Nazil olunmuş kitablara iman
"Vəhy" sözünün həm lüğəti, həm də istilahi mənası və bir də onun növlərinin bəyanı
"Vəhy" lüğəti mənada tez və gizli gələn xəbərə deyilir. Həmçinin, vəhyin işarə, yazı, risalə və ilham mənaları da vardır. Başqasına bildirdiyin hər bir xəbər vəhy adlanır. Yəni vəhyin lüğəti mənada yalnız Allahdan olması və peyğəmbərlərə verilməsi şərt deyil.
Beləliklə lüğəti mənada vəhy aşağıdakı anlamlara gəlir:
1. Musanın anasına verildiyi kimi insana verilən fitri ilham. Uca Allah buyurur: “Biz Musanın anasına: “Onu əmizdir. Ondan ötrü qorxduqda isə onu çaya at. Qorxma və kədərlənmə. Çünki Biz onu sənə qaytaracaq və onu elçilərimizdən biri edəcəyik”– deyə təlqin etdik” (əl-Qəsəs, 7).
2. Arılara və başqa heyvanlara verilən instinktiv ilham. Uca Allah buyurur: “Rəbbin bal arısına belə vəhy etdi: Dağlarda, ağaclar- da və insanların düzəltdikləri çardaqlarda özünə pətəklər hör” (ən- Nəhl, 68).
3. Zəkəriyyənin öz qövmünə etdiyi kimi bir işarə ilə. Uca Allah buyurur: “O, mehrabdan öz qövmünün qarşısına çıxıb onlara işarə ilə başa saldı ki: “Səhər-axşam Allaha təriflər deyin!” (Məryəm, 11).
4. Şeytanın insana vəsvəsə verərək öz dostlarına pis şeyi yaxşı göstərməsi. Uca Allah buyurur: “Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mübahisə etmək üçün batil əqidələr təlqin edirlər” (əl- Ənam, 121).
5. Allahın mələklərə yerinə yetirilməsi üçün verdiyi buyuruqları. Uca Allah buyurur: “O zaman Rəbbin mələklərə: “Mən sizinləyəm! İman gətirənləri gücləndirin. Mən kafirlərin qəlbinə qorxu salacağam. Onların boyunlarını vurun və barmaqlarının hamısını kəsin!”– deyə vəhy etmişdi” (əl-Ənfal, 12).
Vəhy sözünün istilahi mənası: "Vəhy" – vasitə ilə və ya vasitəsiz olaraq Uca Allahın öz peyğəmbərlərinə şəriət qanunu və ya kitab kimi çatdırmaq istədiyi xəbəridir.
Vəhyin növləri
Allah tərəfindən nazil olunan vəhyin növləri vardır ki, bunları da Uca Allah əş-Şura surəsində bildirmişdir: “Allah insanla ancaq vəhylə və ya pərdə arxasından danışır, yaxud bir elçi göndərir və o da Allahın izni ilə Onun istədiyini vəhy edir. Həqiqətən, O Ucadır, Müdrikdir” (əş-Şura, 51). Uca Allah bu ayədə bildirir ki, vəhyin üç mərtəbəsi vardır:
Birinci mərtəbə: Mücərrəd vəhydir ki, bu da Allahın dilədiyi kəsin qəlbinə istədiyi bir şeyi çatdırmasıdır. Həmin şəxs də bunun qətiyyətlə Allahdan olmasına əmin olur. Uca Allah buyurur: “ancaq vəhylə...” (əş-Şura, 51).
Abdullah ibn Məsuddan (r.a) rəvayət olunur ki, Peyğəmbər (s.a.s) demişdir: "Müqəddəs ruh mənim qəlbimə çatdırdı ki, heç bir insan onun üçün müəyyən olunmuş ruzini tam əldə etməyincə ölməyəcək. Odur ki, Allahdan qorxub və ruzinizi gözəl şəkildə axtarın.” Hədisi İbn Hibban və Hakim səhih olaraq rəvayət etmişlər, Zəhəbi də onun bu mövqeyini dəstəkləmişdir. ("Məvariduz-Zəm'an", 1084, 1085; "Mustədrək əl-Hakim", 2/4; "Sünən İbn Macə", 2144; İbn Əbi əd-Dunyənin “əl-Qənaə” əsəri və Beyhəqinin “Şuəbbul- İman” əsəri (əl-Muğni an həmlil-əsfar, 419, 895); əl-Bəğəvi, 14/304 в„– 4112.) Bəzi alimlər peyğəmbərlərin yuxularında gördüklərini də bu qismə aid etmişlər. Uca Allah İbrahim barəsində belə xəbər verir: “İbrahim dedi: “Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör nə düşünürsən!” (əs-Saffat, 102). Peyğəmbərliyin başlanğıcında Peyğəmbərimizin (s.a.s) gördüyü yuxular da bu qəbildəndir. Buxari və Muslim Aişənin (r.a) belə dediyini rəvayət etmişlər: “Allahın elçisinə (s.a.s) ilk vəhyin gəlməsi yuxu vasitəsilə başlamışdır. Onun gördüyü elə bir yuxu yox idi ki, sübh çağının aydınlığı kimi gerçəkləşməsin.” ("Səhih əl-Buxari", 3; "Səhih Muslim", 160)
İkinci mərtəbə: Pərdə arxasından vasitəsiz olaraq danışmaq. Bu bəzi peyğəmbərlər barəsində sabit olmuşdur. Məsələn, Uca Allah Öz Kitabında bir çox yerlərdə Musa peyğəmbərlə bilavasitə danışmağı barədə xəbər vermişdir. Bu barədə Uca Allah buyurur: “Və Allah Musa ilə sözlə (vasitəsiz) danışdı” (ən-Nisa, 164). O, həmçinin buyurur: “Musa təyin etdiyimiz vaxtda gəldikdə Rəbbi onunla danışdı” (əl-Əraf, 143).
