Əziz Qadın.netlilər istifadəçilərin ən böyük arzuları mənə maraqlı gəldi. Ona görə bu xəbəri hazırladım.
Selcan_Xatun
Ən böyük arzum çox sadədir.
Allahın sevimli bəndələrindən biri olmaq, ağıl və hikmət verdiyi bəndələri sırasında olmaq.
ToRmEnTo
Düzünü desəm elə də böyük,əlçatmaz arzularım yoxdu.Hamı kimi sevdiyimə qovuşmaq,gözəl ailə sahibi olmaq,ürəyimcə tərbiyələndirə biləcəyim övladlara sahib olmaq,sevdiklərimin yoxluğu ilə sınanmamaq və s. Tək ən böyük arzum Məkkəyə getməkdir.İnşAllah Oranı görmədən ölmərəm.
Gulshen_q
Ən böyük arzum-dünyadan köçərkən ürəyimdə arzumun qalmamasıdır.
Nazuletta
Mənim ən böyük arzum budur - karyera barəsində hər şey qaydasında olsun, yaxınlarımın canı sağ olsun və normal qadın xoşbəxtliyi istərdim. )
SHY
"GƏLƏCƏK" həyatda xoşbəxt olmaq, səninlə heç vaxt ayrılmamaq və "komplekslərimdən" tamamilə azad olmaqdır…
Aishvarya Rai
Mənim ən birinci arzum odur ki, ailəmin canı sağ salamat olsun və həmişə mənim yanımda olsunlar,2-cisi odur ki Allahın qarşısında heç vaxt pis iş görüb başı aşağı olmayım,istəyirəm ki, Allah heç vaxt məni heç kimə möhtac qoymasın. Birdə çox istəyirəm ki, xoşbəxt olum. Amin.
aynus18
Ən böyük arzum yaxşı dostlarım var olmasıdı, işimin olması və gözəl ailəm olması birdə valideynlərimin var olmasıdır.
Ozlem89
Ən birinci arzum ana olmaqdı.. Dünyanın bütün ölkələrində ailəmlə olmaq.. Ən böyük arzum sağlam, tərbiyəli övladlar dünyaya gətirməkdi. Ailəmlə birlikdə dünyanın bütün ölkələrində olmaq istərdim, gözəl evim, mehriban və sağlam ailəm, bütün sevdiklərimin sağlam olmasını, gözəl bir maşınım olmasını istəyirəm.
ən böyük arzularımdan biri də Məkkəni görməkdi İnşallah. Allah hamını arzusuna çatdırsın, məni də. AMIN!
Tesnim_Zemzemi
10-da oxuyanda ən böyük arzum universitetə qəbul olmaqdı. Sonra 2 qızım 1 oğlum olmasını, ideal ailəm olmasını istəyirəm. Bu hələ gerçəkləşməyib. Amma indi tək arzum, istəyim bu dünyada kiminsə qəlbini qırmışamsa , kimin üzərində haqqım varsa halallıq alım sonra gözümü yumum.
vefa-n
Mənim ən böyük arzum gözəl ailəmin olmasıdır. Öz ailəmiz kimi. Istəyirəm ki, 3 qız övladım bir oğlum olsun. Başqa arzu da ki, arzudan arzu yaranar deyirlər amma ki, əsas gözəl xoşbəxt ailəm olsun.
moocik
Mənim ən böyük arzum oğlumu sağ-salamat qucağıma almaq arzusudu. Biraz bizi qorxuzmuşdu. Çox şükür keçdi. Hətta hərdən onunla danışıram, gözlərim dolur. İnşallah sağ-salamat 9 ayı başa vuraram, sağ-salamat dünyaya gətirərəm balamı. Arzularımın içində olan arzularımdan biri də odur ki, Allah arzusunda olan hər kəsə, hər ailəyə övlad nəsib etsin. Mən keçirən hissləri bütün ana olmaq istəyən xanımlarımız yaşasınlar. Amin!
