Qadin.NET / Bollivud aktrisaları

Bollivud aktrisaları

Bollivud aktrisaları

Madhuri Dikşit 

Hindistanın Bollivud əfsanəsidir. 8 yaşından rəqslə məşğuldur. Hindistanın ənənəvi rəqsi olan kahaq üzrə təhsil almışdır. Tam adı Madhuri Şankar Dikşitdir. Madhuri Dikşit 15 may 1967-ci ildə Hindistanın Mumbay şəhərində anadan olmuşdur. Valideynləri Şankar və Snehalata Dikşitdir. Ailədə 4 uşaqdırlar. Madhuri ailənin sonbeşiyidir, özündən böyük iki bacısı - Rupa və Bharati və bir qardaşı - Acit var. Ailəlidir, iki oğlu var.

Bollivud aktrisaları

Kacol  Mukherci 

5 may 1974-cü ildə  Mumbay şəhərində anadan olmuşdur. Kacol Hindistanın böyük kino sənayesinin ən parlaq ulduzlarından biridir. Onun anası Tanuca da vaxtilə aktrisa olmuşdur. Bacısı Tanişa – hind kanallarının birində televiziya proqramının aparıcısıdır. Atası Şomu isə prodüserdir. Nənəsi Şobhana Samarth isə qızı kimi Bollivudun tanınan aktrisalarından olmuşdur. Məhşur aktrisa Rani Mukerherci  Kacolun əmisi qızı sayılır. Tam adı Kacol Mukherci Devqandır. Bollivud aktyoru Acay Devqanla ailəlidir, iki övladı var.

Bollivud aktrisaları

Rani Mukherci 

Rani Mukherci 21 mart 1978-ci ildə Qərbi Benqaliyanın Kəlkütə şəhərində anadan olmuşdur. Mukherci ailəsi özünə görə çox tanınmış ailə sayılır. Raninin atası Ram Mukherci tanınmış rejissor, anası isə müğənnidir. Məhşur aktrisa Kacol Raninin əmisi qızıdır. Ailəlidir.

Bollivud aktrisaları

Karişma Kapur 

25 iyun 1974-cü ildə Bombey şəhərində məşhur hind aktyoru Rac Kapurun oğlu aktyor Randhir Kapur və aktrisa Babitanın ailəsində dünyaya gəlmişdir. Tam adı  Karisma Kapur Radhirdir. Tanınmış Bollivud aktrisası Karina Kapur Karişmanın bacısıdır. Ailəlidir, iki övladı var.

Karina Kapur 

Karina Kapur 21 sentyabr 1980-ci ildə Hindistanın Bombey şəhərində məşhur hind aktyoru Rac Kapurun oğlu aktyor Randhir Kapur və aktrisa Babitanın ailəsində dünyaya gəlmişdir. Karinanın böyük bacısı Karişma Kapur da məşhur hind aktrisasıdır. Bollivud aktyoru Saif Ali Xanla ailəlidir.

Bollivud aktrisaları

Tabu

Akrisa, şair, müğənnidir. Əsl adı Təbəssum Xaşmidir. 4 noyabr 1970-ci ildə Heydərabad şəhərində anadan olmuşdur. İki dəfə "Ən yaxşı aktrisa" adına layiq görülmüşdür. Tabu urdu, teluqu, hind, ingilis dilində danışmağı bacarır. Subaydır.

Bollivud aktrisaları

Ayşvariya Ray Baçhan

Aktrisa və modeldir. 1 noyabr 1973-cü ildə Manqalorda (Hindistan) ticarət donanması zabiti və yazıçı ailəsində anadan olmuşdur. Uşaqlıqda klassik musiqini və rəqsi öyrənmişdir. Kolleci bitirdikdən sonra universitetə qəbul olur və memarlığı öyrəndikdən sonra modelyer olur. 1994-cü ildə  "Dünya gözəli" müsabiqəsinin qalibi olmuşdur. Model təhsili almasına baxmayaraq, o, həkim olmağa çalışırdı. Lakin arzusu həyata keçmədi. Ailəsi hind ziyalılarının elitasına daxil olduğundan o, ənənələrə riayət edib və ciddi nəzarətdə tərbiyə almışdır. Dörd dildə sərbəst danışır: hind, ingilis, tamil və urdu. Bir neçə il Salman Xanla nişanlı qalan Ayşvariya, onun qısqanc xasiyyətinə dözməyərək ondan ayrılıb bir  müddət  Londonda yaşamalı olur. Ayşvariya Ray "Ala Toran" filminə dəvət olunur. Lakin filmdə çəkilməyi rədd edir. Abhişek Baçhanla ailəlidir, bir qızı var.

Bollivud aktrisaları

Katrina Kef 

Hind aktrisası və modeldir. 16 iyul 1984-cü ildə Honq-Konqda anadan olmuş, uzun müddət Havay adalarında yaşamış, sonra Londona köçmüşdür. Katrinanın yeddi bacısı var. Katrina hələ uşaq olarkən valdeynləri boşanmışdır. Anası Suzanna britaniyalı, atası Muhəmməd Kef hindistanlıdır, amma Britaniya vətandaşı sayılır. Subaydır.

14 iyun 2014
GO BACK