Bu qədər pisliyin və pisin olduğu yerdə mən yenə yaxşıyam.
İnsanın özünü aldatma yollarından və rastladığı yanlışlardan bir digəri də özünü pis nümunələr ilə müqayisə edərək bəhanə olaraq həmin nümunələri görməyə çalışmasıdır. Bu yanılmalar dindar qəbul edilən fərdlərin yaratdığı pis nümunələr əsas götürələrək dini ibadətlərin yerinə yetirilməsində fərqli insanların müxtəlifliyi nəzərə alınmadan ümumiyə çıxarılan dəyərləndirməyə dayanır. Daha əvvəlki başlıqlarda da görüdüyümüz kimi insan özünü təmizə çıxarmaq və özüncə haqlı səbəblər irəli sürmək üçün hər yolu istifadə edir. Öz yaxşılığının və ya pisliyinin ölçüsünün başqalarının yaxşılıq, ya da pisliklərinə görə müəyyənləşəcəyini sanaraq yanılır. Yer üzündəki insanların hamısı pis olsa belə yenə fərdin vəziyyəti üçün bir şey ifadə etməz. Etməz, ona görə ki, axirətdə hər kəs öz etdikləri səbəbindən hesaba çəkiləcək.
İnsan dini mövzularda çox zaman özündən pis hallarda olanlarla müqayisə edər özünü. Dünyəvi mövzularda isə üstün olanlarla. Bu da insanın ayrı bir səmimiyyətsizliyidir. Dünyəvi bir əskiklikdən şikayət etmək yerinə sahib olduqlarından yoxsul olan saysız insanın varlığı, fərd üçün şikayət deyil, şükür səbəbi olmalıdır. İnsanların bir qismi etdikləri şeyləri o dərəcədə qanuni hesab edir və özlərini təmizə çıxarırlar ki, bir an cənnətin həmin insan üçün yaradıldığını sanırsan!
(Ya Rəsulum!) Özlərini təmizə çıxaranları görmürsənmi? (Nisa surəsi, 49-cu ayə)
İnsan öz etdiyini daima şişirdir. Dindarlıqla bağlı özünə görə etdiyi bəzi şeyləri kafi hesab edir. Bəzi insanlar "Evdən Bismillahsız çıxmıram", "İş yerimi Bismillahsız açmıram", "Ramazanda içki içmirəm", "Qədr gecəsi məscidləri gəzirəm", "Ərəfə günlərində namaz qılıb, dualar edirəm" kimi ifadələrlə əslində dinə qarşı maraqsız olmadıqlarını, hətta bir az daha çox danışsalar, özlərini olduqca dindar biri kimi qəbul etdiklərini söyləyəcəklər. Şübhəsiz müəyyən zamanlarda belə olsa, insanların xətalardan uzaq duraraq Allaha yaxınlaşmağa çalışmaları sevindirici haldır. Ancaq şeytan insanın günahlardan uzaq durmaq üçün etdiyi şeyləri o qədər böyüdür ki, günahlardan uzaq durmadığı zamanlarda vicdanla özünü rahat hiss edər. "Mənim etdiklərimi etməyən bir sürü insan var" kimi cümlələr ilə öz etdiklərini yetərli görər. Bununla belə bəzən elə sözlər eşidərsiniz ki, tam mənası ilə dəhşətə düşməniz qaçınılmaz olur. Kimisinin "Mən də Cənnətə girməzsəm kim girəcək ki, Allah Eşqinə?" kimi nalayiq və xoşagəlməz ifadələr istifadə etməsinə şahid oluruq. Şeytan da boş durmaz, şiddətlə dəstəkləyər belələrini. "Ətrafına bir baxsana, millət nə qədər pisdir, sən yaxşısan, yaxşı" kimi vəsvəsələri insanın ağlına salır. İnsan da necə olsa bir şəkildə Cənnətə girəcəm sanır. Halbuki ayələr xəbərdar edir:
Yoxsa elə güman edirdiniz ki, Allah içərinizdən cihada çıxanları və səbr edənləri bəlli etmədən siz Cənnətə daxil olacaqsınız? (Ali İmran surəsi, 142-ci ayə)
Şübhəsiz, Allah Cənnəti inanan və ixlaslı qulları üçün yaratmışdır və insan hər zaman şeytanın Allahın hüzurundan qovulmasının qürur səbəbi olmasını da xatirində tutmalıdır. Quran ayələri bildirir:
Mələklər (küfr etməklə, Allaha şərik qoşmaqla) özlərinə zülm edənlərin canlarını aldıqda onlar (ölüm qorxusundan Allahın əmrinə) təslim olub: “Biz heç bir pislik etmirdik!” – deyəcək (mələklər də onlara belə cavab verəcəklər): “Xeyr, (elə deyildir) Allah sizin nələr etdiyinizi çox yaxşı bilir! (Nəhl surəsi, 28-ci ayə)
Yenə bəzi insanlar vardır ki, dinin bəzi əmrlərini yerinə yetirmiş olmalarını yetərli görərək özlərini müsəlman kimi görürlər. Sözsüz ki, hər kəsin ibadətinin dəyərini ancaq Allah bilir. Namaz, Oruc, Həcc, Zəkat ibadətlərdən ibarət Müsəlmanlıq anlayışı cəmiyyətlərin geniş bir kəsimində yayğındır. Ancaq bəhs edilən ibadətlərdən uzaq saysız insan vardır ki, yanlış həyat tərzi yaşayaraq gününün məhdud bir zamana sığdırdığı Müsəlmanlığı ilə özünü yetərli görmə qəflətinə düşər. Belə olduqda insanların çoxu ibadətlərini tələsərək edir, məsələn, tələm-tələsik namaz qılır və şeytanın tələsinə düşür. Şüursuz şəkildə həyata keçirilən ibadətlər zamanla mənasız bir rituala çevrilir. Bir düşünsək, niyə tələsərək edirik ibadətimizi? Yetişməmiz lazım olan hansı şey yerinə yetirməmiz lazım olan ibadətdən daha əhəmiyyətlidir? Yaxud tələsərək gördüyümüz qulluq vəzifələrimizin dünyaya və axirətə qatqısı vardırmı? Şübhəsiz bu ancaq Allahın elmindədir. Ancaq insan özünü aldatmamalı, dünyəvi şeylər nə qədər çox olsa da, Allah rizası üçün edəcəyi şeyləri yetərli şəkildə etməlidir. Bununla belə bəzi insanlar özləri üçün riyazi hesablar edərək bu qədər pisin olduğu yerdə cəhənnəmdə yer olmayacağını, ya da ona sıra gəlməyəcəyini düşünürlər. "Bu qədər inancsız və pis insan hara yerləşə bilər, bizlərə yer çatmaz hər halda" deyir bəziləri.
