ət-Təğabun (Qarşılıqlı aldanma) surəsi
(Mədinədə nazil olmuşdur, 18 ayədir)
Bismillahir rəhmanir-rəhim!
- Göylərdə və yerdə nə varsa, (hamısı) Allahı təqdis edib şəninə təriflər deyər. Hökm Onundur, həmd-səna da Ona məxsusdur. O, hər şeyə qadirdir!
- Sizin yaradan Odur. Kiminiz kafirsiniz, kiminiz mömin. Allah nə etdiklərinizi görəndir!
- O, göyləri və yeri haqq-ədalətlə (yerli-yerində) xəlq etdi, sizə surət verdi, surətlərinizi də gözəl yaratdı. (İnsan bütün canlıların ən gözəli və ən kamilidir). Axır dönüş də Onun hüzurunadır!
- O, göylərdə və yerdə olanları da, sizin gizlində və aşkar da nə etdiyinizi də bilir. Allah ürəklərdə olanları biləndir!
- (Ey Məkkə müşrikləri!) Məgər sizdən əvvəl kafir olanların (əzaba düçar edilməsi) xəbəri sizə gəlib çatmadımı? Onlar öz gördükləri işlərin cəzasını dünyada daddılar. Onları (axirətdə) şiddətli bir əzab gözləyir!
- Çünki peyğəmbərləri onlara açıq-aşkar möcüzələr gətirir, onlar isə: Məgər bizi doğru yola (özümüz kimi adi) bir insanmı salacaqdır?! deyərək (o peyğəmbərləri) inkar edir və (haqdan) üz döndərirlər. Allahın (onların ibadətinə) ehtiyacı yoxdur. Allah heç bir şeyə möhtac deyildir. O, (hər cür) şükrə (tərifə) layiqdir!
- Kafir olanlar (öldükdən sonra) əsla dirildilməyəcəklərini iddia edirlər. (Ya Peyğəmbər!) De: Bəli, Rəbbimə and olsun ki, siz mütləq dirildiləcəksiniz. Sonra da (dünyada) etdiyiniz əməllər sizə (bir-bir) xəbər veriləcəkdir. Bu, Allah üçün çox asandır!
- Elə isə Allaha, Onun Peyğəmbərinə və nazil etdiyimiz nura (Qurana) iman gətirin! Allah etdiyimiz əməllərdən agahdır!
- Allahın sizi (haqq-hesab üçün) toplanmış gününə cəm edəcəyi gün məhz o gün qarşılıqlı aldanma günüdür! (Həmin gün kafirlərin dünyaya uyaraq axirəti əldən verdiklərinə görə, bəzi möminlərin də dünyada bacardıqlarından az yaxşı əməllər etdiklərinə görə aldanmaları bəlli olacaqdır). Kim Allaha iman gətirib yaxşı əməllər etsə, (Allah) onun günahlarının üstünü örtər və onu (ağacları) altından çaylar axan cənnətlərə daxil edər. Belələri orada (Cənnətdə) əbədi qalacaqlar. Bu, böyük qurtuluşdur (uğurdur)!
- Kafir olub ayələrimizi yalan sayanlara gəldikdə isə, onlar cəhənnəmlikdirlər. Onlar orada həmişəlik qalacaqlar. Ora necə də pis məskəndir!
- Allahın izni olmadıqca (heç kəsə) heç bir müsibət üz verməz. Kim Allaha iman gətirsə, (Allah) onun qəlbini haqqa doğru yönəldər. (O, dünyada baş verən hər şeyin Allahın əzəli hökmü və izni ilə olduğunu bilər). Allah hər şeyi (keçmişi, indini və gələcəyi) biləndir!
- Allaha itaət edin, Onun Peyğəmbərinə itaət edin; hər kəs (itaətdən) üz döndərsə, (bilsin ki) Peyğəmbərimizin öhdəsinə düşən yalnız açıq-aşkar təbliğdir! (O heç kəsi zorla iman gətirməyə məcbur edən deyildir).
- Allahdan başqa heç bir tanrı (məbud) yoxdur. Buna görə də möminlər ancaq Allaha təvəkkül etsinlər!
- Ey iman gətirənlər! Şübhəsiz ki, zövcələrinizdən və övladınızdan sizə düşmən olanlar vardır. (Onlar din və ya dünya işlərində sizin əleyhinizə çıxar, sizi ibadətdən, yaxşı əməllərdən yayındırarlar. Hətta siz bir dəfə Məkkədən Mədinəyə hicrət etmək istədiyiniz zaman onlar müxtəlif bəhanələrlə sizi bu fikrinizdən daşındırmışdılar). Onlardan özünüzü gözləyin! Amma (tövbə edəcəkləri təqdirdə) onları əfv etsəniz, (təqsirlərindən) keçsəniz və bağışlasanız (daha yaxşı olar). Çünki Allah (günahları çox) bağışlayandır, rəhm edəndir!
