Madhuri Dikşit
Hindistanın Bollivud əfsanəsidir. 8 yaşından rəqslə məşğuldur. Hindistanın ənənəvi rəqsi olan kahaq üzrə təhsil almışdır. Tam adı Madhuri Şankar Dikşitdir. Madhuri Dikşit 15 may 1967-ci ildə Hindistanın Mumbay şəhərində anadan olmuşdur. Valideynləri Şankar və Snehalata Dikşitdir. Ailədə 4 uşaqdırlar. Madhuri ailənin sonbeşiyidir, özündən böyük iki bacısı - Rupa və Bharati və bir qardaşı - Acit var. Ailəlidir, iki oğlu var.
Kacol Mukherci
5 may 1974-cü ildə Mumbay şəhərində anadan olmuşdur. Kacol Hindistanın böyük kino sənayesinin ən parlaq ulduzlarından biridir. Onun anası Tanuca da vaxtilə aktrisa olmuşdur. Bacısı Tanişa – hind kanallarının birində televiziya proqramının aparıcısıdır. Atası Şomu isə prodüserdir. Nənəsi Şobhana Samarth isə qızı kimi Bollivudun tanınan aktrisalarından olmuşdur. Məhşur aktrisa Rani Mukerherci Kacolun əmisi qızı sayılır. Tam adı Kacol Mukherci Devqandır. Bollivud aktyoru Acay Devqanla ailəlidir, iki övladı var.
Rani Mukherci
Rani Mukherci 21 mart 1978-ci ildə Qərbi Benqaliyanın Kəlkütə şəhərində anadan olmuşdur. Mukherci ailəsi özünə görə çox tanınmış ailə sayılır. Raninin atası Ram Mukherci tanınmış rejissor, anası isə müğənnidir. Məhşur aktrisa Kacol Raninin əmisi qızıdır. Ailəlidir.
Karişma Kapur
25 iyun 1974-cü ildə Bombey şəhərində məşhur hind aktyoru Rac Kapurun oğlu aktyor Randhir Kapur və aktrisa Babitanın ailəsində dünyaya gəlmişdir. Tam adı Karisma Kapur Radhirdir. Tanınmış Bollivud aktrisası Karina Kapur Karişmanın bacısıdır. Ailəlidir, iki övladı var.

Karina Kapur
Karina Kapur 21 sentyabr 1980-ci ildə Hindistanın Bombey şəhərində məşhur hind aktyoru Rac Kapurun oğlu aktyor Randhir Kapur və aktrisa Babitanın ailəsində dünyaya gəlmişdir. Karinanın böyük bacısı Karişma Kapur da məşhur hind aktrisasıdır. Bollivud aktyoru Saif Ali Xanla ailəlidir.
Tabu
Akrisa, şair, müğənnidir. Əsl adı Təbəssum Xaşmidir. 4 noyabr 1970-ci ildə Heydərabad şəhərində anadan olmuşdur. İki dəfə "Ən yaxşı aktrisa" adına layiq görülmüşdür. Tabu urdu, teluqu, hind, ingilis dilində danışmağı bacarır. Subaydır.
Ayşvariya Ray Baçhan
Aktrisa və modeldir. 1 noyabr 1973-cü ildə Manqalorda (Hindistan) ticarət donanması zabiti və yazıçı ailəsində anadan olmuşdur. Uşaqlıqda klassik musiqini və rəqsi öyrənmişdir. Kolleci bitirdikdən sonra universitetə qəbul olur və memarlığı öyrəndikdən sonra modelyer olur. 1994-cü ildə "Dünya gözəli" müsabiqəsinin qalibi olmuşdur. Model təhsili almasına baxmayaraq, o, həkim olmağa çalışırdı. Lakin arzusu həyata keçmədi. Ailəsi hind ziyalılarının elitasına daxil olduğundan o, ənənələrə riayət edib və ciddi nəzarətdə tərbiyə almışdır. Dörd dildə sərbəst danışır: hind, ingilis, tamil və urdu. Bir neçə il Salman Xanla nişanlı qalan Ayşvariya, onun qısqanc xasiyyətinə dözməyərək ondan ayrılıb bir müddət Londonda yaşamalı olur. Ayşvariya Ray "Ala Toran" filminə dəvət olunur. Lakin filmdə çəkilməyi rədd edir. Abhişek Baçhanla ailəlidir, bir qızı var.
Katrina Kef
Hind aktrisası və modeldir. 16 iyul 1984-cü ildə Honq-Konqda anadan olmuş, uzun müddət Havay adalarında yaşamış, sonra Londona köçmüşdür. Katrinanın yeddi bacısı var. Katrina hələ uşaq olarkən valdeynləri boşanmışdır. Anası Suzanna britaniyalı, atası Muhəmməd Kef hindistanlıdır, amma Britaniya vətandaşı sayılır. Subaydır.
Bənzər xəbərlər...

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO

- ŞƏRHLƏR