Ənnn böyük arzum ürəyim istəyən işə sahib olmaq və hər bir insan üçün lazimlı olan xoşbəxt aileye sahib olmaqdir, amma arzularım çoxdu, bura yerleşmez, əsas odur ki, haminin arzusu yerine yetsin,Inşallah.
yusifgunel
Mənim arzum.. Bacım 8 ildir ailəlidir. Amma hələ də övladı yoxdur. Ən böyük arzum Allah tezliklə onları sevindirsin. Dualarını eşidib, arzularına çatdırsın. AMİN.
agubugu
Arzular heç vaxt tükənmir arzudan arzu doğur, mənim arzularımda çoxdur, amma ən böyük arzum bircə balam Ismayılımı xoşbəxt görmək onun istəklərini yerinə yetirə bilmək. İstəyirəm ki, gözəl təhsil alsın, savadlı olsun, ata anasının fəxri olsun. Amin…
Unknown
Bu dəqiqə ən böyük arzum işim istərəm olsun, amma atam hər işə icazə vermir, ancaq məktəb, yazı-pozu işlərində istəyir deyə gözləməliyəm, ümumilikdə götürdükdə isə ən böyük arzum yoxdu, hamısı eyni boydadı, Həccə ziyarət istərəm gələcəkdə, birdə laplandiyanı görmək.
ayans
Ailəmlə mən çox xoşbəxt yaşamağım ən böyük arzum budu bundan başqa arzum yoxdu.
yekta
Hamı kimi arzularım çoxdanda çoxdur, amma ən böyük arzum gözəl evim olsun, o evdə xoşbəxt ailəm olsun.Amin.
La_vie_en_rose
Mənim ən böyük arzum ailəmin can sağlığı, özüm üçün də xoşbəxt bir tale.
icome2009
Ən böyük arzu deyəndə biraz fikirləşirəm həmişə. Uşaq olanda məndən bunu soruşan hamıya univsitetə girmək deyirdim. Amma yaş ötdükcə hədəflər də təzələnir. İndi yəqin ki, hətta deyirdim, bütün həyatım boyu ən böyük arzum xeyirxah bir insan ola bilməkdi, nəfsimə qalib gələ bilmək...
Duygu
Arzularım çoxdu. Hər arzu yerinə yetdikcə yeniləri yaranır.. Insan yaşadıqca arzu-istəkləri də artır, çoxalır.. Belə hələki ən böyük arzum sevdiyim insan tez yanımda olsun. Xoşbəxt ailə qurmaq, birdə valideynlərim, yaxınlarım hər zaman yanımda olsun.Amin.
Ummu Sumayya
Ummu Sumayyanın ən böyük arzusu (arzuları) :)))))
Sapsağlam saleh övladları olsun))) Axirət günü əməl kitabı sağ əlinə verilən, xusran içində olmayan və xoş xəbərlə müjdələnənlərdən olsun, bütün müsəlman bacı və qardaşları ilə birlikdə))Amin...
AylinEli
Ən böyük arzum bacımı xoşbəxt görməkdi. Ən ən ən ən böyük arzum isə bacımın toyunda başdan ayağa oynamaqdı.
Shebnem_betul
Arzularım çoxdur 3 ən böyük arzum var 1. Məkkəyə getmək. 2. Qarabağın alınmasını görüm, Şuşadakı evimizi yenidən görmək istəyirəm. 3. Imam Mehdi e.f həyatda görmək inşəAllah hər kəs və məndə öz arzularımıza çatarıq.
qwen85
Ən böyük arzum gözəl ailə sahibəsi olmaqdır, övladlarımın olmasını, onlara yaxşı tərbiyə verə bilməkdir. Hər kəsin hörmətini , sevgisini qazanmaqdır.
Həm də istərdim ki, pulum çox olsun, hamıya əl uzada bilim.Amin.
Shoko
Ən böyük arzum övladlarımın xeyrli övlad olmalarıdı. Ən çox bunu görmək istəyirəm.
Ummu Gulsum
Mənim arzum əlbətdəki imanımın güclü olması, haramdan uzaq olmaq və inşaALLAH gözəl imanlı bir qardaşa ərə getmək…
Samishka
O qədər arzularım var ki, 1 qızıl balıq çıxsa desə 3 arzunu yerinə yetirərəm, deyərəm azdı uşaqlıqdan ən böyük arzum xoşbəxt olmaqdı, çünki xoşbəxtliyin içərisində hərşey gedir ))) arzum sevgilimin salamat əsgərlikdən gəlməsi və ona qovuşmağım sağlamlıq, sevdiklərimin yaxşı olması, qadın xoşbəxtliyi, analıq hissi, var-dövlət (çox lazım deyil mənə)), daha nələr nələr)) bunların 1i olmasa adam xoşbəxt ola bilər? olmaz!
a.angel
Ən böyük arzum uşaqlarımı sağlam və xoşbəxt böyütmək, qardaşımın əsgərlikdən sağ-salamat gəldiyini görməkdi...
