Qadin.NET / Qadın.Net-lilərin ən böyük arzuları...

Qadın.Net-lilərin ən böyük arzuları...

Əziz Qadın.netlilər istifadəçilərin ən böyük arzuları mənə maraqlı gəldi. Ona görə bu xəbəri hazırladım.

 

Qadın.Net-lilərin ən böyük arzuları...

Selcan_Xatun

Ən böyük arzum çox sadədir.
Allahın sevimli bəndələrindən biri olmaq, ağıl və hikmət verdiyi  bəndələri sırasında olmaq.


ToRmEnTo

Düzünü desəm elə də böyük,əlçatmaz arzularım yoxdu.Hamı kimi sevdiyimə qovuşmaq,gözəl ailə sahibi olmaq,ürəyimcə tərbiyələndirə biləcəyim övladlara sahib olmaq,sevdiklərimin yoxluğu ilə sınanmamaq və s. Tək ən böyük arzum Məkkəyə getməkdir.İnşAllah Oranı görmədən ölmərəm. 

Gulshen_q

Ən  böyük  arzum-dünyadan  köçərkən  ürəyimdə  arzumun qalmamasıdır.

  

Nazuletta

Mənim ən böyük arzum budur - karyera  barəsində hər  şey qaydasında olsun, yaxınlarımın canı  sağ  olsun  və normal  qadın  xoşbəxtliyi  istərdim. ) 

Qadın.Net-lilərin ən böyük arzuları...

 

SHY

"GƏLƏCƏK"  həyatda xoşbəxt  olmaq, səninlə  heç  vaxt  ayrılmamaq  və "komplekslərimdən"  tamamilə  azad  olmaqdır…

Aishvarya Rai

Mənim ən birinci  arzum  odur ki, ailəmin  canı sağ salamat olsun və həmişə  mənim yanımda olsunlar,2-cisi odur ki  Allahın qarşısında heç vaxt pis iş görüb başı  aşağı olmayım,istəyirəm ki,  Allah heç vaxt məni  heç kimə möhtac qoymasın. Birdə çox istəyirəm ki, xoşbəxt olum. Amin.

 

Qadın.Net-lilərin ən böyük arzuları...

 

aynus18

Ən böyük arzum yaxşı dostlarım var olmasıdı, işimin olması  və  gözəl ailəm olması birdə valideynlərimin  var  olmasıdır.

 

Ozlem89

Ən birinci  arzum  ana olmaqdı.. Dünyanın bütün ölkələrində ailəmlə olmaq.. Ən böyük arzum sağlam, tərbiyəli  övladlar  dünyaya  gətirməkdi.  Ailəmlə  birlikdə   dünyanın bütün  ölkələrində  olmaq  istərdim, gözəl evim, mehriban və sağlam ailəm, bütün sevdiklərimin  sağlam olmasını, gözəl bir maşınım olmasını istəyirəm.
 ən böyük arzularımdan biri də  Məkkəni  görməkdi  İnşallah.  Allah hamını arzusuna çatdırsın, məni də. AMIN!

 

 Tesnim_Zemzemi

10-da oxuyanda ən böyük arzum universitetə  qəbul olmaqdı. Sonra 2 qızım 1 oğlum olmasını, ideal ailəm olmasını istəyirəm. Bu hələ gerçəkləşməyib. Amma indi tək arzum, istəyim bu dünyada kiminsə qəlbini qırmışamsa , kimin üzərində haqqım varsa halallıq alım sonra gözümü yumum.

 

Qadın.Net-lilərin ən böyük arzuları...


 

vefa-n

Mənim ən böyük arzum gözəl ailəmin olmasıdır. Öz ailəmiz kimi. Istəyirəm ki, 3 qız övladım  bir oğlum  olsun. Başqa arzu da ki,  arzudan arzu yaranar deyirlər amma ki,  əsas gözəl xoşbəxt  ailəm olsun.

