Peyğəmbərin (s.a.s) gecə səfəri, onun gerçəkliyi və dəlilləri
İsra sözünün lüğəti və istilahi mənası
Lüğəti mənada "İsra" ərəbcə "sura" sözündən əmələ gəlmiş, gecə vaxtı, çox hissəsini və ya hamısını səyahət etmək deməkdir. Buna Həssanın şeirini misal çəkmək olar. O demişdir: "Səni gecə ikən apardılar, lakin sən özün səyahət etmədin".
İstilahi mənada "isra" deyildikdə isə Rəsulullahın (s.a.s) bir gecədə Məkkədəki Məscidulhəramdan Yerusəlimdəki Beytulməqdisə gedib həmin gecə də geri qayıtması nəzərdə tutulur.
İsranın gerçəkliyi və dəlilləri
İsra Uca Allahın hicrətdən öncə Peyğəmbəri (s.a.s) bir gecədə Məscidulhəramdan Məsciduləqsaya Buraq adlı miniklə, Cəbrailin müşayiəti ilə aparması sayəsində ona verdiyi böyük bir möcüzədir. Peyğəmbəri (s.a.s) Beytul-Məqdisə çatdıqda Buraqın ipini məscidin qapısının tutqacına bağlamış, sonra da məscidə daxil olub orada peyğəmbərlərə namaz qıldırmışdır. Sonra Cəbrail birinin içərisində şərab, digərində isə süd olan iki qab gətirmiş, o da südü seçmişdir. Onda Cəbrail u ona demişdir: “Fitrətə müvafiq seçim etdin”.
İsraya dair Quran və Sünnədə bir çox dəlillər vardır. Uca Allah buyurur: “Dəlillərimizdən bəzisini Peyğəmbərə göstərmək üçün Öz qulunu gecə vaxtı Məscidulharamdan ətrafına xeyir-bərəkət verdiyimiz Məsciduləqsaya aparan Allah pak və müqəddəsdir. Həqiqətən, O, Eşidəndir, Görəndir” (əl-İsra, 1).
Muslimin "Səhih" əsərində Ənəs ibn Malik, Sabit əl-Bunanidən Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət etmişdir: “Mənim yanıma Buraq–uzunqulaqdan böyük, qatırdan alçaq olan uzun, ağ rəngli bir heyvan gətirdilər. O, addımını gördüyü son nöqtəyə qoyurdu. Mən ona minib Beytul-Məqdisə gəldim və onun ipini peyğəmbərlərin öz miniklərinin iplərini bağladıqları həlqəyə bağladım. Sonra məscidə daxil olub orada iki rükət namaz qıldım. Sonra da çölə çıxdım və Cəbrail u mənə birində şərab, digərində isə süd olan iki qab gətirdi. Mən südü seçdim. Cəbrail u də mənə: “Sən fitrətə müvafiq seçim et- din”– dedi” ("Səhih Muslim", 162).
Sonra Peyğəmbər (s.a.s) hədisin qalanını danışıb meraca qalxdığını bildirdi. Peyğəmbərin (s.a.s) gecə səfəri barədə bir neçə hədis varid olmuşdur. Buxari və Muslimin “Səhih” əsərlərində, habelə "Sünən"-lərdə və digər əsərlərdə nəql edilmişdir ki, otuza yaxın səhabə Peyğəmbərdən (s.a.s) bu mövzuda hədis rəvayət etmişdir. Həm sələflər, həm də onlardan sonrakılar yekdilliklə gecə səfərinin həqiqət olduğunu bildirmişlər. Qazi İyad "əş-Şifa" əsərində, Səffərayəni isə "Ləvami-ul-Ənvar" əsərində bu barədə alimlərim yekdil fikirdə olduğunu bil- dirmişlər. Səhih dəlillər əsasən, habelə səhabələrin, sünnə alimlərinin və elm əhlinin yekdil rəyinə görə Peyğəmbərin (s.a.s) gecə səfəri həm bədəni, həm də ruhu ilə olduğunu, yuxuda yox, oyaq ikən baş verdiyini bildirmişlər.
