ən-Nəhl (Bal arısı) surəsi
(Məkkədə nazil olmuşdur, 128 ayədir)
Bismillahir rəhmanir-rəhim!
- Allahın (möminlərin zəfər çalacağı, müşriklərin və kafirlərin məhv olacağı barəsindəki) əmri mütləq gələcəkdir. Buna görə də onu tələm-tələsik (vaxtından əvvəl) istəməyin. Allah Ona şərik qoşulan bütlərdən pak və ucadır. (Allah hər şeyin fövqündədir. Onun heç bir şəriki yoxdur!)
- (Allah) Öz əmri ilə mələkləri (Cəbraili) vəhy ilə bəndələrindən istədiyinə göndərib belə buyurar: İnsanları (əzabımla) qorxudub (bu həqiqəti Mənim adımdan onlara) bildirin: Məndən başqa heç bir tanrı yoxdur. Məndən qorxun!
- (Allah) göyləri və yeri haqq olaraq yaratmışdır, (Allah) Ona şərik qoşulan bütlərdən ucadır!
- Allah insanı nütfədən (mənidən, bir qətrə sudan) xəlq etdi. Bununla belə, o, (böyüyüb yetkinlik hədinə çatanda haqqı inkar, batili iqrar edib qiyamətdə diriləcəyinə inanmayaraq) birdən-birə açıq-aşkar bir düşmən kəsildi.
- Davarı da (dəvə, inək, kəl, qoyun, keçi və s. ) O yaratdı. Bunlarda (onların yununda) sizin üçün istilik, cürbəcür mənfəət (südünü içmək; özlərini minmək, yer sürmək) vardır, həm də onlardan (onların ətindən) yeyirsiniz.
- Onları səhər naxıra, axşam axura gətirdikdə (səhər otlamaq üçün çölə göndərib axşam tövləyə qaytardıqda) baxıb zövq alırsınız (fərəhlənirsiniz).
- Onlar sizin yüklərinizi özünüzü yormadan çata bilməyəcəyiniz bir ölkəyə (bir yerdən başqa yerə) daşıyarlar. Həqiqətən, Rəbbin şəfqətlidir, mərhəmətlidir!
- Sizin minməyinizdən ötrü, həm də zinət üçün atı, qatırı və uzunqulağı (O yaratdı). (Allah) hələ sizin bilmədiyiniz neçə-neçə şeylər (nəqliyyat, minik vasitələri və s.) də yaradacaqdır.
- Doğru yolu (islamı) göstərmək Allaha aiddir. Ondan (haqdan) kəc olan yol (və ya haqdan kənara çıxan) da vardır. Əgər (Allah) istəsəydi, sizin hamınızı doğru yola salardı.
- Göydən sizin üçün yağmur endirən Odur. Ondan (o sudan) siz də, içində (heyvanlarınızı) otardığınız ağaclar (və otlar) da içər (ağaclar və otlar da onun vasitəsilə bitər).
- (Allah) onunla (o su ilə) sizin üçün əkin (taxıl, bitki), zeytun, xurma, üzüm və bütün (başqa) meyvələrdən yetişdirir. Düşünüb-daşınanlar üçün bunda (Allahın vəhdaniyyətini sübut edən) dəlillər vardır!
- O, gecəni və gündüzü, Günəşi və Ayı sizə ram etdi (sizin xidmətinizə verdi). Ulduzlar da Onun əmrinə boyun əymişdir. Doğrudan da, bunda ağılla düşünənlər üçün ibrətlər vardır!
- (Allah) yer üzündə yaratdığı cürbəcür şeyləri (heyvanları, bitkiləri, meyvələri və s.) də sizin ixtiyarınıza verdi. Öyüd-nəsihət qəbul edənlər üçün, sözsüz ki, bunda da (Allahın qüdrətini, əzəmətini bildirən) əlamətlər vardır!
