Ölü (Leş) dəniz heyvanları icazə veriləndir.
Suda, yalnız suda nə yaşayırsa, yeyilməsi icazə veriləndir. İstər ölü (leş) olsun, istərsə də, diri. Əbu Hureyrə – radıyallahu anhu - rəvayət edir ki, bir kişi gəlib Peyğəmbərdən – sallallahu aleyhi və səlləm – soruşdu: “Ey Allahın Rəsulu! Biz dənizə çıxdığımız zaman özümüzlə az miqdarda su götürürük. Onunla dəstəmaz alarıqsa, içməyə suyumuz qalmaz. Elə isə dəniz suyu ilə dəstəmaz ala bilərikmi?”. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Dənizin suyu təmizdir və içərisində ölmüş su heyvanları da halaldır” (Əbu Davud 1/83, Tirmizi 1/69, Nəsəi 1/176, «Muvatta» 1/22 – 12-ci hədis, «Müsnəd» 2/237, “İrvaul-Ğalil” 1/42–9-cu hədis).
İmam əs-Sənani – rahmətullahi aleyhi - deyir ki: “Bu hədisdən də göründüyü kimi, dənizdə yaşayan su heyvanlarının ölüsü (leş) belə halaldır (icazə verilən). Hətta zahirən belə onlar itə və donuza oxşasalar da” (“Subus Salam” 1/23).
Timsaha gəldikdə isə: Alimlər timsahın yeyilməsini qadağan ediblər. Çünki o, suda yaşadığı kimi, quruda da yaşayır (“Təfsir İbn Kəsir” 3/197).
Ölmüş heyvanlardan aşağıdakılar təmiz hesab olunur: Balıq (Suda-quruda yaşayanlar bura aid deyil.) və çəyirtkə: İbn Ömər – radıyallahu anhu - demişdir: “İki leş və İki qan bizə halal edilmişdir. İki leş balıq və çəyirtkədir, iki qan isə ciyər və dalaqdır” (İbn Məcə, Həkim, Beyhəqi, «Müsnəd» 2/97; İrvaul-Ğalil, 8/164–2526-cı hədis, “Səhihul Cəmi” 210).
Şəriət qayda-qanunu ilə kəsilmiş heyvanın cəsədində qalan qan da təmiz sayılır (“Səhih Fiqhu Sunnə” 2/338). Rəvayət edilir ki, Aişə – radıyallahu anhə - şəriət qayda-qanunu ilə kəsilmiş heyvanın cəsədində qalan qanda və ətin qızartılığında bir problem olmadığını görürdü” (Təbəri 8/71).
İstənilən növ pendirin yeməkdə istifadə edilməsi:
Alimlər heyvanların mədəsindən götürülərək pendirə qatılan qursağın “İnfaxa” yeyilməsində fikir ayrılığıdadırlar. Bir çox alimlər (çoxluq) qeyd edirlər ki: Müsəlmanların və Kitab əhlinin hazırladıqları pendiri yemək olar, çünki qeyrilərinin (kafirlərin, bütpərəstlərin və s.) kəsdikləri heyvanların ətləri ölü (leş) sayıldığı üçün hazırladıqları pendirləri də yemək olmaz.
İkinci qrup alimlər: Əbu Hənifə və Hənbəlilərdən bəziləri müşriklərin belə hazırladıqları pendirin yeyilməsinə icazə vermişlər. Onlar qeyd edirlər ki: ölü (leş) sayılan heyvanın qursağı və südü nəcis sayılmır (Həmçinin: Ölü (leş) heyvanın sümüyü, buynuzu, dırnağı, yunu, tükləri nəcis sayılmır. Lakin əti, qanı, dərisi nəcis sayılır.
Həmçinin: İstənilən heyvanın, hətta donuzun belə dərisi yalnız aşılandıqdan sonra təmiz hesab olunur. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “İstənilən dəri aşılandıqdan sonra təmiz olur” (Müslim 1/105, Əbu Davud 4123, Tirmizi 1728, Nəsəi 3/173). İmam Sənani – rahmətullahi aleyhi - deyir ki: “Bu hədis açıq-aydın dəlildir ki, istənilən heyvanın dərisi aşılandıqdan sonra çöl və içəri tərəfdən təmizlənmiş olur. Buna da “İstənilən dəri” sözləri əyani sübutdur” (“Subus Salam” 1/42). Bu da dəri barəsində olan 7 rəydən ən doğrusudur. Bu rəydə həmçinin olmuşlar: Əli b. Abu Talib, İbn Məsud, Davud, Abu Yusuf, Sanani, Şovkani və Şeyx əl-Albani (Allah onlardan razı olsun). Bəzi alimlər qeyd edirlər ki, hədisdə söhbət yalnız əti yeyiləsi heyvanların dərisindən “İhab” gedir. Lakin bu sözlərin heç bir əsası yoxdur. Necə ki, bu haqda İmam Şovkani – rahmətullahi aleyhi - “Neylul Əvtar” da qeyd edir: “Hədisi bu cür anlamaq Nadr b. Şamilin dediklərinə də ziddir. İhab aşılanmış dəridir. Bu da ən səhih olan rəydir. Dilçilər də öz kitablarında buna işarə etmişlər. əs-Səhih, Qamus, Nihayə və s. Əgər biz bu kitablar yönəlmiş olsaq, İhab sözünün yalnız yeyilməsi icazə verilən heyvanların dərisi olmadığını görərik”. Bütün bu deyilənlərdən aydın olur ki, istənilən növ heyvanın dərisi aşılandıqdan sonra təmiz sayılır. Qadağa yalnız vəhşi köpək dişləri olan heyvanların dərilərindən istifadə etməyə gəlib.
