Aprelin 11-də ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələri elan olunmuşdur. Bakalavrlar imtahan nəticələri ilə DİM-in internet saytında tanış ola bilərlər. İmtahanla bağlı müəyyən statistik göstəriciləri və həmin göstəricilərin 2016-cı ildə keçirilən analoji imtahanla müqayisəsinə aid bəzi məlumatları təqdim edirik.
Milli.Az xəbər verir ki, bu il imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən bakalavrların sayı ötən ilə nisbətən az olmuşdur. Belə ki, ötən il 24110, bu il isə 13081 bakalavr ali təhsil müəssisələrinə qəbul olmaq üçün ərizə təqdim etmişdir. Şübhəsiz, imtahanların ödənişli olması ərizə verənlərin sayının azalmasına səbəb olan amillərdən biridir. Lakin eyni zamanda əvvəllər imtahanda iştirak üçün tələb olunan məbləğ 2 manat olduğundan namizədlərin müəyyən hissəsi hazırlıqlı olmasa belə, qeydiyyatdan keçirdi və ya qeydiyyatdan keçib imtahana gəlmirdi. Ötən il magistraturaya qəbul imtahanının birinci mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçmiş bakalavrlardan 1695 nəfəri imtahana gəlməmişdi. Bu il isə cəmi 109 nəfər imtahana gəlməyib. Göründüyü kimi, bu il qeydiyyatdan keçənlər daha məsuliyyətli davranıblar və imtahana gəlməyənlərin sayı ötən illə müqayisədə dəfələrlə azalmışdır. Bundan əlavə, bu il daha bilikli, öz potensialına güvənən, magistratura səviyyəsində təhsilini davam etdirmək üçün aydın məqsədi və istəyi olan namizədlərin ərizə qəbulunda iştirakı gözlənilirdi və imtahan nəticələri də gözləntilərin doğrulduğunu sübut edir.
Belə ki, 2016-cı və 2017-ci illərdəki imtahan nəticələri müqayisəli təhlil edildikdə aydın olur ki, bu il imtahanda iştirak edən bakalavrların (12972 nəfər) ümumi bilik səviyyəsi daha yüksək olmuşdur (ötən il 22409 bakalavr imtahanda iştirak etmişdir). Bal intervalları üzrə nəticələrin təhlili göstərir ki, ötən il imtahan iştirakçılarının 25.77 faizi (5774 nəfər) 51 və daha yuxarı bal topladığı halda, bu il həmin göstərici 57.99 faizə (7522 nəfər) bərabər olmuşdur. Həmçinin bu il 41 və daha yuxarı bal toplayanların faizi 81.64 olmuşdur (10590 nəfər). Ötən il isə müvafiq göstərici 50.44 faiz idi (11303 nəfər). Bu il ümumilikdə 2382 nəfər (18.36 faiz) 40 və daha aşağı bal toplamışdır. Ötən il isə bu göstərici 11106 nəfər (49.56 faiz) idi. Buradan bir daha aydın olur ki, bu il imtahanda daha hazırlıqlı bakalavrlar iştirak ediblər və onların ümumi nəticələri daha yüksəkdir.
Xatırladaq ki, imtahanın birinci mərhələsində bakalavrlara məntiqi təfəkkür üzrə 50, xarici dil üzrə 25 və informatika üzrə 25 test tapşırığı təqdim olunur. Hər bir blok üzrə son 5 sual açıq formalı test tapşırıqlarından ibarətdir. İmtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır. Bakalavrların hər düzgün cavabı bir balla qiymətləndirilir.
Magistraturaya qəbul imtahanının II mərhələsi isə iyunun 4-də keçiriləcək və bakalavrların ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq.
Milli.Az

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO
