Ayan,Abiyeva
Deyəcəyəm, gülməli olacaq. Ən birinci maşınlara "enqo" deyirdi. Qarpıza "apuz" deməyi daha çox bizi güldürürdü, bir o qədər də sevindirirdi ki, balamız dil açıb.
Ulker.Agamali
Uşağın ailəyə daxil olması evdəki atmosferi kökündən dəyişir. İstər-istəməz hər kəs öz hərəkətinə, davranışına və hətta danışığına da ölçü qoymağa başlayır. Körpənin hər hərəkəti, gülüşü, qığıltısı ailə üzvlərinin bir ayrı sevincinə səbəb olur. Allah bütün körpələri saxlasın. Mənim də ailəmdə körpə sevinci 2 dəfə yaşanıb. Artıq onlar sərbəst danışa bilsələr də təzəcə dil açdıqları vaxtlar işlətdikləri bir neçə söz var ki, biz hələ də onları yada salırıq. Böyük balam İsgəndər yumşaq ədyalını çox sevirdi və ona "Çamça" deyirdi. Süd içdiyi şüşəyə isə "Toka". Balacam Aqşinin ən çox sevdiyimiz sözü "РІСЃРµ" (rus dilində) "hoso", şirəyə " xua" və qardaşım əvəzinə "dardaşım" deməsidir.
Xəyalə Murad
Muradım dil açanda hər kimi səsləsə mütləq "hı-hi" əlavə edərdi. Məsələn: babaya, nənəyə, əmiyə, bibiyə, ataya bu cür səslənirdi: "Babahı, əmihi, nənəhi, bibihi, atahı". Mənə isə ana əvəzi -"anya" deyirdi. İndi də xatırlayıb gülürük. Qızımın ilk sözü "ata gəl" oldu. Təsadüfmü deyim, qəsdənmi deyim bilmirəm. Məhz hamamda əl-üzünü yuyanda dayanmadan bir nəfəsə "ata, gəl, ata, gəl" deyir. Suyu və suyun səsini çox sevir. Hamam otağında məhz sevincini dilə gətirmək üçün danışa bildiyi sözü tez- tez deməklə rahatlaşır.
Esna
Oğlumun ilk sözlərinin çoxu demək olar ki, yadımdadır. Amma mənə ən çox təsir edən bir şeyi yazmaq istəyirəm. 2 yaşı vardı oğlumun. Azan səsi eşidəndə qorxub ağlayırdı. Mən gördüm ki, uşağın qorxmaması gərəkən bir şey olmalıdı müqəddəs Azan səsi və ondan sonra başladım ona laylay yerinə azan oxumağa. Sonra bir gün məni çox sevindirən bir şey oldu. Gördüm oğlum çıxıb öz balaca stolunun üzərinə Azan oxuyur. Tez videoya çəkdim. İndi də telefonumda durur həmin video. Bax, bu sözlərlə "allao əppər, allao əppər" deyə oxuyurdu. Allah bütun övladları qorusun , içində də bizimkiləri.
Uşaqlar evin sevincidir. Böyük Yaradan mənə də bu sevinci yaşatdığına görə sonsuz xoşbəxtəm. Onların ilk addımı, şirin gülüşü və ilk söylədikləri sözləri unutmaq mümkün deyil. Təbii ki, bütün körpələr ilk "ana" sözünü deyirlər. Mənim İlkin balam da mənə ana deyəndə elə bil dünyalar mənim olmuşdu. Qızımın ağaca "acax" deməsi, ağcaqanada "axcanakkad" deməsi bizi çox güldürmüşdü. Balacam südü çox sevdiyinə görə mətbəxdən süd iyi gələndə "uyaaaaa, süd lili dəliy" deyə qışqırırdı. Allah heç bir evi körpəsiz etməsin, Amin!!!
Televizora heç baxan deyiləm, amma bir neçə ay əvvəl bir kinoya rastladım və çox bəyəndim. Müharibə ilə əlaqəli kino idi. Sonay da sağa fırlandı, sola fırlandı (kino da AzTV-dən idi deyə reklam vermədilər) bezdi. İki əlli başını tutub, atasına dedi: “Ata, get televizoru söndür, mənim başım ağrıdı”.
Evdə şaftalı yeyirdi, bir qohum buna dedi ki, Sonay, al, şaftalı ye. Dedi ki, “yemişəm”. O da bunu dolamaq istədi, soruşdu: “Sonay, sən yemişsən?” Sonay cavab verdi ki, “Yemiş demirəm ey, deyirəm ki, şaftalı yemişəm”. O dedi, bu dedi. Axırda qayıtdı ki, “Yaxşı mən yemişəm, onda sən balqabaqsan”. Mən də dedim: “Di cavabını aldınmı, nə uşaq dolayan çıxmısan”.
Əslində çox olub, gülməli əhvalatlar, amma indi yadıma düşən bunlar oldu.
PƏRVANƏ ƏLİYEVA......
Böyük oğlumun ilk sözü "maşın" oldu. O qədər ki, maşında gəzdirirdi atası onu uşağın ilk sözü də maşın oldu. Onda həm bir az xətrimə dəydi, həm də güldüm. Sonra atasının adını "Yafi" dedi. Adı Raufdu. Zeynəb Xanlarovaya "Zenab Xamada". Çox sözlər var. Balacam isə ilk dəfə mənə "Pəyiş" dedi. Sonra su istiyəndə "vdi -vdi" ,yeməyə "mna-mna", gəzməyə istiyəndə "dəz- dəz dedəy". Yadımda qalanlar bu qədərdir.
