Əqidəyə aid olan digər məsələlər
İslamda dost və düşmən anlayışı, mənası və qaydaları
“Vəla” ərəbcə "vəliyə" felindən əmələ gəlmiş məsdərdir və yaxın olmaq mənasını ifadə edir. Burada yaxın olmaq deyildikdə müsəlmanlara yaxın olub onlara qarşı mərhəmətli olmaq, onlara yardım etmək, düşmənə qarşı onlara dəstək olmaq və onlarla birlikdə yaşamaq nəzərdə tutulur.
“Bəra” ərəbcə "bəriyə" felindən əmələ gəlmiş məsdərdir və əlaqəni kəsmək mənasını ifadə edir. Ərəb dilində “bəriəl-qaləmə” ifadəsi “qələmi kəsdi” mənasındadır. Burada əlaqəni kəsmək deyildikdə kafirlərlə əlaqəni kəsmək nəzərdə tutulur. Yəni onları sevməmək, onlara yardım göstərməmək və zərurət olmadığı halda onların diyarında yaşamamaq qəsd edilir.
Dost və düşmən anlayışı tövhidin tələblərindəndir. Müsəlmanlar dostluq etdikdə də, düşmənçilik etdikdə də, sevdikdə də, nifrət etdikdə də bunları yalnız Allah xatirinə etməlidir. Uca Allah möminlərlə dostluq etmək barədə buyurur: “Sizin himayədarınız yalnız Allah, Onun Elçisi və iman gətirənlərdir. Onlar Allaha boyun əyərək namaz qılır və zəkat verirlər. Kim Allahı, Onun Elçisini və iman gətirənləri özünə dost tutarsa, bilsin ki, qələbə çalanlar da məhz Allahın firqəsidir” (əl-Maidə, 55-56). O, həmçinin buyurur: “Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri özünüzə dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizlərdən kim onları özünə dost tutarsa, o da onlardandır. Allah zalım qövmü doğru yola yönəltməz” (əl-Maidə, 51). O, həmçinin buyurur: “Allaha və Axirət gününə iman gətirən elə bir camaat tapa bilməzsən ki, onlar Allaha və Onun Elçisinə düşmən olanlarla–öz ataları, oğulları, qardaşları, qohum-əqrəbaları olsalar belə, dostluq etsinlər” (əl-Mucədələ, 22).
Bütün bu ayələr möminləri sevib onlarla dostluq etməyi, habelə kafirlərlə dostluq etməkdən çəkinməyi əmr edir.
Dost və düşmən anlayışının İslamdakı yeri
Dost və düşmən anlayışının İslam dinində xüsusi yeri vardır və bu, imanın ən etibarlı ipi hesab olunur. Məqsəd isə müsəlmanlar arasında sevgi və ülfət yaratmaq, habelə İslam düşmənlərindən uzaq olmaqdır. İbn Abbas (r.a) Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət etmişdir: “İmanın ən etibarlı ipi, Allah üçün dostluq etmək, Alla üçün düşmənçilik etmək, Alla üçün düşmənçilik etmək, Allah üçün sevmək, Allah üçün nifrət etməkdir” (ət-Təbərani, "Mücəm əl-Kəbir", 11/215).
Müdahənə ilə müdərat arasındakı fərq və onların dost və düşmən anlayışına təsiri
“Müdahənə” Allahın yoluna dəvət edib, pis işlərdən çəkindirməyi tərk edərək dünya işlərində kafirlərlə və asilərlə birlikdə olmağa, habelə yerinə yetirilməsi gərəkən məsələlərdə onlara güzəştə getməyə deyilir. Buna misal olaraq kafirlərin öz küfr və azğınlıqlarına davam etmələrinə göz yumaraq onlara isinişməyi, onlarla birlikdə yaşamağı və imkan olduğu halda onları bundan çəkindirməməyi göstərmək olar. Uca Allah buyurur: “İsrail oğullarından kafir olanlar həm Davudun, həm də Məryəm oğlu İsanın dili ilə lənətləndilər. Bu, onların asi olduqlarına və Allahın qoyduğu hədləri aşdıqlarına görə idi. Onlar bir-birlərini etdikləri pis əməllərdən çəkindirmirdilər. Onların etdikləri necə də pisdir! Sən onların bir çoxunun kafirlərlə dostluq etdiyini görürsən. Nəfslərinin onlar üçün hazırladığı şey necə də pisdir! Buna görə də Allah onlara qəzəblənmişdir və onar əzab içində əbədi qalacaqlar” (əl-Maidə, 78-80).
