Mariya Marqarita Vinkelman kometanı (quyruqlu ulduz) kəşf edən ilk qadın astronomdur.
1670-ci ildə Almaniyanın Leypsiq şəhərində anadan olmuşdur. Rahib olan atası qadınların təhsil almasının vacibliyinə inanırdı və bu səbəbdən öz qızına çox erkən yaşdan etibarən müəllimlik edir. Atasının ölümündən sonra Mariyanın təhsili ilə əmisi məşğul olur.
Mariya kiçik yaşlarında astronomiyaya maraq göstərməyə başlayır. Gənclik illərində astronomiya ilə əlaqəsini gücləndirmək üçün ailəvi tanış olduğu astronom Kristofer Arnoldun köməkçisi və şagirdi olur.
Arnold vasitəsiylə Mariya dövrünün ən məşhur alman astronomlarından biri olan Qotfrid Kirxlə tanış olur. Aralarındakı 30 illik yaş fərqinə baxmayaraq, onlar 1692-ci ildə ailə qururlar. Beləliklə, o, astronomiya karyerasına başlamış olur. 1700-cü ildə Berlin Elmlər Akademiyası qurulur və Mariyanın həyat yoldaşı akademiyanın astronomiya bölməsi üzrə təyin edilir, Mariya özü isə rəsmi olmadan Qotfridə çalışmalarında kömək edir. Onların 4 övladı dünyaya gəlir və onların hər biri valideynlərinin yolunu gedərək astronomiya çalışmalarına qoşulurlar.
Mariya qadın olduğu üçün universitetdə astronomiya üzrə geniş çalışması mümkün olmur. Onun dövründə əksər astronomlar universitet təhsili almamışdılar və bu sahədəki praktiki çalışmalar rəsmi quruluşların xaricində həyata keçirilirdi. Nə Kristofer Arnold, nə də Qotfrid Kirx universitet təhsili almışdılar. Evlənmədən əvvəl Kirx Mariyanın təhsilini Arnolddan təslim alsa da, həqiqətdə şagirdi Mariya ustasına bərabər bir səviyyəyə gəlib çatmışdı.
Berlin Elmlər Akademiyasında Mariya və Qotfrid birlikdə işləyirdilər. Mariya hər axşam saat 9-dan sonra göy üzünü izləyirdi. Birlikdə çalışmaları ilə Ayın mərhələlərini, Günəşin batmasını, tutulmasını və digər planetlərin qarşılıqlı mövqelərini hesablayaraq təqvimlər və almanaxlar hazırlamışdılar. Onların bu çalışmaları xüsusi ilə də təqvimlərin satışından gələn gəlirlər akademiya üçün böyük bir maddi qaynaq yaratmışdı.
1702-ci ildə Mariya hələ məlum olmayan bir quyruqlu ulduz (kometa) kəşf etdi: 1702 kometası (C/1702H). Kometanın kəşfini Qotfrid yayımlayır və məqaləsində Mariyadan heç bəhs etmir. Bunun səbəbini özünün Akademiyanın rəsmi astronomu olması, həyat yoldaşının isə orada qeyri-rəsmi çalışdığını və bunu daha əvvəl açıq bildirməməsi səbəbi ilə Akademiyanın ona qarşı reaksiyasından qorxması kimi izah edir. Lakin Qotfrid səhvini düzəldərək 1710-cu ildə kometanın kəşfinin həyat yoldaşına aid olduğunu açıqlayır.
Mariyanın uğuru qeyri-rəsmi olsa da geniş bir şəkildə qəbul edilir. O, Akademiyanın rəhbəri Leybnislə təcrübələri haqqında aktiv yazışır. 1709-cu ildə Leybnis Prussiya kraliçasına yazır ki, "Onun uğurları ədəbiyyatda görünməsə də, astronomiya təhsilinin ən dərinlərində yer almaqdadır".
1710-cu ildə Mariyanın həyat yoldaşı Qotfrid Kirx vəfat edir və Akademya Mariya ilə əlaqəsini kəsir. Mariyanın qadın olması onun Akademiyada işlərini davam etdirməsinə əngəl olur. Akademiya digər institutlar tərəfindən lağa qoyulacağından ehtiyat edir, hətta rəhbər Leybnis də Mariyanı qorumaqda aciz qalmışdı.
Mariya vəzifə üçün Krallıq Sarayına verdiyi ərizənin cavabını 18 ay gözləyir. Nəhayət, 1712-ci ildə ona rədd cavabı verilir. Bundan kədərlənən Mariya belə demişdi: "İndi qorxulu bir səhrada getdiyimi hiss edirəm, su yoxdur və qidalar da acıdır".
Mariya nəinki mənəvi zərbə almışdı, eyni zamanda artıq atasız qalmış 4 uşağın maddi vəziyyətini də düşünməli idi.