- Təzə ət (balıq əti) yeməyiniz, taxdığınız bəzək şeylərini (inci, sədəf, mərcan) çıxartmağınız üçün dənizi də sizə ram edən Odur. (Ey insan! Allahın) nemətindən ruzi axtarmağınız üçün sən gəmilərin onu yara-yara üzüb getdiyini görürsən. Bəlkə, (bundan sonra Allahın nemətlərinə) şükür edəsiniz! [Və ya: Sən gəmilərin onu yara-yara üzüb getdiyini görürsən. (Bütün bunlar) Onun lütfünü aramanız və (kərəminə) şükür etməyiniz üçündür!]
- (Allah yer kürəsi möhkəm olsun, titrəməsin, onun hərəkəti hiss olunmasın, beləliklə də) sizi yırğalamasın deyə, yer üzündə möhkəm dayanan dağlar və (istədiyiniz yerə) gedib çata biləsiniz deyə, çaylar və yollar yaratdı;
- (Yollarda dərə, təpə, çuxur kimi) əlamətlər də (müəyyən etdi). (İnsanlar gecə vaxtı) yollarını (və qibləni) ulduzlar vasitəsilə taparlar.
- Heç yaradan (Allah) yaratmayana (bütlərə) bənzəyərmi?! Məgər düşünmürsünüz?! (Belə bir sadə, açıq-aydın həqiqəti xatırlayıb bütlərə ibadət etməyin səhv olduğunu anlamırsınız?!)
- Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!
- Allah sizin nəyi gizli saxladığınızı və nəyi aşkar etdiyinizi (ürəyinizdə olanları, bütün gizli və aşkar əməllərinizi) bilir!
- (Müşriklərin) Allahdan qeyri ibadət etdikləri (bütlər) heç bir şey yarada bilməzlər, əksinə, onlar özləri (daşdan, ağacdan və sairədən) yaradılmışlar.
- Onlar ölüdürlər, diri deyillər və (insanların, bütün məxluqatın) nə vaxt diriləcəklərini də bilməzlər. (Elə isə onlara ibadət etmək düzgündürmü?!)
- Siz tanrınız bir olan Allahdır. Axirətə inanmayanların qəlbləri isə (Allahın qüdrət və əzəmətini, vəhdaniyyətini) inkar edər. Onlar (haqqa boyun qoymağı, Allaha iman gətirməyi) özlərinə sığışdırmazlar.
- Şübhəsiz ki, Allah onların gizlində də, aşkarda da nə etdiklərini bilir. Allah təkəbbür edənləri sevməz!
- (Müşriklərdən: ) Rəbbiniz (Muhəmmədə) nə nazil etmişdir? deyə soruşduqda, onlar: Qədimlərin əfsanələrini! deyə cavab verərlər ki,
- Qiyamət günü öz günahlarına tamamilə, nadanlıqları üzündən yoldan çıxartdıqları adamların günahlarına da qismən yüklənsinlər. Bir görün onların daşıyacaqları (yük) necə də pisdir!
- Onlardan əvvəlkilər də hiylə qurmuşdular. Allah onların binalarını təməlindən sarsıtdı, dərhal tavanları başlarına çökdü və heç özləri də (hiss edib) bilmədilər ki, əzab onlara haradan gəldi.
- Sonra qiyamət günü (Allah) onları rüsvay edəcək və: Barələrində (möminlərlə) çənə-boğaz olduğunuz şəriklərim haradadır? deyə soruşacaqdır. Elm verilmiş kimsələr (peyğəmbərlər və möminlər) isə: Bu gün kafirlər rəzalətə və əzaba (pisliyə) düçar olacaqlar! deyəcəklər.
- Mələklər (küfr etməklə, Allaha şərik qoşmaqla) özlərinə zülm edənlərin canlarını aldıqda onlar (ölüm qorxusundan Allahın əmrinə) təslim olub: Biz heç bir pislik etmirdik! deyəcək (mələklər də onlara belə cavab verəcəklər): Xeyr, (elə deyildir) Allah sizin nələr etdiyinizi çox yaxşı bilir!