İbn Əbul-İzz əl-Hənəfi demişdir: “İsra hədisindən aydın olur ki, Peyğəmbər (s.a.s) oyaq ikən cismi ilə Məscidul-Həramdan Məscidul-Əqsaya getmişdir”. Qazi İyad da bunun səhabələrdən və onlardan sonra gələnlərin əksəriyyətindən nəql olunduğunu bildirərək belə demişdir: “Əksər müsəlmanların rəyinə görə İsra cismlə və oyaq ikən olmuşdur.” Bu həqiqətən belə olmuşdur. Bu fikri İbn Abbas, Cabir, Ənəs, Hüzeyfə, Ömər, Əbu Hureyra, Malik ibn Səsəa, Əbu Həbbə əl-Bədri, İbn Məsud, Dəhhak, Səid ibn Cubeyr, Qətadə, İbn Museyyib, İbn Şihab, İbn Zeyd, Həsən, İbrahim, Məsruq, Mücahid, İkrimə, İbn Cureyc, Aişə, Təbəri, İbn Hənbəl, habelə bir çox müsəlmanlar, əksər təfsir və fiqh alimləri də dəstəkləmişlər.
Alimlərdən biri İsranın iki dəfə baş verdiyini iddia edənlərə belə cavab vermişdir: “Alimlərin mövqeyi ondan ibarətdir ki, İsra bir dəfə, Məkkədə, Peyğəmbərin (s.a.s) rəsul göndərilməsindən sonra baş vermişdir. Bunun iki dəfə olmasını iddia edənlərin bu fikri çox əcaibdir.
Belə çıxır ki, birinci dəfə ona əlli namaz fərz edilmiş, Musa ilə Rəbbi arasında gedib-gəlməklə Uca Allah bunun sayını on-on azaltmış, nəhayət: “Mən əzəldən yazdığım hökmü vacib buyurdum, sonra da qullarımın yükünü yüngülləşdirdim”–deyə ona cəmi beş vaxt namaz qılmağı fərz buyurmuş, daha sonra yenidən əlli namaza qaldırıb, sonra yenidən azalmışdır?!”
Merac və onun həqiqət olması
İsra və merac hadisələri hədislərdə və alimlərin dediklərində yanaşı qeyd olunur. Odur ki, bu yerdə onu da qeyd etmək yerinə düşər və faydalı olardı. "Merac" sözü ərəbcə "uruc" kəlməsindən əmələ gəlmişdir və qalxmaq, ucalmaq mənasını verir. Bu, pilləkən misalında olsa da onun keyfiyyəti bizlərə bəlli deyil. Şəriətdə isə Merac deyildikdə Peyğəmbərin (s.a.s) Cəbrailin u müşayiəti ilə Beytül-Məqdisdən dünya səmasına, daha sonra isə səmanın digər qatlarına qatlarına qalxaraq yeddinci səmaya qədər qalxmasına, bu səmalarda peyğəmbərlərlə görüşüb onları salamlaması, sonra da Sidratul-Muntəhaya (son həddəki Sidr ağacının yanına) qalxması, orada Cəbraili xəlq edildiyi surətində görməsi, həmin gecə Allahın onunla danışması və ona beş vaxt namazı fərz buyurması və nəhayət, yerə enməsi nəzərdə tutulur. Səhih budur ki, Merac hadisəsi İsra gecəsi baş vermişdir.
