Əziz xanımlarımız, sizi Qadın.Net xanımlarının dəcəllikləri ilə taniş edirəm. Buyurun oxuyun. Ümid edirəm ki, güləcəksiz. Çünki çox gülməlidir
Utopya
Maraqlı hadisələr çox olub. Birinci sinifə gedəndə birinci həftənin sonunda müəllim anamı çağırıb dedi: "Sənin qızın birinci dərs qulaq asır,ikinci dərs yatır,üçüncü dərs isə durur, heç kimə imkan vermir .Deyəndə ki, "Ay qızım, az danış" deyir ki, "Müəllimə, mən danışmıram ki,məni danışdırırlar". Danışdığıma görə müəlliməm məni sinifdə olan 19 uşağın hamısı ilə oturtdu, yenə də boynuma qoya bilmədi ki, danışan mənəm. Hər dəfə deyirdim: "Bax, müəllimə, mən danişmıram, məni məcbur danışdırırlar".
Sabrin
Uşaqlıqda dəcəlliyim olub, amma çox da dəcəl olmamışam. Ən böyük dəcəlliyim qızlarla gizlicə top oynamağa qaçmağım olub. Uzaqdan atamın evə gəldiyini görəndə qısa yolla divardan atılıb evə qaçırdım. Dərs kitablarımı qarşıma qoyub otururdum. Dərsdən çox bədii kitablar oxuyurdum. Gecə atam-anam yatandan sonra kitabı balışın altından çıxarıb oxuyurdum. Amma dəfələrlə olurdu ki, yatıb qalırdım, kitab da üzümə düşürdü. Səhər görürdülər və məni danlayırdılar ki, dərslərini də belə çox oxu. Futbolu çox sevirəm. Gecə hamı yatandan sonra futbola baxardım. Sakit uşaq olduğuma görə ən böyük dəcəlliyim bunlar olurdu.
๑۩۞۩๑PRINCES๑۩۞۩๑
Çox dəcəl olmuşam, dəhşət dərəcədə. Əsasən oğlan uşaqlarının içində olmuşam,onlar kimi davranmışam. Buna görə də həmişə döyülmüşəm. Onlarla oynayırdım, anam da həmişə əsəbləşirdi.Mənim yadımda deyil, amma anamla atam hərdən mənə danışır. Deyirlər ki,qab-qacaq qalmamışdı içinə girməyəm . Şkafların içinə, bir sözlə, hər yerə girirdim. Həmişə də bir yerə gedəndə əlimdən bərk-bərk tuturdular. Deyirdilər ki,indi yoxa çıxacaq. Bir neçə dəfə hətta itmişəm. Sonra da tapılmışam. Mənim yadımda çox şey qalmayıb. Bunlar anamgilin danışdıqlarıdır. Mənim yadımda qalan budur ki, anam bir gün yağ qaynadıb stolun üstünə qoymuşdu. Mən də o qədər stolun altina girib çıxırdım ki,axırda yağ yerə töküldü. Bir az yanında dursaydım, bişəcəkdim. Bir dəfə də qardaşımla dalaşanda üstümə çaydandakı su tökülüb. Bir sözlə, ziyanverici, dəcəl uşaq idim.
Elnarə
Anamın dediyinə görə, körpə vaxtı çox sakit olmuşam.Heç kimi incitməmişəm.Sakitcə öz-özümə mahnılar bəstələyib oxuyurmuşam. Həmin bəstələrim hələ də anamın dilindədir.Amma elə ki böyümüşəm, yeriməyə başlamışam, "buynuzlarım çıxıb". Bir dəfə yay vaxtı babamın qan dərmanından biri yerə düşüb.Mən də etmə tənbəllik, götürüb yemişəm.Sonra da elə süfrə başında başımı qoyub yatmışam.Anam günorta işdən gəlib, nənəmdən məni soruşub,nənəm də yatdığımı deyib.Anam təəccüblənib.Sən demə, mən günortalar qətiyyən yatan deyilmişəm. Anam narahat halda gəlib mənə baxsın, yerə sallanmış qolumu qaldıranda nəsə qəribəlik olduğunu hiss edib.Tez məni həkimə aparıblar.Həkim də qanımın tamam düşdüyünü deyib.İynə-dərman, sistem qoşublar. 3 gün sonra ayılmışam.Bir dəfə də anam tikiş maşını ilə nəsə işləyirdi.Bir anlığa durub çölə çıxdı.Mən də ülgücü götürüb maşının üstündəki böyük sapın üstündən başdan-ayağa çəkdim. Anam gəlib qaldığı yerdən davam etmək istəyəndə sapın halını gördü.Elə əsəbləşdi ki...Amma mən boynuma almadım.Dedim ki, "Satan səni aldadıb".
