Əqidəyə aid olan digər məsələlər
Səhabələr və onların haqları
Səhabə Peyğəmbərlə (s.a.s) müsəlman olaraq görüşən və müsəlman olduğu halda ölən kəsə deyilir.
Onları sevməyin və dost tutmağın vacibliyi
Səhabələr Peyğəmbərimizdən (s.a.s) sonra ən xeyirli insanlar, bu ümmətin seçilmiş və fəzilətli nümayəndələri hesab olunurlar. Onları dost tutmaq, onları sevmək, onlardan razı qalmaq və onların haqlarını ödəmək hər bir müsəlmana vacibdir. Onları sevmək dindar və mömin olmağın, habelə Mərhəmətli Allaha yaxınlaşmağın əlaməti, onlara nifrət bəsləmək isə kafirliyin və üsyankarlığın əlamətidir. Bu dini də məhz onlar yaymışlar. Odur ki, onlara tənə vurmaq bu dinə bütövlükdə tənə vurmaq sayılır. Çünki dinimiz bizlərə onların vasitəsilə çatmışdır. Məhz onlar bu dini olduğu kimi Peyğəmbərimizdən (s.a.s) eşitmiş və onu olduğu kimi ixlasla bizlərə nəql etmişlər. Onlar bu dini qısa bir vaxt ərzində yer üzünün hər tərəfinə yaymış, Allah onların əli ilə bir çox diyarları fəth etmiş, beləliklə də, insanlar dəstə-dəstə bu dinə daxil olmuşlar. Quran və Sünnədə səhabələrlə dostluq etmək, onları sevmək və bunun imandan olması barədə bir çox dəlillər vardır. Uca Allah Öz Kitabında buyurur: “Mömin kişilərlə mömin qadınlar bir-birinin dostlarıdır” (ət-Tövbə, 71).
Səhabələr həqiqi mömin sayıldıqları, habelə Allahın və Rəsulunun (s.a.s) xəbər verdiyi kimi ən fəzilətli möminlər hesab olunduqları üçün onları dost tutmaq və onları sevmək, möminliyin əlamətidir.
Sünnədə isə Ənəs (r.a) Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət etmişdir: “(Kamil) imanın əlaməti ənsarı sevməkdir, münafiqliyin əlaməti isə ənsara nifrət etməkdir” ("Səhih əl-Buxari", 17).
Bu barədə dəlillər həddindən artıq çoxdur və onların hamısını burada qeyd etmək qeyri-mümkündür. Onu da qeyd etmək lazımdır ki, həmin dəlillərlə tanış olduqda səhabələri sevməyin dünya və axi- rət üçün nə qədər faydalı olması bəlli olur. Bu da insanları onları sevməyə həvəsləndirir.
Bu dünyada səhabələri sevməyin bir növü də onlara yardımçı olmaqdır. Uca Allah buyurur: “Kim Allahı, Onun Elçisini və iman gətirənləri özünə dost tutarsa, bilsin ki, qələbə çalanlar da məhz Allahın firqəsidir” (əl-Maidə, 56).
İbn Kəsir demişdir: “Allahın, Onun Rəsulunun (s.a.s) və möminlərin dostluğu ilə razı olanlar həm dünyada, həm də axirətdə zəfər çalanlardır.” Səhabələri sevənlərin axirətdə qarşılaşacağı səmərələrdən biri də onların səhabələrlə birlikdə həşr olunmalarıdır. Abdullah ibn Məsud (r.a) demişdir: “Bir nəfər Peyğəmbərin (s.a.s) yanına gəlib dedi: "Ya Rəsulullah! Bir qövmü sevib onlara yetişə bilməyən kəs haqda nə deyirsən?" Peyğəmbər (s.a.s) dedi: “İnsan sevdiyi kəslə birlikdə olacaqdır” ("Səhih Muslim", 6168).
Buna görə də Peyğəmbərin (s.a.s) səhabələri Allaha, Əbu Bəkr və Öməri sevməklə yaxınlaşır və bunu Allah yanında olan ən xeyirli əməllərdən sayırdılar. İmam Buxarinin "Səhih"-ində, Ənəs (r.a) rəvayət edir ki, (bir dəfə) bir nəfər Peyğəmbərdən (s.a.s) Qiyamət barəsində soruşub dedi: “Qiyamət Saatı nə zaman gələcək?” Peyğəmbər (s.a.s) buyurdu: “Sən Qiyamətə nə tədarük görmüsən?” Adam dedi: “Heç bir şey hazırlamamışam, mən sadəcə Allahı və onun Rəsulunu sevirəm.” Peyğəmbər (s.a.s) buyurdu: “Sən sevdiyin kəslə bir yerdə olacaqsan!” Ənəs dedi: “Biz Peyğəmbərin (s.a.s): “Sən sevdiyin kəslə bir yerdə olacaqsan!” sözünə sevindiyimiz kimi heç bir şeyə sevinməmişdik.” Ənəs dedi: “Mən Peyğəmbəri (s.a.s), Əbu Bəkri, Öməri sevirəm və ümid edirəm ki, onlar qədər yaxşılıq etmiş olmasam belə, bu sevgimə görə onlarla bir yerdə olacağam” ( "Səhih əl-Buxari", 3688).