Quran və Sünnədə Meracın baş verməsinə dair bir çox dəlillər vardır. Qurana gəlincə, Meracda baş vermiş bəzi hadisələr Quranda belə xatırlanır. Uca Allah buyurur: “İndi siz onunla gördüyü şey barəsində mübahisəmi edirsiniz? Onu bir daha öz surətində enərkən gördü-on həddəki Sidr ağacının yanında. Məva bağı da onun ya- nındadır. O zaman Sidr ağacını bürüyən bürümüşdü. Peyğəmbərin gözü yayınmadı və həddi aşmadı. O, öz Rəbbinin ən böyük dəlillərindən bəzisini gördü“ (ən-Nəcm, 12-18). Bu ayələrdə Uca Allah Merac zamanı Peyğəmbərin (s.a.s) gördüyü hadisələri qeyd edir. O, Cəbraili Sidratul-Muntəhanı bürümüş şəkildə görmüşdü. İbn Abbas və Məsruq demişdir: “Onu qızıl pərvanələr bürümüşdü”. Sünnədə isə merac barədə bir sıra hədislər müfəssəl şəkildə varid olmuşdur. Bunlardan biri də İsra hadisəsi fəsilində qeyd etdiyimiz Ənəsdən (r.a) rəvayət olunan hədisdir. Həmin hədisdə Peyğəmbər (s.a.s) demişdir: “Sonra biz səmaya qalxdıq, Cəbrail qapının açılma- sını xahiş etdi. (Gözətçilər): “Sən kimsən?”–
deyə soruşdular. O: “Cəbrailəm”–dedi. Onlar: “Yanındakı kimdir?”–deyə soruşdular. O: “Muhəmməddir”–dedi. Onlar: “Ona peyğəmbərlik verildimi?”–deyə soruşdular. O: “Bəli, verildi”–dedi. Bundan sonra göy qapısı bizim üçün açıldı. Bu vaxt mən Adəmi gördüm. O məni salamladı və mənə xeyir-dua etdi.” Sonra Peyğəmbər (s.a.s) göyün o biri qatlarına qalx- dığını və orada peyğəmbərlərlə görüşdüyünü qeyd etdi. Sonra (hədisinə davam edib) dedi: “Daha sonra biz Sidratul-Muntəhaya qalxdıq. Onun yarpaqları fil qulaqlarına, meyvələri isə saxsı səhənglərə bənzəyirdi. Allah tərəfindən bu ağacı bürüyən bürüdükdə onun görünüşü dəyişdi. Allahın yaratdıqlarından heç kəs onun gözəlliyini vəsf edə bilməz. Sonra Allah mənə bir çox əmrləri vəhy etdi və mənə gün ərzində əlli vaxt namaz qılmağı əmr etdi. Mən Musanın yanına qayıt- dıqda o məndən soruşdu: “Rəbbin sənin ümmətinə nəyi fərz buyurdu?” Dedim: “Əlli vaxt namaz qılmağı”. Dedi: “Rəbbinin yanına get və ondan bu əmri yüngülləşdirməyini dilə, çünki sənin ümmətin bunu yerinə yetirə bilməyəcək. Mən artıq İsrail oğullarından gördüyümü görmüşəm”. Sonra mən Rəbbimin yanına qayıdıb dedim: “Ey Rəb- bim, verdiyin əmri ümmətim üçün yüngülləşdir”. O da bundan beşini azaltdı. Mən yenə Musanın yanına qayıtdım və ona bunu xəbər verdim. O dedi: “Sənin ümmətin bunu yerinə yetirə bilməyəcək. Rəbbinin yanına qayıt və ondan bu əmri yüngülləşdirməsini dilə”. Beləcə, mən Rəbbimlə Musanın arasında gedib-gəlməyə başladım. Axırda Uca Allah belə buyurdu: “Ey Muhəmməd! Bu beş namazın hər biri on namaza bərabərdir və (ümumilikdə) əlli namaz kimidir...” Hədisi Muslim rəvayət etmişdir ("Səhih Muslim", 162). Merac barəsində Buxari və Muslimin əsərlərində buna yaxın ləfzlərdə Malik ibn Səsəadan, Əbu Zərdən, İbn Abbasdan və qeyrilərindən rəvayətlər də vardır.
Qeyd: İsra və Merac hadisələri Uca Allahın Öz Peyğəmbərinə (s.a.s) bəxş etdiyi iki əvəzolunmaz nemətdir və hər bir müsəlman bu hadisələrin həqiqət olduğuna etiqad etməli və bilməlidir ki, Allah bu iki hadisə sayəsində Peyğəmbərimiz (s.a.s) digər peyğəmbərlərdən üstün etmişdir. Lakin heç bir müsəlmana, bəzi avam müsəlmanların bu hadisələrin baş verdiyi gecəni bayram etmələri və həmin gecədə xüsusi namazlar qılmaları yolverilməzdir. Üstəlik bütün bunlar inkarolunan bidət hesab edilir. Bunu da nə Peyğəmbərimiz (s.a.s) buyurmuş, nə sələflərdən bir kimsə belə bir şey etmiş, nə də ki elminə etimad olunası bir alim belə bir şeyi tövsiyə etmişdir.
