Tövrat, İncil və digər kitabların təhrif olunmasının, Quranın isə salamat qalmasının bəyan edilməsi
Kitab əhlinin Allahın Kəlamını təhrif etməsi
Qüdrət və qüvvət sahibi olan Allah Qurani Kərimdə Kitab əhlinin onlara nazil edilmiş kitabları təhrif etdiyini və dəyişdirdiyini bildirir. Yəhudilər barədə Uca Allah belə buyurur: “Siz yəhudilərin sizə inanacaqlarınamı ümid edirsiniz? Halbuki, onlardan bir zümrə var idi ki, Allahın Sözünü eşidib anladıqdan sonra, bilə-bilə onu təhrif edirdilər” (əl-Bəqərə, 75). Həmçinin buyurur: “Yəhudilərdən bəziləri kəlmələrin yerini dəyişdirir” (ən-Nisa, 46).
Nəsranilər barəsində isə Allah belə buyurur: “Biz xaçpərəstik!–deyənlərlə də əhd bağlamışdıq. Onlar da özlərinə öyrədilənin bir hissəsini unutdular. Buna görə də onların arasına Qiyamət gününə qədər ədavət və kin saldıq. Allah onlara nə etdikləri barədə xəbər verəcəkdir. Ey Kitab əhli! Artıq sizə Kitabdan gizlətdiyiniz şeylərin bir çoxunu bəyan edən və bir çoxunun da üstündən keçən Elçimiz gəlmişdir. Artıq sizə Allahdan bir nur və açıq-aydın bir Kitab gəldi” (əl-Maidə, 14-15).
Bu ayələrdən yəhudilərin və xaçpərəstlərin müqəddəs kitabları təhrif edərək dəyişdirdikləri aydın olur. Bu təhrif isə bəzən nəyi isə artırmaqla, bəzən də nəyi isə əskiltməklə olur.
Əvvəlki ilahi kitablara artırma barədə Uca Allah buyurur: “Vay o şəxslərin halına ki, onlar öz əlləri ilə kitab yazır, sonra da: “Bu, Allah tərəfindəndir!”–deyirlər ki, onunla cüzi miqdarda pul əldə edə bilsinlər. Öz əlləri ilə yazdıqlarına görə vay onların halına! Qa- zandıqları şeyə görə vay onların halına!” (əl-Bəqərə, 79).
Əksiltmə barədə isə Allah buyurur: “Ey Kitab əhli! Artıq sizə Kitabdan gizlətdiyiniz şeylərin bir çoxunu bəyan edən və bir çoxunun da üstündən keçən Elçimiz gəlmişdir. Artıq sizə Allahdan bir nur və açıq-aydın bir Kitab gəldi” (əl-Maidə, 15). Həmçinin buyurur:
“Onlar: “Allah insana heç bir şey nazil etməmişdir”–deməklə Allahı layiqincə qiymətləndirmədilər. De: “Musanın insanlar üçün nur və doğru yolu göstərən rəhbər olaraq gətirdiyi Kitabı kim nazil etmişdir? Siz onu kağızlara yazıb bir qismini göstərir, çoxunu isə gizlədirsiniz” (əl-Ənam, 91).
Tövrat və İncilin təhrif olunması və buna dəlillər
Qeyd etdiyimiz ayələr kitab əhlinin ümumilikdə Allahın kəlamını təhrif etmələri barədə idi. Bundan əlavə Tövrat və İncilin təhrif olunmaları barədə ayrıca dəlillər də vardır.
Tövratın təhrif olunması barədə Uca Allah buyurur: “De: “Musanın insanlar üçün nur və doğru yolu göstərən rəhbər olaraq gətirdiyi Kitabı kim nazil etmişdir? Siz onu kağızlara yazıb bir qismini göstərir, çoxunu isə gizlədirsiniz. Axı, sizin də, atalarınızın da bil- mədiyiniz şeylər sizə öyrədilmişdir”. Sən: “Allah!”–de, sonra da onları burax ki, öz boşboğazlıqları ilə əylənsinlər” (əl-Ənam, 91).
Bu ayənin təfsirində belə deyilir: “Yəni Musanın gətirdiyi Kita- bı gizlədərək, onu, habelə Peyğəmbərin r gələcəyi barədə olan dəlil- ləri təhrif etməklə istəklərinizə nail olmaq istəyirsiniz.”