“Mudərat” isə birisinin pis əməlini və ya onun daha böyük şərə yol açacağını gördükdə buna sərt münasibət göstərməyərək onunla yumşaq tərzdə davranmağa deyilir. Məsələn, cahilə nəsə öyrətdikdə həddən ziyadə yumşaq rəftar etmək, fasiqin pis əməlini gördükdə onu bundan yumşaqlıqla çəkindirmək, ya da onun pis əməlinə yumşaq tərzdə reaksiya vermək. Aişə O demişdir: “Bir dəfə bir kişi Peyğəmbərin (s.a.s) yanına gəlmək üçün izn istədi. Peyğəmbər (s.a.s) onu gördükdə dedi: “Bu nə pis qardaşdır, qövmünün nə pis oğludur!” O, (içəri daxil olub) oturduqda Peyğəmbər (s.a.s) onunla gülüb danışmağa başladı. O, çıxıb getdikdən sonra Aişə Peyğəmbərə (s.a.s) dedi: “Ya Rəsulullah! Sən bu adamı görəndə onun barəsində belə-belə dedin, sonra da onunla oturub deyib-güldün.” Peyğəmbər (s.a.s) buyurdu: “Ey Aişə, sən mənim nə vaxtsa tərbiyəsizlik etdiyimi görmüsənmi? Qiyamət günü Allah yanında insanların ən pisi o kəsdir ki, insanlar onun şərindən qorunmaq üçün onu tərk edirlər” ("Səhih əl-Buxari", 6032). Peyğəmbər (s.a.s) yanına gələn o kişinin nə dərəcədə pis adam olduğunu bildiyi halda məsləhət bilib ona heç nə deməmişdir. Bu da dəlildir ki, məsləhət olduğu vaxt–gələ biləcək şərin qarşısını almaq, yaxud qismən də olsa onu yüngülləşdirmək məqsədilə düşmən olan bir kimsəyə dost kimi görünməkdə heç bir eyib yoxdur. Bu, Allahın yoluna dəvətin metodlarından biridir. Buna Mədinədə Peyğəmbərin (s.a.s) münafiqlərin şərindən qorunmaq üçün onlarla olan münasibətini misal göstərmək olar. O ki qaldı müdahənəyə dünya mənfəəti əldə etmək məqsədilə insanları pis işlərdən çəkindirməməyə, şər adamlarla oturub-durmağa, bu cür dostluq yolverilməzdir.
Dost və düşmən anlayışına misallar
Uca Allah İbrahim haqqında buyurur: “İbrahim və onunla birlikdə olanlarda sizin üçün gözəl bir nümunə vardır. Onlar öz qövmünə dedilər: “Həqiqətən, biz sizdən və sizin Allahdan başqa tapındığınız şeylərdən uzağıq. Biz sizi inkar edirik. Siz bir olan Allaha iman gətirincəyə qədər bizimlə sizin aranızda daim ədavət və nifrət olacaqdır!” (əl-Mumtəhinə, 4). Uca Allah mühacirlərlə ənsarın arasında olan dostluq barədə belə buyurur: “Mühacirlərdən əvvəl Mədinədə yurd salmış, sonra da iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır” (əl-Həşr, 9).
Asi insanlar və bidətçilərlə dostluq etməyin hökmü
Əgər bir insanda həm xeyir, həm də şər, həm itaət, həm də asilik, həm sünnəyə bağlılıq, həm də bidət cəm olarsa, onda olan yaxşı işləri dəyərləndirib onun qədərində o adamla dostluq etmək, pis işləri qədər də ondan uzaqlaşmaq və ona nifrət etmək lazımdır. Ola bilsin ki, bir insanda həm hörməti, həm də nifrəti vacib edən xüsusiyyətlər cəm olsun. Bunun misalı kasıb oğrunun misalına bənzəyir ki, oğurluq etdiyinə görə əli kəsilir, lakin buna rəğmən beytülmaldan onun yaşaması üçün ona müəyyən məbləğdə pul ayrılır və ona sədəqə verilir. Əhli-Sünnə vəl Cəmaanın ittifaq etdiyi mövqe bundan ibarətdir.
Dünyəvi işlərlərdə kafirlərlə iş görmək dostluğa aiddirmi?