- Haydı, girin əbədi qalacağınız Cəhənnəmin qapılarına (təbəqələrinə). Təkəbbürlülərin (Allaha iman gətirməyi özlərinə ar bilənlərin) məskəni necə də pisdir!
- Allahdan qorxub pis əməllərdən çəkinənlərdən: Rəbbiniz (öz peyğəmbərinə) nə nazil etmişdir? deyə soruşduqda isə onlar: Xeyir (nazil etmişdir) deyə cavab verərlər. Bu dünyada yaxşılıq edənləri (gözəl həyat) gözləyir. Axirət yurdu (Cənnət) isə, sözsüz ki, daha yaxşıdır. Müttəqilərin yurdu necə də gözəldir!
- Onlar (ağacları) altında çaylar axan Ədn cənnətlərinə daxil olacaqlar. Orada onların istədikləri hər şey vardır. Allah müttəqiləri belə mükafatlandırır!
- O kəslər ki, mələklər onların canlarını pak olduqları halda alıb: Sizə salam olsun! Etdiyiniz (gözəl) əməllərə görə Cənnətə daxil olun! deyərlər.
- O kafirlər (canlarını almaq üçün) yalnız mələklərin onların yanına gəlməsini, yaxud sənin Rəbbinin (əzab) əmrinin gəlib çatmasınımı gözləyirlər? Onlardan əvvəlkilər də belə etmişdilər. Allah onlara zülm etmədi. Onlar özləri özlərinə zülm edirdilər.
- Onlara öz əməllərinin cəzası (pisliklər) artıq yetişdi. İstehza etdikləri (əzab da) onları yaxaladı.
- Müşriklər (nadanlıqları üzündən və ya istehza məqsədilə) dedilər: Əgər Allah istəsəydi, nə biz, nə də atalarımız Ondan başqa heç bir şeyə tapınmaz, Onsuz (Allahın razılığı, hökmü olmadan) heç bir şeyi haram etməzdik. Onlardan əvvəlkilər də belə etmişdilər. Peyğəmbərlərin vəzifəsi isə yalnız açıq-aşkar bir təbliğdir. (Peyğəmbərlər heç kəsi zorla bir işə vadar etməz. Onların borcu ancaq Allahın hökmlərini insanlara təbliğ etmək, insanların borcu isə Allahın onlara verdiyi ağıl və iradə ilə haqqı batildən ayırmaq, yaxşı işlər görüb savab qazanmaqdır).
- Biz hər ümmətə: Allaha ibadət edin, Tağutdan çəkinin! deyə peyğəmbər göndərmişdik. Onlardan bir qismini Allah doğru yola yönəltmiş, bir qismi isə (Allahın əzəli elmi ilə) haqq yoldan azmalı olmuşdur. (Ey müşriklər!) Yer üzündə dolaşıb görün ki, (peyğəmbərləri) yalançı hesab edənlərin axırı necə oldu!
- (Ya Rəsulum!) Sən onların doğru yola gəlməsini həddindən artıq istəsən də (bunun heç bir faydası yoxdur). Çünki Allah yoldan çıxartdıqlarını (bir daha) doğru yola salmaz. Onlara (Allahın əzabından xilas olmaqla) kömək edənlər də olmaz!
- Onlar: Allah, ölən bir kimsəni diriltməyəcəkdir! deyə Allaha möhkəm and içdilər. Xeyr! (Allah qiyamət günü ölüləri qəbirlərindən çıxarıb dirildəcəyi haqda) doğru vəd etmişdir. Lakin insanların əksəriyyəti (bunu) bilməz!
