"Doğrudan da, uçmağa qanadlarım varsa, ayaqlar nəyimə gərək?"
Frida Kalo 1907-ci ildə Mexiko şəhərində dünyaya göz açıb. O, 6 yaşında poliomielit xəstəliyinə tutulur və bundan sonra onda axsaqlıq qalır. Həmyaşıdları "Frida - ağac ayaq" deyə insafsızcasına sataşırdılar. Bunlara baxmayaraq, o, üzgüçülüklə, boksla məşqul olur, oğlanlarla futbol oynayırdı. Fiziki qüsuru gizlətməyə şalvarlar, evləndikdən sonra isə uzun milli donlar kömək edirdi.
Ölümcül qəza baş verəndə Fridanın 18 yaşı vardı. 17 sentyabr 1925-ci ildə Frida məktəb yoldaşı ilə evə getdiyi zaman avtomobil tramvayla toqquşur. Zərbə o qədər güclü olur ki, oğlan maşından yola atılır. O, kiçik yaralarla asan qurtulur. Frida isə… Tramvayın kollektorunun sınıq dəmir çubuğu mədədən keçib, çanaq sümüyünü parçalayaraq sol qasıqdan çıxır. Onurğa sümüyü üç yerdən zədələnir, hər iki budu sınır. Və beləcə iztirablarla dolu hərəkətsiz aylar başlayır.
Zədələnmiş onurğa daim özünü xatırladırdı. Buna görə də vaxtaşırı xəstəxanada yatmaq məcburiyyətində qalırdı. 1950-ci ildə onurğasında 7 əməliyyat keçirir, 9 ay xəstəxanada yatır. İndi o yalnız əlil arabasında hərəkət edə bilirdi. İki ildən sonra yeni faciə baş verir: sağ ayağını dizinə qədər amputasiya edirlər.
1953-cü ildə ona təsəlli olan ilk şəxsi sərgisi keçirilir. O, çox xoşbəxt idi - həmişəki kimi deyib-gülürdü.
Evin tavanında isə boyalarla çəkilmiş böyük, parlaq kəpənəklər uçur. Frida onlara baxaraq sakitləşir, ağrıları azalır, yuxuya gedirdi.
Heç bir avtoportretində Frida gülümsəmir: ciddi, hətta kədərli üz, qalın qaşlar, möhkəm-şəhvətli dodaqların üzərində incə, qara bığlar.
Onun rəsmlərinin ideyası detallarında, fonda, Fridanın yanında olan fiqurlarda kodlaşdırılıb. Ekspertlərin rəyinə görə, rəssamın simvolizmi milli ənənələrə, hind mifologiyasına əsaslanır.
Frida Kalo 13 iyul 1954-cü ildə, 47 yaşını qeyd etdikdən bir həftə sonra sətəlcəmdən vəfat edir.
Onun həyatından bəhs edən "Frida" filmi 2002-ci ildə "Oskar" mükafatı qazanır. Frida rolunda tanınmış aktrisa Salma Hayek çəkilib.
XƏBƏR LENTİ
Atasının külündən manikür etdi-FOTO
Yeni il süfrəsinin əvəzolunmazları(2)
Tarladan 450 illik qəpik tapıldı
1 milyon dollarlıq əsərə 100 avro
Şifrləmə cinayətlərin qarşısını ala bilir?
Bu da 2016-cı ilin Olimpiya məşəli
İlham Əliyevdən baş nazirlə bağlı SƏRƏNCAM
Çərəzlər
Simsiz qulaqlıq istifadə edənlərə XƏBƏRDARLIQ
Portağal pəhrizi
Di Kaprio Filip Kirkorovla şəkil çəkdirmək istəmədi-SƏBƏB
Məşhur modeldən gözlənilməz çıxış-FOTO
Həftə ərzində 49 saatdan çox işləyənlərə XƏBƏRDARLIQ
Dalay Lama müsəlmanları müdafiə etdi
Günün qoroskopu: Münaqişə etməyin!
Ancelina Coli xəstəxanadan çıxdı - FOTO
21 uşaqlı ailədə Yeni İl xərci-5000 dollar
Azərbaycan dini abidələrin dağıdılmasına dair sənədləri təqdim etdi
Toxluq hissi yaradan 5 ərzaq
Məşhur alimdən yadplanetlilərlə bağlı sensasion açıqlama
Hava kəskin pisləşəcək
Rus general erməniləri şoka saldı: "Qarabağda müharibə olarsa..."
Paxlavanın 1 dilimi 1000 dollardır-FOTO
"Şirin şam ağacı" düzəldək
Gündən qoruyan kremlər... heç nədən qorumur - ARAŞDIRMA
"Kamaz"ı alıb, evə çevirdilər - FOTO
Şagirdlər üçün bütün dərsliklər tədris ili başlananadək məktəblərə çatdırılacaq
İşğaldan azad edilən rayonlarımızla bağlı daha bir vacib ADDIM
Bakıda yeni metro xəttinin inşasına başlanılıb
Xəyal dünyası ilə valeh edən şəkillər
Çağatay Ulusoyun son görünüşü hər kəsi təəccübləndirdi - FOTO
Duman
Neslihan və Kadir evliliklərinin 3-cü ilini belə qeyd etdilər-FOTO
Sümüklərin "xörəyi"
Göbələkli salat (Foto-resept)
Xalqı azadlığa və müstəqilliyə aparan yol
"Onlar geri qaytarılacaq"
Hamilələr üçün evdə hazırlaya biləcəyiniz içkilər
Qəbul imtahanlarının vaxtları dəyişdi
Castin Biber xanımı haqqında bunları yazdı-FOTO
Kəbədə qəza
Şabalıd şorbası (foto resept)
"Dünyanın ən çirkli şəhərləri siyahısında Bakı birincidir"
Qadınlara yaraşan kişi geyimləri
Xanımlarımız üçün makiyaj qaydası
Uşaqlar üçün təhlükəli nağıllar...
Ulduz aktyora hökm oxundu
Türkiyə Müdafiə Nazirliyi: “Qarabağda minalardan təmizlənmə işləri davam edir”
Windows 8.1 populyarlaşır
Qadın və kişi ürəyi arasındakı fərqlər
- ŞƏRHLƏR