İmam Əbu Hənifə
-rahmətullahi aleyhi-
Ən-Numan İbn Sabit İbn əl-Mərzuban bəzi məlumatlara görə H.80/700-ci illərdə Əfqanıstanın paytaxtı Kabulda, digər rəvayətə
görə isə Kufədə Abdulməlik İbn Mərvanın xəlifəliyi dövründə dünyaya gəlmişdir. Ərəb olmasa da, ərəblər arasında böyüyüb boya
başa çatmışdır. Fars ya da Türk olması haqda bir çox məlumatlar vardır. Kufədə tanınmış bir ailədə böyüyüb başa çatmışdır. Kiçik
yaşlarından Quranı hifz etmiş. Atası ilə bir neçə dəfə Məkkə və Mədinəni ziyarət etmişdir.
Yaşadığı dövrdə kəlam elmi geniş yayıldığı üçün bu elmi öyrənmiş lakin sonradan kəlamı tərk edərək Şeyx Həmmədin yanında fiqh öyrənməyə başlamışdır. İmam Əbu Hənifə (rahmətullahi aleyhi) atasıyla 16 yaşında Həccə getdikdə orada tabiinlərdən (Səhabələrdən birini belə sağ ikən görən əxsə tabiin deyilir) olan Ata İbn Əbu Rəbah, İkrimə, Nəfi, Qatadə və s. ilə görüşərək onlardan hədis dinlədiyi də rəvayət olunur (İbnul Əsir “Usdul Ğabə” 3/133).
Özü tabiinlərdən sayılır və Ətbau Tabiinlərin böyüklərindəndir. 18 il İraqın böyük alimi olan Həmməd İbn Əbu Suleymanın dərslərində iştirak etmişdir. Müəllimləri İbrahim ən-Nəhai, əş-Şabi kimi böyük fiqh alimləridir. Özü deyərdi ki: "Ömərin, İbn Abbasın, İbn Məsudun və Əlinin fiqhini onların əshabından aldım" (İmam Zəhəbi “Mənakibul İmam Əbu Hənifə və Sahiheyn Əbu Yusuf və Muhəmməd İbn
Həsən”, Misir. Əbu Zəhra, Əbu Hənifə 44).
Əbu Hənifənin (rahmətullahi aleyhi) minlərcə tələbəsi olmuşdur ki, bunlardan 40 yaxını müctəhid mərtəbəsinə çatmışdır ki, bunlardan: Əbu Yusuf, Muhəmməd İbn Həsən əş-Şeybani, Davud ət-Tai, Əsəd İbn Amr, Həsən İbn Ziyad, Qasım İbn Maan, Əli İbn Muhsir, Hibban İbn Əli və s. misal göstərmək olar.
Əməvi və Abbasilərin idarəçiliyi dövrlərində yaşamış, hər iki dövürdə də ona təklif edilən vəzifə təklifilərini rədd etmişdir. Lakin ikinci Abbasi xəlifəsi Əbu Cəfər Mənsurun təklifini qəbul etmədyi üçün həbsə atılmışdır. Bağdada 15 günlük həbs müddətindən sonra Əbu Hənifə (rahmətullahi aleyhi) 150/770-ci illər arası, yetmiş yaşında şəhid kimi ölmüşdür. Zəhərləndiyi də rəvayət edilir. Bağdadda Hayruzan qəbristanlşığında dəfn edilib (ən-Nəməri “əl-İntiqa” 170).
Ölmündən sonra dərsləri Əbu Yusuf (rahmətullahi aleyhi) davam etdirdi. Fətvaları toplanılaraq kitablar halına salındı. Məzhəbi sistematik hala gətirən Muhəmməd İbn əş-Şeybanidir. “Əl-Asl”, Camius Sağir”, “Camiul Kəbir”, “əz-Ziyadət”, “Siyerul Kəbiri” yazan da odur. Məzhəbin ana kitabları “Zahirur Rivayə”, “Məsailul Usul”. Tələbələrinin topladığı “Fiqhul Əkbər”, “Fiqhul Əbsat”, “Kitabul Alim vəl Mutəallim”, “Kitabur Risalə”, “əl-Vasiyyə”, “əl-Qəsidətul Numaniyyə”, “Mərifətul Məzahib”, “Musnədul İmam Əbu Hənifə” və s. adlı kitablar çap edilib.
Bir çox şeyxlərdən dərs almış, onlardan İbrahim İbn Muhəmməd əl-Muntəşir əl-Kufi, İbrahim İbn Yəzid ən-Nəhai əl-Kufi, İsmail İbn Xammad İbn Əbu Süleyman əl-Kufi, Əyyub əş-Şaxtiyani əl-Basri Salim İbn Abdullah İbn Ömər İbn əl-Xəttab və s. misal göstərmək olar. Şeyx Əhməd əl-Məkki əl-Xarəzmi deyir ki, tələbələrinin sayı 700-ə çatırdı. Hər biri də müsəlmanların şeyxləri idi.