 

 

moocik

Mənim ən böyük arzum oğlumu sağ-salamat qucağıma almaq arzusudu. Biraz  bizi qorxuzmuşdu. Çox  şükür keçdi. Hətta hərdən  onunla danışıram, gözlərim dolur. İnşallah  sağ-salamat  9 ayı  başa  vuraram, sağ-salamat  dünyaya  gətirərəm balamı. Arzularımın  içində  olan  arzularımdan  biri də  odur ki, Allah arzusunda  olan hər kəsə, hər ailəyə  övlad  nəsib  etsin. Mən keçirən  hissləri  bütün  ana  olmaq istəyən xanımlarımız  yaşasınlar. Amin! 


 APPLE

Ənnn böyük arzum ürəyim istəyən işə sahib olmaq və hər bir insan üçün lazimlı olan xoşbəxt aileye sahib olmaqdir, amma arzularım çoxdu, bura yerleşmez, əsas odur ki, haminin arzusu yerine yetsin,Inşallah.

 

yusifgunel

Mənim arzum.. Bacım 8 ildir ailəlidir.  Amma hələ  də  övladı yoxdur. Ən böyük arzum Allah tezliklə  onları  sevindirsin. Dualarını  eşidib, arzularına  çatdırsın. AMİN.

 

Qadın.Net-lilərin ən böyük arzuları...

 

agubugu

Arzular heç  vaxt  tükənmir  arzudan arzu doğur, mənim arzularımda  çoxdur,  amma  ən böyük arzum bircə balam Ismayılımı  xoşbəxt  görmək  onun  istəklərini  yerinə yetirə  bilmək. İstəyirəm ki, gözəl təhsil alsın, savadlı olsun, ata anasının fəxri olsun. Amin… 

 

Unknown

Bu dəqiqə ən böyük  arzum işim istərəm olsun,  amma atam  hər işə  icazə vermir, ancaq məktəb, yazı-pozu  işlərində  istəyir deyə  gözləməliyəm, ümumilikdə  götürdükdə isə  ən böyük  arzum yoxdu, hamısı  eyni boydadı, Həccə  ziyarət  istərəm gələcəkdə, birdə  laplandiyanı görmək.

 

ayans

Ailəmlə mən çox  xoşbəxt  yaşamağım ən böyük arzum budu bundan başqa arzum yoxdu.

 

Qadın.Net-lilərin ən böyük arzuları...

 

yekta

Hamı kimi  arzularım  çoxdanda  çoxdur,  amma  ən böyük  arzum gözəl  evim olsun, o evdə  xoşbəxt ailəm  olsun.Amin.

 

La_vie_en_rose

Mənim ən  böyük arzum  ailəmin  can sağlığı, özüm üçün  də xoşbəxt  bir tale.

 

icome2009

Ən böyük arzu deyəndə biraz fikirləşirəm həmişə. Uşaq  olanda məndən bunu soruşan hamıya univsitetə girmək deyirdim. Amma  yaş ötdükcə  hədəflər  də təzələnir. İndi yəqin ki, hətta deyirdim,  bütün  həyatım  boyu ən  böyük arzum xeyirxah bir insan ola bilməkdi, nəfsimə  qalib  gələ bilmək...

 

Qadın.Net-lilərin ən böyük arzuları...

 

Duygu

Arzularım  çoxdu. Hər arzu yerinə yetdikcə  yeniləri  yaranır.. Insan yaşadıqca arzu-istəkləri də  artır, çoxalır.. Belə  hələki  ən böyük arzum sevdiyim  insan tez yanımda olsun. Xoşbəxt  ailə qurmaq, birdə valideynlərim, yaxınlarım hər zaman yanımda olsun.Amin.

 

Ummu Sumayya

Ummu Sumayyanın ən böyük arzusu (arzuları) :)))))

Sapsağlam saleh övladları olsun))) Axirət günü əməl kitabı sağ əlinə verilən, xusran  içində olmayan  və  xoş xəbərlə müjdələnənlərdən olsun, bütün müsəlman bacı və qardaşları  ilə birlikdə))Amin...


AylinEli

Ən  böyük arzum bacımı  xoşbəxt  görməkdi.  Ən ən ən ən  böyük arzum isə bacımın toyunda  başdan ayağa  oynamaqdı.

