Əziz xanımlarımız, sizi Qadın.Net xanımlarının dəcəllikləri ilə taniş edirəm. Buyurun oxuyun. Ümid edirəm ki, güləcəksiz. Çünki çox gülməlidir
Utopya
Maraqlı hadisələr çox olub. Birinci sinifə gedəndə birinci həftənin sonunda müəllim anamı çağırıb dedi: "Sənin qızın birinci dərs qulaq asır,ikinci dərs yatır,üçüncü dərs isə durur, heç kimə imkan vermir
.Deyəndə ki, "Ay qızım, az danış" deyir ki, "Müəllimə, mən danışmıram ki,məni danışdırırlar". Danışdığıma görə müəlliməm məni sinifdə olan 19 uşağın hamısı ilə oturtdu, yenə də boynuma qoya bilmədi ki, danışan mənəm. Hər dəfə deyirdim: "Bax, müəllimə, mən danişmıram, məni məcbur danışdırırlar".
Sabrin
Uşaqlıqda dəcəlliyim olub, amma çox da dəcəl olmamışam. Ən böyük dəcəlliyim qızlarla gizlicə top oynamağa qaçmağım olub. Uzaqdan atamın evə gəldiyini görəndə qısa yolla divardan atılıb evə qaçırdım. Dərs kitablarımı qarşıma qoyub otururdum. Dərsdən çox bədii kitablar oxuyurdum. Gecə atam-anam yatandan sonra kitabı balışın altından çıxarıb oxuyurdum. Amma dəfələrlə olurdu ki, yatıb qalırdım, kitab da üzümə düşürdü. Səhər görürdülər və məni danlayırdılar ki, dərslərini də belə çox oxu. Futbolu çox sevirəm. Gecə hamı yatandan sonra futbola baxardım. Sakit uşaq olduğuma görə ən böyük dəcəlliyim bunlar olurdu.
๑۩۞۩๑PRINCES๑۩۞۩๑
Çox dəcəl olmuşam, dəhşət dərəcədə. Əsasən oğlan uşaqlarının içində olmuşam,onlar kimi davranmışam. Buna görə də həmişə döyülmüşəm. Onlarla oynayırdım, anam da həmişə əsəbləşirdi.Mənim yadımda deyil, amma anamla atam hərdən mənə danışır. Deyirlər ki,qab-qacaq qalmamışdı içinə girməyəm
. Şkafların içinə, bir sözlə, hər yerə girirdim. Həmişə də bir yerə gedəndə əlimdən bərk-bərk tuturdular. Deyirdilər ki,indi yoxa çıxacaq. Bir neçə dəfə hətta itmişəm. Sonra da tapılmışam. Mənim yadımda çox şey qalmayıb. Bunlar anamgilin danışdıqlarıdır. Mənim yadımda qalan budur ki, anam bir gün yağ qaynadıb stolun üstünə qoymuşdu. Mən də o qədər stolun altina girib çıxırdım ki,axırda yağ yerə töküldü. Bir az yanında dursaydım, bişəcəkdim. Bir dəfə də qardaşımla dalaşanda üstümə çaydandakı su tökülüb. Bir sözlə, ziyanverici, dəcəl uşaq idim.
Elnarə
Anamın dediyinə görə, körpə vaxtı çox sakit olmuşam.Heç kimi incitməmişəm.Sakitcə öz-özümə mahnılar bəstələyib oxuyurmuşam. Həmin bəstələrim hələ də anamın dilindədir.Amma elə ki böyümüşəm, yeriməyə başlamışam, "buynuzlarım çıxıb". Bir dəfə yay vaxtı babamın qan dərmanından biri yerə düşüb.Mən də etmə tənbəllik, götürüb yemişəm.Sonra da elə süfrə başında başımı qoyub yatmışam.Anam günorta işdən gəlib, nənəmdən məni soruşub,nənəm də yatdığımı deyib.Anam təəccüblənib.Sən demə, mən günortalar qətiyyən yatan deyilmişəm. Anam narahat halda gəlib mənə baxsın, yerə sallanmış qolumu qaldıranda nəsə qəribəlik olduğunu hiss edib.Tez məni həkimə aparıblar.Həkim də qanımın tamam düşdüyünü deyib.İynə-dərman, sistem qoşublar. 3 gün sonra ayılmışam.Bir dəfə də anam tikiş maşını ilə nəsə işləyirdi.Bir anlığa durub çölə çıxdı.Mən də ülgücü götürüb maşının üstündəki böyük sapın üstündən başdan-ayağa çəkdim. Anam gəlib qaldığı yerdən davam etmək istəyəndə sapın halını gördü.Elə əsəbləşdi ki...Amma mən boynuma almadım.Dedim ki, "Satan səni aldadıb".