Quran ayələri isə həqiqəti deyir:
O gün Biz Cəhənnəmə: “Doldunmu?”– deyəcəyik. O isə: “Yenə varmı?”– deyəcəkdir. (Qaf surəsi, 30-cu ayə)
Allahın cənnəti də, cəhənnəmi də ala bildiyincə genişdir. Hər kəsə yetərincə yer vardır. İnsanların bu qədər acıma ilə hesab və mühakimələrlə özlərini aldatmağı buraxaraq doğru bir ömür sürmək üçün edəcəklərini anlamaq lazımdır. Bununla birlikdə könüldən Allaha təslim olmuş bir qula yaraşan şey, gördüyü xeyir və yaxşılıqların həzzi ilə deyil, edə bilmədiklərinin üzüntüsü ilə yaşaya bilməkdir.
Emre Dorman "Dini mövzularda özünü aldatmağın 40 yolu"
Tərcümə: Ceylan Mumoğlu
XƏBƏR LENTİ
42 yaşlı qadın öz bədən quruluşu ilə təəccübləndirir-FOTO
Musiqi dinləməyin faydaları və zərərləri
Qatıqlı meyvə salatı (foto resept)
Kabab yeyənlərin nəzərinə-DİQQƏT
Köklü miso şorbası (foto resept)
Koronavirusda GİZLİ TƏHLÜKƏ: aylar sonra ortaya çıxır
"İndiki Ermənistan əslində Azərbaycanın tarixi torpağıdır"
Ermənistanın sonu yaxınlaşır
Ailə sirləri başqalarına deyilə bilər?
Kıvanç Tatlıtuğ rep oxuyacaq!
Qozun sağlamlığımıza faydaları
Yeni dövrün coğrafiyası (XV-XIX)-2
Dünyadan maraqlı faktlar (III hissə)
Dərinizi çirkli havalardan qoruyacaq maska
Ebru Şahin Mərakeş və Misir gündəmindədir
Sosial şəbəkədən qorxan ölkələr.
“Facebook” bunu da etdi
Gökhanın görüntüləri TƏƏCCÜBLƏNDİRDİ
Çavuşoğlu Lavrovla danışıb Ermənistana xəbərdarlıq edilməsini istədi
Nazirlikdən vətəndaşlara MÜRACİƏT: Məhkəməyə verin
Ölkədə gediş haqları dəyişibmi?
BÜRCLƏR bizə nə vəd edir? - 2 MAY
Hərbiçilərimiz Füzuli və Cəbrayılın girişində
Dünəndən qalan plovu yeməyin!
Fərqli saç aksessuarları
Bu geyim sonsuzluq yaradır
Ermənistanda hərbi vəziyyət rejimi davam edəcək
Qulaqda səslərin yaranma səbəbi
"Pelmeni" (foto-resept)
Kayli Cennerin daha bir yalanı üzə çıxdı-FOTO
Öyrəndim ki...
Şəhzadə Harry və Meghanın toyu
Zaman gedir, tələs
Gənc qızlar, zamana dəyər verin
58 yaşlı ulduz hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Yağış yağacaq, şimşək çaxacaq
İstirahət günü hava bakılıları sevindirəcək
"iPhone"nun qiyməti düşür
Azərbaycanda vitse-prezident vəzifəsi yaradılır - KONSTİTUSİYA DƏYİŞİR
Finalın adı məlum oldu
"Ana harayı" abidəsi ziyarətə hazırdır
Türkan Şoray sevincdən ağladı-FOTO
Cəbhədə güclü atışma başladı
Yay aylarının ən faydalı meyvələri
Banklar girov mənzilləri satdırır
Yapon geyşalarının sirri
Qaraciyərin böyüməsinin səbəbləri
Makiyajsız canlı görünməyin yolları
Yağlı xəmirdən "Napoleon" tortu (foto-resept)
Teylor Svift Uitni Hyustonun rekordunu təzələdi
- ŞƏRHLƏR