyiniz paltar doğru bədən ölçüsünə malikdir. Döş ətrafınızın ölçüsünü bilmək üçün metrəni döşünüzün altından döş qəfəsinə dairəvi şəkildə dolayın. Metrənin döşlərin altından və kürəyinizdə düz, üfüqi bir xətt meydana gətirəcək şəkildə keçməsinə diqqət edinMəsələn, bədəninizin çevrə ölçüsü 76-dırsa, 80 ölçülü büsthalterdən istifadə etməlisiniz. Büsthalter ölçüləri 5 sm-lik vahidlər halında artdığına görə, əsas vahid bir ölçü artıq alınmalıdır. 

Doğru büsthalter seçimi

Döş altı dairəsin büsthalter ölçüləri 

70 sm. və altı 70

71-75 sm. arası 75

76-80 sm. arası 80

81-85 sm. arası 85

86-90 sm arası 90

91-95 sm. arası 95

96-100 sm. arası 100 ...

   Bu, belə artır. Bu ölçülər sizin bədən ölçünüzdür. Manekenlər deyir ki, "mən 90-60-90-am", bizim beynimizdə də qalmışdır ki, 90 ölçüsü möcüzə ideal ölçüdür. Bu fikir səhvdir. Bu ölçü kürək ölçüsüdür. İndi sizə bu mövzuda məlumat verəcəyəm...  

Doğru büsthalter seçimi

Büsthalterin döş ölçüsünü necə taparıq?

   Metrəni yenə kürəkdən önə doğru, ancaq bu dəfə döşlərinizin ucundan (üstündən) keçəcək şəkildə dolayın. Alınacaq ölçü, birinci mərhələdə əldə edilən döş altı çevrə ölçüsündən daha çox uzunluqda olacaq. Bu fərq döş ölçüsünü verir.

Döş ölçüsünün fərqi.

6.5 sm-dən kiçikdir- A

6.5-13 sm. arası- B

14 - 19.5 sm. arası -C

19.5-26 sm. arası- D

26 sm-dən böyükdürsə DD ... 

     İndi əldə etdiyimiz nəticələrə baxırıq. Məsələn, döş altı çevrənizin ölçüsü 73 sm-dir. Bədən ölçüsünə baxırıq. 71-75 sm. arası 75 ölçüdür. Sonra döş ucundan ölçdüyümüz ölçüyə baxırıq, məsələn, 85 sm alındı. İki ölçü arasındakı fərqi hesablayırıq. 85-73=12 sm.. Baxırıq, döş  ölçüsünün fərqi 6.5- 13 sm arası olsa, döş ölçüsü B olur. Yəni o zaman bu ölçülərə görə büsthalter ölçüsü 75 B-dir. 

Ən doğru büsthalter seçimi döş altı və üstünün ayrı-ayrı ölçülməsiylə tapılır.

Addım 1. Əvvəlcə dpşünüzün altını ölçün.

Addım 2. Sonra döşün ən yüksək qismini ölçün.

Addım 3. Bu yazıdakı hesablamaya baxın, doğru  büsthalter ölçünü hesablayın.

     Əlbəttə, bu, yalnız bir nümunədir. Hər markanın ölçü fərqli ola bilər. Buna görə də satıcıyla da məsləhətləşin.

Doğru büsthalter seçimi

     Səhv büsthalter seçimi həm pis görünüşə səbəb olar, həm də narahatlıq verər.

Addım-addım büsthalter seçimini görək; 

I Addım: Ölçünü təyin etmək. Döşünüzün altından döş qəfəsinizi ölçün. Tapdığınız rəqəmə 5 əlavə edin. Məsələn, 85 ölçdünüzsə, 85+5 = 90. Bu, doğru bədən ölçünüzdür.

II Addım: Döşünüzün ətrafını ölçün. Daha əvvəldən tapdığınız bədən ölçüsündən yeni tapdığınız ölçünü çıxın. Məsələn, deyək ki, ölçünüz 92.5 sm çıxdı. 92.5 sm - 90 = 2.5 sm. Bu, döş ölçünüzdür.

III Addım: Büsthalter seçimi. Nümunədəki hesablamaya görə ölçü 90 A olur. Bədən + döş ölçüsü = Büsthalter ölçüsü

Döş  və bədən fərqi
2.5 sm-dirsə, qab - A
5 sm-dirsə, qab - B
7.5 sm-dirsə, qab - C

18 mart 2016
GO BACK