Əziz Qadın.Netlilər, bu gün dünya elə bir hala gəlibdir ki, hər kəs öz bildiyi doğrusunu camaata çatdırmağa çalışır, amma əsl doğru bir kənarda qalaraq öz zamanını gözləyir. İslamı parçalamaq üçün o qədər bilgilər saxtalaşdırır ki, adamların çoxu müəmma içində qalır və kimə, nəyə inanacağını artıq bilmir. Ona görə də belə qərara gəldim ki, Dinimiz barədə təməl bilikləri sizinlə paylaşım. Unutmayın, hər birimizin əqidəsi İslam olmalı və Allahın qoyduğu, Muhamməd Peyğəmbərin (s.a.s) göstərdiyi yol ilə getməyə çalışmalıyır. Allah bizə bu yolu tapmağı və daim bu yolu izləməyi nəsib etsin. Bu gün sizlərlə İslamın əsasları barədə-iman və onun əsasları barədə məlumatlar paylaşacağam. Ümid edirəm ki, xəbərləri mütəmadi olaraq izləyəcək və birlikdə müəyyən məlumatlar mənimsəyəcəyik. Elə isə keçək əsas mövzuya.
Quran və sünnə əsasında imanın əsasları
Bu dini bizim üçün kamil edən, bizə olan nemətini tamamlayan, bizim müsəlman ümmətimizi ən xeyirli ümmət edən və bizə öz içimizdən Allahın ayələrini bizə oxuyan, bizi günahlardan təmizləyən, Kitabı və hikməti bizə öyrədən bir elçi göndərən Allaha həmd olsun!
Allahın aləmlərə rəhmət olaraq göndərdiyi Peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun! Sonrasına gəlincə, həqiqətən, cinlərin və insanların yaradılışında hikmət Tək Allaha ibadət etməkdir. Bu xüsusda Uca Allah buyurur: “Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım”
(əz-Zariyat, 56). Elə bu səbəbdən də əsas və mübarək mənbələrdən– Allahın Kitabı və Onun elçisinin (s.a.s) Sünnəsindən götürülmüş tövhid və düzgün əqidə həmin o ibadətin yerinə yetirilməsi üçün qayədir. Tövhid bu kainatın qurulmasına rəvac verən bünövrədir. Odur ki, tövhidin aradan qaldırılacağı təqdirdə bu kainatda fəsad, qarmaqarışıqlıq və hərc-mərclik meydana gələr. Bu xüsusda Uca Allah buyurur: “Əgər göydə və yerdə Allahdan başqa məbudlar olsaydı, onların
hər ikisi fəsada uğrayardı. Ərşin sahibi olan Allah pakdır və müşriklərin Ona aid etdikləri sifətlərdən uzaqdır!” (əl-Ənbiya, 22).
Pak və müqəddəs Allah həmçinin buyurur: “Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allahdır. Vəhy onların arasında ona görə nazil olur ki, Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz” (ət-Talaq, 12). Bu (mövzuya dair) başqa ayələr də mövcuddur.
İnsan ağlı bu əqidəni təfsilatı ilə dərk edə bilmədiyinə görə, Allah Öz elçilərini göndərmiş və Öz kitablarını nazil etmişdir ki, bunu insanlara müfəssəl şəkildə izah etsin və onlar da elmə və mötəbər dəlillərə əsaslanaraq, həmçinin açıq-aydın əsaslara və düzgün etiqada istinad edərək Allaha ibadət etsinlər. Odur ki, Allahın elçiləri bir birinin ardınca göndərilərək bu əqidəni (insanlara) təbliğ etmiş və onu (müfəssəl şəkildə) bəyan etmişlər. Pak və müqəddəs Allah bu xüsusda belə buyurur: “Elə bir ümmət yoxdur ki, ona xəbərdar edən bir peyğəmbər gəlmiş olmasın” (Fatir, 24). Allah həmçinin buyurur: “Sonra bir-birinin ardınca elçilərimizi göndərdik” (əl-Muminun,
44). Bu o deməkdir ki, peyğəmbərlər bir-birinin ardınca göndərilmiş və nəhayət, bu ardıcıllıq onların ən hörmətlisi, ən fəzilətlisi və imamları sayılan Peyğəmbərimiz Muhəmməd (s.a.s) ilə tamamlanmışdır. O, Allahın risalətini təbliğ etmiş, öhdəsinə düşən vəzifəni yerinə yetirmiş, ümmətə öyüd-nəsihət vermiş, Allah yolunda səmimi-qəlbdən (canı və malı ilə) vuruşmuş və (insanları) gizlində və aşkarda Allaha dəvət etmişdir. O, boynuna düşən peyğəmbərlik yükünü layiqincə daşımış, Allah yolunda ən ağır əziyyətlərə məruz qalmış və bütün bunlara, digər ulul-əzm (Ulul-əzm peyğəmbərləri deyildikdə xüsusi əzmkar və səbirli olanlar nəzərdə tutulur. Bunlar Nuh, İbrahim, Musa, İsa və Muhəmməddir (s.a.s)) peyğəmbərlərin səbir etdiyi kimi, səbir etmişdir. O, (bəşəriyyəti) o vaxta qədər Allaha tərəf çağırmış və Onun doğru yoluna yönəltmişdir ki, nəhayət, Allah onun əli ilə bu dinə bu dinə zəfər qazandırmış və Öz nemətini tamamlamışdır. Məhz onun dəvəti sayəsində insanlar dəstə-dəstə Allahın dininə daxil olmuşlar. Allah Öz peyğəmbərinin əli ilə bu dini kamilləşdirməyincə və Öz nemətini tamamlamayınca Peyğəmbər (s.a.s) bu dünyadan köçməmişdir. Bu xüsusda pak və müqəddəs Allah bu ayəni nazil etmişdir: “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim.” (əl-Maidə, 3).