DEMİDOVİC
Hər namazımda Allahdan hər dəfə istədiyim bir şey var ki, o da Allah məni, ailəmi, doğulacaq uşağımı ona ibadət edənlərdən qərar versin. Amin..
Shirinler
1. Allahın sevdiyi bəndələrdən olmağımız.
2. Can sağlığı.
3. Övladlarımın gələcəyini İnşallah yaxşı hazırlamaq.
4. Hamının xoşbəxt və mehriban olması.
5. Evimə getmək istəyirəm.
Ravish
Ən böyük arzum sağlam və xeyirli uşağım olmasıdı, ikinci arzum yoldaşım bir şey istəyir o həyata keçməsini arzulayıram, üçüncü isə mən kökəlim arzularım çoxdu ən çox bunların həyata keçməsini istəyirəm.
Iceberq
Istəyirəm ki, bir brendim olsun, məşhur marka. Adı da ICEBERG. Bu brend altında nələr olsun nələr: tv, radio, portal, agentlik, kitab evi, jurnal, restoranlar şəbəkəsi, kafe, klublar, şirniyyat evi, oranjireya, fond, xeyriyyə cəmiyyəti, kurs, turizm şirkəti, yaxta, daha nələr nələr... özüm də müasir ədəbiyyatın ən bərkgedən ədəbi tənqidçi-ədəbiyyatşünası olum.))
Mila 85
Sevdiklərimə sağlıqlı uzun ömür və oğlumu lazımi qaydada, (maddi və mənəvi cəhətdən) hər şeylə təmin edə bilərək böyütməkdi.
Creativka
Ən böyük arzum təbii ki, can sağlığıdı, nişanlım Rusiyadadı, inşallah 1 ilimiz qalıb qovuşmağımız üçün, inşallah tezliklə qovuşaq, institutu sağ-salamat qurtarım (1 ilim qaldı, 4-cü kursa keçdim). Allah hər kəsi xoşbəxt eləsin, içində də bizi, birdə hər kəsin cibi dolu, kefi saz, süfrələri ruzi-bərəkətli olsun, inşallah bu günə kimi oruc tutmayıb, namaz qılmayan insanlar özlərində o iradəni tapsınlar, icində də mən...AMIN!!!təbii ki, oruc tuturam, namaz qılmaq ən böyük arzumdu.
Senemka
Çoxdur ən böyüyü Allahın ən sevdiyi bəndələrindən biri olmaq sonra... Pişiyim olmasını çox istəyirəm (pişiyimiz kar olduğu üçün qaytardıq) həyatda ən yaxşıları istəyirəm.
Sabina_113
İnsan nə qədər ki, bu həyatda yaşayır Onun arzuları da bitib-tükənmir. Ən böyük arzu deyəndə Vallah arzunun böyüyü-kiçiyi olmur. Arzu elə arzudur ki, insan ancaq dünyasını dəyişəndə arzusu da bitir.
Arzu bir quyudur
Doldurmaq olmaz
İnsan vəfasızdır
İnanmaq olmaz...
****İndi demək istəyirsən ki, sən tora düşmüş "qızıl balığsan" və 3 arzumu deyəcəyəm sən də yerinə yetirəcəksən!!! (şutka)
O qədər arzum var ki, yazsam gərək bütün səhifə mənim arzularımdan ibarət olsun.Bu da sənə sərf etməz...
Allah məni tezliklə arzularıma çatdırsın.......AMİN.AMİN
AySeL.
Ən böyük arzum ana olmaq, birdə normal iş olsun işləyim. Birdə ailəm sakit və mehriban olsun. Hamı xoşbəxt olsun…Amin
Selin
Ən böyük arzum ürəyimdədir heç kim bilmir ancaq bu da böyük arzudur, Inşallah instituta qəbul olum. Amin.
_Riana_
Onda belə: mənim arzularım çoxdur. Amma ən böyük arzum ali təhsilimin olmasıdır. İnşallah olar. Arzum – böyük çıxmasın uşaqlarımın xoşbəxtliyidir. Ailəmizin hər zaman möhkəm və ailə tərkibimizin hər zaman sağlam olmasıdır.
