Dünyaya göz açan körpə bir yaşının sonlarına doğru cürbəcür zehni və fiziki bacarıqları əhəmiyyətli ölçüdə qazanmağa başlamışdır. Bunların başında danışmaq və yerimək fəaliyyəti durur. Minimum səviyyədə də olsa, bu bacarıqları qazanan uşaq müstəqil hərəkət edə bilən bir varlıq olduğunu kəşf edə bilmənin böyük həyacanını yaşayar. Bu həyacan o qədər keyiflidir ki, bunu davam etdirə bilmək üçün cürbəcür hərəkətlər edər. Məsələn: bu hərəkətlərdən biri anadan iməkləyərək və sonralarda yeriyərək uzaqlaşmağa çalışmasıdır. Bir yaşına qədər anadan asılı olan körpə, öz başına yeriyə bilmənin o dərin həzzi ilə anadan ayrılır, ancaq bir tərəfdən də, bu müstəqilliyin verdiyi qorxu və qayğıları yaşayar. Bu qorxu və qayğıyla anadan uzaqlaşarkən dönüb anasına baxar, anasının orda olub-olmadığını, ona baxıb-baxmadığını yoxlayarkən duyğusal enerji ehtiyacını təmin edər. (18 ay)
Bəzi zaman anadan bir neçə metr ayrılan körpə, uzaqlığa dözməyərək qaçaraq anasının yanına dönər. Ehtiyacı olan hissi enerjini anasından alaraq, yəni enerjisini təmin edən körpə, təkrar hərəkət etməyə başlayar. Uşağın bu davranışı qarşısında ananın diqqət etdiyi davranış çox önəmlidir. Burada ananın etməsi lazım olan uşağın müstəqil hərəkət etməsinə izn vermək, ancaq bunu edərkən də, hər zaman onun yanında olduğunu hiss etdirməkdir. Bəzi analar uşaqlarının onlardan ayrılıb müstəqil hərəkət etmələrinə öz ruhi patalogiyası səbəbilə izin verməzlər. Bəziləri uşağa bir şey olar, yıxılar və b. düşüncələrlə bunu edərkən, bəzi analarda uşağın müstəqil olmasına şüurdankənar olaraq təhəmmül edə bilmədiklərindən bunu edə bilərlər. Çünki ana bir mənada uşağın “Tanrısı”-dır.
Hamiləliyin ilk günündən bir yaşına qədər hər mövzuda ona bağlı olan bir varlığın müstəqil hərəkət etdiyini görmək ruhi baxımdan sağlam olmayan bəzi analara nigarançılıq verir. Kənardan baxıldığında bunun tam tərsi bir mənzərə sərgiləsə də, ruhunun dərinliklərində özünün belə fərqində olmadığı bir narahatlıq vardır. Ədəbiyyatda bunla bağlı bir hadisə var.
Danışan X, 30 yaşlarında yeni ana olmuş bir ev qadınıdır. Yeni iməkləməyə başlayan uşağı anasından bir neçə metrə uzaqlaşdığında ana gizlənər, anasını görməyən uşaq bir müddət sonra şiddətlə ağlamağa başlayar. Danışan X, uşağının bu çarəsiz durumunu və ona möhtac olduğunu görməkdən həzz aldığını və dəqiqələrlə bunu izlədiyini qeyd etmişdir. (Mənbə: Tahir Özakkaş, totalitar psixoterapiya təlim deşifrələri)
Belə bir ananın uşağının necə bir zehni proqram inkişaf etdirəcəyi mövzusunda fikir yürütmək çox çətindir. Əvvala bunu qeyd etmək lazımdır ki, körpənin ilk dəfə anadan uzaqlaşaraq müstəqil bir hərəkət edə bilmə fəaliyyətinə verilən ad “özlük aktivasiyası” –dır. Körpənin bu fəaliyyəti ana tərəfindən dəstəklənir və təsdiq edilirsə, sonrakı yaşlarda tək başına hərəkət edə bilən, tək qərarlar ala bilən, təşəbbüskar bacarığı və özgüvəni yüksək, hər etdiyi işdə başqalarının təsdiqinə ehtiyac duymayan sağlam bir fərd yetişər. Ancaq bu fəaliyyətə ana tərəfindən izin verilməz, ya da uşaq iməkləyərək, yeriyərək uzaqlaşdığında anadan ehtiyacı olan hissi enerjini almazsa, Mastersonun “Tərk depressiyası” adlandırdığı halı yaşayar. Yəni uşaq anasının hissi enerji dəstəyini kəsməsinin səbəbini, müstəqil hərəkət etməsində görür. Bu hal, zehni proqramda belə bir şifrələmə yaradır: Özlük aktivasiyamı reallaşdırsam, tərk edilərəm.
Müstəqil hərəkətləri ana tərəfindən dəstəklənməyən fərdlər sonrakı yaşlarda passiv, çəkingən, qorxaq, bacarıqsız, asılı bir şəxs olar. Belə bir mühitdə yetişdirilən uşaq həyatı boyunca etdiyi hər işdə başqalarının fikrinə və təsdiqinə ehtiyac duyarlar. Bir yeməkxanada yemək yemək, kimsənin fikiri olmadan mağazada gördüyü köynəyi almaq, tək başına çıxıb gəzmək bu fərdlər üçün utopik fəaliyyətlərdir.
