ən-Naziat (Can alanlar) surəsi
(Məkkədə nazil olmuşdur, 46 ayədir)
Bismillahir rəhmanir-rəhim!
- And olsun (kafirlərin canını) zorla alanlara;
- And olsun (möminlərin canını) rahatlıqla alanlara;
- And olsun sürətlə üzənlərə;
- And olsun (bir-birini) ötdükcə ötənlərə;
- And olsun işə əncam çəkənlərə (Allahın əmri ilə dünyanın işlərini idarə edən mələklərə ki, qiyamət haqdır və siz qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracaqsınız)!
- O gün sarsılan sarsılacaq (surun birinci üfürülməsi ilə yer, göy lərzəyə gələcək),
- Onun ardınca bir sarsıntı da olacaqdır! (Sur ikinci dəfə üfürüləcəkdir. İsrafil suru birinci dəfə çaldıqda hər şey məhv olacaq, ikinci dəfə çaldıqda isə hamı diriləcəkdir. Bunların arası dünya vaxtı ilə müqayisədə qırx il çəkəcəkdir).
- O gün ürəklər qorxub titrəyəcək,
- Gözləri (o ürəklərin sahib olduğu gözlər dəhşətdən) zəlilcəsinə yerə dikiləcəkdir.
- (Qiyaməti inkar edən kafirlər dünyada istehza ilə) deyirlər:Doğrudanmı biz (öləndən sonra dirilib) əvvəlki vəziyyətimizə qaytarılacağıq?!
- Özü də çürümüş sümüklər olduğumuz zamanmı?!
- Onlar deyirlər: Elə isə bu ziyanlı dönüşdür (çünki onun arxasında şiddətli bir əzab durur).
- (Ey kafirlər! Bu, Allah üçün çətin deyildir). Doğrudan da, o (surun axırıncı dəfə çalınması) ancaq tək bir dəhşətli səsdir (nərədir)!
- Onlar dərhal (qəbirlərindən çıxıb) dümdüz bir yerdə olacaqlar!
- (Ya Peyğəmbər!) Musanın hekayəti (söhbəti) sənə gəlib çatdımı?
- O zaman ki, Rəbbi ona müqəddəs Tuva vadisində belə xitab etdi:
- Fironun yanına get. Çünki o, (allahlıq iddiasına düşməklə, xalqa zülm etməklə) çox azmışdır (həddini aşmışdır).
- Və de: (Günahlardan) təmizlənmək istəyirsənmi?
- Səni Rəbbinə tərəf gətirimmi ki, (Ondan) qorxasan?
- (Musa gəlib Allahın buyuruğunu Firona ərz elədi) və ona (özünün həqiqi peyğəmbər olmasına dəlalət edən) ən böyük möcüzəni (əsanın dönüb əjdaha olmasını) göstərdi.
- Lakin (Firon Musanı) təkzib edib (ona) asi oldu.
- Sonra geri dönüb (özünə buyurulanlardan üz döndərərək fitnə-fəsad törətməyə, Musaya qarşı tədbir tökməyə) tələsdi.
- Və (əyan-əşrafını, bütün təbəələrini) toplayıb (onlara) belə xitab etdi:
- Həqiqətən, mən sizin ən uca Rəbbinizəm!
- Allah da onu axirət və dünya əzabına giriftar etdi. (Yaxud: Allah ona axırıncı və əvvəlinci sözlərinin cəzasını verdi).
- Şübhəsiz ki, bunda (Allahdan) qorxan kimsələr üçün ibrət dərsi vardır.
- (Ey kafirlər!) Sizi yaratmaq çətindir, yoxsa göyü ki (Allah) onu yaratdı;
- Qübbəsini ucaltdı, düzəldib nizama saldı;
- Gecəsini qaranlıq, gündüzünü işıqlı etdi?!
- Bundan sonra da yeri döşəyib (yayıb) düzəltdi (üstündə gəzmək və yaşamaq üçün onu yararlı hala saldı).
- Ondan suyunu və otlağını çıxartdı.
- (Orada) dağları yerləşdirdi.
- (Bütün bunlar) sizin və heyvanlarınızın istifadəsi üçündür.
- O böyük bəla (qiyamət) gələndə,
- O gün insan nələr etdiyini (dünyadakı bütün yaxşı, pis əməllərini) yadına salacaqdır.