Onların fəzilətləri
Uca Allah səhabələri tərifləmiş və onlara Cənnəti vəd etmişdir. Allah buyurur: “Dində hamını ötüb keçən ilk mühacirlərə və
ənsarlara, həmçinin, yaxşı işlər görməkdə onların ardınca gedənlərə gəlincə Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Allah onlar üçün ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları hazırlamışdır. Bu, böyük uğurdur” (ət-Tövbə, 100). O, həmçinin buyurur: “Möminlər Hüdeybiyyədə ağac altında sənə beyət edər- kən Allah onlardan razı qaldı” (əl-Fəth, 18). O həmçinin buyurur: “Qənimət həmçinin yurdlarından qovulmuş və mallarından məhrum olunmuş yoxsul mühacirlərə məxsusdur. Onlar Allahın mərhəmətini və razılığını qazanmağa can atır, Allaha və Onun Elçisinə kömək edirlər. Doğru olanlar da məhz onlardır. Mühacirlərdən əvvəl Mədinədə yurd salmış, sonra da iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır. Səhabələrdən sonra gələnlər deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətən də, Sən Şəfqətlisən, Rəhmlisən!” (əl-Həşr, 8-10).
Quran ayələri səhabələrin, o cümlədən mühacir və ənsarın, Bədr əhlinin, ağac altında Ridvan beyətində iştirak edənlərin fəzilətlərini göstərməkdədir. Səhabələrdən sonra gələnlərin isə onlar üçün bağışlanma diləyərək qəlblərində onlara qarşı kinə yol verməməsini dilədiyini göstərir.
Həmçinin, Quran ayələri Allahın səhabələrdən razı qaldığını, onları Cənnətlə müjdələdiyini bildirir, onları sevgi və sayğı ilə xatırlayır, onların müsəlmanları sevdiklərini, dini yaydıqlarını və bu kimi digər gözəl vəsflərlə xatırlamaqdadır.
Peyğəmbər (s.a.s) də bir çox hədislərində onları tərif etmişdir. Cabir ibn Abdullahdan (r.a) Peyğəmbərin (s.a.s) belə dediyi rəvayət olunur: “Ağac altında beyət edənlərin heç biri Cəhənnəm oduna girməz” ("Səhih Muslim", 2496). Bəzi hədislər ümumi olaraq səhabələrin fəzilətini, digərləri isə xüsusi olaraq Bədr əhlinin və digər səhabələrin təklikdə fəzilətlərini qeyd etməkdədir.
Müsəlmanlar da bütün bu dəlillərə riayət etməli, səhabələri özünə dost tutmalı, onları sevməli, onlardan razı qalmalı, onların yalnız gözəl xüsusiyyətlərini xatırlamalı və onlara tabe olmalıdırlar.
Səhabələr arasında baş verən münaqişələr barədə susmaq və onları söyməyin hökmü
Yuxarıda qeyd olunanlardan aydın oldu ki, Peyğəmbərin (s.a.s) səhabələri Peyğəmbədən (s.a.s) sonra bu ümətin seçilmişləridir. Onlar İslamı hamıdan öncə qəbul etmişlər və hidayətin çıraqları hesab olunurlar. Onlar Allah yolunda həqiqi olaraq cihad etmiş, dini layiqincə təbliğ etmiş və Uca Allah da məhz onların əli ilə dini yer üzərində bərqərar etmişdir. Onlardan hər hansı birini söyən, barəsində nalayiq söz söyləyən kəs çox pis insan sayılır və ümumilikdə bu əməl dinə qarşı zorakılıq sayılır. Onları kafir sayan və mürtəd olduqlarını etiqad edən kəs özü kafir və mürtəd sayılır. Çünki insan nə qədər yaxşı əməl edirsə etsin, onlardan birinin fəzilətinə çata bilməz. Buxari və Muslimin "Səhih" əsərlərində Əbu Səid əl-Xudridən (r.a) Peyğəmbərin (s.a.s) belə dediyi rəvayət olunmuşdur: “Mənim əshabələrimi söyməyin! Əgər sizdən biriniz Uhud dağı boyda qızıl sədəqə versə, onlardan birinin verdiyi bir ovuc sədəqəyə, hətta yarısına belə çata bilməz” ("Səhih əl-Buxari", 3673; "Səhih Muslim", 2540, 2541). Bu hədis Peyğəmbərin (s.a.s) səhabələrini söyməyin haram olduğunu və insanların nə qədər yaxşı əməl etsələr belə, onların fəzilətinə çatmayacaqlarını göstərməkdədir.