Bu fərdlər çox yaxşı məktəblərdə oxuyub çox gözəl təhsil alsalar da, sonrakı yaşamlarında önəmli yerlərə gəlmələri, böyük layihələrə imza atmaları çox çətindir. Digər tərəfdən ata-anaları tərəfindən müstəqil hərəkətləri dəstəklənən uşaqlar çox az imkanlarla və məktəb həyatlarındakı uğursuzluqlara rəğmən sonrakı yaşamlarında önəmli yerlərə gəlib çox böyük işlərə imza atarlar.
Və yenə ümumilikdə yaxşı təhsil almış ancaq asılı tərbiyə edilmiş uşaqlarda bunların əmri altında işləyərlər. Böyük komandirlərin, əsas dövlət adamlarının, tanınmış elm adamlarının bir çoxunun uşaqlıqlarına baxıldıqda məhdud yaşam şəraiti içərisində böyümələri və çətin bir uşaqlıqdan keçmələri təsadüfi deyildir. Bu insanlar kiçik yaşlarından çiyinlərindəki yükün verdiyi məsuliyyətlə müstəqil hərəkət edə biləcəkləri zehni proqramları qazanmışlardır.
J. F. Masterson, tərk depressiyası ilə bağlı olaraq bunu qeyd edir: “Ana uşağına verdiyi hissi enerjini kəsərsə, (həyat enerjisi, libidinal enerji) uşaq tərk depressiyası yaşar. “Bir orqanını və ya üzvünü itirən fərd nə qədər ağrı hiss edərsə, tərk depressiyası yaşayan uşaq da eyni ağrıları hiss edər.
Bu ağrı uşağın ruh dünyasında elə dərin bir iz buraxar ki, həyatı boyunca nə vaxt hər hansı bir şeydən ayrılıq halı yaşasa, o ağrını hiss edər. Bu ayrılıq hallarına iş dəyişikliyi, məmləkət dəyişikliyi, ailə üzvlərindən birinin vəfatı, sevgilisi tərəfindən tərk edilmə kimi çox sayda misal vermək olar. Uşağlığında tərk depressiyası yaşamış fərdlərin bu tərz ayrılıqlara və travmalara verdiyi reaksiyalar daha şiddətli və acı doludur.
Xalq arasında “eşq acısı, qara sevda” kimi anlayışlarla tərif edilən halların bəzi fərdlərdə depressiya, panik atak, psixotik mənzərələrə dönməsinin kökündə, körpənin ruhi quruluşu yaranarkən həyatının ilk illərində yaşadığı bu “ tərk depressiyası” vardır.
Psixoterapiya mütəxəssisi və yazıçı: Mustafa Gödeş
Tərcümə: Aidə Mahmudova
XƏBƏR LENTİ
Məşhur müğənni ərə gedir
Silahlı Qüvvələr terror aktı barədə bəyanat yaydı
Hazar Amani Sıla haqqında AÇIQLAMA verdi-FOTO
Dünyanın ən kök futbolçuları
Bu gün gənclərin bayramıdır
Tənbəl zəriflərimiz
Çelik konsertinə gələn qızı sevdiyini 27 il sonra etiraf etdi
HAVA necə olacaq?- 3 MAY
Məkkədə QEYRİ-ADİ görüntülər - FOTO
Balıq buğlaması (foto resept)
“İnsan mühəndisi” – orijinal yanaşma və gerçək mesaj
Pensiya ilə bağlı yeni xəbər
Sadə azərbaycanlı ev almaq üçün neçə il ac qalmalıdır?
Beren qayınanasını sildi
Yuxusuna inandı: Lotereyada 500 min dollar qazandı - FOTO
2015-ci ildə hansı hədiyyələri vermək olmaz?
Gəlinlər üçün ayaqqabı modelləri
Azərbaycanda qeyri-adi toy karvanı
Obama müsəlmanları təbrik edib
Real həyat əsasında çəkilmiş filmlər
Ay tutulmasının vaxtı məlum oldu
Samsung yeniliyə sürətlə hazırlaşır
Atamın məhəbbəti
Şəhadətnamə və attestat almaq istəyənlə
Ən ucuz noutbuk təqdim edildi
Futbol azarkeşlərinin peyğəmbər sevgisi
"Bazardan aldım bir dənə, evdə açdım, min dənə":
Günün qoroskopu:Təşkilatçı olun!
Ən populyar şəhər seçildi
Çimərliklərdə nələr qadağandır? - SİYAHI
Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar məqalə dərc edilib
Saba Tümer paylaşdığı FOTO ilə gündəmdədir
"Rusiyadan silah almağımız onunla izah edilir ki..." - Elmar Məmmədyarov
Siz uşağınızı tanıyırsınızmı?
Riannanın 3 milyon dollarlıq qolbaqları - FOTO
Həzmi çətinləşdirən 4 qida
Arıqlamağa kömək edən salat
Bülent Ersoy vəliəhdini açıqladı - FOTO
Smartfonda istənilən insanı izləmək mümkündür
Körpə dərisi və şirin yuxu
Halvalı keks (foto resept)
Koronavirusa yoluxmuş şəxs bu xəstəxanaya yerləşdirildi
Sabahın HAVAsı
"Yedi numara"nın məşhur aktyoru İLLƏR SONRA-FOTO
Dünyada "Atalar günü"...
Azərbaycanda elektron hərraclar keçiriləcək
Taysonu Çiliyə buraxmadılar
Məşhurların şəkillərini təqlid edən Tom
2013-cü ilin dəbli gəlinlikləri
Qadın bir ayda iki dəfə koronavirusa yoluxdu
- ŞƏRHLƏR