Əhli-Sünnə alimləri bəyan etmişlər ki, Rəcəb ayının iyirmi yeddinci gecəsində qılınan ayrıca namaz və başqa bu kimi xüsusiləşdirilmiş ibadətlər Allahın dininə artırılmış bidətlərdir. İslam alimlərinin yekdil rəyinə görə belə əməllərə yol vermək olmaz və bunu edənlər yalnız cahillər və bidətçilərdir.
Peyğəmbər (s.a.s) demişdir: “Kim bizim dinimizə ondan olmayan bir şeyi əlavə etsə, bu əlavə rədd edilər” ("Səhih Muslim", 2697). Yəni bu əməl qəbul olunmaz.
Peyğəmbərlərin sağ olub-olmamaları haqqında
Bir çox dəlillərdə peyğəmbərlərin vəfat etdikləri öz əksini tapmışdır. Yalnız İsa peyğəmbərdən başqa. O, ölməmişdir və Uca Allahın yanına qaldırılmışdır. Bu haqda bir qədər sonra danışacağıq. Peyğəmbərlərin öldüklərinə isə aşağıdakı ayələri dəlil göstərmək olar. Uca Allah buyurur: “Yoxsa siz Yaquba ölüm gəldikdə onun yanında idiniz?” (əl-Bəqərə, 133). O, həmçinin buyurur: “Daha öncə Yusuf sizə açıq-aydın dəlillər gətirmişdi. Siz onun gətirdiklərinə şəkk etməkdə davam edirdiniz. Nəhayət, o, vəfat etdikdə dediniz: “Allah ondan sonra elçi göndərməyəcəkdir!” Allah həddi aşan, şübhə edən kimi səni beləcə azğınlığa salar” (Ğafir, 34). Süleyman bu barədə Rəbbimiz buyurur: “Süleymanın ölümünə hökm verdiyimiz zaman onun öldüyünü cinlərə ancaq onun əsasını yeyən bir ağac qurdu göstərdi. Süleyman yerə yıxıldıqda cinlərə bəlli oldu ki, əgər onlar qeybi bilsəydilər, alçaldıcı əzaba məruz qalmazdılar” (Səba, 14). Peyğəmbərimiz Muhəmmədə (s.a.s) xitabən isə Uca Allah belə buyurur: “Sözsüz ki, sən də öləcəksən, onlar da öləcəklər” (əz-Zumər, 30). Bəzi təfsirçilər demişlər: Bu ayə həm Peyğəmbərin (s.a.s), həm də digər insanların ölə- cəklərini göstərir və səhabələrə Peyğəmbərin (s.a.s) öləcəyini xəbər verirdi. Uca Allah hər bir insanın öləcəyini xəbər verərək buyurur: “Hər bir kəs ölümü dadacaqdır” (Ali İmran, 185).
Bu ayələr peyğəmbərlərin adi insanlar kimi öldüklərini sübuta yetirir. Yalnız İsa peyğəmbər müstəsnadır ki, Allah onu Öz dərgahına qaldırmışdır. Uca Allah buyurur: “O vaxt Allah dedi: “Ey İsa! Mən sənin həyatına son qoyub Özümə tərəf qaldıracağam, səni kafirlərdən təmizləyəcək və sənin ardınca gedənləri Qiyamət gününə qə- dər kafirlərdən üstün edəcəyəm” (Ali İmran, 55).
