Çarlz Dikkens
(1812-1870)
İngilis ədəbiyyatının ən məşhur roman müəllifi Dikkens məhsuldar yazıçı idi; on ədəd səkkiz yüz səhifədən uzun olmaqla beş roman və saysız hekayə, məqalə, məktub, pyes yazdı. Buna baxmayaraq müəyyənləşdirilmiş şərtlər olmadıqda çox yaratmaq da alınmırdı. Ən başda mütləq səssizliyə ehtiyacı vardı; evlərindən birində səsin içəri daxil olmasını əngəlləmək üçün iş otağına ikinci bir qapı taxdırmışdı. İşlədiyi otağın da təmiz və səliqəli olması vacib idi. Yazı masası bir pəncərənin qarşısında olmalı, üstündə qaz lələyindən qələmlər və mavi mürəkkəbdən ibarət yazı ləvazimatları ilə yanaşı bir neçə bəzək əşyası da qoyulmalı idi: təzə-tər çiçəklərlə dolu kiçik bir güldan, məktub açmaq üçün bıçaq, bir neçə heykəlcik.
Dikkensin iş saatları sabit idi. Ən böyük oğlu "heç bir şəhər katibinin onun qədər sistemli və səhmanlı olmadığını" xatırlayırdı. Bundan başqa "heç bir cansıxıcı, monoton, ənənəvi vəzifənin, onun xəyal gücü və fantaziya qaynaqlı çalışmalarından daha böyük bir dəqiqlik, ya da səliqə ilə yerinə yetirilməyəcəyini" bildirirdi. Səhər saat yeddidə oyanır, səkkizdə səhər yeməyi yeyir və doqquzda iş otağında yerini alırdı. Saat ikiyə qədər orda qalır, ailəsi ilə birlikdə nahar etmək üçün fasilə edirdi. Bu saatda adətən hipnoz təsiri altındaymış kimi görünür, yeməyini mexaniki bir şəkildə yeyib hardasa bir kəlmə də danışmadan tələm-tələsik masasının başına qayıdır. Adi bir gündə bu formada işləyərək iki min kəlməlik yol qət edə bilir, amma xəyal gücünün zirvəyə çatdığı hallarda bəzən bunun iki qatına çıxmağı bacara bilirdi. Bununla bərabər heç yazmadığı günlər də olurdu, o zaman pəncərədən bir şeylər qaralayıb onlara saatlarla tamaşa edirdi.
Dikkens günortadan sonra saat ikini keçirmədən masasının başından qalxar, Londonda üç saatlıq gəzintiyə çıxardı. Bir tərəfdən hekayəsini düşünməyə davam etdiyi bu yürüyüşlərdə, "üzərinə bir şeylər inşa etmək istədiyi rəsmlər" axtarırdı.
Qaynının xatırladığına görə, evə qayıtdığında, "gizli bir zirzəmidən yayılırmış kimi hər boşluqdan xaricə sızan bir enerjinin vücud tapmış halını əks etdirirdi". Bununla birlikdə Dikkens axşamlar dincəlmək üçün ayrılırdı: Saat altıda axşam yeməyindən sonra gecə yarısı otağına çəkilənə qədər gecəni ailəsi və ya dostları ilə keçirirdi.