Həmçinin: Qadağandır köpək dişləri olan heyvanların dərisindən geyimdə və üstündə oturmada istifadə etmək. Valid b. Əbu Malik rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – vəhşi heyvanların dərisindən istifadə etməyi qadağan edib” (Həkim, əl-Albani “Səhih Cəmi” 6953, “Subus Salam” 1/42-44, Şovkani “Neylul Əvtar” 1/55-59, əl- Albani “Samrul Mustatab” 1/34). Huzeyfə – radıyallahu anhum - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – qızıl və gümüş qablardan içməyimizi, yeməyimizi, ipək və atlas geyinməyimizi və bunların üzərində oturmağımızı bizə qadağan etdi” (Buxari 5232). Muaviyə – radıyallahu anhum - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – ipək və pələng dərisi ilə örtülmüş miniklərə minməyimizi qadağan etdi” (Əbu Davud 4129). Əbu Məlih atasından rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – vəhşi heyvanların dərilərindən istifadə etməyi qadağan etmişdir. Başqa rəvayətdə: Yataqları bəzəməyi də qadağan etmişdir”. -Əbu Davud 4132, Tirmizi 1771, Nəsəi 7/176-). Bu da səhabələrin söz və əməllərinə əsaslanaraq deyilən ən səhih rəydir (“Əhkamul Quran” 1/168, “Bahrur Raik” 1/112). Ömərdən – radıyallahu anhu - ölü (leş) heyvanın mədəsindən götürülərək tərkibinə qursaq qatılmış pendir barəsində soruşdular. O: “Allahın adını zikr edərək yeyin”, deyə cavab verdi” (İbn Əbi Şeybə 5/130, AbdurRazzaq 4/538, İmam Əhməd “Səhih”). Həmçinin: Təlhə b. Ubeydullah – radıyallahu anhu – bıçaq ilə bir dilim pendir kəsdi və Allahı adını zikr edərək yedi” (İbn Əbi Şeybə 5/131). Həmçinin: Salman Farisi və Həsən və Əldən – radıyallahu anhum – belə rəvayətlər varid olmuşdur. İbn Teymiyyə – rahmətullahi aleyhi - deyir ki: “Bütpərəstlərin hazırladıqları pendiri yemək olar. Çünki səhabələr İraqı istila etdikləri (aldıqları) zaman atəşpərəstlərin pendirlərini yeyirdilər” (“Məcmuu Fətava” 21/101).
Hazırlayan və tərtib edən: K.Hüseyn
... Ardı var...
XƏBƏR LENTİ
Dişlərinizə hansı vərdişlər zərər verir?
Metroda şalvarsız gün
Qadın sürücülər
Duyğu Çağatar Ulusoyun evinə köçdü-FOTO
Koronavirusun yayılmasına qarşı şəhərləri bağlamaqdan daha effektiv yol təklif edilib
İstanbulu dolu vurdu - VİDEO
İstanbulun polis rəisi öpüşlərlə yola salındı
Bayden bir aya 250 min amerikalının öləcəyi barədə proqnoz verdi
Hande Yenerdən gözlənilməz irad
Azərbaycanda xırda təkanlar böyük zəlzələdən xəbər verir?
Nüfuzlu "Əl-Fəcr" qəzetində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva haqqında geniş məqalə dərc edilib
Sarı saçlar üçün xüsusi maskalar
Türkiyə Azərbaycanla sərhədi bağladı - SƏBƏB
Kartof zənbilində balıq (foto resept)
Avqustun HAVA buraxılışı
Bakıda 60 min manata "yolka" satılır - VİDEO
Plastik butulkaları təkrar istifadə etməyin! - Bu çox təhlükəlidir!
Bananlı pankek (foto resept)
Azərbaycan vətəndaşları Türkiyədə ev alan əcnəbilər arasında ilk onluqda
Yeni süni mayalanma mərkəzi yaradılacaq
Alimlərdən inqilabi ixtira
"Ögey ana" filminə abidə qoyuldu - VİDEO/FOTO
İranda şok cəza
Prezidentdən mühüm qərar
17 il əvvəlki şəklini görənlər tanımadılar-FOTO
Qeyri-adi etiraz aksiyası
Cennifer Lopesin "əkiz"i tapıldı - FOTO
"Riçard" salatı (foto-resept)
Bakıda ucuzluq olacaq
Mehriban Əliyeva uşaqlar üçün təşkil olunan şənlikdə iştirak edib
Facebook film çəkməyə başlayır
Ən məşhur fil öldürüldü
Geyim kombinasiyaları
Ucuz maska çəkdi, dərisi soyuldu - FOTO
Azərbaycanda nikah müqaviləsinin bağlanması məcburidirmi?
Ata söz verdi, o dünyadan qızının toyuna gəldi – ŞOK FOTO
Azərbaycan tarixindən yüz şəxsiyyət-15
Möcüzəvi minerallar - 1
Arzularını gerçəkləşdirən yaşlılar
Filiz Akının başına 11 tikiş vuruldu-FOTO
Səs gigiyenası üçün bilməli olduqlarınız
Baş pediatr: "Süni uşaq qidaları həkim resepti əsasında alınmalıdır"
2013-cü ilin gəlinlik modelləri
Yasemin Özilhan gözəllik sirrini paylaşdı
Deputatdan hökumətə təkliflər: “Uşaq pulu” bərpa edilsin”
Yumşaq tort keksi (foto resept)
Məntiqi test
"Microsoft" ucuz telefon nümayiş etdirib
ABŞ-da Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi qeyd olunub
Hamiləlik zəhərlənməsi