Yırğalanan qoltuqaltı
Pulsuz-parasız Andersen oxumaq, savad almaq istəyirdi, amma ona bu işdə heç kim kömək etmək istəmirdi. Hər yerdən əli üzüldükdən sonra o, bir müddət onun-bunun evində yemək yeyir, orda-burda qalır və birtəhər dolanırdı. O, küçədə qarşısına çıxan hər kəsə problemlərindən bəhs edir, insanlardan yardım istəyirdi. Günlərin bir günü o, Kollin adli bir nəfərlə tanış olur və Yonas Kollin Andersenə himayədarlıq etməyə başlayır. Kollin ömrünün sonuna kimi Andersenə atalıq edir və onu oxumağa göndərir. Yonas Kollin Kopenhagendə nüfuzlu bir adam idi, onun bir neçə vəzifəsi var idi. Onlardan biri də Kral Teatrının direktoru vəzifəsi idi. Kollin kral ailəsi ilə də yaxından tanış idi. O, Danimarka kralı VI Frederiklə danışıb Andersen üçün təqaüd əldə edə bilir. Bundan başqa kral VI Frederik Anderseni Slagels şəhərinə, gimnaziyada təhsil almağa göndərir. Yonas Kollin Anderseni Slagensə yola salanda deyir: “Hər hansı bir çətinliyin olarsa, çəkinmədən mənə yaz, mən sənin bütün problemlərini həll etməyə hazıram”. Andersen bu yaxşılığı heç vaxt unutmur.
Baxmayaraq ki, Andersen gec yaşlarında seminariyaya qəbul olmuşdu, amma sinifdə ən yaxşı oxuyan tələbə idi. O xatirələrində yazırdı: “Elə vaxtlar olurdu, mən gecələr kitab oxuduğum yerdə mürgüləyirdim, oyandıqdan sonra başımı soyuq suya salırdım ki, yuxum qaçsın, ya da bağçaya çıxıb gəzişirdim ki, məni yuxu tutmasın. Sonra yenidən dərslərimlə məşğul olurdum”.
Qəlb oğrusu
Hans Xrisitian Andersen “Həyatımın nağılı” kitabında qeyd edir ki, gimnaziyada oxuduğu zaman Skelsker yaxınlığında baş vermiş bir hadisə onun yaddaşında dərin iz buraxmışdır. Bu, 3 nəfərin edamı ilə bağlı bir hadisə idi.
Eyni həyətdə yaşayan varlı qonşulardan birinin qızı öz sevgilisi ilə əlbir olub atasını öldürür, çünki atası onların sevgisinə mane olurdu. Bundan başqa qızla sevgilisi atasının bir dostunu da bu qətlə sövq edə bilir. Belə razılaşırlar ki, bu qətl baş tutduqdan sonra o, qətlə yetirilmiş kişinin dul arvadı ilə evlənəcək. Qətl baş tutur və çox keçmir ki, onun üstü açılır. Hər üç nəfərə edam cəzası verilir.
Andersenin təhsil aldığı gimnaziyanın müəllimi yuxarı sinif şagirdlərini bu edama baxmağa aparır, çünki o düşünürdü ki, uşaqlar bu cür edamlara baxmaqla özlərinə bir dərs götürə bilərlər. Beləliklə, hamı meydana toplaşıb edam səhnəsini gözləyir. H.X.Andersen yazır ki, qabaqda başını sinəsinə doğru aşağı əyərək solğun bənizli qız, onun arxasınca qara saçlı cavan oğlan, lap arxada isə qətl edilmiş kişinin dostu gedirdi. Yolboyu onları tanıyanlar ağlaşır, qışqırır və kimisi də sağollaşırdı. Edam yerində artıq onlar üçün üç ədəd tabut qoyulmuşdu.
Edam səhnəsi Andersenə çox pis təsir edir. Edamdan sonra baş vermiş hadisə Anderseni lap dəhşətə gətirir. Belə ki, sən demə edam edilən adamların qanını tamaşaçılardan epileptika xəstəliyindən əziyyət çəkən adama içizdirirlərmiş. Bu dəfə də belə edirlər və qanı içən xəstə dəli kimi qaçaraq yerə yıxılır. Camaat isə xəstənin yanına gəlib onun sağalması üçün dua oxuyurdular. Guya belə etsələr, o sağalacaqdı.
Bu dəhşətli hadisə heç vaxt Andersenin yadından çıxmır. O, öz xatirələrində yazır ki, bir müddət gecələr yata bilmədim, hər dəfə başımı balışa qoyanda edam səhnəsi gəlib gözümün önündə dayanırdı, bir balaca yuxuya gedən kimi o qanlı hadisə yuxuma girirdi. Yarımçıq yuxudan dik atılırdım.
Teatr səhnəsi
XIX əsrin əvvəlləri Kristof Ernst Fridrix Veyze Danimarkanın ən tanınmış bəstəkarı hesab edilirdi. Veyze Anderseni tanıdığı ilk gündən ona himayədarlıq etmişdi. Onlar tez-tez admiral Vulfun evində görüşürdilər.
