54. Əgər zülm etmiş bir şəxs yer üzündə olan hər şeyə sahib olsaydı, onu (Allahın əzabından qurtarmaq üçün) fidyə verərdi. Onlar əzabı gördükləri zaman için-için peşman olarlar. İnsanlar arasında ədalətlə hökm olunar, onlara zülm edilməz. (Birinin günahı o birinin boynuna qoyulmaz və heç kəsə günahından artıq cəza verilməz).
55. Bilin ki, göylərdə və yerdə nə varsa, hamısı Allahındır. Xəbəriniz olsun ki, Allahın vədi haqdır, lakin (kafirlərin) əksəriyyəti (bunu) bilməz!
56. Dirildən də, öldürən də Odur. Məhz Onun hüzuruna qaytarılacaqsınız!
57. (Ey insanlar!) Sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərdə olana (cəhalətə, şəkk-şübhəyə, nifaqa) bir şəfa, möminlərə hidayət və mərhəmət (Quran) gəlmişdir!
58. (Ya Rəsulum!) De: Allahın neməti və mərhəməti ilə - ancaq onunla sevinsinlər. Bu onların yığdıqlarından (fani dünya malından) daha xeyirlidir!
59. De: Allahın sizə ruzi olaraq (göydən) nə endirdiyini gördünüzmü ki, onun bir qismini haram, bir qismini isə halal etdiniz? De: (Bunu deməyə) Allah Özü sizə izin verdi, yoxsa Allaha iftira yaxırsınız?
60. Allaha iftira yaxanların qiyamət günü barəsindəki zənləri nədən ibarətdir? (Onlara əzab verilməyəcəyinimi güman edirlər?) Allah insanlara qarşı mərhəmətlidir, lakin onların əksəriyyəti (Allahın nemətlərinə və mərhəmətinə) şükür etməz!
61. (Ya Peyğəmbərim!) Sən nə iş görsən, Qurandan nə oxusan, (ümmətinlə birlikdə) nə iş görsəniz, onlara daldığınız (onları etdiyiniz) zaman Biz sizə şahid olarıq. Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın!
62. Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.
63. O kəslər ki, iman gətirmiş və pis əməllərdən çəkinmişlər -
64. Onlara dünyada da, axirətdə də müjdə vardır. Allahın sözləri (verdiyi vədlər) heç vaxt dəyişməz. Bu, böyük qurtuluşdur (uğurdur)!
65. (Ya Peyğəmbərim!) Onların (kafirlərin boş, mənasız) sözləri səni kədərləndirməsin. Yenilməz izzət (qüvvət) bütövlükdə yalnız Allaha məxsusdur. O, (hər şeyi) eşidəndir, biləndir
66. Bilin ki, göylərdə və yerdə kim (nə) varsa (mələklər, cinlər, insanlar bütün canlılar, bütün məxluqat) hamısı Allahındır (Allahın quludur). Allahdan başqasına tapınanlar həqiqətdə Allaha qoşduqları şəriklərə tabe olmazlar (çünki əslində heç kəs Allaha şərik olmağa layiq deyildir və ola bilməz). Onlar ancaq zənnə uyar və yalandan başqa bir şey deməzlər.
67. Gecəni dincəlməyiniz üçün (qaranlıq), gündüzü (çalışıb ruzi qazanmağınız üçün) işıqlı edən Odur. Həqiqətən, bunda (Allah kəlamını) eşidənlər üçün (ibrətamiz) dəlillər vardır.
68. (Müşriklər:) Allah Özünə övlad götürdü! dedilər. Allah pak və müqəddəsdir. O, (övlada, uşağa) möhtac deyildir. Göylərdə və yerdə nə varsa, hamısı Onundur. Bu haqda (Allahın Özünə övlad götürməsi barədə) sizin əlinizdə heç bir dəlil yoxdur. Allaha qarşı bilmədiyiniz şeyimi deyirsiniz?
69. (Ya Rəsulum!) De: Allaha qarşı yalan uyduranlar, sözsüz ki, nicat tapmazlar!
70. (Onlar üçün) dünyada bir qədər dolanacaq, mənfəət vardır. Sonra hüzurumuza qayıdacaqlar, ondan sonra küfr etdiklərinə görə onlara çox şiddətli bir əzab daddıracağıq!