Uca Allahın Adəmlə danışması da belə olmuşdur: “Adəm tövbə etmək üçün Rəbbindən kəlmələr öyrəndi” (əl-Bəqərə, 37).
Həmçinin Sünnədə varid olmuşdur ki, Uca Allah Peyğəmbərlə (s.a.s) də İsra gecəsi danışmışdır. Uca Allah buyurur: “Allah insanla ancaq vəhylə və ya pərdə arxasından danışır” (əş-Şura, 51).
Üçüncü mərtəbə: Mələk vasitəsilə olunan vəhy. Uca Allah buyurur: “yaxud bir elçi göndərir və o da Allahın izni ilə Onun istədiyini vəhy edir” (əş-Şura, 51). Cəbrail (ə) də bu minvalla peyğəmbərlərə vəhy çatdırmışdır. Qurani Kərim bütövlükdə beləcə nazil olmuşdur. Uca Allah Quranı söyləmiş, Cəbrail u də onu eşitmiş və Uca Allahdan eşitdiklərini Muhəmmədə (s.a.s) çatdırmışdır. Uca Allah buyurur: “Şübhəsiz ki, bu, aləmlərin Rəbbindən nazil edilmişdir. Onu sadiq ruh Cəbrail endirdi–sənin qəlbinə ki, xəbərdar edənlərdən olasan“ (əş-Şüəra, 192-194). Həmçinin buyurur: “De: “Müqəddəs Ruh Cəbrail onu sənin Rəbbindən iman gətirənləri sabitqədəm etmək üçün, həm də müsəlmanlara doğru yol göstəricisi və müjdə olsun deyə gerçək olaraq nazil etmişdir” (ən-Nəhl, 102).
Cəbrail vəhyi Peyğəmbərimizə (s.a.s) üç yolla çatdırardı:
1. Ya Peyğəmbər (s.a.s) onu yaradıldığı surətdə görərdi. Bu da öncəki fəsildə qeyd etdiyimiz kimi yalnız iki dəfə baş vermişdir.
2. Ya vəhy ona zınqırov cingiltisi kimi gələr, o da onu qavrayardı.
3. Ya da Cəbrail kişi qiyafəsinə girərək Peyğəmbərə (s.a.s) görsənər və vəhyi xitab ona edərdi. Əvvəldə qeyd etdiyimiz hədisdə–Cəbrailin (ə) Peyğəmbərin (s.a.s) yanına gəlib İslamın rüknləri barəsində soruşduğu hədisdə göstərildiyi kimi.
Peyğəmbər (s.a.s) Haris ibn Hişamın (r.a) sualına cavab verərkən axırıncı bu iki növdən xəbər vermişdir. Hədisdə deyilir ki, Haris ibn Hi- şam (r.a) Peyğəmbərdən (s.a.s) soruşdu: “Ey Allahın Rəsulu, sənə vəhy necə gəlir?” Peyğəmbər (s.a.s) dedi: “Bəzən vəhy mənə zınqırovun cingiltisi kimi gəlir və mənə ən ağır gələni də elə budur. Bu hal məndən çəkilən kimi mələyin mənə söylədikləri yadımda möhkəm qalırdı. Bəzən də mələk mənə kişi qiyafəsində görünür, mənimlə danışır, mən də onun söylədiklərini yadda saxlayıram.” ("Səhih əl-Buxari", 2; "Səhih Muslim", 2333.) Hədisi Buxari və Muslim rəvayət etmişlər.