Bu ayə İsanın ölmədiyini, həm ruhu, həm də cəsədi ilə birlikdə Allahın yanına qaldırıldığını göstərir. Ayədəki “həyatına son qoyub” ifadəsinə gəlincə, bu belə təfsir olunur: “İsanın Allah dərgahına qaldırılması, elə onun həyatına son qoyulması deməkdir. Bu, İbn Cərir Təbərinin rəyidir. Əksər təfsir alimləri isə buradakı vəfat sözünün yuxu mənasını ifadə etdiyini bildirmişlər. Necə ki, Uca Allah buyurur: “Allah ölənlərin canını ölüm anında, ölməyənlərin canını isə onlar yuxuda ikən alır” (Zumər, 42).
Demək, İsa peyğəmbər ölməyib və hal-hazırda səmalardan birində yaşayır. Uca Allah onun Qiyamət qopmamışdan öncə öləcəyini belə xəbər verir: “Kitab əhlindən elə kimsə yoxdur ki, öz ölümündən, yaxud İsanın ölümündən əvvəl ona iman gətirməsin. Qiyamət günü isə İsa onların əleyhinə şahid olacaqdır” (ən-Nisa, 159).
Burada İsanın Qiyamət qopmazdan öncə öləcəyi nəzərdə tutulur. İsa peyğəmbərin axır zamanda yerə enməsi barədə varid olmuş mötəbər hədislərdə bildirilir ki, o yerə endikdən sonra xaçları sındıracaq, donuzları məhv edəcək və cizyəni aradan qaldıracaqdır. Bütün bunlar imam Buxari və Muslimin "Səhih" əsərlərində və başqa hədis kitablarında varid olmuşdur.
Bəziləri İdrisin də ölmədiyini bildirmişlər. Həmin alimlər onun İsa kimi göyə qaldırıldığını bildirərək bu ayəni dəlil gətirmişlər: “Kitabda İdrisi də xatırla! Həqiqətən, o, düz danışan adam və bir peyğəmbər idi. Biz onu yüksək bir məqama ucaltdıq” (Məryəm, 56-57).
Mücahid demişdir: “İdris də İsa kimi ölməyib və göyə qaldırılıb.” İbn Abbas demişdir: “O göyə qaldırılıb və orada ölmüşdür.” Digərləri isə belə demişlər: “O dördüncü səmaya qaldırılmışdır və onun barəsində elm yalnız Allaha məxsusdur.” Alimlər arasındakı ixtilafın səbəbi İdrisin ölüb-ölməməyi barəsindədir. Bununla belə aşağıdakı ayəyə görə hər bir insan öləcəkdir. Uca Allah buyurur: “Hər bir nəfs ölümü dadacaqdır” (Ali İmran 185).
Elm əhlindən heç kim İsa (ə) ilə İdrisdən (ə) savayı peyğəmbərlərdən heç birinin ölmədiyini deməmişdir. Çünki bu mövzuda açıq-aydın dəlillər vardır, üstəlik onların bəlli mövqeyi də buna dəlalət edir. Təəssüflər olsun ki, müsəlmanlardan bəziləri bu mövzuya dair varid olmuş bəzi hədisləri düzgün başa düşmürlər. Məsələn, merac hədislərindən deyilir ki, Peyğəmbər (s.a.s) səmada bəzi peyğəmbərlərlə görüşmüş və onlarla danışmışdır. Buxari və Muslimin, Ənəsdən (r.a) rəvayət etdikləri hədisdə deyilir: “Sonra biz səmaya qalxdıq, Cəbrail qapının açılmasını xahiş etdi. (Gözətçilər): “Sən kimsən?”– deyə soruşdular. O: “Cəbrailəm”–dedi. Onlar: “Yanındakı kimdir?”-deyə soruşdular. O: “Muhəmməddir”–dedi. Onlar: “Ona peyğəmbərlik verildimi?”–deyə soruşdular. O: “Bəli, verildi”–dedi. Bundan sonra göy qapısı bizim üçün açıldı. Bu vaxt mən Adəmi gördüm. O məni salamladı və mənə xeyir-dua etdi. Sonra biz ikinci səmaya qalxdıq, Cəbrail qapının açılmasını xahiş etdi. (Gözətçilər): “Sən kimsən?”–deyə soruşdular. O: “Cəbrailəm”–dedi. Onlar: “Yanındakı kimdir?”– deyə soruşdular. O: “Muhəmməddir”–dedi. Onlar: “Ona peyğəmbərlik verildimi?”–deyə soruşdular. O: “Bəli, verildi”–dedi. Bundan sonra göy qapısı bizim üçün açıldı. Bu vaxt mən xalauşaqlarını–Məryəm oğlu İsanı (ə) və Zəkəriyya oğlu Yəhyanı (ə) gördüm. Onlar məni salamladılar və mənə xeyir-dua etdilər...” ("Səhih əl-Buxari", 3570; "Səhih Muslim", 162.)
