"Doğrudan da, uçmağa qanadlarım varsa, ayaqlar nəyimə gərək?"
Frida Kalo 1907-ci ildə Mexiko şəhərində dünyaya göz açıb. O, 6 yaşında poliomielit xəstəliyinə tutulur və bundan sonra onda axsaqlıq qalır. Həmyaşıdları "Frida - ağac ayaq" deyə insafsızcasına sataşırdılar. Bunlara baxmayaraq, o, üzgüçülüklə, boksla məşqul olur, oğlanlarla futbol oynayırdı. Fiziki qüsuru gizlətməyə şalvarlar, evləndikdən sonra isə uzun milli donlar kömək edirdi.
Ölümcül qəza baş verəndə Fridanın 18 yaşı vardı. 17 sentyabr 1925-ci ildə Frida məktəb yoldaşı ilə evə getdiyi zaman avtomobil tramvayla toqquşur. Zərbə o qədər güclü olur ki, oğlan maşından yola atılır. O, kiçik yaralarla asan qurtulur. Frida isə… Tramvayın kollektorunun sınıq dəmir çubuğu mədədən keçib, çanaq sümüyünü parçalayaraq sol qasıqdan çıxır. Onurğa sümüyü üç yerdən zədələnir, hər iki budu sınır. Və beləcə iztirablarla dolu hərəkətsiz aylar başlayır.
Zədələnmiş onurğa daim özünü xatırladırdı. Buna görə də vaxtaşırı xəstəxanada yatmaq məcburiyyətində qalırdı. 1950-ci ildə onurğasında 7 əməliyyat keçirir, 9 ay xəstəxanada yatır. İndi o yalnız əlil arabasında hərəkət edə bilirdi. İki ildən sonra yeni faciə baş verir: sağ ayağını dizinə qədər amputasiya edirlər.
1953-cü ildə ona təsəlli olan ilk şəxsi sərgisi keçirilir. O, çox xoşbəxt idi - həmişəki kimi deyib-gülürdü.
Evin tavanında isə boyalarla çəkilmiş böyük, parlaq kəpənəklər uçur. Frida onlara baxaraq sakitləşir, ağrıları azalır, yuxuya gedirdi.
Heç bir avtoportretində Frida gülümsəmir: ciddi, hətta kədərli üz, qalın qaşlar, möhkəm-şəhvətli dodaqların üzərində incə, qara bığlar.
Onun rəsmlərinin ideyası detallarında, fonda, Fridanın yanında olan fiqurlarda kodlaşdırılıb. Ekspertlərin rəyinə görə, rəssamın simvolizmi milli ənənələrə, hind mifologiyasına əsaslanır.
Frida Kalo 13 iyul 1954-cü ildə, 47 yaşını qeyd etdikdən bir həftə sonra sətəlcəmdən vəfat edir.
Onun həyatından bəhs edən "Frida" filmi 2002-ci ildə "Oskar" mükafatı qazanır. Frida rolunda tanınmış aktrisa Salma Hayek çəkilib.
XƏBƏR LENTİ
Azərbaycanda tədrisin dayandırılması müddəti uzadıldı - RƏSMİ
Ən qənaətcil superkompüter odur
Həkim Bəhram Bağırzadənin vəziyyətindən danışdı: “Ümid var ki...”
Xüsusi xidmət orqanları bizi necə dinləyir...
Komitə sədri marketlərdəki çörək davasından DANIŞDI
Azərbaycan tarixindən yüz şəxsiyyət-80
Bahalı geyimlərin zərərləri nədir?
"Simpsonlar"ın taleyi necə olacaq?
Tibbin qorxunc tarixi - FOTOSESSİYA
Bunları görmüşdünüz?
Dünyanın ən gözəl qadınının sirləri
Hindistanda inəyə tələbə vəsiqəsi verildi
Çin yeni tipli raket sınaqdan keçirib
Məryəm Üzerli 2 milyonluq müqavilə imzaladı
Antarktida buzlaqlarında sirli gəmi aşkar edilib - VİDEO
Cennifer Lopez gözəlliyi ilə heyran etdi-FOTO
Azərbaycanda dekabr ayının hava proqnozu açıqlandı
Azərbaycan dili - XII dərs
Apple-in əfsanəsi yalan çıxdı
Günün ulduz falı
HAVA necə olacaq?
Soğanın faydaları
4 ayaqlı və 4 əlli doğulmuş uşaq əməliyyat edildi - Foto.
Baş Prokurorluqdan terrorizm əleyhinə bir neçə dildə maarifləndirici VİDEO
Günün ulduz falı
Bakıda ən çox COVID-19-a yoluxma bu rayondadır - AÇIQLAMA
Yaz aylarında da bitki çayları için
Prezidentlər görüşür
Hamiləlik dövründə xəyanət qorxusu ilə necə mübarizə aparmalı?
Varlılarla yoxsullar arasındakı 10 fərq
"Dostum, öz aramızdır, xeyli küyə getmişik!"
Hakim bizi məyus etdi
Qadınlar haqqında 10 unudulmaz AFORİZM
Uşaqlarımıza davranış dəyişikliyini necə qazandıra bilərik?
ATƏT yenə narahatdır
Xırdaçılıq və onun fəsadları
Qara rəngli ziyafət donları
“Balu”nun şirniyyatlarını almayın - FOTO
Ruhani: “Ərdoğanın şeiri İrana qarşı yönəlməyib”
Ev tikərkən diqqətli olun!
Saç boyanızı bəyənmədiniz?
Qurban bayramında neçə gün iş olmayacaq?
Qarabağda sülhə hazırlıq
Bakıda dollar ajiotajı
2050-ci ilə qədər dünya əhalisinin... - ŞOK STATİSTİKA
TQDK-dan müraciət
Fərhad Göçer qadınlara dəstək oldu
Bu turist ailəsindən minlərlə şikayət var-SƏBƏB-FOTO
Ronaldo Yeni İmicdə-FOTO
Qadin.Netin sevimli simaları (4-cü hissə)
- ŞƏRHLƏR