Bir gün Veyze “Lammermur gəlini” operasına tamaşa edir. Bu operanın librettosunu H.X. Andersen yazmışdı. Veyze operanı çox bəyənir və Andersendən xahiş edir ki, hal-hazırda üzərində işlədiyi Valter Skotun “Kenilvorta” operasına da libretto yazsın. Veyze çox istəyirdi ki, Andersenlə əməkdaşlıq etsin. Andersen Veyzenin sözünü yerə salmır və “Kenilvorta” operasına libretto yazmağa başlayır. 2-3 aydan sonra bundan xəbər tutan mediya qəzetlərdə Anderseni tənqid edirlər və onu “özgə əsərlərinin cəlladı” adlandırırlar. Həmin dövrdə Valter Skot kimi məşhur yazıçının əsərinə H.X.Andersen kimi az tanınan yazıçının müraciət etməsi həyasızlıq hesab edilirdi. Andersenin bu hərəkəti ictimaiyyəti bərk qıcıqlandırmışdı və ona görə də o, işi yarımçıq qoymaq qərarına gəlir, amma Veyze buna imkan vermir. Veyze dostu Andersenə ürək-dirək verir və deyir ki, gərək o, heç kəsə fikir verməsin, librettonu tamamlasın.
Beləliklə, H.X.Andersen “Kenilvorta” operasına yazdığı librettonu tamamlayır və tezliklə o səhnələşdirilir. Opera böyük uğur qazanır.
H.X.Andersenin İtaliyada səfərdə olarkən özünün çəkdiyi şəkil
1833-cü ildə H.X.Andersenin uşaqlıq arzularından biri həyata keçmişdi. O, ağlına belə gətirməzdi ki, nə vaxtsa İtaliyaya səfər edəcək. Andersen çox xoşbəxt idi. O, əvvəlcə Milana, Genuyaya, Florensiyaya, sonra isə Romaya gəlir. 1833-cu ilin 18 oktyabr tarixində Romada olur.
H.X. Andersen xatirələrində yazirdı: "Mənim Romaya gəlişim böyük İtalyan rəssamı Rafaelin ikinci dəfə dəfn edilməsi mərasimi ilə üst-üstə düşmüşdü”. Məsələ belə idi ki, son vaxtlar İtaliyada Rafaelin qəbrinin saxta olması haqda dedi-qodu gəzirdi. Guya Romadakı Mariya della Rot kilsəsindəki məzarda başqa adam uyuyur. Ona görə Roma Papası XVI Qriqorinin icazəsilə Rafaelin qəbri açılır və onu kəllə sümüyü üzərində ekspertiza işləri aparılır. Nəticədə məlum olur ki, qəbir saxta deyilmiş, bu elə Rafaelin özünün qəbri imiş. Ona görə 1833-cü ilin 18 oktyabr tarixində Romadakı müqəddəs Mariya della Rot kilsəsində ikinci dəfə Rafaeli dəfn ediblər."
Roma şəhəri və ölkə ilə bağlı Andersenin təəssüratları çox zəngin olur və yazıçı İtaliyaya elə vurulur ki, o, öz xatirələrində onu təsvir etməkdə belə çətinlik çəkir. Bircə İtaliyanın havasından şikayət edir, xüsusilə ölkənin cənubunda olan isti hava Anderseni əldən salır.
İtaliyada olarkən H.X.Andersen qəyyumu Kollindən məktub alır. Kollin yazırdı ki, anan vəfat edib. Andersen anasının dəfnində iştirak etmir, o heç buna cəhd də etmir. O, düşünür ki, ölüm anası üçün ən böyük hədiyyə idi, çünki nəhayət o, canını bu dünyadan qurtara bildi. Məsələ belə idi ki, Andersenin anası ömrünün son illərini ruhi xəstəxanada keçirir, o dəli idi və oğlu ilə görüşmürdü. Andersen həmçinin xatirələrində yazır: “Anamın ölümü məni bərk sarsıtdı. Mən artıq anlayıram ki, doğmalarımdan heç kim qalmadı…”
Üç minarəli məscid
1840-cı ildə H.X.Andersen dünya səyahətinə çıxır və 11 gün Türkiyənin İstanbul şəhərində qalır. O, öz xatirələrində yazır ki, 1841-ci ilin yazında İstanbulda oldum. Mənim gəlişim müsəlmanların peyğəmbəri Məhəmmədin doğum günü ilə üst-üstə düşmüşdü. Sultanın təm-təraqlı surətdə məscidə gəlişi və bununla əlaqədar olaraq hər tərəfin işığa qərq olması sanki sehrli bir nağıla bənzəyirdi.
Şam ağacı
Hans Xristian Andersen nağıllarından bəhs edəndə deyərdi: “Mən bu nağılları təkcə balacalar üçün yox, həmçinin, böyüklər üçün yazıram”.