Uca Allah həmçinin buyurur: “Siz yəhudilərin sizə inanacaq- larınamı ümid edirsiniz? Halbuki, onlardan bir zümrə var idi ki, Allahın Sözünü eşidib anladıqdan sonra, bilə-bilə onu təhrif edirdilər” (əl-Bəqərə, 75).
Əs-Suddi bu ayəni təfsir edib demişdir: “Burada Tövrat nəzərdə tutulur. Onlar onu dəyişdirmişdilər”. İbn Zeyd demişdir: “Onlar Allahın nazil etdiyi Tövratı təhrif edərək, oradakı haramları halal, halalları isə haram etmiş, haqqa batil, batilə isə haqq donu geyindirmişdilər.”
İncilin təhrif olunması barədə isə Uca Allah buyurur: “Biz xaç- pərəstik!”–deyənlərlə də əhd bağlamışdıq. Onlar da özlərinə öyrədilənin bir hissəsini unutdular. Buna görə də onların arasına Qiya- mət gününə qədər ədavət və kin saldıq. Allah onlara nə etdikləri
barədə xəbər verəcəkdir. Ey Kitab əhli! Artıq sizə Kitabdan gizlətdiyiniz şeylərin bir çoxunu bəyan edən və bir çoxunun da üstündən keçən Elçimiz gəlmişdir. Artıq sizə Allahdan bir nur və açıq-aydın bir Kitab gəldi” (əl-Maidə, 14-15).
Bəzi alimlər sonuncu ayəni belə təfsir etmişlər: “Uca Allah onların bir çox məsələləri dəyişdirib təhrif etdiklərini, ayələri başqa mənaya yozduqlarını və Allaha iftira yaxdıqlarını bəyan edir. Bir çox şeylər də artıq və mənasız olduğu üçün bunları bəyan etmir” ("Təfsir İbn Kəsir", 3/63). Bütün bu qeyd olunan ayələr Tövrat və İncilin təhrif olunduğuna dəlalət edir. Elə bu səbəbdən də müsəlman alimləri Tövrat və İncilin təhrif olunmasına dair ittifaq etmişlər.
Quranın təhrifdən salamat qalması, təhriflərdən qorunması, və buna dair dəlillər
Əzəmətli Qurana gəlincə o, öncəki kitablar kimi təhrifə məruz qalmamışdır. Uca Allah onu Özünün də bu barədə xəbər verdiyi kimi təhriflərdən qoruyur. O buyurur: “Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq” (əl-Hicr, 9). Təbəri bu ayənin təfsirində belə demişdir: "Yəni biz Quranı qoruyacağıq ki, onun hökm və fərzlərinə başqa bir şey daxil edilməsin və ya əlavə bir şey artırılmasın"("Təfsir İbn Cərir", 14/7). Uca Allahın Quranı hər bir təhrifdən qoruması ilə bağlı başqa bir ayədə buyurur: “Nə önündən, nə də arxasından batil ona girişə bilməz. O, Müdrik, Tərifəlayiq Allah tərəfindən nazil edilmişdir” (Fussilət, 42). Həmçinin buyurur: “Əlif. Ləm. Ra. Bu, Müdrik, hər şeydən Xəbərdar olan Allah tərəfindən, ayələri mükəmməlləşdirilmiş, sonra da ətraflı izah edilmiş bir Kitabdır” (Hud, 1). Başqa bir ayədə isə buyurur: “Cəbrail sənə Quranı nazil etdikdə onu tələm-tələsik yadda saxlamaq üçün dilini tərpətmə Şübhəsiz ki, sənin qəlbində onun qərar tutması və dilinlə onun oxunması Bizə aiddir” (əl-Qiyamət, 16-17).