Bütün müsəlmanlar səhabələrin ədalətli olmalarına etiqad etməli, onlardan razı olmalı, aralarında baş verən ixtilaflar barəsində susmalı və bunu Allaha saxlamalıdırlar. Ömər ibn Abduləziz demişdir: “Uca Allah o qövmün qanlarından bizim əllərimizi təmizləmişdir. Gərək dilimizi də onların namusu barədə danışmaqdan qoruyaq.”
Bir sözlə, sünnə əhli səhabələrin hamısını özlərinə dost tutur, onların haqqını layiqli şəkildə ədalətlə və insafla ödəyir, onlara qarşı boş-boş danışmır və təəssübkeşlik etmirlər. Bütün bunlar onlara qarşı çıxmaq hesab olunur ki, bunu edən kəs də cəzaya məhkumdur.
Saleh əs-Suheymi
Abdur-Rəzzaq əl-Bədr
İbrahim ər-Ruheyli
"Quran və Sünnə işığında İslamın əsasları"
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
"Qalatasaray"lılara bəd xəbər: "Komandada xoşbəxt deyiləm"
Qanunsuz tikililərlə bağlı müvafiq qərar qəbul olunacaq
Qıvırcıq saçlar üçün baxım tövsiyələri
HAVA necə olacaq?
Aromaterapiya yağları və onların faydaları
Düzgün düşünməyi öyrənin
Pensiyaçılara şad xəbər
Qızıl balıq piroqu (foto resept)
Şahbaz: Qızıma yaxşı baxın
"Son İmperator" Bakıya gəlir
Putin Türkiyə şərti qoydu
Cessika Albanın SİRRİ Məlum oldu
Cemli yumşaq peçenye (foto resept)
Dayanacaqlarda elektron lövhələr havanın temperaturunu düzgün göstərirmi?
"WhatsApp"da yenilik - İşimiz bir az da asanlaşdı - FOTO
Günün ulduz falı - 19.02.2014
Tarixi ada satışa çıxarılıb
Fahriye Evcen və Burak Özçivit alış-veriş mərkəzində
Sonsuzluğun 4 təbii müalicəsi
Naomi Kempbellin yeni vəzifəsi keniyalıları qəzəbləndirdi
Sıla YENİ İMİCDƏ-FOTO
Mark Zukerberqə heykəl qoyuldu
Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq - XƏBƏRDARLIQ
Yas mərasimlərində pul qarşılığında ağlayan qadınlar
Dubaydan telefon sifariş vermək çətinləşdi
Daha 42 vətəndaşımız gəmi ilə ölkəmizə göndərildi
Evimizdəki təhlükə
88 yaşlı II Yelizaveta at belində - FOTO.
Qəbir yerlərinin ayrılması ödənişsiz olacaq - QƏRAR
Cəbhədə güllə səsi eşidilməyən bir saat da olmur
Böyrəkləri təmizləyən içki
Təbii üsullarla ayaq qoxusuna son verin!
- Akula... - Ay can?!..
Həcc ziyarətinə sənəd qəbulunun vaxtı uzadıldı - SƏBƏB
Dünya üçün bəd proqnoz
Sitrus içkiləri böyrək daşının qarşısını alır.
Ən balaca evlər
Nokia-larda Android olmayacaq
Serj Sarkisyanı nüfuzdan salan məqamlar
Balqabaqlı sıyıq(foto resept)
İllərə görə çox dəyişən məşhurlar
Nazirliyin “Qaynar xətt”inə müraciətlər azaldı
Beren Saat evinə qayıtdı
Ətir hazırlayaq
Evdə qaş necə boyanır?
12 sevgili üçün 12 cür ayaqqabı
16 tibb bacısı eyni anda hamilədir-FOTO
Azərbaycan ərazisində eynicinsli nikahlara icazə verildi?
İnterpol tərəfindən axtarışda olan Azərbaycan vətəndaşı Gürcüstanda saxlanılıb
Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulur - RƏSMİ















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]