Xammal bazarlarında qeyri-sabitlik, neft qiymətinin aşağı düşməsi dünyada iqtisadi vəziyyətin pisləşməsinə gətirib çıxardı. 2014-2018-ci illərdə regionların inkişafı dövlət proqramının reallaşdırılması üzrə bu yaxınlarda keçirilən konfransda Prezident İlham Əliyev vurğulayıb ki, 2015-ci ildə dünyada iqtisadi böhran daha da dərinləşib və hələlik vəziyyətin yaxşılaşdırılması perspektivi görünmür. "Bu yaxınlarda Davos ümumdünya iqtisadi forumunda iştirak edərkən bir daha şahid oldum ki, hələlik dünya iqtisadiyyatı çətin vəziyyətdə qalacaq", - deyə İ. Əliyev bildirib. Bununla yanaşı, Davos forumunun seksiyaları çərçivəsində prezident qeyd edib ki, Azərbaycan neftdən sonrakı dövrünə hazırlaşırdı, lakin dünyada indiki böhranı gözləmirdi. Nəticədə, bu şəraitdə hökumət qeyri-neft sektorunun inkişafı üzrə planlarını sürətləndirməyə məcbur oldu. Və birinci növbədə qəbul olunan tədbirlər kimi sahibkarlar və sərmayəçilər üçün vergi güzəştləri qəbul edildi, idxalı əvəzləyən və ixraca yönəlmiş məhsulların stimullaşdırılması üzrə tədbirlərin hazırlanması tapşırıldı. Prezident İlham Əliyevin qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər barədə sərəncamında nəzərdə tutulanlardan biri də xarici bazarlarda "Made in Azerbaijan" brendinin təşviqidir. Lakin xaricə çıxmazdan öncə, ilk növbədə, qarşıda duran vəzifələrdən biri bazara tam yiyələnməkdir. Burada vəziyyət o qədər də ürəkaçan deyil, bu da Azərbaycanın xarici ticarət dövriyyəsinin təhlili zamanı müəyyən olunur.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, 2015-ci ildə Azərbaycan məhsulunun ixracı 11,4 mlrd. dollar, idxal - 9,2 mlrd. dollar təşkil edib. Xarici ticarətdə müsbət saldo 2,2 mlrd. dollar səviyyəsində olub. İlk baxışdan xarici ticarətdə vəziyyət kifayət qədər ümidvericidir. Lakin ixrac strukturunda neft-qaz sektorunun payında 9,6 mlrd. dollar, qeyri-neft sektorunda məhsulun payı isə 1,8 mlrd. dollar təşkil edib.
Bir tərəfdən aydındır ki, Azərbaycan neft-qaz ölkəsi kimi, daha çox irimiqiyaslı infrastruktur layihələrin icra olunduğu məhz hasil olunan xammal ixrac edir. Bununla yanaşı, istehsalı ölkənin daxilində təşkil oluna biləcək malların idxalda az olmayan paya sahib olması, sərmayələrin yatırılması üçün istiqamətlər göstərir.
Məhz gündəlik həyatda istifadə olunan məhsulların ciddi həcmdə ixracı manatın devalvasiyası zamanı istehlak bazarında qiymətlərin artmasına gətirib çıxarıb. Dövlət İqtisadiyyat Nazirliyi və Baş Prokurorluq simasında süni qiymət artırılmasının qarşısını almaq üçün tədbirlərin görülməsinə baxmayaraq, məzənnə fərqinə görə məhsulların ciddi bir qrupunun qiymətinin qaldırılması üçün obyektiv şərtlər var.
İlk həyəcan təbili unun qiymətinin artırılması oldu. DGK-nın məlumatına əsasən, 2015-ci ildə taxılın idxalı 343,3 mln. dollar təşkil edib. Bu, hələ ölkədə 2,9 mln. ton həcmində taxılın rekord məhsulunun olmasına baxmayaraq, baş verib. Taxılın və unun idxalından ƏDV-nin və gömrük rüsumlarının götürülməsi ilə hökumət çörəyin və un məhsullarının qiymətinin artırılmasının qarşısını aldı.
Lakin uzunmüddətli perspektivdə unun qiymətini yalnız taxılın daxili istehsalı sayəsində saxlamaq mümkün olacaq. Bunun üçün də aqrar sektorda kardinal islahatlar tələb olunur. Qeyd etmək lazımdır ki, hökumət tərəfindən bu istiqamətdə iri fermer təsərrüfatlarının yaradılması ilə artıq addımlar atılıb. Xüsusi ilə ölkəni taxılla təmin etmək məqsədi ilə 150 min ha sahədə iri fermer təsərrüfatlarının yaradılması nəzərdə tutulur. Hazırda 40 min ha sahəsində 29 təsərrüfat fəaliyyət göstərir.