 

Qadın.Net-lilərin ən böyük arzuları...

 

Shebnem_betul

Arzularım  çoxdur  3 ən böyük arzum var 1. Məkkəyə  getmək.  2. Qarabağın  alınmasını görüm, Şuşadakı  evimizi  yenidən görmək istəyirəm.  3.  Imam Mehdi e.f həyatda görmək inşəAllah hər kəs və məndə öz arzularımıza çatarıq.

 

qwen85

Ən böyük arzum gözəl ailə sahibəsi olmaqdır, övladlarımın olmasını, onlara yaxşı  tərbiyə  verə bilməkdir. Hər kəsin hörmətini , sevgisini  qazanmaqdır.
 Həm də istərdim ki, pulum çox olsun, hamıya əl uzada  bilim.Amin.

 

Shoko

Ən böyük arzum övladlarımın xeyrli övlad olmalarıdı. Ən çox bunu görmək istəyirəm.

Qadın.Net-lilərin ən böyük arzuları...


Ummu Gulsum

Mənim arzum əlbətdəki  imanımın güclü olması, haramdan uzaq olmaq və inşaALLAH gözəl imanlı bir qardaşa ərə getmək… 

 

Samishka

O qədər arzularım  var ki, 1 qızıl balıq  çıxsa desə 3 arzunu yerinə yetirərəm, deyərəm azdı   uşaqlıqdan  ən böyük arzum xoşbəxt olmaqdı,  çünki xoşbəxtliyin içərisində hərşey  gedir )))  arzum sevgilimin  salamat  əsgərlikdən  gəlməsi və ona qovuşmağım sağlamlıq, sevdiklərimin  yaxşı olması, qadın xoşbəxtliyi, analıq  hissi, var-dövlət (çox lazım deyil mənə)), daha nələr nələr))  bunların 1i olmasa adam xoşbəxt ola bilər? olmaz!

 

Qadın.Net-lilərin ən böyük arzuları...

 

a.angel

Ən  böyük  arzum  uşaqlarımı  sağlam  və xoşbəxt  böyütmək,  qardaşımın  əsgərlikdən sağ-salamat  gəldiyini görməkdi... 

DEMİDOVİC

Hər  namazımda  Allahdan  hər dəfə  istədiyim  bir şey var ki, o da Allah məni, ailəmi, doğulacaq  uşağımı  ona ibadət  edənlərdən  qərar versin. Amin..

 

Shirinler

1. Allahın  sevdiyi  bəndələrdən  olmağımız.
2. Can sağlığı.
3. Övladlarımın  gələcəyini İnşallah yaxşı hazırlamaq.
4. Hamının  xoşbəxt  və  mehriban  olması.

5. Evimə getmək  istəyirəm.

 

 

Ravish

Ən  böyük arzum sağlam və xeyirli  uşağım olmasıdı,  ikinci arzum yoldaşım bir şey istəyir o həyata  keçməsini arzulayıram, üçüncü isə mən kökəlim arzularım çoxdu ən çox  bunların  həyata keçməsini istəyirəm.

 

Iceberq

Istəyirəm ki, bir brendim olsun, məşhur marka. Adı da  ICEBERG. Bu brend altında nələr olsun nələr: tv, radio, portal, agentlik, kitab evi, jurnal, restoranlar şəbəkəsi, kafe, klublar, şirniyyat evi, oranjireya, fond, xeyriyyə cəmiyyəti, kurs, turizm şirkəti, yaxta, daha nələr nələr...  özüm  də  müasir  ədəbiyyatın ən bərkgedən ədəbi  tənqidçi-ədəbiyyatşünası olum.)) 

Qadın.Net-lilərin ən böyük arzuları...

 

Mila 85

Sevdiklərimə  sağlıqlı  uzun ömür və  oğlumu  lazımi  qaydada, (maddi və mənəvi cəhətdən) hər şeylə  təmin edə  bilərək böyütməkdi. 