Kitablara imanın hökmü və dəlilləri
Kitab sözünün mənası
Kitab sözü ərəbcə "kətəbə" felindən əmələ gəlmiş məsdərdir və yazılmış bir şeyə deyilir. Əslində isə kitab, üzərindəki yazısı ilə birlikdə olan səhifəyə deyilir. Uca Allah buyurur: “Kitab əhli səndən, onlara göydən bir kitab endirməyini istəyirlər” (ən-Nisa, 153). Burada yazılmış səhifə nəzərdə tutulurdu.
Kitablar deyildikdə Allahın Öz elçilərinə vəhy etdiyi kəlamlarının yazıldığı kitablar və səhifələr nəzərdə tutulur. Fərqi yoxdur, bu kitablar Tövrat kimi birbaşa yazılı formada da göndərilə bilər və ya digər kitablar kimi mələklərin vasitəsilə şifahi olaraq nazil edildikdən sonra da yazıla bilər.
Kitablara imanın hökmü
Allahın peyğəmbərlərinə nazil etdiyi bütün kitablara iman gətirmək imanın əzəmətli rüknlərindən və İslam dininin ən böyük əsaslarından biridir. Bu olmadan iman səhih olmur. Buna aid Quran və Sünnədə dəlillər vardır: Uca Allah buyurur: “Ey iman gətirənlər! Allaha, Onun Elçisinə və Elçisinə nazil etdiyi Kitaba və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin! Allahı, Onun mələklərini, kitablarını, elçilərini və Axirət gününü inkar edən şəxs dərin bir azğınlığa düşmüşdür” (ən-Nisa, 136). Bu ayədə Uca Allah möminlərə imanın bütün rüknlərinə və şöbələrinə iman gətirməyi əmr edir. Onlara əmr edir ki, Allaha, Onun rəsuluna, yəni Muhəmmədə (s.a.s) və ona nazil etdiyi Kitaba, yəni Qurana, habelə ondan əvvəl nazil olmuş bütün kitablara, o cümlədən Tövrata, İncilə, və Zəbura iman gətirsinlər. Ayənin sonunda Rəbbimiz buyurur ki, kim imanın rüknlərindən hər hansı birinə küfr edərsə, dərin bir azğınlığa düşər və doğru yoldan çıxmış olar. Ayədə zikr olunan imanın rüknləri arasında kitablara iman da vardır. Uca Allah buyurur: “Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl sahibləri Allaha, Axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən, sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə sərf edən, namaz qılıb zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə döyüşdə səbir edən şəxslərdir” (əl-Bəqərə, 177). Uca Allah bu ayədə bildirir ki, əsl yaxşılıq ayədə zikr olunan imanın rüknlərinə iman gətirmək və bu rüknlərdən sonra zikr olunan imanın şöbələrinə əməl etməkdir. Allah kitablara iman gətirməyi də imanın rüknlərindən biri olaraq qeyd etmişdir. İbn Kəsir demişdir: “Ayədəki tək halında deyilən kitab sözü səmadan peyğəmbərlərə nazil olunmuş bütün kitabları özündə ehtiva edir. Uca Allah bu kitablara özündən əvvəlki kitabları mühafizə edən və kitabların ən şərəflisi olan Quranla xətm vermişdir.” ("Təfsir İbn Kəsir", 1/297)
Uca Allah bütün kitablara iman gətirməyi təsdiqləmək üçün mömin bəndələrinə əmr etmişdir ki, kitab əhlinə xitab edib belə desinlər: “Deyin: “Biz Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun nəslinə nazil olana, Musa və İsaya verilənlərə, özlərinin Rəbbi tərəfindən peyğəmbərlərə verilənlərə iman gətirdik. Biz onların arasında fərq qoymuruq. Biz yalnız Ona təslim olanlarıq!” (əl-Bəqərə, 136). Bu ayə möminlərin Peyğəmbər (s.a.s) vasitəsilə özlərinə nazil olan kitaba iman gətirmələrindən, həmçinin, onların adları xüsusi olaraq zikr olunmuş peyğəmbərlərə nazil olan kitablara iman gətirmələrindən, habelə ümumi olaraq bütün peyğəmbərlərə nazil olan kitablara iman gətirmələrindən və peyğəmbərlərə iman gətirməkdə onların arasına fərq qoymamalarından bəhs edir. Bütün peyğəmbərlərə iman gətirmək isə öz növbəsində Allahın onlara nazil etdiyi kitablara iman gətirməyi özündə ehtiva edir.
Sünnəyə gəlincə, o da kitablara imanın vacib olduğunu və onu imanın bir rüknü olduğunu göstərir. Cəbrailin hədisində onun Peyğəmbərə (s.a.s) iman barədə verdiyi sual buna dəlildir. Peyğəmbər (s.a.s) imanın əsaslarını sadalayarkən kitablara imanı da qeyd etmişdir. Hədisi keçən fəsildə qeyd etdiyimizdən onu yenidən xatırlamağa lüzum görmürük.