İşsiz qalan Mariya 1714-cü ilə qədər ailə dostları və bacarıqlı həvəskar astronom olan Baron Bernhard Frederik von Krosiqin xüsusi rəsədxanasında işləyir. 1716-cı ildə rus çarı Böyük Pyotrdan təklif alır. Ancaq təklifə müsbət cavab vermir, çünki təqvim hesablarını davam etdirmək üçün Berlində qalmağa qərar verir.
Taleyin oyunu ilə Mariyanın oğlu Kristfrid Akademiya rəsədxanasının direktoru təyin edilir və anası ilə bacısı Kristinanı katibə kimi yanında işə götürür. Mariya xüsusi çalışmalarını etsə də, bir müddət sonra həyat şəraiti onu astronomiyanı tərk etmək məcburiyyətində qoyur.
Beləliklə, Mariya Vinkelman-Kirx sadəcə dövrünün ən qabaqcıl, ən yaxşı tanınan astronomu olaraq qalmadı, eyni zamanda tarixdə quyruqlu ulduz (kometa) kəşf edən ilk qadın oldu. Dərin xəyal qırıqlığına baxmayaraq, kölgədə qalmış karyerası boyunca əhəmiyyətli elmi çalışmalarına davam etmiş və astromiyaya töhfələrini vermişdi.
Onun tanınmasında ən əhəmiyyətli işləri "Aurora Borealis üzərində izləmələri" (1707), "Günəşin Saturn və Venera ilə birləşməsi" (1709), yeni kometa kəşfinə dair məqalələri (1711) olmuşdur.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Kiçik detallarda gözəlliyi əks etdirən şəkillər
Ərdoğan TARİX VERDİ: koronavirus Ramazan bayramında...
Hadisənin 5 gözəllik sirri
Prezident İlham Əliyev: "Azərbaycan və Ukrayna arasında bir çox istiqamətlərdə sıx qarşılıqlı əlaqələr mövcuddur"
Nilufər konsert verdi- FOTO
Sızanaqlı üz üçün sadə maska
Türkiyənin baş naziri postuna namizədin adı AÇIQLANDI
Boğaz ağrısı niyə olur?
Vitamin çatışmazlığının həlli
Sabahın HAVASI
Yaponlar niyə kökəlmir?
Eviniz həmişə işıqlı olsun
HAVA necə olacaq?- 1 fevral
Gələn il üçün QEYRİ-İŞ GÜNLƏRİ açıqlandı
Kısır (foto resept)
“Facebook” hər gün milyonlarla saxta hesabı bloklayır
3 idmançımız Avropadan qızıl medallarla dönür
Azərbaycanın son zamanlar Rusiyadan aldığı hərbi texnikaların adları açıqlandı
Yataq otağınızda boz rəngdən istifadə edin
Rusiyada koronavirusa qarşı ƏN GÜCLÜ DƏRMAN istifadəyə verildi - VİDEO
Yutub-dan daha bir yenilik
Uşaqlara ingilis dilini necə öyrətməli?
Ananas salatı (foto resept)
"70 yaşımda da seksual görünmək istəyirəm"
Həkim qədər təsirli 26 meyvə və tərəvəz (3)
Ölən insanların Facebook hesabına çarə tapıldı
İlham Əliyev yaralı əsgərlərlə görüşdü
Bu gün Cenniferin toyudur - FOTO
Xərçəng şişlərini məhv edən dərman hazırlandı
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib
"Bataqlıq çicəyi"
Azərbaycan etiraz etdi, erməni abidəsi qoyulmadı
Günün qoroskopu: bu gün mühüm işlərlə təkbaşına məşğul olmayın
Folqada dana dili (foto resept)
Əl-Cəzair gözəlini təhqir olundu-FOTO
Hər gün 10 min addım atın!
Bitkilər və təbabət (6)
Prezident: “Üç daimi üzv kiçik, yoxsullaşmış Ermənistana təsir edə bilmir? Sadəcə, istəmədilər”
Xodorkovskinin oğlu: "Atam heç dəyişməyib"
Kral ailəsinin rekord sərvəti-FOTO
Şokoladlı sufle: gecə-gündüz (foto-resept)
Ayaqqabı üzərində necə yeriməliyik?
Günün qoroskopu: ötənləri xatırlayıb köks ötürməyin
Yağ yandıran qidalar
Keti Perridən gözlənilməz etiraf
Moskva səmasında qəribə obyekt göründü - FOTO
Bu gün növbəti buraxılış imtahanları keçiriləcək
Saçını keçəl etdirməkdən qorxmayan məşhurlar
Şabalıdın dəriyə faydası və şabalıd maskası
Toyuq ətli, kartoflu piroq (foto resept)















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]