Qadin.NET / Balalarımızın şirin sözləri

Balalarımızın şirin sözləri

 Balalarımızın şirin sözləri

Ayan,Abiyeva

Deyəcəyəm, gülməli olacaq. Ən birinci maşınlara "enqo" deyirdi. Qarpıza "apuz" deməyi daha çox bizi güldürürdü, bir o qədər də sevindirirdi ki, balamız dil açıb.

Ulker.Agamali

Uşağın ailəyə daxil olması evdəki atmosferi kökündən dəyişir. İstər-istəməz hər kəs öz hərəkətinə, davranışına və hətta danışığına da ölçü qoymağa başlayır. Körpənin hər hərəkəti, gülüşü, qığıltısı ailə üzvlərinin bir ayrı sevincinə səbəb olur. Allah bütün körpələri saxlasın. Mənim də ailəmdə körpə sevinci 2 dəfə yaşanıb. Artıq onlar sərbəst danışa bilsələr də təzəcə dil açdıqları vaxtlar işlətdikləri bir neçə söz var ki, biz hələ də onları yada salırıq. Böyük balam İsgəndər yumşaq ədyalını çox sevirdi və ona "Çamça" deyirdi. Süd içdiyi şüşəyə isə "Toka". Balacam Aqşinin ən çox sevdiyimiz sözü "РІСЃРµ" (rus dilində) "hoso", şirəyə  " xua"  və qardaşım əvəzinə "dardaşım" deməsidir. 

Balalarımızın şirin sözləri

Xəyalə Murad

Muradım dil açanda hər kimi səsləsə mütləq "hı-hi" əlavə edərdi. Məsələn: babaya, nənəyə, əmiyə, bibiyə, ataya bu cür səslənirdi: "Babahı, əmihi, nənəhi, bibihi, atahı". Mənə isə ana əvəzi -"anya" deyirdi. İndi də xatırlayıb gülürük. Qızımın ilk sözü "ata gəl" oldu. Təsadüfmü deyim, qəsdənmi deyim bilmirəm. Məhz hamamda əl-üzünü yuyanda dayanmadan bir nəfəsə "ata, gəl, ata, gəl" deyir. Suyu və suyun səsini çox sevir. Hamam otağında məhz sevincini dilə gətirmək üçün danışa bildiyi sözü tez- tez deməklə rahatlaşır. 

Balalarımızın şirin sözləri

Esna

Oğlumun ilk sözlərinin çoxu demək olar ki, yadımdadır. Amma mənə ən çox təsir edən bir şeyi yazmaq istəyirəm. 2 yaşı vardı oğlumun. Azan səsi eşidəndə qorxub ağlayırdı. Mən gördüm ki, uşağın qorxmaması gərəkən bir şey olmalıdı müqəddəs Azan səsi və ondan sonra başladım ona laylay yerinə azan oxumağa. Sonra bir gün məni çox sevindirən bir şey oldu. Gördüm oğlum çıxıb öz balaca stolunun üzərinə Azan oxuyur. Tez videoya çəkdim. İndi də telefonumda durur həmin video. Bax, bu sözlərlə "allao əppər, allao əppər" deyə oxuyurdu. Allah bütun övladları qorusun , içində də  bizimkiləri.

Balalarımızın şirin sözləri
Husna

Uşaqlar evin sevincidir. Böyük Yaradan mənə də bu sevinci yaşatdığına görə sonsuz xoşbəxtəm. Onların ilk addımı, şirin gülüşü və ilk söylədikləri sözləri unutmaq mümkün deyil. Təbii ki, bütün körpələr ilk "ana" sözünü deyirlər. Mənim İlkin balam da mənə ana deyəndə elə bil dünyalar mənim olmuşdu. Qızımın ağaca "acax" deməsi, ağcaqanada  "axcanakkad" deməsi bizi çox güldürmüşdü. Balacam südü çox sevdiyinə görə mətbəxdən süd iyi gələndə "uyaaaaa, süd lili dəliy" deyə qışqırırdı. Allah heç bir evi körpəsiz etməsin, Amin!!! 

Balalarımızın şirin sözləri
Hacət-i Vuslat
Ana üçün balasının ən şirin sözü ilk sözüdür yəqin. Şükür Rəbbimin məsləhətinə, iki qızım var. Böyüyünün ilk sözü "ədə" idi. Xüsusi bir intonasiya ilə deyirdi. Kiçiyinin ilk sözü isə təbiətinə uyğun olaraq (bir az qarınquludur ) "məm-məm" - yəni "nəm-nəm" idi. Böyüdükcə çox məzəli sözləri olub. Hamısı da şirin və əzizdir. Yer çatmaz yazmağa. Amma, indi ən şirin, dəyərli sözləri var mənim üçün - onların "Allah" deməsi. Hətta mənə də xatırladırlar. Məsələn, kiçik qızımın bədii qimnastika üzrə çıxışından əvvəl: "Ana, mən çıxış edəndə sən "Allah, Allah..." deyərsən a" deməsi. Və ya bir dəfə şahid oldum ki, iki bacı qaranlıq otaqda qorxmamaq üçün əl-ələ tutub "Allah, Allah..." deyirlər. İnşallah "Allah" sözü onlar üçün də ən şirin söz olacaq.
Balalarımızın şirin sözləri
Sonay Quluzade
Mənim oğlum körpə vaxtı bir qədər susqun və adamayovuşmaz olub. Həm də artıq 9 ilə yaxın bir vaxt keçib deyə, gülməli əhvalat xatırlamıram. Bircə badımcan sözünə “bacımcan” deyirdi. Mən hələ də evdə badımcana “bacımcan” deyirəm.  Amma qızımın hələ 4 yaşı olmayıb. Çox danışan uşaq olduğuna görə bir-iki əhvalat yadıma düşdü. Biz hər səhər Sonayla bağçaya getməmişdən əvvəl gəzirik. Bir dəfə yenə gəzirdik, birdən avtobus hündürdən siqnal verdi. Əlini başına atıb, dedi ki:”Of ay Allah, başım beynimə düşdü”. Deyirəm, ay qızım, nə oldu? Deyir: “Başım beynimə düşdü də”.

