Bir çox istifadəçilərimizin xəbər hazırlanmasında çətinlik çəkdikləri məsələlər var ki, onları redaktorlar daxil olmaqla rəhbərliyin də tək-tək hər istifadəçiyə ayrıca izah etməsi böyük zaman alır. Bu səbəbdən sizlərə qarşılaşdığınız çətinliklərin həlli yolunu ümumi məlumatla çatdırmağı qərara aldıq.
Nəzərinizə çatdırım ki, 22 may 2013-cü il tarixində saytımızda xəbər hazırlanması qaydaları olduqca sadə formada hazırlanaraq istifadəçilərə təqdim olunub. Həmin xəbəri yeni istifadəçilərimiz təkrar oxusunlar və öyrənsinlər.
Redaksiyamıza gələn çoxsaylı şikayətlərdə xəbər hazırlanması zamanı istifadəçilər rastlaşdıqları aşağıdakı peroblemləri qeyd edirlər.
1. Sarı qovluğa yeni xəbər şəkillərini yüklədikləri halda , bir qədər sonra şəkillər silinmiş görünür.
2. Xəbər hazırlanması sonlandıqdan sonra "Göndər" düyməsinə basıldıqda, "yanlişliq var" və ya kodla bağlı problem görünür.
3. Xəbər mətnini yazıb göndərdikdən sonra , xəbəri yenidən açdıqda xəbər mətnsiz görünür.
4. Video link xəbərə yükləndikdən sonra nümunədə videonun açılmadığı görünür.
Hörmətli istifadəçilər, bütün bu sadalanan "problemlər" əslində problem deyildir. Sadəcə bəzi təmizləmə üsulları var ki, onları hamınız bilməlisiniz. Bu yaxınlarda istifadəçilərdən biri redaksiyamıza üç xəbər göndərmişdi, hər üçündə də eynilə yuxarıda sadaladığımız məsələlər istifadəçinin dediyinə görə problem olmuşdu. Uzun- uzadı izahatdan və səbrlə başa salınmasından sonra istifadəçi özü də anladı ki, məsələ heç də sistemdən, redaksiyadan qaynaqlanmır. Sadəcə bəzi bəsit əməliyyatlar var ki, onu etməklə xəbəri qaydasında göndərmək mümkündür. Bunu loru dildə izah etsək belə olar. Necə ki, məsələn, dünənki yeməyi bişirdiyiniz qabda yeni yemək hazırlayarkən, həmin qabı mütləq yuyub , sonra yemək hazırlayırsız, bu məsələ həllini də o cür düşünün.
Zaman içərisində Windows əməliyyat sisteminin müəyyən sahələrində gərəksiz fayllar toplanıb qalır. Bu gərəksiz fayllar sisteminzdə heç bir işə yaramadığı kimi, sisteminizin zaman içərisində köhnədən verdiyi sürətli reaksiyaların ağırlaşmasına gətirib çıxarar. Hər dəfə veb səhifəni ziyarət etdikdə növbəti dəfə bura daha tez daxil olmağa imkan verən müvəqqəti Internet faylları yaradılır.
Siz veb səhifəyə baxanda kukilər həmçinin kompüterinizdə saxlanılır.
Ayrıca sahib olduğunuz sabit diskin mövcud sahəsindən maksimum səviyyədə faydalana bilmənizə də mane olur.
Deməli, yeni xəbər hazırlamadan əvvəl nələri etmək lazımdır?
1. İstifadə etdiyiniz veb brauzerin (Internet Explorer, Mozilla, Chorome, Opera və s.) keşlərini təmizləyin. Kömək üçün sizlərə şəkilli izah edilmiş bir link də yerləşdiririk.
Yalnız bu əməliyyatı yerinə yetirdikdən sonra xəbər hazırlanması işinə başlamaq lazımdır. Əks təqdirdə yuxarıda sadalanan "problemlər" qalmaqda davam edəcək.
2. Təmizləmə icra etmək daha qısa prosedura var. Bu xüsusi təmizləmə proqramları vasitəsilə edilir. Belə proqramlardan biri "CCleaner" proqramıdır ki, vaxtı ilə dəyərli istifadəçimiz olan Julien Sorel sizlər üçün hazırlayıb yerləşdirib. Proqramı yükləmək üçün bu xəbərə keçid edin.
Bütün bu prosedurları etdikdən sonra hələ də xəbər hazırlanmasında və göndərilməsində problem yaşasanız redaktorlara və rəhbərliyə müraciət edə bilərsiz.
Ümidvaram, bu məsləhətlərdən sonra şikayətlərinizin sayı azalacaq.
Sizlərə xoş öyrənmələr!
XƏBƏR LENTİ
42 yaşlı qadın öz bədən quruluşu ilə təəccübləndirir-FOTO
Musiqi dinləməyin faydaları və zərərləri
Qatıqlı meyvə salatı (foto resept)
Kabab yeyənlərin nəzərinə-DİQQƏT
Köklü miso şorbası (foto resept)
Koronavirusda GİZLİ TƏHLÜKƏ: aylar sonra ortaya çıxır
"İndiki Ermənistan əslində Azərbaycanın tarixi torpağıdır"
Ermənistanın sonu yaxınlaşır
Ailə sirləri başqalarına deyilə bilər?
Kıvanç Tatlıtuğ rep oxuyacaq!
Qozun sağlamlığımıza faydaları
Yeni dövrün coğrafiyası (XV-XIX)-2
Dünyadan maraqlı faktlar (III hissə)
Dərinizi çirkli havalardan qoruyacaq maska
Ebru Şahin Mərakeş və Misir gündəmindədir
Sosial şəbəkədən qorxan ölkələr.
“Facebook” bunu da etdi
Gökhanın görüntüləri TƏƏCCÜBLƏNDİRDİ
Çavuşoğlu Lavrovla danışıb Ermənistana xəbərdarlıq edilməsini istədi
Nazirlikdən vətəndaşlara MÜRACİƏT: Məhkəməyə verin
Ölkədə gediş haqları dəyişibmi?
BÜRCLƏR bizə nə vəd edir? - 2 MAY
Hərbiçilərimiz Füzuli və Cəbrayılın girişində
Dünəndən qalan plovu yeməyin!
Fərqli saç aksessuarları
Bu geyim sonsuzluq yaradır
Ermənistanda hərbi vəziyyət rejimi davam edəcək
Qulaqda səslərin yaranma səbəbi
"Pelmeni" (foto-resept)
Kayli Cennerin daha bir yalanı üzə çıxdı-FOTO
Öyrəndim ki...
Şəhzadə Harry və Meghanın toyu
Zaman gedir, tələs
Gənc qızlar, zamana dəyər verin
58 yaşlı ulduz hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Yağış yağacaq, şimşək çaxacaq
İstirahət günü hava bakılıları sevindirəcək
"iPhone"nun qiyməti düşür
Azərbaycanda vitse-prezident vəzifəsi yaradılır - KONSTİTUSİYA DƏYİŞİR
Finalın adı məlum oldu
"Ana harayı" abidəsi ziyarətə hazırdır
Türkan Şoray sevincdən ağladı-FOTO
Cəbhədə güclü atışma başladı
Yay aylarının ən faydalı meyvələri
Banklar girov mənzilləri satdırır
Yapon geyşalarının sirri
Qaraciyərin böyüməsinin səbəbləri
Makiyajsız canlı görünməyin yolları
Yağlı xəmirdən "Napoleon" tortu (foto-resept)
Teylor Svift Uitni Hyustonun rekordunu təzələdi
- ŞƏRHLƏR