Yeməkdə istifadəsi qadağan olunanlar:
Qayda: 1. Allahın dinində əsas (təməl) ondan ibarətir ki, istənilən əməl hansı ki, Allah və Rəsulu əmr etməyib qadağandır. Yəni ibadətin əsli haramdır. Quran və Sünnədən dəlil olmadıqca ibadət etmək olmaz. Məs: Bir nəfər 3 rükət sübh namazını qılır. Sən ona deyirsən ki, olmaz belə etmək. O, da deyir ki, sübut et. Sən nə edəcəksən? Gedib dəlil axtaracaqsan? Xeyr, o dəlil gətirməlidir ki, bu şəriətdə var.
2. O, ki qaldı məişətdə (yaşayışa) aid olan yemək, içmək, geyim, maşın, ev və s. əsl odur ki, halaldır onun qadağan olunmasına Quran və Sünnədən dəlil gəlməyəncə. Yəni nə istəyirsən ye, iç, geyin və s. Allahın qadağan etdiklərindən başqa.
Bu da Allahın öz qullarına olan Rəhmətidir. Allah bir çox fərzlər təyin etmiş, bir çox sərhədlər və haramlar təyin etmişdir ki, bunları aşmaq olmaz. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Allah kitabında halal etdiyi (icazə verdiyi) şeylər halal (icazəli), haram etdiyi isə haramdır (qadağandır). O ki qaldı susduğu şeylərə onlar bağışlanmışdır. Allahdan olan bu bağışlanmağa razı olun. Çünki Allah unutqan deyildir”. Bundan sonra Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu ayəni oxudu: “Sənin Rəbbin unutqan deyildir”. (Məryam 64) (Həkim 2/375, Bəzzar 123, əl-Albani «Ğayrətul Məram» s. 14 həsən hədis).
Bütün bunlar qida məhsullarına da aiddir: Şəriətlə qadağan olunmayan hər bir şeyin yeyilməsi icazəlidir. Yeməkdə istəfadəsi qadağan olunanlara və ümumiyyətlə, haramlara gəldikdə Allah bunun səbəbini belə açıqlayır: “...(O Peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz (pak) nemətləri halal, murdar (napak) şeyləri haram edər...” (əl-Əraf 157). Bu ayə açıq-aydın dəlildir ki, Allah yalnız (insanların istifadəsi) üçün ziyanlı və murdar olan şeyləri qadağan edir. Bu da istər yemək və içməkdə olsun, istərsə də digər şeylərdə.
Quran və Sünnədə göstərilən qadağalar: Ölü (Leş), Donuz, Qan, İçki:
“Ölü (kəsilmədən ölüb murdar olmuş) heyvan, qan, donuz əti, Allahdan başqasının adı ilə (Bismillah deyilmədən) kəsilmiş, boğulmuş, (küt alət və ya silahla) vurulmuş, (bir yerdən) yıxılaraq ölmüş, (başqa bir heyvanın buynuzu ilə) vurulub gəbərmiş, vəhşi heyvanlar tərəfindən parçalanıb yeyilmiş - canı çıxmamış kəsdiyiniz heyvanlar müstəsnadır - dikinə qoyulmuş daşlar (bütlər və ya Kəbənin ətrafındakı bütpərəst qurbangahlar) üzərində kəsilmiş heyvanlar və fal oxları ilə pay bölmək sizə haram edildi” (əl-Maidə 3). Bütün bunların yeyilməsini Allah haram etmişdir.
Həmçinin: Ölü (Leş - kəsilmədən ölüb murdar olmuş) heyvan: Bura ölmüş və ya şəriət qaydası ilə kəsilməmiş heyvanlar da daxildir. "(Ya Rəsulum!) De: “Mənə gələn vəhylər içərisində murdar olduqları üçün ölü heyvan, axar qan, donuz əti və ya Allahdan başqasının adı ilə (Bismillah deyilmədən) günah olaraq kəsilmiş heyvanlar istisna olmaqla, hər hansı bir kəsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm. Bununla yanaşı, hər kəs məcburiyyət qarşısında qalsa, həddi aşmadan, zəruri ehtiyacını ödəyəcək qədər (bunlardan yesə, Allah ona cəza verməz)”. Çünki sənin Rəbbin, həqiqətən, bağışlayandır, rəhm edəndir!” (əl-Ənam 145).
Həmçinin (yeyilməsi icazə verilən heyvanın) sağ ikən ondan kəsilib ayrılmış müəyyən üzvü də ölü (leş) sayılır və yeyilməsi qadağandır. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Sağ ikən heyvandan kəsilərək ayrılmış üzvü ölü (leş - kəsilmədən ölüb murdar olmuş) sayılır” (Əbu Davud 2841, İbn Məcə 3216). İbn Ömər – radıyallahu anhum - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – canlı heyvandan sağ ikən hansısa bir üzvü kəsib götürən insanları lənətləmişdir” (Buxari 5515).
