əl-Mumtəhinə (İmtahana çəkilən qadın) surəsi
(Mədinədə nazil olmuşdur, 13 ayədir)
Bismillahir rəhmanir-rəhim!
- Ey iman gətirənlər! Nə mənim düşmənimi, nə də özünüzün düşmənini dost (vəli) tutun! Onlar (kafirlər) sizə gələn haqqı (Quranı, Muhəmməd əleyhissəlamı) inkar etdikləri halda, siz onlarla dostluq edirsiniz (mehribanlıq göstərirsiniz). Siz Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün onlar Peyğəmbəri və sizi (Məkkədən) çıxardırdılar. Əgər siz Mənim yolumda və Mənim rizamı qazanmaq uğrunda cihada çıxmısınızsa (Mənim düşmənlərimi dost tutmayın). Siz onlarla gizlində dostluq edirsiniz (dostluq üzündən onlara sirr verirsiniz). Mən sizin gizli saxladığınız və aşkar etdiyiniz hər şeyi (bütün gizli və aşkar əməllərinizi) bilirəm. Sizdən kim (bir daha) bunu etsə (düşmənlərlə dostluq edib onlara sirr versə), o, şübhəsiz ki, haqq yoldan azmışdır!
- Əgər onlar (müşriklər) sizi ələ keçirsələr (sizə qələbə çalsalar), sizə düşmən olar, sizə pisliklə əl və dil uzadar, sizin kafir olmanızı istəyərlər.
- Nə (xatirinə Allaha və Peyğəmbərinə xəyanət etdiyiniz Məkkədəki) qohum-əqrəbanız, nə də oğul-uşağınız sizə bir fayda verəcəkdir. Allah qiyamət günü sizi bir-birinizdən ayıracaqdır. Allah nə etdiklərinizi görəndir!
- İbrahim və onunla birlikdə olanlar (möminlər) sizin üçün gözəl örnəkdir. O zaman onlar öz qövmünə belə demişdilər: Şübhəsiz ki, bizim sizinlə və sizin Allahdan başqa ibadət etdiklərinizlə (bütlərlə) heç bir əlaqəmiz yoxdur. Biz sizi (dininizi) inkar edirik. Siz bir olan Allaha iman gətirməyincə bizimlə sizin aranızda həmişə ədavət və nifrət olacaqdır! Ancaq İbrahim öz atasına: Mən (öz Rəbbimdən) mütləq sənin bağışlanmağını diləyəcəm. Mən heç vəchlə səni Allahdan (Allahın əzabından) qurtara bilmərəm (mənim bacardığım yalnız budur)! deməsi istisnadır (bunda sizin üçün örnək yoxdur). (Onlar həmçinin belə demişdilər:) Ey Rəbbimiz! Biz ancaq Sənə təvəkkül etdik, tövbə edib ancaq Sənə tərəf qayıtdıq. Axır dönüş də ancaq Sənin hüzurunadır.
- Ey Rəbbimiz! Bizi kafirlər üçün sınaq vasitəsi etmə! (Bizi kafirlərin əli ilə sınağa çəkmə, onları bizim üstümüzdə hakim etmə!) Bizi bağışla. Ey Rəbbimiz! Həqiqətən, Sən yenilməz qüvvət sahibi, hikmət sahibisən!
- (Ey möminlər!) And olsun ki, onlar sizin üçün, Allaha və axirət gününə ümid bəsləyənlər üçün gözəl örnəkdir. Kim (kafirlərlə dostluq edib Allahın buyurduğundan) üz döndərsə (bunun zərəri ancaq onun özünə olar). Allah (heç nəyə) möhtac deyildir; O, tərifə (şükrə) layiqdir!
- (Ey möminlər!) Ola bilsin ki, Allah sizinlə düşmənçilik etdiyiniz kimsələr (Məkkə müşrikləri) arasında (onları islam dininə gətirməklə) dostluq (məhəbbət) yaratsın. Allah (hər şeyə) qadirdir. Allah bağışlayandır, rəhm edəndir!
- Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər!
- Allah sizə ancaq sizinlə din yolunda vuruşan, sizi yurdunuzdan çıxardan və çıxartmağa kömək edən kimsələrlə dostluq etmənizi qadağan edər. Onlarla dostluq edənlər əsl zalımlardır!
- Ey iman gətirənlər! Mömin qadınlar sizin yanınıza mühacir kimi gəldikləri zaman onları imtahana çəkin. Allah onların imanını çox gözəl bilir (onları yoxlayıb bilmək sizə lazımdır). Əgər bunların (bu qadınların həqiqi) mömin olduqlarını bilsəniz, artıq onları kafirlərin yanına qaytarmayın. Nə bunlar (bu qadınlar) onlara (kafirlərə), nə də onlar bunlara halaldır. Onların (kafirlərin həmin qadınlara) xərclədiklərini (mehri) özlərinə qaytarıb verin. Bunların (bu qadınların) mehrlərini özlərinə verdiyiniz təqdirdə onlarla evlənməyinizdən sizə heç bir günah gəlməz. Kafir qadınları öz kəbininiz altında saxlamayın. (Həmin qadınlara) verdiyiniz mehri (onların ərə getdiyi kafirlərdən) istəyin. (Kafirlər də islamı qəbul edib möminlərlə evlənən qadınlara) sərf etdikləri mehri (sizdən) istəsinlər. Allahın hökmü budur. O sizin aranızda (belə) hökm edər. Allah (hər şeyi) biləndir, hikmət sahibidi
- Əgər zövcələrinizdən biri sizdən qaçıb (mehrini geri qaytarmadan) kafirlərə qoşulsa və siz də (onlarla vuruşaraq) qənimət əldə etsəniz, zövcələri (kafirlərin yanına) getmiş kimsələrə (həmin qənimətdən) onların (bu övrətlərə) sərf etdikləri mehr qədər verin. İman gətirdiyiniz Allahdan qorxun!