- (Allah hər bir mömini və kafiri öləndən sonra dirildəcəkdir ki) ixtilafda olduqları məsələləri izah etsin və (qiyamət günü ölülərin diriləcəyini) inkar edənlər də özlərinin yalançı olduqlarını bilsinlər.
- Biz hər hansı bir şeyi (yaratmaq) istədikdə ona sözümüz: Ol! deməkdir. O da dərhal olar.
- Zülmə məruz qaldıqdan sonra Allah uğrunda hicrət edənləri dünyada gözəl bir yerdə sakin edəcəyik. Axirət mükafatı (Cənnət) isə daha böyükdür. Kaş (kafirlər və hicrətdən geri qalanlar bunu) biləydilər!
- (O mühacirlər hər cürə əziyyətə) dözənlər və yalnız Rəbbinə təvəkkül edənlərdir!
- (Ya Rəsulum!) Biz səndən əvvəl də özlərinə vəhy etdiyimiz ancaq kişilər (kişi peyğəmbərlər) göndərmişdik. Əgər (bunu) bilmirsinizsə, zikr (kitab, elm) əhlindən soruşun! (Müşriklər belə iddia edirdilər ki, peyğəmbərlər bəşərdən deyil, ancaq mələklərdən ola bilər. Buna cavab olaraq bildirilir ki, insanlara göndərilən peyğəmbərlər mələk yox, məhz insan, özü də yalnız kişilərdən ibarət olmalıdır).
- Biz onları (peyğəmbərliklərinin doğru olduğunu sübut edən) açıq-aşkar möcüzələr və kitablarla göndərdik. Sənə də Quranı nazil etdik ki, insanlara onlara göndəriləni (hökmləri, halal-haramı) izah edəsən və bəlkə, onlar da düşünüb dərk edələr!
- (Peyğəmbərlərə qarşı) pis hiylələr quranlar (pis işlər düzüb qoşanlar) Allahın onları yerə gömməyəcəyinə, yaxud özləri də bilmədikləri bir yerdən onlara əzabın gəlməyəcəyinə əmindirlərmi?!
- Və ya gəzib dolaşarkən (səfər əsnasında) əzabın onları yaxalamasından (Allahın onları məhv etməsindən qorxmurlarmı?) Axı onlar (Allahı) aciz edə bilməzlər (Allahın əzabından qaçıb canlarını qurtara bilməzlər!)
- Yoxsa onlar tədriclə əzaba giriftar olmayacaqlarına (əmindirlər)?! Həqiqətən, Rəbbin şəfqətlidir, mərhəmətlidir! (Allah bəndələrinə əzab verməkdə tələsməz!)
- Məgər onlar Allahın yaratdığı hər hansı bir şeyə baxıb görmürlərmi ki, onların kölgələri Allaha acizanə surətdə səcdə edərək sağa-sola əyilir?!
- Göylərdə və yerdə olan (bütün) canlılar, hətta mələklər belə heç bir təkəbbür göstərmədən Allaha səcdə edərlər!
- Onlar öz (başlarının) üstündə olan Rəbbindən qorxar və özlərinə buyurulanları edərlər!
- Allah belə buyurdu: İki tanrı qəbul etməyin. O (Allah) yalnız tək bir tanrıdır. Ancaq Məndən qorxun!
- Göylərdə və yerdə nə varsa, hamısı Onundur! Din də (itaət və ibadət də) daim Onundur. Belə olduğu təqdirdə Allahdan başqasındanmı qorxursunuz?
- Sizə gələn hər bir nemət Allahdandır. Sonra sizə bir müsibət üz verdikdə Ona yalvarıb-yaxarırsınız!
- Sonra sizi o müsibətdən qurtardığı zaman bir də görürsən ki, aranızda bir dəstə Rəbbinə şərik qoşur.
- Onlar bunu özlərinə verdiyimiz nemətlərə nankorluq etmək üçün edirlər. Hələ ki (dünyada) kef çəkib ləzzət alın. (Başınıza gələcək müsibəti) sonra biləcəksiniz!