Lakin kənd təsərrüfatında taxılın becərilməsinə diqqət ayıraraq, ölkənin texniki bitkiləri - pambıqçılıq, ipəkçilik və tütünçülüyün inkişafında potensialı diqqətdən qaçırmaq olmaz. Məsələn, devalvasiyadan sonra qiymət artımında liderlərdən biri də məhz tütün məhsulları olub. Hökumət siqaretlərin əhalinin sosial məhsullar siyahısına daxil olmadığını səbəb gətirərək, tütün məhsullarının qiymətlərini tənzimləməkdən imtina edib. Eyni zamanda bu addım müəyyən dərəcədə siqaret çəkənlərin sayının azalmasına gətirib çıxaracaq, bunu da alqışlamamaq olmaz. Digər tərəfdən tütünçülüyün ölkədə inkişafı tütünün ixracı vasitəsi ilə ölkəyə valyutanın axınını artırmağa imkan yaradardı.
DGK-nın statistikasına əsasən, tütün məhsullarının idxalına 297 mln. dollar sərf olunub. Təbii ki, maliyyə vəsaitlərinin ölkədən axınını yerli siqaretlərin istehsalının artırılması vasitəsi ilə qarşısını almaq olar, lakin bunun üçün etibarlı xammal bazasına malik olmaq lazımdır. Dövlət Statistika Komitəsinin (DSK) məlumatlarına əsasən, 2015-ci ilin nəticələrinə əsasən, 3,5 min ton tütün istehsal olunub, halbuki 2000-ci ildə bu rəqəm 17,3 min təşkil edirdi.
İdxalının əvəz edilməsinə imkan verən digər sahə metallurgiyadır. Yaxın keçmişdə KİV-də yerli bazarın qara metallurgiya məhsulları ilə tam təmin olunduğuna dair "Polad İstehsalı üzrə Azərbaycan Kompleksi" SC-nin (ASPC) yaradılmasında ehtiyacın olmaması barədə müxtəlif fikirlər səslənirdi. Lakin bu bazarda məhsullar əsasən idxal olunan məhsuldur. DGK-nın məlumatına görə, ölkəyə 1,236 mlrd. dollar həcmində qara metallurgiya məhsulları idxal olunub. Bu da hələ öz dəmir mədənlərinə, iri poladtökmə və boru prokat zavodlarına sahib olan Azərbaycanda icra olunub.
İdxalın daha bir bəndi - yuyucu toz, sabunlar və s. Belə vasitələr də daxil olmaqla məişət kimyası məhsullarıdır. 2015-ci ildə bu məhsulların Azərbaycana idxalı 85 mln. dollar təşkil edib. Bununla belə, müvafiq bazar daha genişdir, çünki bu kateqoriyadan olan bir çox məhsullar ölkəyə əhali tərəfindən şəxsi istifadəsi üçün gətirilir. Lakin ölkədə Sumqayıtda kimya kompleksi var və onun bazasında kimyəvi texnopark yaradılıb. Və Sumqayıtda istehsal olunan məişət kimya məhsullarının müəyyən həcmi bazarda mövcuddur.
"Made in Azerbaijan" markası altında yerli istehsalatın zəif yeri məhsulların tanınmasıdır. Söhbət Azərbaycan məhsullarının reklamının olmamasından gedir. Nəticədə, istehlakçılar xarici məhsulların uzun siyahısını görürlər və yerli alternativ barədə fikirləşmirlər. Ona görə hökumət yeni istehsalatın yaradılması və mövcud olanların inkişaf etdirilməsi üzrə tədbirlərin dəstəklənməsi ilə birgə yerli məhsulların reklam etdirilməsi imkanlarını da nəzərdən keçirməlidir.
2015-ci ildə idxal olunan məhsulların sırasında mühüm hissəni 1,687 mlrd. dollar həcmində avadanlıqların və mexanizmlərin idxalı yer tuturdu; ayrıca bir bənd kimi 777,5 mln. dollar həcmində məişət və sənaye elektrik texnikasının idxalını göstərmək olar.