♥♥ AyKa♥♥
İndi də öz dəcəlliyimdən yazım. Mən də uşaqlıqda həddindən artıq dəcəl olmuşam. Anam məni kuçələrdən yığışdıra bilmirdi. Ancaq oğlanlarla oynayırdım. Bizim nəsildə qız azdır deyə, gözümü açan kimi elə oğlanlarla oturub-dururdum. Ancaq onlarla oynayırdım. Anam məni evə salırdı ki, iş görüm. Amma mən işləri yarımçıq edib, yenə qaçırdım küçəyə. 16 yaşıma kimi küçədə oğlanlarla oynamışam. Həmişə onları döyürdüm. Məndən qorxurdular, mən nə deyirdim onu da edirdilər. Bir etiraf da edim ki, nişanlandığım oğlan da küçədə oynadığım oğlanlardan biri oldu. Anam deyirdi ki, "küçədə o qədər oynadın ki,axırda səni aldılar"
Nişanlımı da uşaq vaxtı çox döymüşəm, o da mənim saçımı yolurdu. Uşaqlıqdı da... Kaş o günlər geri qayıdaydı. İndi o günləri yada salıb ikimiz də gülürük. Bir də anamın kosmetikasını işlədirdim. Bir dəfə də anam evdə olmayanda pomadanı konfet bilib yemişəm
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Qüsurları necə gizlətməli?
Alimlərdən inqilabi ixtira
Ombasını dikləşdirmək istəyərkən ölümdən döndü
Qurani-kərim nə zaman indiki formasında toplanılıb?
Məşhur cütlük ayrıldı-FOTO
Kredit borcu hansı məzənnə ilə qaytarılmalıdır?
Buraxılış imtahanında iştirak edəcək şagirdlərin NƏZƏRİNƏ
Tələbə olmaq istəməyən abituriyentlərin sayı açıqlandı
Şokoladlı piroq (foto resept)
Azərbaycan əsilli uşaq "Master Chef Junior"da iştirak edir-FOTO
Bədəni koronanirusdan qoruyan amillər hansılardır?
Madonna "Eurovision 2019"da yer alacaq
Yaz fəslinin Azərbaycana gəlmə vaxtı açıqlandı
Riçard Gir evləndi
Gözəl manikür nümunələri
Əlillərə və şəhid ailələrinə xoş xəbər
Danışmazdan əvvəl düşünün!
Con Travoltanın xanımı vəfat etdi-FOTO
Koronavirus növbəti dəfə mutasiya etdi
Məşhur aktyor fermerliyə başladı
Dərini cavanlaşdıran kivi maskası
Bu boyunbağı olmadan evlənmirlər
Arı “istilası”na məruz qalan şəxsin bədənindən 400 “iynə” çıxarıldı - FOTO
Müəllimlərin iş yerini dəyişməsi üçün sənəd qəbulunun vaxtı açıqlandı
Yeni məktəbli formalarının qiyməti yüksək olacaq?
Azərbaycanın istedadlı balaları
Qırmızı şərabın faydaları
Azərbaycanda yumurta döyüşdürənlər: qiyməti kimlər qaldırır?
"İrşad Telekom"un kampaniyası qanunsuz sayıldı
Gələn ay 6 gün İŞ OLMAYACAQ
"Çukur" final edir-SƏBƏB
Dünyanın ən bahalı boyunbağısı satılır
Oğluna İblisin adlarından birini verdi
Güllərin özəlliyi
İnadkar uşağa necə davranmalı?
Evlərin qiyməti bahalaşıb
Ağ donu nə ilə geyinməli?
Türkiyə tankları Suriyaya girdi
Şirniyyat buketi
Uşaqlarda dilin inkişafı
İrem Dericidən qəribə açıqlama
Azərbaycanda minik avtomobillərinin istehsalı artıb
Fahriye Evcen ərəb fanatlarını sevindirdi-FOTO
44 yeni kəpənək növü aşkarlandı
Kəklikotulu çayının faydaları
Öyrəndiklərinizi xatırlamağınıza kömək edəcək 4 metod
Səmada eyni anda üç Günəş görünüb - VİDEO
Arıqlamaq üçün üsullar
Tarkan ikinci dəfə ata olmaq istəyir
İlk qəbul imtahanının vaxtı açıqlandı















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]