Beləliklə, bütün kitablara iman gətirərək onların hamısını təsdiq etmək vacibdir. Həmçinin etiqad etmək lazımdır ki, onların hamısı Allahdandır və Uca Allah onları Öz elçilərinə haqq olan, doğru yol göstərən rəhbər, nur və işıq olaraq nazil etmişdir. Bunlardan birini yalan sayan və ya inkar edən kəs Uca Allaha qarşı küfr işlətmiş və dindən çıxmış olur.
Kitablara iman gətirməyin faydaları
Kitablara iman gətirməyin möminlərə böyük faydaları vardır. Bu faydalardan bəzisi bunlardır:
1. Uca Allahın qullarına qarşı lütfkar və diqqətli olmasına görə Ona şükür etmək. Belə ki, Onun nazil etdiyi kitablarda insanların dünya və axirətləri üçün xeyirli olan məsələlər öz əksini tapmışdır.
2. Bununla Allahın hikməti görünür. Çünki O, bu kitablarda hər bir ümmətə onların halına münasib olan qanunlar qoymuşdur. Kitabların sonuncusu olan Qurani Kərim isə Qiyamət gününədək bütün zaman və məkanlar üçün bütün məxluqata münasib olan bir kitabdır.
3. Bununla möminlər Allahın kəlam sifətini isbat etmiş olurlar. Bəllidir ki, Allahın danışması, məxluqun danışmasına bənzəmir və bütün məxluqat Onun kəlamına bənzər bir kəlam gətirməkdə acizdirlər.
Saleh əs-Suheymi
Abdur-Rəzzaq əl-Bədr
İbrahim ər-Ruheyli
"Quran və Sünnə işığında İslamın əsasları"
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
9 may - Qələbə günüdür!
"Vodka" necə yaranıb?
Ermənistana məxsus PUA məhv edildi - RƏSMİ
4 uşaq anası vampirə "çevrildi"-FOTO
Kıvanç Tatlıtuğ yay tətilini belə keçirəcək
Kəlbəcərdə 380-dən çox tikilinin mühəndisi olmuş şəxs barədə: “Atamın həsrətdən gözləri tutuldu” - VİDEO
Gecəlik modelləri
Qəhvə ilə gözəlləşin
Bu məhsulların ölkədən çıxışına qadağa qoyuldu - Siyahı
Bir-birini çoxdan tanıyıb, illər sonra aşiq olan məşhurlar
Frappucino (foto-resept)
Otellər və turizm obyektləri bu qaydalarla fəaliyyət göstərəcək - RƏSMİ
Cəbhədən xəbər var
Balaca rəqqaslar
Facebook-un azərbaycanlı işçisi Aytəkin Əliyeva: “Bu işin bir sirri var...”
DİQQƏT! Bu telefonlarda WhatsApp İŞLƏMƏYƏCƏK
Boksçumuz erməni rəqibini əzərək finala çıxdı
Hamiləlikdə istifadə edə biləcəyiniz bitki çayları
Azərbaycanın şimal-qərbində zəlzələ olub
1 həftəyə 5 kiloqram
Bakı metrosunda əsaslı təmir edilmiş 5 vaqon istifadəyə verilib
Nar mürəbbəsi (foto-resept)
Şirniyyat gəlincikləri
Qadınların arıqlamaq üçün ən ideal yaş dövrü
İçimizdə böyüyən şiş...
60 yaşı adlayıb keçə bilmədi Zərifə xanım Budaqova...
Kosmosda sement hazırlandı – Şok təcrübə/FOTO
Peyğəmbərin vəfatı günü Yeni il bayramı ilə üst-üstə düşür?
Zəncəfilin dəriyə faydası
4K televizor bazarı böyüyür
Avropada rouminq ləğv ediləcək
Qadınların fərqli psixalogiyası(2)
Sualtı şəlalə
Dondurulmuş ərzaq məhsullarından koronavirusa yoluxmaq mümkündür?-Alimlər açıqladı
Günün qoroskopu:İşinizə nəzarət edin!
"Qalatasaray"a şok cəza
Həm Android, həm Firefox-la işləyən smartfon
Kəsmikli alma ( foto resept)
“Qarabağ” gedir
Meksika mətbuatında işğalçı Ermənistanın son təxribatı ilə bağlı məqalə dərc olunub
Dişlərinizi gücləndirən 5 qida
Koronavirusla bağlı SON STATİSTİKA
HAVA necə olacaq?
Şərab qırmızısı-Payızın ən gözəl rəngi
4 hərəkətlə cazibadar ayaqlar
Fərqli, yeni Alpina B4
Günün ulduz falı - 14.01.2014
120 yaşlı Hunzalılar-FOTO
Osmanlı sultanının saatı 1,1 milyona satıldı – FOTO
Virusları öldürən ən yaxşı 7 MƏHSUL
- ŞƏRHLƏR