Aydındır ki, idxal olunan bu məhsulun tam həcmdə əvəz edilməsi barədə hələlik düşünmək tezdir. Lakin burada da müəyyən bazis var - dərin yenilənmədən sonra müasir məhsulların buraxılmasından ötrü istifadəsi mümkün olan soyuducu və kondisioner zavodlarıdır. Düzdür, bundan əlavə, yüksək ixtisasa malik texniki kadrların olması də vacibdir. Bu problem, həmçinin əczaçılıq məhsullarının istehsalı imkanları fonunda da əsas olanlar sırasında birincilərdəndir.
DGK-nın məlumatlarına əsasən, 2015-ci ildə 270,6 mln. dollar həcmində dərman və preparatlar idxal olunub. Lakin bu sahədə artıq yaxın illərdə irəliləyişlər gözlənilir - hökumət xarici tərəfdaş cəlb etməklə, dərmanların istehsalı üzrə zavodun tikintisi ilə bağlı planlarını açıqlayıb.
Beləliklə, "Made in Azerbaijan" markası ilə məhsulların yerli istehsalını təmin etmək üçün mühüm potensial mövcuddur. Lakin bunun üçün Azərbaycan məhsullarının təşviqi ilə bağlı düşünülmüş marketinq kampaniyasının və yüksəkixtisaslı kadrların hazırlanması ilə bağlı ciddi iş aparılmalıdır.
Mənbə: Milli.Az

XƏBƏR LENTİ
Əhaliyə xəbərdarlıq
Ölmədən öncə bunları edin
Bu xəbər bakılı sürücüləri məyus edəcək
Milyon dollarlıq xəzinəni gizlədib, axtarış üçün ipucları qoydu - FOTO/VİDEO
Noutbuklar üçün fond yaradılır
Mustafa Sandal istintaqa çağırıldı-SƏBƏB
Hava limanına “Rəcəb Tayyib Ərdoğan” adı veriləcək
27 il komada qaldı - Ayılanda dua oxudu
Hansı halda uşağın məktəbə qəbuluna imtina verilə bilər?
Kələm salatı (foto resept)
Bakıda iki avtobusun toqquşması ilə bağlı rəsmi məlumat
Buraxılış və qəbul imtahanlarının vaxtı dəyişdirilir - RƏSMİ
Di Kaprionun yerinə Zeyn Malik-FOTO
Günün qoroskopu: köhnə dostlardan birinin məsləhətindən yararlanın
14 gün ərzində bu dietaya əməl eləsəniz...
Gəlin iç geyimi seçərkən nələrə diqqət etməli!
"Samostroyka"ları sənədləşdirməyin yolları
Ronaldo Yeni İmicdə-FOTO
56 il əvvəl donmuş insanlar tapıldılar
Hadisenin FOTOsu hər kəsi GÜLDÜRDÜ
50 Cent 21 otaqlı mənzilini ucuz satdı
Bülent Ersoy 500 minlik kürkündən danışdı-FOTO
İdeal blinçik resepti (foto resept)
Vaginizmin müalicəsi zamanı uğura aparan 7 yol
Dünyanın ən varlı qadını məlum oldu
Dəbdən düşməyən ayaqqabılar (2)
Ölmədiyini sübut edə bilmədi
Bu xəstəliklər sürətlə yayılacaq - DÜNYA TƏHLÜKƏDƏ
Asan salat (foto resept)
Valideynlərin diqqətinə: körpələrə vurulan peyvəndlər autizm yaradır?
Heyrətlə baxacağınız 10 gizli EV - FOTO
İşləyən şəxslərin çoxu bundan əziyyət çəkir
Əl işlərim
Zəlzələ qayaları uçurdu
Ana-qız münasibətlərində tarazlıq
Yaşıl tərəvəzlər hansı xəstəlik riskini azaldır?
Arıqlamaq üçün səhərlər nə yeməli?
Bunun inanılmaz faydasını bilirdinizmi?
Ərdoğan ABŞ-ı seçim qarşısında qoydu
Amber yeni paylaşımı ilə TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Demetlə Alişan barışdı
“Barselona”nın baş məşqçisi qovuldu – RƏSMİ
Gözəllik və cavanlıq vannaları
Düzgün eynək seçimi
Gül, axı xəstəsən!
Siçovul göstərdiyi şücaətə görə medalla təltif olundu - VİDEO
Uşaq otağı dizaynı
Ukrayna 10 rus desantını geri qaytardı
Castin Biber YENİ İMİCDƏ - VİDEO
Dünya çempionatı: İtaliya və İngiltərəni evə göndərdilər