♥♥ AyKa♥♥
İndi də öz dəcəlliyimdən yazım. Mən də uşaqlıqda həddindən artıq dəcəl olmuşam. Anam məni kuçələrdən yığışdıra bilmirdi. Ancaq oğlanlarla oynayırdım. Bizim nəsildə qız azdır deyə, gözümü açan kimi elə oğlanlarla oturub-dururdum. Ancaq onlarla oynayırdım. Anam məni evə salırdı ki, iş görüm. Amma mən işləri yarımçıq edib, yenə qaçırdım küçəyə. 16 yaşıma kimi küçədə oğlanlarla oynamışam. Həmişə onları döyürdüm. Məndən qorxurdular, mən nə deyirdim onu da edirdilər. Bir etiraf da edim ki, nişanlandığım oğlan da küçədə oynadığım oğlanlardan biri oldu. Anam deyirdi ki, "küçədə o qədər oynadın ki,axırda səni aldılar" Nişanlımı da uşaq vaxtı çox döymüşəm, o da mənim saçımı yolurdu. Uşaqlıqdı da... Kaş o günlər geri qayıdaydı. İndi o günləri yada salıb ikimiz də gülürük. Bir də anamın kosmetikasını işlədirdim. Bir dəfə də anam evdə olmayanda pomadanı konfet bilib yemişəm
XƏBƏR LENTİ
O qədər dar geyindi ki, ürəyi getdi - FOTO
HAVA necə olacaq?-23 Avqust
Valideynlərə müjdə!
Aslı Enverlə Murad Boz ayrılıb
"Həyat" adlı oyun
Məşhur cütlükdən etiraf
Bu günün hava proqnozu
BÜRCLƏR bizə nə vəd edir?- 2 fevral
"ABŞ ATƏT-in Minsk qrupu çərçivəsində Rusiya ilə əməkdaşlığı davam etdirəcək"
İsmayıllıda şəhid Xəyyam Daşdəmirov torpağa tapşırıldı - VİDEO
Son dəbə uyğun eynəklər
Nazirlik pensiyaların veriləcəyi tarixi açıqladı
Beren Saatın bu addımı təəccübləndirdi-FOTO
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Brend çanta modelləri
Ev dekorasiyasında aksesuar seçimi
Şirələr və kompotlar
Hülya Avşar AÇIQLAMA verdi
11 iyun Ramazan ayının 5-ci günüdür
Caponata (foto resept)
Dünyanın ən zənginləri 127,4 mlrd. dollar itirdi
Ramin Bayramlıdan karantin rejiminin uzadılması ilə bağlı AÇIQLAMA
Bakıda möhtəşəm Zəfər paradı başladı - CANLI YAYIM
Müəllim və həkimlərə dövlət qulluqçusu statusunun verilməsini nəzərdə tutan layihəyə rəy verilib
Məşhurlar və anaları
Uhan xəstəxanalarında koronaviruslu şəxs qalmadı
İçimizi yeyən səhər yeməyi
Fikrət Qoca infarkt keçirdi
Qadına uşaqlıq köçürüldü
Corc Sorosdan böhran xəbərdarlığı
256 yaşlı kişi ölməzdən əvvəl sirri açıqladı
Şəhid əsgərimiz təltif edildi
Murad Boz TOYUNDAN DANIŞDI
Günün ulduz falı
Çuğundurun faydaları
Düzgün duruş üçün nə etməliyik?
Ancelina Coli ərə gedir
50 Cent 21 otaqlı mənzilini ucuz satdı
Uşaqlar üçün saç modelləri
Güləşçimiz beynəlxalq turnirin çempionu olub
HAVA necə olacaq?-26 İyul
Azərbaycan alimləri zəfəranın süni yolla çoxaldılmasının yeni metodunu əldə ediblər
"Ali məktəb məzunlarının 42 faizi iş tapa bilir"
Bilmədiyiniz maraqlı faktlar
Azərbaycanda 40-dan çox orta təhsil müəssisəsi ləğv olundu - SİYAHI
Onun bir xəyalı cahana dəyər
Bədənə qulluq və vannalar
Benzin ucuzlaşa bilər
Pakistan mediası Xocalı faciəsindən yazdı
Meteohəssas insanlara XƏBƏRDARLIQ
- ŞƏRHLƏR