Səhih dəlillərə əsasən kafirlərlə dünyəvi məsələlərdə–alış-veriş etmək, icarə vermək və ya almaq, habelə ehtiyac olduqda onlardan yardım istəmək kimi əməllərlə müamələ etmək olar. Lakin bu yalnız zərurət halında, dar bir çərçivədə, İslama və müsəlmanlara zərər verməyəcək miqdarda olmalıdır. Belə ki, Peyğəmbər (s.a.s) Abdullah ibn Ureyqiti yol göstərən bir adam olaraq icarəyə götürmüşdü.("Səhih əl-Buxari", 2263)
Həmçinin, Peyğəmbər (s.a.s) öz zirehini yəhudi birisinə müəyyən miqdarda arpa müqabilində girov qoymuşdu. Habelə Əli (r.a) öz quyusundan ona on altı qab su çıxaran yəhudi qadına mükafat olaraq on altı xurma vermişdir. Həmçinin, Peyğəmbər (s.a.s) Mədinədə yaşayan yəhudilərdən müşriklərə qarşı döyüşdə kömək istəmişdir. Həmçinin, Məkkə müşriklərinə qarşı Xuzaənin köməyindən istifadə etmişdir. Bu kimi əməllər dost və düşmən anlayışına zərər yetirmir, bir şərtlə ki, müşriklər müsəlmanların arasında etik qaydalara riayət etsinlər və onları öz dinlərinə çağırmasınlar.
Saleh əs-Suheymi
Abdur-Rəzzaq əl-Bədr
İbrahim ər-Ruheyli
"Quran və Sünnə işığında İslamın əsasları"
XƏBƏR LENTİ
Haluk Levent azərbaycanlı qıza görə konsert verəcək
12 mindən çox brilyantdan hazırlanan üzük dünya rekordunu qırdı
Putin ordu rəhbərliyi ilə iclasda: “Siz məndən qorxursunuz yoxsa məni sizdən qoruyurlar?”
Balotelli: "Messi və Ronaldu da..."
Bekhem Seriala Çəkildi - FOTO
Azərbaycanda Nazirlikdə "SOS"!
Xocalı qətliamı zamanı əsir düşən musiqiçi "Əl-Cəzirə"yə danışdı
Xilaskarlarına minnətdar olan heyvanlar
Ezgi Mola ərə gedir
Gözəl ayaqlara sahib olaq
Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun VAXTI açıqlandı
Mütəmadi halsız və yorğun olmağın tibbi səbəbi
Qar yağacaq!
Bunlar kişilər üçün zərərlidir
2011-ci ilin gecə geyimləri
Bu adada hər şey tərsinədir - Kişilər "gəlin" köçür, evdən qovulur... - FOTO
Bakının bir hissəsinə su verilməyəcək
Dünyanın ən gözəl və qeyri-adi meşələri
Şahbaz Quliyev və Dilqəm Əsgərov vətənə gətirildi - RƏSMİ
Doğulacaq körpələrinin cinsi məlum oldu
Hər şeyin balacası
İNANILMAZ: Meşə insanları
Günəş ləkələrinə qarşı nə etməli?
Hava haqqında - 12.11.2013
2019 ayaqqabı trendləri
"Ebola"dan ölənlərin sayı 9152 nəfərə çatdı
Dövlət qulluğunda çalışmaq istəyənlər, DİQQƏT - Müsahibə elan olundu
2019 Məzuniyyət Saç Modelləri
Uşağın makrozomik olaraq doğulması
Dilqəm Əsgərov ermənilərə boyun əymədi
Şimşək çaxacaq, leysan olacaq - XƏBƏRDARLIQ
Sabahdan məktəblər bağlanır
Toy karvanının qabağını kəsən uşaqlar cərimələnəcək
Cərimələr azalır
BÜRCLƏR bizə nə vəd edir?- 29 yanvar
Castin Biber izləyicilərindən kömək istədi-FOTO
Soçi bitdi, savaş olacaq?
Azərbaycan Ginnesin rekordlar kitabına düşə bilər
Uzun saçlara necə qulluq etmək lazımdır?
Ermənistanda həbsdə olan azərbaycanlı azadlığa buraxıldı
Kağızdan portretlər
Evdə hazırlaya biləcəyiniz sakitləşdirən çaylar
Serenay Sarıkayanın 13 minlik donu-FOTO
"Sürücülük vəsiqələrindən ödəniş etmək olacaq"
Böyrək daşı xəstəliyi 2-ci hissə
Günün ulduz falı - 28.08.2013
Subaylıqla bağlı fərqli ölkələrin adətləri
Ölkədə gediş haqları dəyişibmi?
Enerji içkiləri onlara satılmayacaq - DƏYİŞİKLİK
55 yaşlı Tarantino ilk dəfə evləndi
- ŞƏRHLƏR