Həmin hədisdə Peyğəmbərin (s.a.s) üçüncü səmada Yusufu gördüyü və Yusufa gözəlliyin yarısı bəxş edildiyi, dördüncü səmada İdrisi, beşinci səmada Harunu, altıncı səmada Musanı və yeddinci səmada İbrahimi kürəyini Beytul-Məmura söykəmiş vəziyyətdə gördüyü bildirilir. Onların hamısı Peyğəmbəri (s.a.s) salamlayaraq ona xeyir-dua vermişdir.
Həmçinin Buxari və Muslimin "Səhih" əsərlərində İbn Abbasdan Peyğəmbərin (s.a.s) belə dediyi rəvayət olunmuşdur: “Mən isra gecəsində Musanı gördüm. Qarabuğdayı və hündürboylu bir adam idi, lap Şənuə qəbiləsinin kişiləri kimi. Məryəm oğlu İsanı da gördüm. Ortaboylu, alyanaq, ağbəniz və nazik saçlı bir adam idi...” ("Səhih əl-Buxari", 3239; "Səhih Muslim", 165.)
Bəzi insanlar bu kimi hədislərdən peyğəmbərlərin ölmədiyi qənaətinə gəlmişlər. Həqiqətdə isə dəlillərdəki kimi İsa və barəsində ixtilaf edilsə də, İdris istisna olmaqla, peyğəmbərlərin hamısı ölmüşdür. Lakin bunlardan başqa hamısının ölümü dəqiqdir və buna heç bir şübhə yoxdur. Bu xüsusda dəlilləri artıq qeyd etmişik. Peyğəmbərin (s.a.s) merac gecəsi digər peyğəmbərlərlə görüşməsi və bu mənada varid olan dəlillərə gəlincə, bunların hamısı haqdır və bunlar arasında heç bir ziddiyyət yoxdur. Peyğəmbər (s.a.s) onların surətləri qiyafəsində olan ruhları ilə görüşmüşdür. Əhli-Sünnə alimlərinin fikrincə onların bədənləri yer üzərindədir. Yalnız göyə qaldırılması barədə dəlil olan peyğəmbərlər başqa.
Mötəbər alimlərdən biri bu məsələni araşdırarkən belə demişdir: “Peyğəmbərin (s.a.s) merac gecəsi digər peyğəmbərləri görməsi– dünya səmasında Adəmi, ikinci səmada Yəhyanı və İsanı, üçüncü səmada Yusufu, dördüncü səmada İdrisi, beşinci səmada Harunu, altıncı səmada Musanı, yeddinci səmada İbrahimi və ya tərsinə altıncı səmada İbrahimi, yeddinci səmada Musanı ("Səhih Muslim", 415.) görməsi onların surətləri qiyafəsində olan ruhlarını görməsi ilə baş vermişdir. Bəziləri isə demişlər: Ola bilsin ki, o həmin peyğəmbərlərin dəfn olunmuş bədənlərini görmüşdür. Lakin, bu rəy əsassızdır. İsaya gəlincə, o, həm ruhu, həm də bədəni ilə göyə qaldırılmışdır. Bu sözləri bəziləri İdrisə də şamil etmişlər. O ki qaldı İbrahim, Musa və digər peyğəmbərlərə, onların hamısı yerdə dəfn olunmuşlar”.