Uilyam Batler Yeyts
(1835-1939)
İngilis dilində yazan İrlandiya şairi, dramaturqu Yeyts gündəlik yaradıcılıq prosesini 1912-ci ildə şair dostu Edvin Ellisə belə tərif etmişdi:
"Səhər saat ondan on birə qədər oxuyuram. On birdən ikiyə qədər yazıram, nahar yeməyindən sonra isə saat dördün yarısına qədər oxuyuram. Daha sonra saat beşə qədər meşədə gəzirəm və ya göldə balıq tuturam. Evə qayıtdıqda saat yeddiyə qədər məktublarımı yazıram, yaxud bir az da işləyirəm və axşam yeməyindən əvvəl bir saatlıq gəzməyə çıxıram". Ədəbiyyatçı dairəsindən bir başqa dostunun dediyinə görə daxilindən gəlsə də, gəlməsə də, Yeyts hər gün iki saat yazardı. Bu gündəlik intizam, nizamlı bir proqram olmadan konsentrasiya gücünü itirən -" Hər cür dəyişiklik mənim əsla güclü olmayan işləmək vərdişimi pozur" - və çox ağır çalışan Yeyts üçün lazımlıdır. "Çox yavaş yazan bir yazıçıyam", - deyə 1899-cu ildə bildirmişdi. "Gündə beş, ya da altı yaxşı cümlədən artığını əsla tamamlaya bilmirəm". Bu da səksən, ya da daha artıq misradan ibarət lirik bir şeir üçün üç aylıq davamlı işləmək deməkdir. Yeyts pul qazanmaq üçün yazdığı ədəbi tənqidi yazılar kimi digər şeylərdə bu qədər vasvası deyildi. "İnsanın yaşaya bilmək üçün bir tərəfini şeytana satması lazımdır", demişdi. "Mən tənqidlərimi satıram".
XƏBƏR LENTİ
Labirint-6
Azərbaycanda daha 49 nəfərin koronavirusa yoluxdu,1 nəfər vəfat etdi - VİDEO
Sərt qış günlərində sağlamlığımızı necə qorumalıyıq?
Bilirsinizmi? (1)
Evinizi hansı aksesuarlarla bəzəyə bilərsiniz?
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri bahalaşıb
Milli Məclis Avropanı sərt tənqid etdi
Bədənizdə kimin ruhu yaşayır?
Uşaqlar niyə yalan danışır?
Hərbiçilərimiz Füzuli və Cəbrayılın girişində
Azərbaycanda vahid ödəniş portalına qoşulmuş dövlət qurumlarının sayı artıb
Koronavirusun simptomları dəyişdi
Bu məscid sadəcə qadınlar üçündür
Rəcəb Tayyib Ərdoğan prezident İlham Əliyevə zəng etdi
Bolqarıstan kopronavirusa yoluxan turistlərə pul ödəyəcək
BÜRCLƏR bizə nə vəd edir?-26 dekabr
TQDK sədri Təhsildə Qiymətləndirmə üzrə Avropa Assosiasiyasının konfransında iştirak edəcək
Türkiyədə iqtidar dəyişir
Onu içmə, bunu içmə, bəs?..
İngilis dili-Aa (3)
Eyni paltarı geyinməkdən çəkinməyən məşhurlar
Lobya salatı (foto resept)
İsti havalarda tərlətməyən saç modelləri
Günəşin oğlu
Qafqazın "Barselona"sı: axı niyə məhz o?
3 yaşlı qız bütün dünyanı MAT QOYDU -FOTO
Meryem Üzerli YENİ İMCİDƏ-FOTO
Heyvanları insana bənzədən illüziya
Xocalı meşəsi salındı
Avropanın ən qədim oxu zalı
Bayram tətilində idman edənlər üçün tövsiyələr
Prezident və xanımı yeni bulvarın açılışında
Məşhur aktrisaya 1,5 milyonluq təklif-FOTO
Güləşçimiz 23 saniyəyə ermənini məğlub etdi
2019-cu il üçün qeyri-iş günləri açıqlandı
İngilislərin Yeni İl əyləncəsi hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrı Bakıya gəlir
BÜRCLƏR bizə nə vəd edir?- 6 fevral
Bədəndəki yağları əridən ananasın inanılmaz faydaları
Bakıda dollar və rubl əməliyyatları məhdudlaşdı
Ulduzun yoldaşı ayrılıq xəbərlərini təsdiqlədi
Bağırsaq polipləri
Qadınlara özəl: xoşbəxt olmaq üçün bunları etməyin!
12 santimetr qar yağdı
Cehiz istifadəsiz qalanda nə etməli?
Eser evlənmə təklifi etdi-ÜZÜK məsxərəyə qoyuldu-FOTO
Arizona Parlamenti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul etdi
Makronun açıqlamalarından sonra müsəlman ölkələri Fransa məhsullarına boykot elan etdi
Hava haqqında
Ən vitaminli məhsulun adı məlum olub















- ŞƏRHLƏR