Yazıçı – dramaturq, jurnalist, ictimai xadim Cəlil Məmmədquluzadə 10 fevral 1869-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur. İlk təhsilini əvvəlcə mollaxanada, sonra Naxçıvan şəhər məktəbində almışdır. 7 iyun 1887-ci ildə Zaqafqaziya Müəllimlər Seminariyasını (Qori) bitirmiş, bir müddət İrəvan quberniyasının kəndlərində müəllimlik etmişdir(1887-1897). İlk məlum bədii əsəri sayılan «Çay dəstgahı»(1889) alleqorik pyesini, «Danabaş kəndinin əhvalatları» (1894-1936 cı ildə nəşr olunmuşdur) povestini də bu dövrdə yazmışdır. 1896-cı ildə ilk ailə həyatını qurmuşdur. 1897-ci ildə qızı Münəvvər anadan olmuş, həyat yoldaşı Həlimə xanım vəfat etmişdir.
1895-ci ilin yayında Moskva və Sankt-Peterburqa getmiş, bu şəhərlərin mədəni həyatı ilə tanış olmuşdur. 1904-cü ildən Tiflisdə nəşr edilən «Şərq – Rus» qəzetinin redaksiyasında işləmişdir. Cəlil Məmmədquluzadənin yazıçı və jurnalist kimi püxtələşməsində «Şərqi – Rus» qəzetinin və onun redaktoru M.Şahtaxtlının mühüm rolu olmuşdur. 12 noyabr 1903-cü ildə "Poçt qutusu” əsərini yazmışdır. 1904-cü ildə bu əsər "Şərqi-Rus” qəzetində çap olunmuşdur., «Kişmiş oyunu», L.Tolstoydan tərcümə etdiyi «Zəhmət, ölüm və naxoşluq» hekayələri əvvəlcə bu qəzetdə dərc edilmişdir.
1904-cü ilin noyabrından Cəlil Məmmədquluzadə «Şərqi – Rus» qəzetinin müvəqqəti redaktoru olmuşdur. 1905-ci ilin əvvəllərində «Şərqi – Rus» bağlananda Cəlil Məmmədquluzadə, jurnalist Ömər Faiq Nemanzadə və maarifpərvər tacir M.Bağırzadə ilə birlikdə bu qəzetin mətbəəsini alıb ona «Qeyrət» adı vermişdir. Həmin ildə Cəlil Məmmədquluzadə Tiflisdə azərbaycanlı uşaqlar üçün məktəb və pansion açmışdır.7 aprel 1906-cı ildə, Tiflisdə "Molla Nəsrəddin” jurnalının ilk nömrəsi çapdan çıxır. Müəyyən fasilələrlə nəşr olunan jurnal 1906-1918-ci illərdə Tiflisdə, 1920-1921-ci illərdə 8 nömrə ilə Təbrizdə, 1922-1931-ci illərdə isə Bakıda nəşr olunmuşdur.
«Molla Nəsrəddin» jurnalının nəşrinə başlamaqla Cəlil Məmmədquluzadə Azərbaycanda, eləcə də Yaxın Şərqdə satirik jurnalistikanın əsasını qoydu. Həmin vaxtdan Cəlil Məmmədquluzadə «Molla Nəsrəddin» adı ilə məşhur oldu. Ö.F. Nemanzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, Ə.Nəzmi, Ə.Qəmküsar kimi yazıçılar və jurnalın ilk saylarının rəsmlərini çəkmiş rəssam O.Şmerlinq, J.Rotter, Ə.Əzimzadə və b. ilə Cəlil Məmmədquluzadə arasında möhkəm ideya-yaradıcılıq əlaqələri yarandı. Jurnalda təbliğ olunan dərin demokratiya və azadlıq ideyaları jurnala ümumxalq məhəbbəti, beynəlxalq aləmdə böyük nüfuz qazandırmışdı. Mollanəsrəddinçilər Yaxın və Orta Şərqdə «Molla Nəsrəddin məktəbi» adlı qüdrətli mətbuat məktəbi yaratmışdılar. Jurnalın Rusiya ilə yanaşı, Asiya, Avropa və Amerikanın bir sıra ölkələrində abunəçiləri var idi.
Cəlil Məmmədquluzadənin zəngin bədii irsi, onun «Molla Nəsrəddin» jurnalı Yaxın və Orta Şərqdə, xüsusilə İran və Türkiyədə ədəbi-ictimai fikrin, inqilabi-demokratik hərəkatın inkişafına qüvvətli təsir göstərmişdir.
15 iyun 1907-ci ildə Həmidə xanım Əhmədbəy qızı Cavanşirlə ailə həyatı qurmuş və oğlanları Midhət və Ənvər dünyaya gəlmişdir.
Cəlil Məmmədquluzadənin yaradıcılığı sənətkarlıq cəhətdən novator və demokratik mahiyyətindədir. O, publisistikası, nəsr və dram əsərləri ilə Azərbaycan ədəbiyyatını yalnız məzmunca deyil, formaca da zənginləşdirmişdir. Cəlil Məmmədquluzadə, xüsusilə kiçik hekayə janrının misilsiz ustasıdır. Onun ən yaxşı hekayələri çox mühüm sosial mətləbləri son dərəcə yığcam bir şəkildə, məharətlə əks etdirmək baxımından dünya ədəbiyyatının kamil nümunələri ilə bir sırada durur.