71. (Ya Rəsulum!) Müşriklərə Nuhun xəbərini söylə. Bir zaman o öz ümmətinə belə demişdi: Ey ümmətim! Əgər aranızda qalmağım və Allahın ayələri ilə öyüd-nəsihət verməyim sizə ağır gəlirsə, mən (sizin mənə qarşı bütün pis niyyətlərinizdən) Allaha təvəkkül edirəm. Şəriklərinizlə birlikdə (mənim barəmdə) nə edəcəyinizi qərarlaşdırın. Görəcəyiniz iş gizli qalmasın (onu mənə də bildirir), sonra mənə heç möhlət də verməyib haqqımda istədiyinizi edin (istədiyiniz hökmü çıxarın!).
72. Əgər siz (mənim öyüd-nəsihətimdən, dəvətimdən) üz çevirsəniz, (bilin ki) mən (bunun müqabilində) sizdən heç bir mükafat istəmirəm. Məni mükafatlandırmaq yalnız Allaha aiddir. Mənə müsəlmanlardan (özünü Allaha təslim edənlərdən) olmaq əmr edilmişdir!
73. Onlar yenə də Nuhu yalançı hesab etdilər. Biz Nuha və onunla birlikdə gəmidə olanlara nicat verdik, onları (yer üzünə) varislər (xələflər) etdik. Ayələrimizi yalan hesab edənləri isə suda batırıb boğduq. Bir gör (əzabla) qorxudulanların (lakin yola gəlməyənlərin) axırı necə oldu!
74. Nuhun ardınca öz ümmətlərinə peyğəmbərlər göndərdik. Onlar (öz ümmətlərinə) açıq-aşkar möcüzələr gətirmişdilər. Bunlar isə öncə (peyğəmbər gəlməzdən əvvəl) yalan hesab etdikləri şeylərə iman gətirmədilər. Biz (küfr etməklə, günah işləməklə) həddi aşanların ürəklərini belə möhürləyirik.
75. Onlardan sonra Musanı və Harunu Firona və camaatına açıq möcüzələrlə peyğəmbər göndərdik. Lakin onlar (iman gətirməyi) özlərinə sığışdırmadılar və günahkar bir tayfa oldular.
76. Onlara Bizim tərəfimizdən haqq gəldikdə: Bu, aşkar bir sehrdir! dedilər.
77. Musa onlara belə dedi: Məgər sizə haqq gəldiyi zaman onun barəsində beləmi deyirsiniz? Bu sehrdirmi? Sehrbazlar (dünyada və axirətdə) nicat tapmazlar!
78. Onlar (Musaya və Haruna): Bizi atalarımızın tapındığı dindən döndərmək, özünüz də yer üzündə böyüklük etmək üçünmü gəldiniz? Biz sizə iman gətirən deyilik! dedilər.
79. Firon: Nə qədər bilikli sehrbaz varsa, gətirin! dedi.
80. Sehrbazlar gəldikdə Musa: Nə atacaqsınızsa, atın (istədiyiniz əsaları və kəndirləri yerə atın!) dedi.
81. Onlar (əllərindəkini yerə) atdıqda Musa dedi: Sizin etdiyiniz (gətirdiyiniz) hər şey sehrdir. Allah, sözsüz ki, onu batil edəcəkdir. Allah fitnə-fəsad törədənləri sevməz!
82. Günahkarlar istəməsələr də, Allah sözləri (əmr və hökmləri) ilə haqqı gerçəkləşdirəcək (bərqərar edəcəkdir)!
83. Fironun və əyanlarının bəlası qorxusundan Musaya öz qövmündən (və ya Firon camaatından) yalnız kiçik bir dəstə (nəsil) iman gətirdi. Çünki Firon o yerdə hakim idi. O, (küfr və azğınlıq etməkdə) həddi aşmışdı.
84. Musa dedi: Ey qövmüm! Əgər Allaha iman gətirmişsinizsə və təslim olmuşsunuzsa, Ona təvəkkül edin!
85. Onlar dedilər: Biz yalnız Allaha təvəkkül etdik. Ey Rəbbimiz! Bizi zalım tayfanın fitnəsinə uğratma! Zalım tayfanın əlində sınağa çəkmə!
86. Və bizi öz mərhəmətinlə kafirlərin əlindən qurtar!
87. Musaya və qardaşına: Camaatınız üçün Misirdə evlər tikdirib onları qiblə (namazgah) edin, namaz qılın və möminləri (zəfərlə, Cənnətlə) müjdələyin! deyə vəhy etdik.