Peyğəmbər (s.a.s) bu dini tamamilə–bütün əsasları və ikinci dərəcəli ayinləri ilə bəyan etmişdir. Bu xüsusda hicrət diyarının (Burada "hicrət diyarı" deyildikdə, Peyğəmbərimizin (s.a.s) və onun səhabələrinin hicrət etdiyi Mədinə şəhəri nəzərdə tutulur.) imamı Malik ibn Ənəs (r.a) demişdir: “Peyğəmbər (s.a.s) öz ümmətinə ayaqyolunda təmizlənməyi öyrətmiş, amma tövhidi öyrətməmişdir”– deyə
onun haqqında pis zənn etmək ağlasığmazdır.
Peyğəmbər (s.a.s) (bəşəriyyəti) tövhidə və səmimi qəlbdən Allaha ibadət etməyə, habelə şirkdən tamamilə–həm böyüyündən, həm də
kiçiyindən üz çevirməyə çağırmışdır. Elçilərin hamısının vəzifəsi də məhz bu olmuşdur. Belə ki, onların hamısı tövhidə dəvət xüsusunda
həmrəy olmuş və yekdilliklə buna dəvət etmişlər. Üstəlik, bu onların dəvətinin çıxış nöqtəsi, peyğəmbərlik missiyasının məğzi və onların
göndərilməsinin əsas məramı olmuşdur. Bu xüsusda Uca Allah buyurur: “Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun”– deyə, elçi göndərdik. Onlardan kimisini Allah doğru yola yönəltmiş, kimisinə də azmaq nəsib etmişdir. Yer üzündə gəzib dolaşın və görün haqqı yalan sayanların aqibəti necə oldu!” (ən-Nəhl, 36). O, həmçinin buyurur: “Səndən əvvəl elə bir elçi göndərməmişik ki, ona: “Məndən başqa heç bir məbud yoxdur, Mənə ibadət edin!”– deyə vəhy etməyək” (əl-Ənbiya, 25). O, həmçinin buyurur: “Səndən əvvəl göndərdiyimiz elçilərdən – onların davamçılarından soruş; Biz Mərhəmətli Allahdan başqa ibadət ediləsi məbudlarmı icad etmişik?” (əz-Zuxruf, 45). O həmçinin buyurur: “Allah Nuha tövsiyə etdiyini, sənə vəhy etdiyimizi, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyimizi sizin üçün də dində qanun etdi:–Dinə doğru-düzgün etiqad edin və onda bölünüb firqə-firqə olmayın!” (əş-Şura, 13).
İmam Buxari və Muslimin “Səhih” əsərlərində Əbu Hureyradan (r.a) rəvayət edilmiş hədisdə Peyğəmbər r demişdir: “Peyğəmbərlər
ata bir, ana ayrı övladlardır. Anaları ayrı olsa da, dinləri birdir”(“Səhih əl-Buxari”, 3443; “Səhih Muslim”, 2365.).
Peyğəmbərlərin dini və əqidəsi eyni, şəriət qayda-qanunları isə başqa-başqa olmuşdur. Bu haqda Uca Allah buyurur: “Sizlərdən hər
biriniz üçün bir şəriət və bir yol təyin etdik” (əl-Maidə, 48).
Elə buna görə də hər bir müsəlman yəqin bilməli və hər bir möminə aydın olmalıdır ki, dini məsələlərdə mülahizə yürütmək və ağıla istinad edərək hökm vermək olmaz. Odur ki, yer üzündə olan hər bir müsəlman, peyğəmbərlərin və elçilərin etiqadı üzərində olmalı, onların iman gətirdikləri, üstəlik heç bir şəkk və tərəddüd etmədən dəvət etdikləri əsaslara iman gətirməlidir.
“Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də iman gətirdilər. Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. Onlar dedilər:–Biz Onun elçiləri arasında fərq qoymuruq! Onlar dedilər:–Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik, dönüş də yalnız Sənədir!” (əl-Bəqərə, 285).
İman gətirmək, Allaha boyun əymək, təvazökar olmaq, itaətkarlıq göstərmək və qəbul etmək–məhz bunlar möminlərin gördüyü işlər
və onların tutduğu yoldur. Mömin bunları yerinə yetirdiyi təqdirdə ona salamatlıq nəsib olur və o, əmin-amanlıq içində yaşayır. Üstəlik
onun mənəviyyatı təmizlənir, qəlbi rahatlıq tapır və batil etiqadları üzündən yolunu azmış insanların düşdüyü azğınlıqdan–təzadlı
düşüncələrdən, ziddiyyətli fikirlərdən, şübhəli məsələlərdən, yanlış qərarlardan, hərc-mərclikdən və qərarsızlıqdan tamamilə uzaq olur.