Onu da bilmək lazımdır ki, Uca Allah peyğəmbərlərin ruhunu şərəfləndirərək göylərə qaldırdığı və onlara istədiyi qədər nemətlər bəxş etdiyi kimi, onların bədənlərini də hifz etmiş və torpağa onları yeməyi haram etmişdir. Ovs ibn Ovs rəvayət etmişdir ki, Peyğəmbər (s.a.s)belə buyurmuşdur: “Sizin ən fəzilətli günlərinizdən biri cümə günüdür. Odur ki, həmin gün mənə çoxlu salavat deyin. Bilin ki, sizin salavatlarınız mənə çatdırılır”. Səhabələr soruşdular: “Ya Rəsulullah, bədənin çürüdükdən sonra salavat sənə necə çata bilər?!” Dedi: “Qüdrətli və qüvvətli Allah yerə peyğəmbərlərin bədənlərini yeməyi haram buyurmuşdur” ("Müsnəd Əhməd", 4/8; "Sünən Əbu Davud", 1047; "Sünən əd-Darimi", 1580).
Bununla da bu mühüm məsələdə haqq bəyan edilmiş və hər bir müsəlmanın bu mövzuda nəyə etiqad edəcəyinin vacib olduğu aydın olur. Daha doğrusunu isə Allah bilir!
Saleh əs-Suheymi
Abdur-Rəzzaq əl-Bədr
İbrahim ər-Ruheyli
"Quran və Sünnə işığında İslamın əsasları"
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Məşhur müğənni ərə gedir
Silahlı Qüvvələr terror aktı barədə bəyanat yaydı
Hazar Amani Sıla haqqında AÇIQLAMA verdi-FOTO
Dünyanın ən kök futbolçuları
Bu gün gənclərin bayramıdır
Tənbəl zəriflərimiz
Çelik konsertinə gələn qızı sevdiyini 27 il sonra etiraf etdi
HAVA necə olacaq?- 3 MAY
Məkkədə QEYRİ-ADİ görüntülər - FOTO
Balıq buğlaması (foto resept)
“İnsan mühəndisi” – orijinal yanaşma və gerçək mesaj
Pensiya ilə bağlı yeni xəbər
Sadə azərbaycanlı ev almaq üçün neçə il ac qalmalıdır?
Beren qayınanasını sildi
Yuxusuna inandı: Lotereyada 500 min dollar qazandı - FOTO
2015-ci ildə hansı hədiyyələri vermək olmaz?
Gəlinlər üçün ayaqqabı modelləri
Azərbaycanda qeyri-adi toy karvanı
Obama müsəlmanları təbrik edib
Real həyat əsasında çəkilmiş filmlər
Ay tutulmasının vaxtı məlum oldu
Samsung yeniliyə sürətlə hazırlaşır
Atamın məhəbbəti
Şəhadətnamə və attestat almaq istəyənlə
Ən ucuz noutbuk təqdim edildi
Futbol azarkeşlərinin peyğəmbər sevgisi
"Bazardan aldım bir dənə, evdə açdım, min dənə":
Günün qoroskopu:Təşkilatçı olun!
Ən populyar şəhər seçildi
Çimərliklərdə nələr qadağandır? - SİYAHI
Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar məqalə dərc edilib
Saba Tümer paylaşdığı FOTO ilə gündəmdədir
"Rusiyadan silah almağımız onunla izah edilir ki..." - Elmar Məmmədyarov
Siz uşağınızı tanıyırsınızmı?
Riannanın 3 milyon dollarlıq qolbaqları - FOTO
Həzmi çətinləşdirən 4 qida
Arıqlamağa kömək edən salat
Bülent Ersoy vəliəhdini açıqladı - FOTO
Smartfonda istənilən insanı izləmək mümkündür
Körpə dərisi və şirin yuxu
Halvalı keks (foto resept)
Koronavirusa yoluxmuş şəxs bu xəstəxanaya yerləşdirildi
Sabahın HAVAsı
"Yedi numara"nın məşhur aktyoru İLLƏR SONRA-FOTO
Dünyada "Atalar günü"...
Azərbaycanda elektron hərraclar keçiriləcək
Taysonu Çiliyə buraxmadılar
Məşhurların şəkillərini təqlid edən Tom
2013-cü ilin dəbli gəlinlikləri
Qadın bir ayda iki dəfə koronavirusa yoluxdu
- ŞƏRHLƏR