88. Musa dedi: Ey Rəbbimiz! Sən Firona və əyan-əşrafına dünyada zinət və mal-dövlət ehsan etdin! Ey Rəbbimiz! (Bu sərvəti onlara bəndələrini) Sənin (haqq) yolundan azdırmaq üçün verdin? Ey Rəbbimiz! Onların mal-dövlətini məhv et və ürəklərini möhürlə (sərtləşdir) ki, şiddətli əzabı görməyincə iman gətirməsinlər!
89. (Allah) buyurdu: Hər ikinizin duasını qəbul etdim. Siz (öz dəvətinizdə və təbliğinizdə) sabitqədəm olun və cahillərin yoluna uymayın!
90. İsrail oğullarını dənizdən (sağ-salamat) keçirtdik. Firon və əsgərləri zalımcasına və düşməncəsinə onların arxasınca düşdülər. (Firon) batacağı anda: İsrail oğullarının inandıqlarından başqa tanrı olmadığına iman gətirdim. Mən artıq (Ona) təslim olanlardanam! dedi.
91. İndimi? (Bütün var-dövlətin, hakimiyyətin əlindən çıxdıqdan sonramı iman gətirirsən?) Halbuki əvvəlcə (Allaha) qarşı çıxmış və fitnə-fəsad törədənlərdən olmuşdun!
92. Səndən sonrakılara bir ibrət olsun deyə, bu gün səni xilas edəcəyik (sənin cansız bədənini sahilə atacağıq). Həqiqətən, insanların çoxusu ayələrimizdən qafildir!
93. İsrail oğullarına (Misirdə və Şamda) çox gözəl bir yerdə təmiz (halal) ruzi verdik. Onlar özlərinə bir elm (Quran) gələnə qədər ixtilafda olmadılar. (Yəhudilər Tövratda Muhəmməd peyğəmbər haqqında oxumuşdular, onun əlamətlərini bilir və gələcəyinə inanırdılar. Lakin Quran nazil olduqda həsədləri üzündən əksəriyyəti onun peyğəmbərliyini inkar etdi). Qiyamət günü (Ya Rəsulum!) Rəbbin ixtilafda olduqları məsələlər barəsində aralarında hökm verəcəkdir!
94. (Ya Peyğəmbərim!) Əgər sənə nazil etdiyimizə şübhə edirsənsə, (bu haqda) səndən əvvəl kitab (Tövrat) oxuyanlardan (Abdullah ibn Salam kimi kitab əhlindən) soruş. Haqq sənə, sözsüz ki, Rəbbindən gəlmişdir. Şübhə edənlərdən olma!
95. Allahın ayələrini təkzib edənlərdən də olma, yoxsa ziyana uğrayanlardan olarsan!
96. Həqiqətən, əleyhinə sənin Rəbbinin sözü gerçəklənmiş olanlar iman gətirməzlər!
97. Onlara hər hansı bir ayə gəlsə, şiddətli əzabı görməyincə (inanmazlar).
98. Əzab gəlməkdə ikən Yunisin ümmətindən başqa iman gətirib imanı özlərinə fayda verə bilən bir məmləkət əhli vardırmı? (Yunisin ümməti) iman gətirən zaman onları dünyadakı rüsvayçılıq əzabından qurtardıq və onlara bir müddət (ömürlərinin axırınadək) gün-güzəran verdik.
99. Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları iman gətirməyə sənmi məcbur edəcəksən?! (Bu sənin işin deyildir. Sənin vəzifən ancaq islamı təbliğ etməkdir).
100. Heç kəs Allahın izni olmadan iman gətirə bilməz (buna görə də əbəs yerə özünü yorma). Allah (Özünün öyüd-nəsihətlərini, hökmlərini) anlamayanları əzaba (kəsafətə) düçar edər.
101. De: Bir gör göylərdə və yerdə (Allahın birliyini və qüdrətini sübut edən) nələr var. Lakin iman gətirməyən bir tayfaya ayələr və (Allahın əzabı ilə qorxudan) peyğəmbərlər heç bir fayda verməz!
102. Onlar ancaq özlərindən əvvəl gəlib-gedənlərin günləri (başlarına gələn müsibətlər) kimi bir gün gözləyirlər! De: Gözləyin, doğrusu, mən də sizinlə birlikdə gözləyənlərdənəm!
103. Sonra peyğəmbərlərimizi və iman gətirənləri xilas edərik. Möminləri (verdiyimiz vədə əməl edərək) belə xilas etmək Bizə vacibdir.
