Son zamanlar qadına qarşı zorakılıq halları artmaqdadır. Bu zorakılıq hərəkətləri adətən kişilər tərəfindən edilir. Belə halların qarşısının alınmasında ailənin öhdəsinə böyük vəzifələr düşür. Valideynlər oğlan uşaqlarının zorakılığa meylli olduğunu hiss etdikdə vaxt itirmədən bunun qarşısını almaq üçün bir sıra yollara əl atmalıdırlar. Bunun üçün lazım gəldikdə psixoloq və pedaqoqlardan yardım istənməlidir. Yoxsa gələcəkdə bədbəxt hadisələrin baş verməsi qaçınmaz ola bilər.
Elə bir neçə müddət bundan öncə Türkiyədə baş vermiş bir hadisə buna bariz nümunədir. Bu cinayət hadisəsi Türkiyənin televiziya kanallarında günlərlə müzakirə mövzusu olmuşdu. Həmin hadisə yanlış anlaşılmaların bəzən insan həyatına son qoyduğuna nümunə sayıla bilər. Bəs hadisə necə baş vermişdi? Bir ailənin gəlini telefonla kiminləsə danışırmış. Söhbəti bitirdikdən sonra qaynı ondan kiminlə danışdığını soruşub. Gəlin isə suala "Sevgilimlə danışırdım" deyə cavab verib. Bunu eşidən qaynı əsəblərini cilovlaya bilməyib. Gəlinlərinin qardaşına xəyanət etdiyini düşünüb və mətbəx bıçağı ilə onu qətlə yetirib. Daha sonra polis idarəsinə gedərək cinayət işlədiyini etiraf edərək təslim olub. Polis qadının telefonunu araşdırıblar. Və bu araşdırmalardan əldə edilən nəticə insanın tüklərini ürpədir. Sən demə, gəlin qətldən öncə telefonla öz həyat yoldaşı ilə, yəni qatilin qardaşı ilə danışıbmış. "Sevgilim" dedikdə öz həyat yoldaşını nəzərdə tutubmuş. Qatilə nə qədər iş verildiyini bilmirəm. Bildiyim tək şey budur ki, cavan bir gəlinin həyatı heç nədən puç oldu. Özünü müdafiə etmək şansı verilmədən, "Sevgilin kimdir?" soruşulmadan mühakimə edildi.
Əminəm ki, belə hadisələrin, səhv anlaşılmaların qurbanları az deyil. Belə hadisələrin qurbanları da əsasən qadınlar olur. Ən azından insanları mühakimə etmədən səbəbini soruşmaq lazım deyilmi? "Niyə etdin?", "Səbəb nədir?" deyə soruşmaq çoxmu çətindir?

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO

- ŞƏRHLƏR