- (Müşriklər) onlara verdiyimiz ruzidən heç bir şey bilməyənlərə (heç nə anlamayan bütlərə) pay ayırırlar. Allaha and olsun ki, yaxdığınız iftiralara görə sorğu-sual ediləcəksiniz!
- Onlar Allaha qızlar isnad edirlər. (Mələklər Allahın qızlarıdır, deyirlər). Allah pakdır, müqəddəsdir. (Onun oğula-qıza ehtiyacı yoxdur. ) Özlərinə gəldikdə isə istədiklərini (oğlan uşaqlarını) aid edirdilər.
- Onlardan birinə qızı olması ilə müjdə verdikdə qəzəblənib üzü qapqara qaralar.
- Verilən müjdənin pisliyi üzündən tayfasından qaçıb gizlənər. (Allah bilir!) Görəsən, onu (o körpəni) zillət içində saxlayacaq, yoxsa torpağa göməcək? (Diri-diri basdıracaq?) Bir görün onlar necə pis mühakimə yürüdürlər! (Oğlanları özlərinə götürüb qızları Allaha isnad edirlər. )
- Ən pis sifət (evlənmək üçün qadınlara ehtiyac hiss etdikləri halda, qız uşaqlarını diri-diri torpağa basdırmaq) axirətə inanmayanlara, ən yüksək sifət (vəhdaniyyət) isə Allaha məxsusdur. Allah yenilməz qüvvət (qüdrət) sahibi, hikmət sahibidir!
- Əgər Allah insanları zülmləri üzündən cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ buraxmazdı. Lakin (Allah) onlara müəyyən müddət (ömürlərinin sonunadək) möhlət verər. Əcəlləri gəlib çatdıqda isə (ondan) bircə saat belə nə geri qalar, nə də irəli keçə bilərlər.
- (Müşriklər) özlərinin bəyənmədiklərini (qızları) Allaha isnad edərlər. Dilləri də: Onları ən gözəl aqibət (Cənnət, Allah rizası) gözləyir! - deyə yalan söylər. Şübhəsiz ki, onları Cəhənnəm gözləyir. Onlar (Cəhənnəm atəşinə daxil olduqdan sonra hamı tərəfindən) tərk olunacaqlar. (Və ya onlar gündən-günə Cəhənnəmə yaxınlaşanlardır. )
- (Ya Rəsulum!) Allaha and olsun ki, səndən əvvəl də ümmətlərə peyğəmbərlər göndərmişdik. Şeytan onlar öz (çirkin) əməllərini xoş göstərmişdi. Bu gün Şeytan onların dostudur (havadarıdır). Onlar (qiyamət günü) şiddətli əzaba düçar olacaqlar!
- Biz Kitabı (Quranı) sənə yalnız (müşriklərə) ixtilafda olduqları (tövhid, qiyamət, qəza-qədər və s. bu kimi) məsələləri izah etmək və möminlərə bir hidayət və mərhəmət olsun deyə nazil etdik!
- Allah göydən bir yağış endirər, onunla yer üzünü öldükdən (quruduqdan) sonra dirildər. (Öyüd-nəsihətə) qulaq asanlar üçün bunda bir ibrət vardır. (Allah quru torpağa həyat verə bildiyi kimi, insanları da öləndən sonra diriltməyə qadirdir!)
- Şübhəsiz ki, davarda (sağmal heyvanlarda) da sizin üçün bir ibrət vardır. Biz onların qarınlarındakı qanla ifrazat arasında olan təmiz südü sizə içirdirik. O, içənlərin boğazından rahat keçər. (Qanın və ifrazatın dadı, qoxusu və rəngi əsla südə qarışmaz. Əksinə, südə elə bir tam verərik ki, o, içənlərə xoş gələr).