Dəyişməz əsasları, tutarlı özülləri və möhkəm dayaqları olan düzgün İslam əqidəsi insanlara həm bu dünyada, həm də Axirətdə xoşbəxtlik, firavanlıq və uğur qazandıran yeganə əqidədir. Bu ona görədir ki, İslam əqidəsi açıq-aydın əlamətləri, mötəbər dəlilləri, tutarlı əsasları və sübutları olan, habelə qüsursuz fitrətə, sağlam düşüncəyə və saf qəlbə uyğun gələn bir əqidədir. Elə buna görə də bütün İslam aləminin bu saf əqidəni öyrənməyə böyük ehtiyacı vardır. Belə ki, bu aləmin xoşbəxtliyi məhz həmin əqidədən asılıdır və onsuz nicat tapmaq mümkün deyildir.
Müsəlman bu yığcam risalədə hər bir müsəlman üçün ən lazımlı sayılan İslam əqidəsinin əsaslarını və onun ən mühüm dayaqlarını,
habelə bu əqidənin ən bariz xüsusiyyətlərini və əlamətlərini tapa bilər. Üstəlik bunların hər birinin dəlil-sübutla əsaslandırıldığını da görə bilər. Bu məlumatlar Quran və Sünnə işığında imanın əsaslarını açıqlayır. Bunlar isə peyğəmbərlərdən miras qalmış, gün kimi aydın
olan, kiçikdən böyüyə qədər hər kəsin ən qısa müddətdə dərk edə biləcəyi əzəmətli əsaslardır. Hidayətə qovuşdurmaq isə təkcə Allaha
aiddir!
Pak və müqəddəs Allahdan diləyirik ki, bunun sayəsində cəmi müsəlmanlara xeyir nəsib etsin! Axırda yenə Uca Allahı tərif edib
deyirik: Həmd olsun aləmlərin Rəbbi Allaha!
Şanlı Quranın nəşri üzrə
kral Fəhd adına Kompleksin
Baş Katibliyi
Xəbərimizin ardını mütləq izləyin.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Daha bir neftçi dəfn olundu
Fərqli bədən formasında eyni paltar
Putin “soyqırım” tədbirinə gəlmir?
Çöp şişdə fərqli kabab (foto resept)
Möhtəşəm kainat...
HAVA necə olacaq?
Həccin vaxtı açıqlandı
Balıq bürcünün ən əsas 6 xüsusiyyəti
Bu keksin 100 yaşı var, amma... - ONU İNDİ DƏ YEYƏ BİLƏRSİNİZ
Putin: Suriyanı Xəzərdən bombalayırıq
Kənan İmirzalıoğludan Sinem Kobala xüsusi jest
Ölmədən öncə bunları edin
Bakıda qida məhsullarının istehsalı artıb
Bizi bu torpaq yaşadır
Disney şirkətinin 10 idarəçilik prinsipi(2)
ABŞ ordusunda hicaba icazə verildi
Yıldız Tilbedən nazirliyə:"Dərmanlar pulsuz paylansın"
Dünyanın sonunun yeni tarixi
Bu gün beynəlxalq Yer Günüdür
Novruz bayramıyla bağlı daha bir etiraz
Can Yamanın yeni serialı məhkəməlik oldu-SƏBƏB
Abituriyentlər üçün VACİB XƏBƏR
İran Ermənistana xəbərdarlıq etdi
Rühəngiz Allahverdiyeva yeni imicdə-FOTO/VİDEO
Yeni KLİPİ 3 milyon dəfə izləndi-VİDEO
Ən gözəl üzə sahib olan qadınlar
2045-ci ildə bəşəriyyəti nə gözləyir?
Bakı yol polisindən sürücülərə müraciət
Sürətli dırnaq uzadan maska
Qozlu bükmə (foto resept)
Bürclərin asılılıqları
"Miss Brazil-2019" seçildi-FOTO
"Çin restoranı" sindromu
Divardan asılmış restoran
Məktəblilər üçün “güllə keçirməz” çantalar satılır
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
İş görərkən niyə fikrimiz yayınır?
Əmizdirmə problemlərinin çarəsi
Doğru şampun istifadəsi
Lerikdə zəlzələ oldu
Məşhur müğənnidən hamiləlik AÇIQLAMASI
Öz-özünə danışmaq dəlilik əlamətidirmi?
Aleyna 158 minə avtomobil aldı-FOTO
Mövqelərimiz atəşə tutuldu - Ermənilərin gecə təxribatı
Ziyafət geyim modelləri
Orta məktəb müəllimləri bu qədər maaş alacaq - Məbləğ
Başın ağrılı bəlası
Parıltılı saçlar üçün lazımlı maska.
Bu məhsullar bahalaşdı - SİYAHI
Boş döl yumurtası sindromu və əlamətləri
- ŞƏRHLƏR