Bütün bu ayələr göstərir ki, Allah Quranın həm ayələrini, həm mənasını, nazil olan gündən ta (Qiyamət günü) salamat şəkildə aradan qaldırılanadək mükəmməlcəsinə qoruyur və onda hər hansı bir dəyişkənlik baş verməsinə imkan vermir. Belə ki O, Quranı Öz Peyğəmbərinə (s.a.s) öyrətmiş, sonra onu Peyğəmbərin (s.a.s) qəlbində cəm etmiş, sonra onu bəyan etmiş və onun sünnəsi vasitəsilə Quranı təfsir etmişdir. Sonra da əsrlər boyu Quranı əzbərləyəcək və yazıb qoruyacaq adil insanlar yaratmışdır. Beləliklə də, Quran Peyğəmbərə (s.a.s) nazil olunduğu kimi həm böyüklər, həm də kiçiklər tərəfindən daim oxunaraq bütün batillərdən qorunmuşdur. Alimlər, Tövrat təhrif olunduğu halda Quranın təhrif oluna bilməməsi barədə danışmışlar. Əbu Amr Əd-Dani, Əbu Həsən əl-Muntəbdən belə rəvayət etmişdir: “Bir gün mən Qazi Əbu İshaq İsmail ibn İshaqın yanında idim. Ondan: “Nə üçün Tövrat əhli təhrif edə bildi, Quran əhli isə yox?”–deyə soruşdular. Qazi dedi: “Qüdrətli və qüvvətli Allah Tövrat əhli barəsində buyurur: “Din xadimləri və baş keşişlər isə Allahın Kitabından qorunub saxlanılanlarla hökm verirdilər” (əl-Maidə, 44). Onu qoruyub saxlamağı onların özlərinə tapşırdığı üçün təhrif edə bilmişdilər. Quran barəsində isə belə buyurur: “Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq” (əl-Hicr, 9). Odur ki, onlar Quranı təhrif edə bilməmişlər". Sonra dedi: “Mən Əbu Abdullah əl-Muhamilinin yanına getdim və hekayəni ona söylədim. O dedi: Mən bundan daha gözəl əhvalat eşitməmişəm.”
Saleh əs-Suheymi
Abdur-Rəzzaq əl-Bədr
İbrahim ər-Ruheyli
"Quran və Sünnə işığında İslamın əsasları"
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
İlin dəbli çantaları
Aldığınız yağın kərə yağı olduğunu necə bilmək olar?
Ekranın mavi işığı korluğa səbəb ola bilər
Adamı meymun bilib güllələdi
Azərbaycanlı ailələr qidaya nə qədər pul xərcləyir?
Uşaqlarda parazitləri təmizləyən TƏBİİ RESEPTLƏR
19 yaşlı gənc elə rekord vurdu ki..
Azərbaycan etiraz etdi
Telefonlar "Wi-Fi" ilə enerji yığacaq
Aranızda soyuqluqmu var...
Azərbaycanda uşaqların cinsinə görə abortlara qadağa qoyulacaq
Ahmet Kural evlənir - FOTO
Salfetdən qızılgülün hazırlanması
Naxçıvanda orduya əmr verildi
Əhaliyə xəbərdarlıq olundu - Güclü istilər...
D vitamini çatışmazlığı hansı xəstəliklərə səbəb olur?
Amerikalı həmsədrdən erməniləri məyus edən Qarabağ açıqlaması
Ərdoğandan ABŞ-a mesaj
Azərbaycandan 200-ə yaxın insan Həccə getmək istəyir
İlham Əliyevin reytinqi açıqlandı
Cəbhə xəttində gərginlik səngimək bilmir
Səfirlik: "Macarıstana səfər etmək istəyən azərbaycanlı turistlərin sayı dəfələrlə artıb
HAVA necə olacaq?
Tavada gümüşü daban balığı (foto-resept)
Hava haqqında
Əzilmiş maşınları sənət nümunəsinə çevirənlər
Sibel Can izləyicilərini TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Cəmi 30 dollarlıq mirası əslində 35 min dollarlıq imiş-FOTO
Müxtəlif geyim tərzləri
Sabah 18 dərəcə isti olacaq
Ayrılığa alışmadım
Bakıda"Valideynlərimizi öldürdük" yazısı olan köynəklər satılır - FOTO
Dolu dabanlı ayaqqabılar
Gəlinlik saç düzümləri
Psixoloji xəstəliklər - 1
Azərbaycan 300 milyon itirdi
Cana cəfa, yoxsa dərman kredit
Pendirli toyuq (foto resept)
"Ən dəbli hamilə"-Blake Lively
Marsa uçanların həyatı təhlükədədir-FOTO
Bu ölkəyə “zülmət çökdü”
Günün ramazan təqvimi (7 iyul)
Ağciyər və ürəyi xəstə olanların nəzərinə
Peçenyeli rulet (foto resept)
Əkizlərin VİDEOsu etiraza səbəb oldu-FOTO
Xəyalındakı bədənə sahib olmaq üçün əlindən gələni edən insanlar
İlham Əliyev daha 23 kəndimizin işğaldan azad olunduğunu bəyan etdi
O, Azərbaycan haqqında yalan yayır!
Qızıl və gümüş ucuzlaşıb
Bir neçə günə məşhurlaşmış Zao tətbiqi















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]