- Siz xurma ağaclarının meyvəsindən və üzümlərdən şərab (yaxud sirkə) və gözəl ruzi (kişmiş, mövüc, bəhməz, quru xurma və s.) düzəldirsiniz. Şübhəsiz ki, bunda da ağılla düşünənlər üçün bir ibrət vardır.
- Rəbbin bal arısına belə vəhy (təlqin) etdi: Dağlarda, ağaclarda və (insanların) qurduqları çardaqlarda (evlərin damında, üzümlüklərdə) özünə evlər tik (pətəklər sal);
- Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yolla rahat (asanlıqla) get! (Və ya: Rəbbinin yollarını itaətlə tut!) (O arıların) qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli (ağ, sarı, qırmızı) bal çıxar. Şübhəsiz ki, bunda düşünüb dərk edənlər üçün bir ibrət vardır!
XƏBƏR LENTİ
Yerfındıqlı peçenye (foto resept)
Sağlam ol-2
Parafinoterapiya
Yuxusuzluqdan xilas edən zəngli saat
Rəssamın şagirdinə verdiyi dərs
2020-ci ilin Yaz Aksesuar Trendləri
Mobil telefondan istifadəyə icazə verildi
Yağış suları Gəncədə 2 evi yararsız hala saldı
Çinlilər hacı olurlar
Ürək peçenyesi (foto resept)
Dadlı borş
Media və psixopatologiya
12 sehirli abidə
Cehiz alarkən bunlara diqqət edin
Mətbəximizin möcüzəsi
Xarekterinizə görə necə qadınsınız?
“Terminator”da Silvester Stallone oynasaydı... - VİDEO
Azərbaycanda bu il qış sərt keçəcək - XƏBƏRDARLIQ
Körpələrə verilən süni qidalar hansı fəsadlara yol aça bilər?
Sabahın HAVAsı
ABŞ məyus oldu, Blatter yenidən FİFA prezidenti seçildi
Saxta dostu necə tanımalı?
Düz qarına sahib olmağın yolları
Məşhur model həbs olundu-12 il-SƏBƏB-FOTO
Toy və ziyafət üçün saç düzümləri
Adelin son halı izləyicilərini QORXUTDU-FOTO
Milli Kino Günü qeyd olunacaq
ABŞ-da 10 yaşlı azərbaycanlı təhsildə xüsusi müvəffəqiyyətlərinə görə Prezident mükafatı alıb - FOTO
Alimlər açıqladılar:"Bu kartofdan xörəklərdə istifadə etmək olmaz!"
C.K.Roulinq nevroloji xəstəxanaya 18,8 milyon dollar bağışladı
Avropa ölkəsindən azərbaycanlılara xoş xəbər
İlham Əliyev: "22 ildir ki, heç nə edə bilmirlər"
Qəhvədən gözəl illüstrasiyalar - FOTO
Zakir Həsənov müharibə anonsu verdi
Qəribə psixi pozuntular
Müəllimlərin peşə standartları hazırlanacaq
İspaniya uçan taksilərin xidmətindən istifadənin vaxtını elan etdi
Sabahın HAVAsı
Azərbaycanda xüsusi karantin rejimi yenidən sərtləşdirildi - RƏSMİ
Mehriban Əliyeva: Tolerantlıq, əmin-amanlıq Azərbaycanın ən böyük sərvətlərindən biridir
Qan donduran xəbər - 1700 cəsəd...
Kruasan-Fransa mətbəxindən (foto resept)
Şagirdlər üçün bütün dərsliklər tədris ili başlananadək məktəblərə çatdırılacaq
Ərəbsayağı gəlinlik saç düzümləri
ÜST koronavirusu müalicə edən yeganə ümidli dərmanın adını açıqladı
Uorlik Qarabağdan yazdı
Riyazi məntiq - " Yeni il"
Üst geyim dəbi
Maraqsız verilişlər adamı kökəldir
Mini alman piroqu
- ŞƏRHLƏR