Qan: Qan özü iki qismə bölünür:
a) Murdar: Bura ön və arxa ifrazat çıxışlarından gələn qan, axar qanı olan və ətinin yeyilməsi haram buyurulmuş heyvanın qanı, ölmüş və ya şəriət qayda-qanunu ilə kəsilməmiş heyvanın qanı daxildir.
b) Təmiz: Bura insan qanı, balıq qanı, axar qanı olmayan həşəratların qanı (axar qanı olmayan milçək, ağcaqanad, mətbəx-böcəyi, əqrəb və digər həşəratlar), şəriət qayda-qanunu ilə kəsilmiş heyvanın cəsədində qalan qan daxildir.
“Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız! Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?” (əl-Maidə 90-91). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Bütün sərxoş edici şeylər içkidir və sərxoş edici nə varsa, haramdır”( Müslim 3/1587). Az və ya çox olmasından asılı olmayaraq ağlı dumanlandıran və sərxoş edən hər bir şey haramdır. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Sərxoş edici şeylərin azı da, çoxu da haramdır” (Səhih Əbu Davud 3128). İbn Ömər və Əbu Hureyrə – radıyallahu anhum - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Hər kim dünyada ikən şərab içər və bu günahdan tövbə etməzsə, Axirətdə Cənnət şərabından məhrum olar və ondan içməz (Başqa rəvayətdə: Hər Xamr haramdır) (Müslim 2002,2004).
... Ardı var...
Hazırlayan və tərtib edən: K.Hüseyn
XƏBƏR LENTİ
Devid Rokfeller haqqında yayılmış şəhər əfsanəsi
Saçların elektriklənməsinin səbəbi və həlli yolu
Mikroelementlər-1
Nüsrət Ərzurumdan FOTO paylaşdı
Xanımlarımız üçün gündəlik sadə makiyajlar
Hadise yeni imicdə-FOTO
İnternetə qoşulanlar 33 milyarda çatacaq
Azərbaycanda zəlzələ oldu
Koronavirusla bağlı son STATİSTİKA
Radio və televiziya işçilərinin peşə bayramıdır
Müdafiə Nazirliyindən səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilmə ilə bağlı əhaliyə ÇAĞIRIŞ
CeyLo Türkiyədən 1 milyon qazanıb
Günün ulduz falı
Lənkəranlı bağbanın konfet ağacı növbəti dəfə bar verdi
Koronavirusun qalıcı ZİYANLARI
Ətli blinçik (foto resept)
Ermənistanın təlimlərə cəlb etdiyi muzdlu: “Kabuslar görməyə başladım”
Milyaderlər uşaqlarına nə hədiyyə edir?
Akın əsil adını açıqladı
Hava haqqında
Qışda güllərə necə qulluq etməli?
Aydın-Qərb, Qaranlıq-Şərq?
22 yaşlı xidmətçi "zadəgan" oldu, fırıldaqla milyonlar yığdı - FOTO
DƏCƏL DEYƏ - DEYƏ DƏCƏL OLMASIN!
Yerlərinə yapışdır
Subaylar üçün vacib xəbər
HAVA necə olacaq?- 16 APREL
Depressiya əleyhinə 7 faydalı qida
Kolleclərə və V qrupa ərizə təqdim etmiş abituriyentlərin nəzərinə
Arıqlamaq üçün edilən hərəkətlərin texnikası
Balıq satışı qaydaları sərtləşdirildi
Hellouindəki qeyri-adi kostyumlar
Hərəkətin möcüzəvi gücü (Son)
Məşhurların kompleksləri
Sərnişinlərə şad xəbər
Məşhur cütlüyün övladı olacaq-FOTO
Putin Azərbaycana hərbi donanma ilə gəlir
Cobs haqqında film bəyənilmədi
Pomidorlu düyü şorbası (foto resept)
Leyla Əliyeva atasını belə təbrik etdi - VİDEO
Əks cinsi 7 saniyəyə valeh edin
Məşhur bədən boyama festivalı
Qış aylarında körpə gəzintisi
Sezen Aksunun makiyajsız FOTOsu yayıldı
Jasmin çayının faydaları
Səhiyyə Nazirliyi vətəndaşlara çağırış etdi
Mila Kunis 9 kq ARIQLADI-FOTO
Bu günün hava proqnozu
Bakı sakini nazirliyə ceyran bağışladı
Yedikləriniz əhvalınıza təsir edir