Weyla
Insan doğulan gündən arzular da onunla birgə dogulur!!! Arzudan arzu dogur.Həyat durduqca arzular da yaşayır. Əvvəllər ən böyük arzum tələbə olmaq idi, sonra işləmək oldu. Ailə qurandan sonra övladlarımın sağlam dünyaya gəlməsi oldu...
Indi isə ən böyük arzum ölkəmizin əmin-amanlığı, sülh şəraitində yaşaması və balalarımın xoşbəxt həyat sürməsidir!!! Övladlarımızın xoş gününü görmək elə bizim də xoşbəxt olmamız deməkdir...
Ən sonda isə mən öz ən böyük arzumu yazım. Ən böyük arzum xoşbəxt olmaqdır, valideynlərim hər zaman üstümdə olsun, xoşbəxtliyin içində hər şey var mənimçün. Sevdiyim insanla ailə qurum, Allahın sevimli bəndələrindən, mömin adam olmaqdır. İnşallah Amin…
Bütün iştirakçılar ürəklərində nə arzu varsa həyata keçsin İnşallah,Allah bizi doğru yola yönəltsin inşallah... sərh yazan əlləriniz var olsun...
XƏBƏR LENTİ
Rusiya təyyarəsinin qəzaya uğramasının SƏBƏBi bilindi
Dostu necə tapmalı?
Yeni okean yaranacaq - Alimlərdən XƏBƏRDARLIQ
Baş nazirdən qərar: Yeni statusda kolleclər yaradılır - SİYAHI
Hadise və Kaan Yıldırım ilk dəfə şəkil paylaşdı
Dünyanın iri canlıları (FOTO)
Hamı bu dili öyrənəcək
Məşhur alimdən zəlzələ AÇIQLAMASI-"9 bal gücündə"
Tolga doğulacaq körpəsinin adını SƏSVERMƏYƏ qoydu
Kakaolu Dondurma (foto resept)
Ağ Evdən cavab - "Qarabağ Azərbaycanın nəzarətinə qaytarılmalıdır"
2012-ci ilin dəbli gəlinlikləri
Pomidorlu, göbələkli badımcan zapekankası(foto resept)
Şəhid dəfn edildi
Pensiyaçılara şad xəbər: 35 faiz artım olacaq
İngilis dili-Zz
Müxtəlif geyim tərzləri
Aleyna Tilki məhkəməlik oldu
Ledi Qaqanın bu etirafı diqqət çəkdi-FOTO
Gülnar Salmanova vəfat etdi
Başımıza endirilən toxmaq
Şərq komandalarının Avropa "dominantlığı"
Heyvanlar və qorxuları
Ermənilərə xəbərdarlıq edildi
Məşhur aktyor 4 -cü dəfə boşanır
Elnur Aslanov nazirlikdə şöbə müdiri oldu
Məhsəti Gəncəviyə həsr olunmuş sənədli-bədii filmin təqdimatı olacaq
Aramsız yağışlar daşqınlara səbəb oldu
Şərab bilib içdi, üç ildən sonra dəhşətə gəldi-VİDEO
Ermənistanın təcavüzü nəticəsində ziyan çəkənlərə yardım göstərilməsinə başlanıldı - RƏSMİ
Bu şəxslərin maaşı 25 faiz artdı
Üzünüzü güldürəcək şəkillər
Avropa İttifaqı Azərbaycanda xarici donor olması ilə fəxr edir
Tələbə qız bir ilə 90 kq arıqladı
Ən gəlirli biznes sahələri- SİYAHI
Sen Qallen rahibinin əsərindən 3-cü hissə (son)
"Eurovision 2020" təxirə düşə bilər
Putin 14 generalını işdən qovdu
Prezident: “Kəlbəcər rayonun bir hissəsi işğalçılardan azad edilib”
Siqareti atdıqdan sonra bədəndə yaranan dəyişikliklər
Hindistanda 8 nəfəri öldürən pələngin axtarışı aylardır davam edir
Hava haqqında - 09.12.2013
Sevdiyi qıza dövlət sirri verən zabitə həbs cəzası
Günün ulduz falı - 07.08.2013
Mənim sevgi hekayəm
Qartal, dəvə, ilan və digər heyvanlar... - SANKİ CANLIDIRLAR
Azərbaycan peyki Livan telekanallarının yayımına başladı
Festivala bir gün qaldı
Xarakter analizi testi
Toyuqlu tərəvəzli yay yeməyi (foto resept)
- ŞƏRHLƏR