- Həqiqətən, mal-dövlətiniz və oğul-uşağınız (sizin üçün) ancaq bir imtahandır. Ən böyük mükafat (Cənnət) isə Allah dərgahındadır!
- Allahdan (Allahın əzabından) bacardığınız qədər qorxun. (Sizə verilə öyüd-nəsihətə) qulaq asın; (Allaha və Peyğəmbərinə) itaət edin və (mal-dövlətinizdən Allah yolunda) xərcləyin. Bu sizin özünüz üçün xeyirli olar. (Allah tərəfindən) nəfsinin xəsisliyindən (tamahından) qorunub saxlanılan kimsələr məhz onlar nicat tapıb səadətə qovuşanlardır!
- Əgər Allaha (Allah yolunda) gözəl (könül xoşluğu ilə) bir borc versəniz, (Allah) sizin üçün onun əvəzini qat-qat artırar və sizi bağışlayar. Allah qədirbiləndir, həlimdir!
- (Allah) gizlini də, aşkarı da biləndir, yenilməz qüdrət sahibi, hikmət sahibidir!
XƏBƏR LENTİ
Bədənini yara basan qadının qeyri-adi arzusu - FOTO
Yaponlar Lexus-u dəyişdilər
Nanəli keks (foto resept)
Chloe Resort 2012 payız kolleksiyası
Şəkildəki fərqliliyi tapın (test)
Hamiləlik zamanı cinsi əlaqə
Dünyanın ən yaxşı beynəlxalq aeroportunun adı açıqlanıb
Fərhat Göçerin uşaqlıq FOTOsu
Gut xəstəliyi ilə mübarizə aparmağın 12 yolu
Günün qoroskopu: ən önəmli məsələni həll etməyə çalışın
Şəkərin yaratdığı xəstəliklər
Kirli paltarlar neçə dəfə yuyulmalıdır?
Yeni müdafiə naziri general-polkovnik poqonu taxdı
Bir gündə 8 uşaq dünyaya gətirən ananın bədən quruluşu heyrətləndirdi - FOTO
Məşhur müğənni Hatice ərə gedir.
İris gülünə qulluq
Rəqsi sevənlər üçün 7 film
Azərbaycanda sürət qatarı görəcəyikmi?
Sabah yağış gözlənilir - PROQNOZ
AZAL uçuşlarda endirim etdi
Solğun dəri üçün təbii həll yolları
Meksikanın artefakt muzeyi
Kadir Doğulu yeni serialda
Acundan Şeymaya daha bir TƏLƏB
150 illik araşdırma tamamlandı
Qaşlarınızı necə gurlaşdıra bilərsiniz?
Hadisəyə kredit verilmədi-SƏBƏB
Suyun verilməsində məhdudiyyət olacaq - ƏRAZİLƏR
Radara düşən sürücülərin nəzərinə
Pendirli toyuq (foto resept)
Putin Ərdoğanı nüvə silahı ilə hədələdi
Azərbaycan niyə maraqsızdır?
Yapon qadınlarının arıq olmasının sirri
İtaliya ölkəmizə yeni səfir təyin etdi
Justin Timberlake
Quru öskürəyi aradan qaldıran içkilər
Azərbaycanda 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunur
Beynin ən yaxşı işlədiyi yaş
13 yaşlı bloger aya 1000 dollar qazanır-FOTO
Magistraturaya qəbul imtahanının nəticələri AÇIQLANDI
Gələcəyin insanı belə olacaq: ELMİ ARAŞDIRMA
Manatın məzənnəsi
104 yaşlı Nobel mükafatçısından 100 il yaşamağın SİRLƏRİ... - FOTO
Abdullah Gülə SUİ-QƏSD edilib-FOTO
"Facebook" və "Whatsapp"dan növbəti yeniliklər
Qısa Saç Modelləri 2012ci il Trendi
Koronaviruslu şəxslə kontaktda olan hər kəs karantindədir
Demet Akalının yeni mahnısı plagiat çıxdı - VİDEO
Gedənlərin geri qayıtmadığı adalar
Ermənistandan Azərbaycana avtomobil yolu çəkilir















- ŞƏRHLƏR