Dəniz84
Mənim böyük oğlum bir az gec dil açıb. Buna səbəb 11 aylıq olarkən mədə-bağırsaq xəstəliyi keçirməsi olub. Və səhv tətbiq olunan müalicə səbəbindən oğlum 4 yaşında dil açdı, 2 yaş yarımda yeridi. Çox şükür indi heç bir problemi yoxdur. Maşallah zehninə söz ola bilməz. Onun bir sözünü hələ də mən işlədirəm. Ehtiyatlı ol sözünü "ehtalı ol" deyərdi. Avtobusa həmişə "kamaz" deyirdi. Çünki avtobus sözünü deyə bilmirdi. 2-ci oğlum maşallah 1 yaş olmamış dil açıb. Həkim uşaqlara vitamin yazmışdı. Vitamin 3 rəngdə idi. Yaşıl, mavi və çəhrayı rəngdə. 2-ci oğlumun da 2 yaşı var idi. Deməli yaşıl və mavi olan həbi qəbul edirdi, çəhrayı rəngli olanı qəbul etmirdi. Deyirdi ki, "Mən qızam ki, mənə qıymızı dəyman veyiysən?"
3-cü oğlum isə hələ danışmır. Mənə gah mama, gah ana, gah da ama deyir. Demək istədiklərini hələ ki, işarələrlə başa salır. Allah hər kəsin övladını qorusun. Valideynləri də bu körpələrin üstündən əskik etməsin. Amin!
Narin
Ana və ataların, nənə və babaların, dayı və əmilərin, xala və bibilərin doğumuna çox şad olduqları, sevindikləri körpələr. Həyatın bəzi anlarında söylədikləri kiçik kəlmələrlə bizi göz yaşlarına boğan, bəzən də bizi qəhqəhələr ataraq gülməyə vadar edən körpələr. Analıq hissini yaşamasam da gözəl və böyük Allahım mənə xala olmağı nəsib edib. Analıq hissini az da olsa dadmağı nəsib edib (necə deyərlər xala ananın yarsıdır). Bir dəcəl qızım var. O, qızım ki, düz 2 yaşına qədər suyun dadına güclə davayla baxıb (amma indi suyu onun əlindən ala bilənə eşq olsun). Elə ilk sözü də "ana, şu" olub. Bir dənə də qara böcəyim var (mən ona helə deyirəm), nəfəsim, hər şeyim, körpəlikdən düz 5 yaşına qədər onu özüm saxlamışam. Şükür indi 3-cü sinifdə oxuyur. Onun ilk sözü isə "Nayın" olub. Allah hər birinizin körpəsini qorusun, daim nəzərində saxlasın. Amin İnşAllah.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Kiçik detallarda gözəlliyi əks etdirən şəkillər
Ərdoğan TARİX VERDİ: koronavirus Ramazan bayramında...
Hadisənin 5 gözəllik sirri
Prezident İlham Əliyev: "Azərbaycan və Ukrayna arasında bir çox istiqamətlərdə sıx qarşılıqlı əlaqələr mövcuddur"
Nilufər konsert verdi- FOTO
Sızanaqlı üz üçün sadə maska
Türkiyənin baş naziri postuna namizədin adı AÇIQLANDI
Boğaz ağrısı niyə olur?
Vitamin çatışmazlığının həlli
Sabahın HAVASI
Yaponlar niyə kökəlmir?
Eviniz həmişə işıqlı olsun
HAVA necə olacaq?- 1 fevral
Gələn il üçün QEYRİ-İŞ GÜNLƏRİ açıqlandı
Kısır (foto resept)
“Facebook” hər gün milyonlarla saxta hesabı bloklayır
3 idmançımız Avropadan qızıl medallarla dönür
Azərbaycanın son zamanlar Rusiyadan aldığı hərbi texnikaların adları açıqlandı
Yataq otağınızda boz rəngdən istifadə edin
Rusiyada koronavirusa qarşı ƏN GÜCLÜ DƏRMAN istifadəyə verildi - VİDEO
Yutub-dan daha bir yenilik
Uşaqlara ingilis dilini necə öyrətməli?
Ananas salatı (foto resept)
"70 yaşımda da seksual görünmək istəyirəm"
Həkim qədər təsirli 26 meyvə və tərəvəz (3)
Ölən insanların Facebook hesabına çarə tapıldı
İlham Əliyev yaralı əsgərlərlə görüşdü
Bu gün Cenniferin toyudur - FOTO
Xərçəng şişlərini məhv edən dərman hazırlandı
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib
"Bataqlıq çicəyi"
Azərbaycan etiraz etdi, erməni abidəsi qoyulmadı
Günün qoroskopu: bu gün mühüm işlərlə təkbaşına məşğul olmayın
Folqada dana dili (foto resept)
Əl-Cəzair gözəlini təhqir olundu-FOTO
Hər gün 10 min addım atın!
Bitkilər və təbabət (6)
Prezident: “Üç daimi üzv kiçik, yoxsullaşmış Ermənistana təsir edə bilmir? Sadəcə, istəmədilər”
Xodorkovskinin oğlu: "Atam heç dəyişməyib"
Kral ailəsinin rekord sərvəti-FOTO
Şokoladlı sufle: gecə-gündüz (foto-resept)
Ayaqqabı üzərində necə yeriməliyik?
Günün qoroskopu: ötənləri xatırlayıb köks ötürməyin
Yağ yandıran qidalar
Keti Perridən gözlənilməz etiraf
Moskva səmasında qəribə obyekt göründü - FOTO
Bu gün növbəti buraxılış imtahanları keçiriləcək
Saçını keçəl etdirməkdən qorxmayan məşhurlar
Şabalıdın dəriyə faydası və şabalıd maskası
Toyuq ətli, kartoflu piroq (foto resept)















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]