Televizora heç baxan deyiləm, amma bir neçə ay əvvəl bir kinoya rastladım və çox bəyəndim. Müharibə ilə əlaqəli kino idi. Sonay da sağa fırlandı, sola fırlandı (kino da AzTV-dən idi deyə reklam vermədilər) bezdi. İki əlli başını tutub, atasına dedi: “Ata, get televizoru söndür, mənim başım ağrıdı”.
Evdə şaftalı yeyirdi, bir qohum buna dedi ki, Sonay, al, şaftalı ye. Dedi ki, “yemişəm”. O da bunu dolamaq istədi, soruşdu: “Sonay, sən yemişsən?” Sonay cavab verdi ki, “Yemiş demirəm ey, deyirəm ki, şaftalı yemişəm”. O dedi, bu dedi. Axırda qayıtdı ki, “Yaxşı mən yemişəm, onda sən balqabaqsan”. Mən də dedim: “Di cavabını aldınmı, nə uşaq dolayan çıxmısan”.
Əslində çox olub, gülməli əhvalatlar, amma indi yadıma düşən bunlar oldu. 

Balalarımızın şirin sözləri

PƏRVANƏ ƏLİYEVA......

Böyük oğlumun ilk sözü "maşın" oldu. O qədər ki, maşında gəzdirirdi atası onu uşağın ilk sözü də maşın oldu. Onda həm bir az xətrimə dəydi, həm də güldüm. Sonra atasının adını "Yafi" dedi. Adı Raufdu. Zeynəb Xanlarovaya "Zenab Xamada". Çox sözlər var. Balacam isə ilk dəfə mənə "Pəyiş" dedi. Sonra su istiyəndə "vdi -vdi" ,yeməyə "mna-mna", gəzməyə istiyəndə "dəz- dəz dedəy". Yadımda qalanlar bu qədərdir. 

Balalarımızın şirin sözləri

Dəniz84

Mənim böyük oğlum bir az gec dil açıb. Buna səbəb 11 aylıq olarkən mədə-bağırsaq xəstəliyi keçirməsi olub. Və səhv tətbiq olunan müalicə səbəbindən oğlum 4 yaşında dil açdı, 2 yaş yarımda yeridi. Çox şükür indi heç bir problemi yoxdur. Maşallah zehninə söz ola bilməz. Onun bir sözünü hələ də mən işlədirəm. Ehtiyatlı ol sözünü "ehtalı ol" deyərdi. Avtobusa həmişə "kamaz" deyirdi. Çünki avtobus sözünü deyə bilmirdi. 2-ci oğlum maşallah 1 yaş olmamış dil açıb. Həkim uşaqlara vitamin yazmışdı. Vitamin 3 rəngdə idi. Yaşıl, mavi və çəhrayı rəngdə. 2-ci oğlumun da 2 yaşı var idi. Deməli yaşıl və mavi olan həbi qəbul edirdi, çəhrayı rəngli olanı qəbul etmirdi. Deyirdi ki, "Mən qızam ki, mənə qıymızı dəyman veyiysən?"lol 3-cü oğlum isə hələ danışmır. Mənə gah mama, gah ana, gah da ama deyir. Demək istədiklərini hələ ki, işarələrlə başa salır. Allah hər kəsin övladını qorusun. Valideynləri də bu körpələrin üstündən əskik etməsin. Amin! 

Balalarımızın şirin sözləri

Narin

Ana və ataların, nənə və babaların, dayı və əmilərin, xala və bibilərin doğumuna çox şad olduqları, sevindikləri körpələr. Həyatın bəzi anlarında söylədikləri kiçik kəlmələrlə bizi göz yaşlarına boğan, bəzən də bizi qəhqəhələr ataraq gülməyə vadar edən körpələr. Analıq hissini yaşamasam da gözəl və böyük Allahım mənə xala olmağı nəsib edib. Analıq hissini az da olsa dadmağı nəsib edib (necə deyərlər xala ananın yarsıdır). Bir dəcəl qızım var. O, qızım ki, düz 2 yaşına qədər suyun dadına güclə davayla baxıb (amma indi suyu onun əlindən ala bilənə eşq olsun). Elə ilk sözü də "ana, şu" olub.  Bir dənə də qara böcəyim var (mən ona helə deyirəm), nəfəsim, hər şeyim, körpəlikdən düz 5 yaşına qədər onu özüm saxlamışam. Şükür indi 3-cü sinifdə oxuyur. Onun ilk sözü isə "Nayın" olub.  Allah hər birinizin körpəsini qorusun, daim nəzərində saxlasın. Amin İnşAllah. 

26 iyul 2014
GO BACK