- Ya Peyğəmbər! Mömin qadınlar Allaha heç bir şərik qoşmayacaqları, oğurluq və zina etməyəcəkləri, övladlarını öldürməyəcəkləri (qız uşaqlarını diri-diri torpağa gömməyəcəklərini), özgə kişilərdən olan uşaqlarını yalandan ərlərinə isnad etməyəcəkləri və heç bir yaxşı (bəyənilən) işdə sənin əleyhinə çıxmayacaqları barədə sənə beyət etmək üçün yanına gəldikləri zaman onların beyətini qəbul et və Allahdan onların bağışlanmasını dilə. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!
- Ey iman gətirənlər! Allahın qəzəbinə düçar olmuş bir qövmlə dostluq etməyin. Kafirlər qəbiristan əhlindən (ölülərin qiyamət günü diriləcəyindən) ümidlərini üzdükləri kimi, onlar da axirətdən (axirətdə Allahın mərhəmətindən) ümidlərini üzmüşlər!
XƏBƏR LENTİ
Rihanna artıq çəkiləri ilə diqqət çəkir-FOTO
Tolga doğulacaq körpəsinin adını SƏSVERMƏYƏ qoydu
Gəlin biraz gülək
Dar şalvarı necə geyinməli?
Havatəmizləyicilər təhlükəlidirmi?
Məşhur aktrisa hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Dünyanın ən kiçik ada ölkəsi
Qripə qarşı edilən peyvənddən sonra 11 nəfər öldü
Azərbaycanda hansı məhsullar bahalaşıb? - FOTO
Vanqadan varlanmaqla bağlı TÖVSİYƏLƏR
Sürücüsüz məktəbli avtobusu sınanır
Professor pandemiyadan sonrakı fəsadlarından danışdı
Demet Akalın ad gününü belə qeyd etdi-FOTO
Ombalarınızı qaldıran 5 məşq hərəkəti
Almeda Abazi Tolgahanın FOTOsunu paylaşdı
Abituriyentlərə Daha Bir Şans: Əlavə İmtahanlar Keçirilir
Arıqlamaq istəyən üşüsün
Ebrudan HAMİLƏLİK açıqlaması
Qadın futbolçu gözəlliyi ilə heyran etdi-FOTO
Arıqlamağa kömək edən ərik pəhrizi və çayı
Bu qəsəbədə üç gün işıq olmayacaq - RƏSMİ
Demet Akalın İremle barışdı_FOTO
Burcu Esmersoyun yeni sevgilisi- FOTO
Bütün dünyanı metro birləşdirəcək?
Koronavirusun hüceyrələrə yayılmasının görüntüləri - FOTO
Ev şəraitində saç üçün maskalar
Yevlax-Xankəndi dəmir yolunun bir hissəsinin yenidən qurulmasına başlanıldı
Balın faydaları
Azərbaycanda qəbul imtahanı keçirilir
Daha bir məşhur sosial şəbəkədə canlı yayım dönəmi başlayır
Azərbaycanın və Çexiyanın birinci xanımlarının görüşü olub
Mətbəxdən 6 milyonluq rəsm əsəri tapıldı-FOTO
Yaralı əsgərlərimiz qələbə xəbərini rəqslə qeyd etdi - VİDEO
Başınız ağrayırsa, bunları yeyin
Səbəbsiz olaraq kədərli hiss edirsiniz?
Ermənistanda aclıq gözlənilir
Tarkanın həyat yoldaşı ilə içəkildiyi klipi – VİDEO
Gülək Güldürək
Azərbaycana ilk qar yağdı -FOTO
Rusiyada koronaviruslu körpə doğuldu
Ərdoğan Kəlbəcərin azad olunması barədə: “Hamı bölgədəki yeni reallığa uyğun davranmalıdır”
Misirdə Roma dövrünə aid qiymətli əşyalar tapıldı
Bu gecə evdən çölə çıxmayın - XƏBƏRDARLIQ
Yayda düzgün həyat tərzi
Nəsli kəsilməkdə olan heyvanlar
27 il günahsız yerə həbsdə qaldıqdan sonra azadlığa çıxdı-VİDEO
Qarında köp ginekoloji problemdir?
Seda Sayandan qəribə etiraf
Prezident: “Üç daimi üzv kiçik, yoxsullaşmış Ermənistana təsir edə bilmir? Sadəcə, istəmədilər”
Göz sağlamlığı üçün qidalar
- ŞƏRHLƏR