Qadin.NET / Brauzerlərdə "cookies"-lərin təmizlənməsi

Brauzerlərdə "cookies"-lərin təmizlənməsi

 

Brauzerlərdə "cookies"-lərin təmizlənməsi

 

Hörmətli istifadəçilər!

Bir çox istifadəçilərimizin xəbər hazırlanmasında çətinlik çəkdikləri məsələlər var ki, onları redaktorlar daxil olmaqla rəhbərliyin də tək-tək hər istifadəçiyə ayrıca izah etməsi böyük  zaman alır. Bu səbəbdən sizlərə qarşılaşdığınız çətinliklərin həlli yolunu ümumi məlumatla çatdırmağı qərara aldıq.

 Nəzərinizə çatdırım ki, 22 may 2013-cü il tarixində saytımızda xəbər hazırlanması qaydaları olduqca sadə formada hazırlanaraq istifadəçilərə təqdim olunub. Həmin xəbəri yeni istifadəçilərimiz təkrar oxusunlar və öyrənsinlər.

 Xəbər göndərmə qaydası

Redaksiyamıza gələn çoxsaylı şikayətlərdə xəbər hazırlanması zamanı istifadəçilər rastlaşdıqları aşağıdakı peroblemləri qeyd edirlər. 

1. Sarı qovluğa yeni xəbər şəkillərini yüklədikləri halda , bir qədər sonra şəkillər silinmiş  görünür.

2. Xəbər hazırlanması sonlandıqdan sonra "Göndər" düyməsinə basıldıqda, "yanlişliq var" və ya kodla bağlı problem görünür.

3. Xəbər mətnini yazıb göndərdikdən sonra , xəbəri yenidən açdıqda xəbər mətnsiz görünür.

4. Video link xəbərə yükləndikdən sonra nümunədə videonun açılmadığı görünür.

Hörmətli istifadəçilər, bütün bu sadalanan "problemlər" əslində problem deyildir. Sadəcə bəzi təmizləmə üsulları var ki, onları hamınız bilməlisiniz. Bu yaxınlarda istifadəçilərdən biri redaksiyamıza üç xəbər göndərmişdi, hər üçündə də eynilə yuxarıda sadaladığımız məsələlər istifadəçinin dediyinə görə problem olmuşdu. Uzun- uzadı izahatdan və səbrlə başa salınmasından sonra istifadəçi özü də anladı ki, məsələ heç də sistemdən, redaksiyadan qaynaqlanmır. Sadəcə bəzi bəsit əməliyyatlar var ki, onu etməklə xəbəri qaydasında göndərmək mümkündür. Bunu loru dildə izah etsək belə olar. Necə ki, məsələn, dünənki yeməyi bişirdiyiniz qabda yeni yemək hazırlayarkən, həmin qabı mütləq yuyub , sonra yemək hazırlayırsız, bu məsələ həllini də o cür düşünün. 

Zaman içərisində Windows əməliyyat sisteminin müəyyən sahələrində gərəksiz fayllar toplanıb qalır. Bu  gərəksiz fayllar sisteminzdə heç bir işə yaramadığı kimi, sisteminizin zaman içərisində  köhnədən verdiyi sürətli reaksiyaların ağırlaşmasına gətirib çıxarar. Hər dəfə veb səhifəni ziyarət etdikdə növbəti dəfə bura daha tez daxil olmağa imkan verən müvəqqəti Internet faylları yaradılır.

Siz veb səhifəyə baxanda kukilər həmçinin kompüterinizdə saxlanılır.

Ayrıca sahib olduğunuz sabit diskin mövcud sahəsindən maksimum səviyyədə faydalana bilmənizə də mane olur.

Deməli, yeni xəbər hazırlamadan əvvəl nələri etmək lazımdır? 

1. İstifadə etdiyiniz veb brauzerin (Internet Explorer, Mozilla, Chorome, Opera və s.) keşlərini təmizləyin. Kömək üçün sizlərə şəkilli izah edilmiş bir link də yerləşdiririk.

 Veb brauzerlərin təmizlənməsi

Yalnız bu əməliyyatı yerinə yetirdikdən sonra xəbər hazırlanması işinə başlamaq lazımdır. Əks təqdirdə yuxarıda sadalanan "problemlər" qalmaqda davam edəcək.

2. Təmizləmə icra etmək daha qısa  prosedura var. Bu xüsusi təmizləmə proqramları vasitəsilə edilir. Belə proqramlardan biri "CCleaner" proqramıdır ki, vaxtı ilə dəyərli istifadəçimiz olan Julien Sorel sizlər üçün hazırlayıb yerləşdirib. Proqramı yükləmək üçün bu xəbərə keçid edin. 

 CCleaner

Bütün bu prosedurları etdikdən sonra hələ də xəbər hazırlanmasında və göndərilməsində problem yaşasanız redaktorlara və rəhbərliyə müraciət edə bilərsiz.

Ümidvaram, bu məsləhətlərdən sonra şikayətlərinizin sayı azalacaq.

Sizlərə xoş öyrənmələr! 

27 noyabr 2013
GO BACK