Creativka

Ən böyük  arzum  təbii ki, can sağlığıdı,  nişanlım  Rusiyadadı,  inşallah 1 ilimiz qalıb qovuşmağımız  üçün,  inşallah  tezliklə  qovuşaq,  institutu sağ-salamat  qurtarım  (1 ilim qaldı,  4-cü kursa  keçdim).  Allah hər kəsi   xoşbəxt  eləsin,  içində də bizi, birdə hər  kəsin  cibi  dolu,  kefi  saz,  süfrələri  ruzi-bərəkətli  olsun,  inşallah  bu günə  kimi oruc  tutmayıb, namaz  qılmayan  insanlar  özlərində  o iradəni   tapsınlar,  icində də mən...AMIN!!!təbii ki, oruc tuturam, namaz qılmaq  ən böyük  arzumdu. 

Qadın.Net-lilərin ən böyük arzuları...

Senemka

Çoxdur ən böyüyü  Allahın ən sevdiyi bəndələrindən  biri olmaq sonra... Pişiyim olmasını  çox istəyirəm (pişiyimiz  kar olduğu üçün qaytardıq) həyatda ən yaxşıları istəyirəm.

Sabina_113

İnsan nə qədər ki, bu həyatda yaşayır Onun arzuları da bitib-tükənmir. Ən böyük arzu deyəndə Vallah arzunun böyüyü-kiçiyi olmur. Arzu elə arzudur ki, insan ancaq dünyasını dəyişəndə arzusu da bitir.
Arzu bir quyudur
Doldurmaq olmaz
İnsan vəfasızdır
İnanmaq olmaz...
 ****İndi demək istəyirsən ki, sən tora düşmüş "qızıl balığsan" və 3 arzumu deyəcəyəm sən də yerinə yetirəcəksən!!! (şutka)
O qədər arzum var ki, yazsam gərək bütün səhifə mənim arzularımdan ibarət olsun.Bu da sənə sərf etməz...
 Allah məni tezliklə arzularıma çatdırsın.......AMİN.AMİN 

Qadın.Net-lilərin ən böyük arzuları... 

AySeL.

Ən böyük arzum ana olmaq, birdə normal iş olsun işləyim. Birdə ailəm sakit və mehriban olsun. Hamı xoşbəxt olsun…Amin 

Selin

Ən böyük arzum ürəyimdədir heç kim bilmir ancaq bu da böyük arzudur, Inşallah instituta qəbul olum. Amin. 

Qadın.Net-lilərin ən böyük arzuları... 

_Riana_

Onda  belə:  mənim arzularım çoxdur. Amma ən böyük arzum ali təhsilimin olmasıdır. İnşallah  olar. Arzum – böyük  çıxmasın uşaqlarımın xoşbəxtliyidir. Ailəmizin hər zaman möhkəm və ailə tərkibimizin hər zaman sağlam  olmasıdır. 

Weyla

Insan doğulan gündən arzular da onunla birgə dogulur!!! Arzudan arzu dogur.Həyat durduqca arzular da yaşayır. Əvvəllər ən böyük arzum  tələbə olmaq idi, sonra işləmək oldu. Ailə qurandan sonra övladlarımın sağlam dünyaya gəlməsi oldu...
 Indi isə  ən böyük arzum ölkəmizin əmin-amanlığı, sülh şəraitində yaşaması və balalarımın  xoşbəxt həyat sürməsidir!!!  Övladlarımızın xoş gününü görmək elə bizim də xoşbəxt  olmamız deməkdir... 

Qadın.Net-lilərin ən böyük arzuları... 

Ən sonda  isə  mən öz ən böyük arzumu yazım. Ən böyük arzum xoşbəxt olmaqdır, valideynlərim hər zaman  üstümdə olsun, xoşbəxtliyin  içində hər şey var mənimçün. Sevdiyim insanla ailə qurum, Allahın  sevimli  bəndələrindən, mömin adam olmaqdır. İnşallah Amin… 

Bütün iştirakçılar  ürəklərində  nə arzu  varsa  həyata  keçsin İnşallah,Allah bizi doğru yola yönəltsin  inşallah... sərh  yazan  əlləriniz  var olsun...

Qadın.Net-lilərin ən böyük arzuları...

16 sentyabr 2011
GO BACK