XIX əsrin ortaları artıq bütün Avropada Milad bayramı ərəfəsində şam ağacının altına Andersenin nağıllar kitabını qoymaq ənənəyə çevrilmişdi. Andersenin yazdığı nağıllar kitabı uşaqlar üçün ən dəyərli hədiyyə hesab edilirdi. Miladın səhərisi həmin nağılları uşaqlara oxumaq böyüklərin borcu idi.
XIX əsrin 30-cu illərində Hans Xristian Andersen Avropada artıq kifayət qədər tanınmış yazıçı idi. Buna baxmayaraq o az qonorar alırdı. O, öz xatirələrində yazır ki, müəllifi olduğu “İmprovizator” romanı ingilis dilinə tərcümə edilib Londonda çapdan çıxır. Bundan sonra Andersen Londona gedir və orada Çarlz Dikenslə görüşür. Çarlz Dikens ondan bu əsərə görə nə qədər qonorar aldığını soruşur. Andersen cavab verir ki, cəmi 19 funt sterlinq. Bunu eşidən Dikens şoka düşür və soruşur: “Bağışlayın, bir səhifəsinə, yoxsa bütün kitaba?” Andersen cavab verir ki, bütün kitaba. Çarlz Dikens bir qədər xəyala daldıqdan sonra deyir: “Dostum, sizi əmin edirəm, romanınızı tərcüm edən şəxs sizdən qat-qat çox qonorar alıb”.
Bunu eşidən Danimarka kralı VI Frederik tapşırıq verir ki, yazıçıya ildə 200 spesi dəyərində məvacib ayrılsın. Andersen bu xəbəri eşitdikdən sonra sevincinin həddü-hüdudu olmur.
XƏBƏR LENTİ
Koçaryan yenidən hakim qarşısına çıxarılır
Bakıda Ebola virusu? 8 nəfər həkimə müraciət etdi
Məşhur müğənni vəfat etdi-FOTO/VİDEO
Üzüm çəyirdəyinin faydaları
İranda zəlzələ
2019-un ilk moda həftəsi
“Hakan: Muhafız”ın yeni mövsümünün tarixi bəlli oldu - Video
Sabah dünyanın gözü İlham Əliyevdə olacaq
“Ayfon” pasportu əvəz edə bilər
Dünyadakı “Ən”lər silsiləsindən
Yaponiyada fəlakət: onlarla aviareys ləğv edildi
Moda ilə bağlı izləyə biləcəyiniz filmlər
Koronavirusa görə Azərbaycanda rayona giriş-çıxış məhdudlaşdırıldı
BMW Z4 təqdim olundu
"Qaz ayağı" peçenyesi (foto-resept)
Milçək və ağcaqanadlar koronavirusa yoluxdura bilər? - Professor açıqladı
Azərbaycanda son günlər hiss edilən yeraltı təkanlar İzmirdəki zəlzələnin əks-sədasıdır? - RƏSMİ
Bu ilin trend rəngi: Canlı Mərcan
Hərbi xidmətdə yenilik
Məşhur aktrisa uşaqlıq FOTOsunu paylaşdı
"Yanan binada məhv olan təhsil sənədlərinin hamısı bərpa olunacaq"
ABŞ-ın növbəti prezidenti DONALD TRAMPdır
Ağ dişlər üçün ən sadə üsul
Faydalı məsləhətlər
Uşaq otağı dizaynı
Manatla bağlı xoş xəbər
Düşüncə dərsi (4)
Dostları sayəsində dünyanı gəzdi
Günün qoroskopu: sizi yoldan çıxarmaq istəyənlər az olmayacaq
637 bal toplayan qız: “İnternatda oxumuşam…” – VİDEO
Kottiqli pəriləri (1-ci hissə)
Ana südünü artıran içkilər
Nobel mükafatı laureatı vəfat etdi
Hollivudda film və serialların çəkilişi bərpa edilib
Erkən qocaldan 6 SƏBƏB
Ana namizədləri üçün uşaq mebelləri və bəzi məsləhətlər
İngiltərədə 130-a yaxın kitabxana bağlandı
“O səs Türkiyə”nin münsifləri bu qədər qazanacaq
Azərbaycanda xarici pasportların verilməsində yenilik
İnsanın dahiliyini təyin edən xüsusiyyətlər
Saç üçün maskalar
Əfqanıstanda döyüşən Azərbaycan veteranları medalla təltif edildilər
Çimərlikdə uşaq barmağı tapıldı
Azərbaycan analoq TV yayımını fevralda dayandıracaq
“Samsung” parçalana bilər
Sosial şəbəkələr haqda qanun olacaq?
Quru öskürəyi aradan qaldıran içkilər
Şokoladlı "Napoleon" tortu (foto resept)
Demet Akalının hədəfi indi də İvana Sert oldu
Qan azlığının qarşısını alan 5 faktor
- ŞƏRHLƏR