***
Əbu Hənifə (rahmətullahi aleyhi) dedi ki: “Dua edən kimsənin filankəsin haqqı üçün, və ya Peyğəmbərlərinin, Rəsullarının haqqı
üçün Beytul Haramın və Məşərul Haramın haqqı üçün səndən diləyirəm deməsi məkruhdur” (“Şərh Əqidətul Təhaviyyə” s. 234, “İthaafus Saadətil Muttəqin” 2/285, Aliyyul Qari “Şərh Fiqhul Əkbər” s. 198).
***
Əbu Hənifə (rahmətullahi aleyhi) deyir ki: “Hər hansı bir kimsə Allahın zatı haqqında özündən bir şeylər söyləməsi düzgün deyildir. Əksinə o, Allahı özünü vəsf etdiyi vəsflərlə vəsf edər. Özündən Onun haqqında heç bir şeylər söyləməz. Aləmlərin Rəbbi
olan Allah bundan Uca və Böyükdür” (“Şərh Əqidətul Təhaviyyə” 2/427, “Cəlaul Ayneyn” s. 368).
***
Əbu Hənifədən: “İbadət etdiyin İlahın haradadır? Deyə soruşan bir qadına bu cavabı vermişdir: "Allah səmadadır, yerdə deyil". "Bəs Allah: "Siz harda olsanız, o sizinlədir". (əl-Hədid 4) sözünə nə deyirsən?" sualına isə belə cavab verdi. "Bu sənin bir kimsəyə
məktub yazıb mən səninlə bərabərəm deməyin kimidir. Halbuki, sən onun yanında deyilsən" (Beyhəqi "əl-Əsma və əs-Sifət" 429, 2/170, Zəhəbi "Müxtəsər Uluv" s. 135).
***
Əbu Hənifə (rahmətullahi aleyhi) deyir ki: "Allahın Kitabı və Rəsulunun Sünnəsinə tərs olan bir söz söylədiyim zaman mənim görüşümü tərk edin" (Şarani "Mizən" 1/26).
"Sələf imamlarının həyatı"
Toplayan və tərtib edən: K.Hüseyn
Kitabın bütün haqları qorunur.
XƏBƏR LENTİ
Haluk Levent azərbaycanlı qıza görə konsert verəcək
12 mindən çox brilyantdan hazırlanan üzük dünya rekordunu qırdı
Putin ordu rəhbərliyi ilə iclasda: “Siz məndən qorxursunuz yoxsa məni sizdən qoruyurlar?”
Balotelli: "Messi və Ronaldu da..."
Bekhem Seriala Çəkildi - FOTO
Azərbaycanda Nazirlikdə "SOS"!
Xocalı qətliamı zamanı əsir düşən musiqiçi "Əl-Cəzirə"yə danışdı
Xilaskarlarına minnətdar olan heyvanlar
Ezgi Mola ərə gedir
Gözəl ayaqlara sahib olaq
Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun VAXTI açıqlandı
Mütəmadi halsız və yorğun olmağın tibbi səbəbi
Qar yağacaq!
Bunlar kişilər üçün zərərlidir
2011-ci ilin gecə geyimləri
Bu adada hər şey tərsinədir - Kişilər "gəlin" köçür, evdən qovulur... - FOTO
Bakının bir hissəsinə su verilməyəcək
Dünyanın ən gözəl və qeyri-adi meşələri
Şahbaz Quliyev və Dilqəm Əsgərov vətənə gətirildi - RƏSMİ
Doğulacaq körpələrinin cinsi məlum oldu
Hər şeyin balacası
İNANILMAZ: Meşə insanları
Günəş ləkələrinə qarşı nə etməli?
Hava haqqında - 12.11.2013
2019 ayaqqabı trendləri
"Ebola"dan ölənlərin sayı 9152 nəfərə çatdı
Dövlət qulluğunda çalışmaq istəyənlər, DİQQƏT - Müsahibə elan olundu
2019 Məzuniyyət Saç Modelləri
Uşağın makrozomik olaraq doğulması
Dilqəm Əsgərov ermənilərə boyun əymədi
Şimşək çaxacaq, leysan olacaq - XƏBƏRDARLIQ
Sabahdan məktəblər bağlanır
Toy karvanının qabağını kəsən uşaqlar cərimələnəcək
Cərimələr azalır
BÜRCLƏR bizə nə vəd edir?- 29 yanvar
Castin Biber izləyicilərindən kömək istədi-FOTO
Soçi bitdi, savaş olacaq?
Azərbaycan Ginnesin rekordlar kitabına düşə bilər
Uzun saçlara necə qulluq etmək lazımdır?
Ermənistanda həbsdə olan azərbaycanlı azadlığa buraxıldı
Kağızdan portretlər
Evdə hazırlaya biləcəyiniz sakitləşdirən çaylar
Serenay Sarıkayanın 13 minlik donu-FOTO
"Sürücülük vəsiqələrindən ödəniş etmək olacaq"
Böyrək daşı xəstəliyi 2-ci hissə
Günün ulduz falı - 28.08.2013
Subaylıqla bağlı fərqli ölkələrin adətləri
Ölkədə gediş haqları dəyişibmi?
Enerji içkiləri onlara satılmayacaq - DƏYİŞİKLİK
55 yaşlı Tarantino ilk dəfə evləndi
- ŞƏRHLƏR