- Cəhənnəm də hər görənə görünəcəkdir.
- Kim (dünyada) azğınlıq etmişsə,
- Dünyanı (axirətdən) üstün tutmuşsa,
- Şübhəsiz ki, onun məskəni Cəhənnəmdir!
- Amma kim (qiyamət günü) Rəbbinin hüzurunda durmaqdan qorxmuş və nəfsinə istəyini (şəhvəti) qadağan etmişsə,
- Həqiqətən, onun yurdu Cənnətdir!
- (Ya Peyğəmbər! Müşriklər) səndən o saatın nə vaxt gələcəyi (qiyamətin nə vaxt qopacağı) barəsində soruşarlar.
- Sən onu (onun vaxtını) nə bilirsən?!
- Onu sonuna qədər (bütün təfərrüatı ilə) bilmək ancaq sənin Rəbbinə məxsusdur.
- Sən ancaq ondan (qiyamətdən) xəbərdar edib çəkindirənsən!
- Onu (qiyaməti) gördükləri gün (dünyada və ya qəbir evində) yalnız bir axşam, yaxud bir səhər qaldıqlarını sanacaqlar!
XƏBƏR LENTİ
Koronavirusla bağlı yaponların yeni kəşfi – Əlac tapılır?..
Ispanaq piroqu(foto-resept)
Daxili orqanları görən "rentgen qız": Yüzlərlə insanı ölümdən qurtaran MÜƏMMA
Beren Saatın “Netflix”dəki serialı
Üz və bədən üçün maskalar
Azərbaycanda daha 12 nəfərdə koronavirus aşkarlandı
Rusiyada koronavirusa qarşı preparatlar apteklərə veriləcək
Ekspess avtobuslarda sıxlıq yaşanır - VİDEO
Bağlı əməliyyatın 6 faydası
Bir qab makaron və… ölüm
Bu ilin ilk günündə...-RƏSMİ AÇIQLAMA
Hande Yener izləyicilərini məyus etdi-SƏBƏB/FOTO
Ərdoğan Bakıya gəlir
Bu cür hallar milyonda bir baş verir
Sabahın HAVAsı
Mobil telefonla danışanlar cərimələnə bilərlər
"Eurovision" da bir ilk
Hər qadına lazım olan 15 məsləhət
Sabahın HAVAsı
BÜRCLƏR bizə nə vəd edir?-20 Sentyabr
Qaratərə salatı (foto-resept)
"Facebook" və "İnstagram"da problem yarandı
BAFTA: Britaniya ən yaxşıları seçdi -SİYAHI
Nişan üzüyünü taxmaq lazımdırmı? - MÜZAKİRƏ
"Ərazi bütövlüyümüzü güzəştə getməyəcəyik" - Elmar Məmmədyarov
ABŞ-a "Florens" qasırğası yaxınlaşır
Pendirli-şokoladlı tort (foto resept)
Keçmiş sevgilinizlə qarşılaşdıqda nə etməlisiniz?
Hava haqqında - 05.10.2013
Makiyajla yatmağın zərərləri
"Simpsonlar 2" gəlir - 12 illik fasilədən sonra
Sərnişin maska taxmasa, avtobus hərəkət etməyəcək - BNA
Kirayə pulu verməkdən bezən qız çarəni bunda tapdı-FOTO
Məşhur astroloqdan 2019- PROQNOZU
Kate Middletonun tərzi
Günün ulduz falı
"Dördbucaq" piroqu(foto resept)
Yatın, amma fil qulağında yox...
Mənzil satışı ilə bağlı yeni mexanizmlər
Hamilələrin nəzərinə: çox kökəlməyin, yoxsa...
Azərbaycan Müstəqillik Gününü qeyd edir
Düşbərə (foto-resept)
"Muska" börəyi (foto resept)
Yaponiyada qasırğa: ölənlər var
Koronavirus bu şəxsləri öldürmür - ARAŞDIRMA/VİDEO
Azərbaycan tarixindən yüz şəxsiyyət-15
Paris Hilton itlərinə villa tikdirdi-FOTO
Payız pəhrizi necə edilər?
Bürcə görə kişilərin eşqdə tərzləri
QASIRДћA ABŞ-a yaxınlaşdı
- ŞƏRHLƏR