Cəlil Məmmədquluzadə «Yeni yol» qəzetinin redaktoru, Umumittifaq Mərkəzi Yeni Əlifba Komitəsinin üzvü, Bakı Azad Tənqid-Təbliğ Teatrının təşkilatçılarından olmuş, «Maarif və mədəniyyət», «Yeni kənd», «Şərq qadını» və s. mətbuat orqanlarında fəaliyyət göstərmişdir.
Onun «Poçt qutusu», «Usta Zeynal», «İranda hürriyyət», «Qurbanəli bəy» kimi hekayələri, məşhur «Ölülər» komediyası Azərbaycan realizmi və satirası tarixində şərəfli yer tutur. Yaradıcılığında milli şüur («Anamın kitabı», 1919), məktəb tərbiyəsi, ümumiyyətlə xalq maarifi («Danabaş kəndinin məktəbi», 1921) problemlərinə geniş yer verilmişdir. «Dəli yığıncağı» (1936-cı ildə nəşr olunmuş, 1977-ci ildə tamaşaya qoyulmuşdur) pyesində feodal-patriarxal münasibətlər, din və fanatizm kəskin tənqid atəşinə tutulmuşdur. Cəlil Məmmədquluzadənin realizmi böyük bədii ümumiləşdirmə və tipikləşdirmə qüvvəsinə malikdir. 4 yanvar 1932-ci ildə Bakı şəhərində vəfat etmişdir. Qəbri "Fəxri Xiyaban”dadır.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Azərbaycanda məktəblərdə bufetlər necə işləyəcək?
O, mənə xəyanət edir!
Azərbaycanda uşaqların daha çox qana ehtiyac duyduğu rayonların adı açıqlandı
Beren Saat sərxoş halda görüntüləndi-FOTO
Astmalı xəstələr üçün məsləhətlər
Milyarderlərin hesabını ələ keçirib 200 min qazandılar
Bu gözəl xanım qəhrəman seçildi
Hamiləlik zamanı nədən uzaq durmaq lazımdır?
Timoşenko koronavirusa qalib gəldi
Günün qoroskopu: dözümlü və səbrli olun
Bakı metrosunda pulsuz internet?
Dünya futbolunun yeni 16 yaşlı ulduzu
Sarkisyan Ərdoğanın dəvətini “nəzakətlə” rədd etdi
İrem Dericidən qəribə açıqlama
Ermənistan Firuz Fərəcovu erməni İnciqulyanla dəyişmək istəyir
Gözəl göz makiyajları
18 oktyabr Milli Müstəqillik günüdür!
Günün ulduz falı
iPhone-da yeni oyun: əsas alət çexoldur
Min bir dərdin dərmanı
Azərbaycanlı idmançı Belarusda "Ümid kuboku" beynəlxalq turnirində rekorda imza atıb
At quyruğuna qonmuş kəpənək fotoqrafı
“Ana, şəhid olacağam, mənimlə fəxr edəcəksən” - VİDEO
Gəncə 2016-cı ilin "Avropa gənclər paytaxtı" seçildi
Facebook pullu ola bilər
Hadisənin geyimi sevənlərini heyrətləndirdi-FOTO
Hücuma keçən düşmənə sarsıdıcı zərbə: Canlı qüvvə, sığınacaq və çox sayda texnika məhv edildi - RƏSMİ
HAVA necə olacaq? 25 MAY
Ev dekorasiyasında yol verilən 4 xəta
Termit yuvaları
TQDK "2" alanların sayını açıqladı
Uşaqlarda otit xəstəliyi
Məşhur aktyorun davranışı haqqında araşdırma başladı-SƏBƏB
Kirayə mənzillərə müraciət başladı
Ebru Şallının toyu oldu-FOTO
Araz çayının suyunun Urmiya gölünə axıdılması başlayır
Gülben Ergen haqqında ŞOK məlumat
Şüşədə buzlu naxışlar
Kişilərin göz qırpmadan dediyi 15 yalan (2)
Baş Prokurorluq düşmən atəşi nəticəsində Tərtərdə yaralanan mülki şəxsin kimliyini açıqladı
6000 illik möcüzə bitki qurd üzümü
Millimizin utanc siyahısı
"Bermud üçbucağı"nın sirri tapıldı-inanılmaz FAKT
Vətən həsrətinin simvolu Xarı bülbül: İndi hər kəs onu sinəsində gəzdirmək istəyir - VİDEO
Türkiyənin ən yaraşıqlı kişiləri bunlardır
İmmuniteti möhkəmləndirməyin əsas qaydaları
Azərbaycanda hava kəskin dəyişəcək
Ölümə qarşı döyüşən Azərbaycan alimləri
Ad günü keksi
Günün ulduz falı - 28.08.2013














