əs-Saff (Səf) surəsi
(Mədinədə nazil olmuşdur, 14 ayədir)
Bismillahir rəhmanir-rəhim!
- Göylərdə və yerdə nə varsa, (hamısı, bütün məxluqat) Allahı təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!
- Ey iman gətirənlər! Etməyəcəyiniz bir şeyi niyə deyirsiniz? (Bəzi müsəlmanlar: Hansı əməllərin Allaha daha xoş getdiyini bilsəydik, onları edər, malımızı və canımızı onların yolunda qoyardıq! deyirdilər. Lakin cihad əmri nazil olduqda bu, bir çox möminlərin xoşuna gəlmədi).
- Etməyəcəyiniz bir şeyi demək Allah yanında böyük qəzəbə səbəb olar.
- Şübhəsiz ki, Allah Öz yolunda möhkəm divar kimi səf çəkib döyüşənləri sevər!
- (Ya Rəsulum!) Xatırla ki, bir zaman Musa öz qövmünə demişdi: Ey qövmüm! Mənim Allahın sizə göndərilmiş peyğəmbəri olduğumu bildiyiniz halda, niyə məni incidirsiniz? Onlar (haqdan) üz döndərdi. Allah (Özünə asi olan) fasiqləri doğru yola yönəltməz!
- Onu da xatırla ki, bir vaxt Məryəm oğlu İsa belə demişdi: Ey İsrail oğulları! Həqiqətən, mən özümdən əvvəl nazil olmuş Tövratı təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir peyğəmbərlə (sizə) müjdə verən Allahın elçisiyəm! Sonra (İsa, yaxud Muhəmməd əleyhissəlam) onlara açıq-aşkar möcüzələr gətirdikdə onlar: Bu, açıq-aydın sehrdir! dedilər.
- İslama dəvət olunduğu halda, Allaha qarşı yalan uydurandan (Onun peyğəmbərinə sehrbaz deyəndən) daha zalım kim ola bilər?! Allah zalım qövmü doğru yola yönəltməz!
- Onlar Allahın nurunu (islam dinini) öz ağızları (öz iftiraları və şər sözləri) ilə söndürmək istəyirlər. Allah isə - kafirlərin xoşuna gəlməsə də, öz nurunu (dinini) tamamlayacaqdır.
- Müşriklərin xoşuna gəlməsə də, onu (islamı) bütün dinlərdən üstün etmək üçün Öz Peyğəmbərini hidayət (Quran) və haqq dinlə göndərən Odur!
- Ey iman gətirənlər! Sizə elə bir ticarət (qazanc yolu) göstərimmi ki, o sizi şiddətli əzabdan xilas etsin?
- (O qazanc yolu budur: ) Allaha və Onun Peyğəmbərinə iman gətirəsiniz. Allah yolunda malınız və canınızla vuruşasınız (cihad edəsiniz). Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!
- (Əgər belə etsəniz) O sizin günahlarınızı bağışlayar və sizi (ağacları) altından çaylar axan cənnətlərə və Ədn cənnətlərindəki gözəl saraylara daxil edər. Bu, böyük qurtuluşdur (uğurdur)!
- (Sizi hələ) sevdiyiniz başqa bir şey (bir nemət) də - Allah dərgahından kömək və yaxın qələbə (Məkkənin fəthi) gözləyir. (Ya Peyğəmbər!) Möminlərə (dünyada zəfərlə, axirətdə Cənnətlə) müjdə ver!
- Ey iman gətirənlər! Allahın (dininin və peyğəmbərinin) köməkçiləri olun! Necə ki, Məryəm oğlu İsa həvarilərə: Allah yolunda mənim köməkçilərim kimdir? demiş, həvarilər də: Allahın köməkçiləri bizik! deyə cavab vermişdilər. Nəhayət, İsrail oğullarından bir tayfa iman gətirdi, bir tayfa isə kafir oldu. Biz də iman gətirənləri düşmənlərinə qarşı qüvvətləndirdik və onlar qələbə çaldılar.
XƏBƏR LENTİ
Uşaqlarda məktəb fobiyası
Kökəltməyən 7 qida
Super Dünyalar
Soğanın faydaları
YouTube-da canlı yayım işə düşdü
Uşaqlar üçün: Habil və Qabil
Koronavirusu yayan daha bir TƏHLÜKƏ: Hər toxunuş...
Qadin.Netlilərin qorxu dolu anları (III hissə)
Bu nasazlıqlara görə 50 manat cərimə oluna bilərsiniz
Allah yanında ən sevimli iş nədir?
Qucaqlaşmaq əhval-ruhiyyəni yaxşılaşdırır və ağrıları azaldır
Ermənilərin döyüş meydanında atıb qaçdığı hərbi texnikaların görüntüləri - VİDEO
Bakıda sürücülərə şad xəbər
Anamın əl işləri(2)
Bu taksilər benzinsiz işləyir
Bu dəfə də sirli sütun Britaniyada peyda oldu - FOTO
"Mançester Yunayted" portuqaliyalı ulduzu alır?
Bu şəkillərə iki dəfə baxmalı olacaqsınız
Quşüzümlü portağal şirəsi (foto resept)
Sağlamlığa ziyan vuran 4 vərdiş
Günün qoroskopu: necə davranmağınızdan bu gün çox şey asılıdır
Dünyanın ən bahalı şokoladı
Yatmağa kömək edən qidalar
27 günə 1 milyard qazandı
"Azərbaycan Ordusu bir saata mövqelərimizi tutdu"
“Fikri oxuyan” qurğu yaradıldı - VİDEO
Həkim Bəhram Bağırzadənin vəziyyətindən danışdı - YENİLƏNİB
"Krep" - axıtma (foto resept)
“WhatsApp”da yeniliklər edildi
Naxçıvanda Kətə festivalı keçirilir
Mercedes-Benz-dən super Brabus
Rubl Rusiyadakı azərbaycanlıları ağır günə salıb
Məşhur aktyor kitab yazır-FOTO
Qurbanlıq qoyun neçəyədir?
Beyons illər sonra eyni mükafatı aldı-FOTO
Bu gün Günəş tutulacaq
Hava haqqında
Prezident əsgərlərə hədik payladı
Beş il sonra...
Xərçəng riskini artıran amillər
Özünü inkişaf etdirmə
Ərinizi bu cür məcbur edin ki, siqareti tərgitsin
Bu gün Qırğızıstanda koronavirusa görə milli matəm günüdür
Günün ulduz falı
Kamal Abdulla, Mənsum İbrahimov və Nailə Vəlixanlı “Şərəf” ordeni ilə təltif ediliblər - SƏRƏNCAM
Sabahın hava proqnozu
İlham Əliyevə “putyovka” hədiyyə olundu
Şayiələr hər tərəfdən hücuma keçir
Dell biznesdən uzaqlaşmayacaq
2018-in yay saç rəngləri
- ŞƏRHLƏR