104. De: Ey insanlar! (Ey Məkkə müşrikləri!) Əgər mənim dinim barəsində şübhəyə düşmüşsünüzsə, (bilin ki) mən Allahı qoyub tapındığınız başqa bütlərə ibadət etmirəm. Ancaq sizin canınızı alacaq Allaha ibadət edirəm. Mənə möminlərdən olmaq əmr edilmişdir.
105. Və: Batildən haqqa tapınaraq üzünü islam dininə çevir, müşriklərdən olma,
106. Allahdan başqa, sənə nə bir xeyir, nə də zərər verə bilən şeylərə (tanrılara və bütlərə) ibadət etmə! Əgər belə etsən, şübhəsiz ki, özünə zülm edənlərdən olarsan!, - deyə buyurulmuşdur.
107. Əgər Allah sənə bir zərər toxundursa (sıxıntı versə), onu Özündən başqa (səndən) heç kəs sovuşdura bilməz. Əgər Allah sənə bir xeyir diləsə, heç kəs Onun nemətini (lütfünü) geri qaytara bilməz. Allah onu bəndələrindən istədiyinə nəsib edər. O, bağışlayandır, rəhm edəndir.
108. (Ya Rəsulum!) De: Ey insanlar! Artıq Rəbbinizdən sizə haqq (Quran və Peyğəmbər) gəlmişdir. Doğru yolu tutan özünə savab, doğru yoldan azan isə özünə günah qazanar. Mən sizə zamin deyiləm!
109. Sənə nə vəhy gəlirsə, ona tabe ol. Allah hökm (zəfər hökmünü) verənə qədər səbr et. O, hökm verənlərin ən yaxşısıdır!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Çox qısqancam, nə etməliyəm?
Yeməkdən sonra edilən səhvlər
Azərbaycanda daha bir kənd polislər tərəfindən nəzarətə götürüldü
Küçə iti aktyorun yaralandığını sandı – VİDEO
Ağdərənin işğalından 26 il ötür
Ayda mobil rabitə şəbəkəsi yaradılacaq
Sağlamlıq məsləhətləri
Azərbaycan dili - XIX Dərs
Leonardo Di Kaprio: Bu roluma görə utanıram
Dadlı tort (foto resept)
Yalnızsan
Baş prokuror: “Hərbçilərimiz Füzulidə bayraq sancmağa bir yer tapmadı”
Ukrayna 8 Martdan da imtina edir
"Facebook"da böyük dəyişiklik olacaq
Qripdən sağalmağı sürətləndirən üsullar
Baş ağrısı və göz sulanmasının əyləncəli səbəbi
Usta yalançını necə tanımalı?
Bu gün Kəlbəcər işğaldan azad olur
Sağlam qalmaq üçün bunlara əməl edin
Bu günün tarixi
23 dekabr qeyri- iş günüdür-SƏBƏB
Azərbaycanda koronavirusa yoluxanların sayı 10 mini ötdü
Fransada ara qarışdı
O fotoşəkli İlham Əliyev də imzaladı
"Son zəng" xəbərdarlığı edildi
Ulduzların sirri
Ukrayna prezidendi oğluna qadağa qoydu-FOTO
Göbələkli toyuq plovu (foto resept)
Qorxulu buludlar
2019-un ən zərif gəlinlik modelləri
Valideynlərə təcili kömək -3
Brokoli ruleti (foto resept)
Qonşu ölkədə koronavirusa rekord yoluxma
Uğursuz turist - Hansı şəhərə getdisə, terror oldu - FOTO
Azərbaycanda zəlzələ oldu
"O ses Türkiye"nin iştirakçısı 123 kiloqram arıqladı - FOTO
Facebook pulsuz antivirus paylayır
Bakıda istilər səngiyir
Halle Berry gözəlliyinin sirri
Hər kəs bu tarixi gözləyir-10 Yanvar
Bu görüntülərə biganə qalmaq mümkün deyil
Koronavirusun əsas daşıyıcıları açıqlandı
Bakıda yeni qadağa
Yanacaq sərfiyyatını azaldan yeni aviamühərrik hazırlanır
Yaponlardan növbəti yenilik - Uçan ağaç!
Azərbaycan polisinə "nömrə" gəlmək neçəyədir?
Şəkərsiz limonad (foto-resept)
Tibb tarixində ilk-FOTO
Novruz bayramında neçə gün evdə qalacağıq?
Bella və Cici Hadid bacıları Kim Kardaşyanı terroru dəstəklədiyinə görə “Instagram”da izləmədən çıxarıb
- ŞƏRHLƏR