Mark Levi əsərlərini oxuyarkən xüsusi bir zövq aldığım yazara çevrilib.3 əsərini oxumuşdum və bu əsərlərdə istədiyim rahatlığı,axıcılığı,sadə dili və yüngül fantastikanı tapmışam.Oxucu kimi əsərin anlaşıqlı və rahat dildə yazilmasi mənim üçün önəmli bir xüsusiyyətdir.Mark Levinin əsərlərindən arzuladığım xoş təəssüratı və rahatlığı ala bilirəm. “Kölgə oğrusu” əsəri qəhrəmanın öz dilindən nəql olunan,nağılvari bir üslubda yazılıb.Qəhrəmanımız ((əsərdə qəhrəmanın adı verilməyib deyə mən ona qəhrəman deyəcəm)) öz uşaqlığından başlayaraq gənclik illərinə qədər həyatında baş verən hadisələri nəql edir.Bu obrazın özəlliyi çox geniş bir xəyal gücunə malik olmasıdır.
Evin tək uşağı olmağı və məktəbdə də 6-cı sinfə gəlməsinə baxmayaraq heç bir dostu olmur və bir gün öz kölgəsi ilə danışmaga başlayır.Bu istedadı sayəsində ətrafındakı insanların duyğularını onların kölgələrindən eşidir.Qəhrəmanın uşaqlığını danışdığı bölmədə onun atasının evi tərk etdiyini,anası ilə tək yaşadığı dövrü,məktəb illərindəki ilk və ikinci sevgisini,məktəbdə yanğın vaxtı xadiməni xilas etdiyini oxuyuruq.Bunları oxuyanda da qəhrəmanımızın necə incə ruhlu olduğunu,ətrafındakılara diqqət ayırdığını,balaca bir uşağın içində geniş bir dünya olduğunu görürük.İlk sevgisindən sonra ikinci sevgisini anası ilə getdiyi bir dəniz qırağında kar və lal olan bir qızla yaşayır.İllər sonra tibb universitetində oxuyarkən öz dostları ilə yenidən bu sahilə qayıdır və xatirələri yenidən canlanır.Buna görə də uşaqlıq eşqinin axtarışına başlayır.Onu tapıb tapmadığını,qızın nə vəziyyətdə olduğunu isə əsəri oxuyub bilərsiz. Bu əsər haqqında qısa bir məlumat idi.Hər nə qədər içinə qapalı insanları sevməsəm də ozüm bir vaxtlar bu xarakterdə olmuşam deyə qəhrəmanı daha yaxşı anlayıram.Kompleksli uşaqlıq keçirməyinə baxmayaraq həyatında düzgün yolu seçməsi əsəri oxuduqca məni sevindirdi.Əsərdə bəhs olunan kölgələr əslində onun xatirələridir,keçmişidir.K eçmişimiz də kölgə kimi bizə yapışıb hara gediriksə arxamızca gəlir.Kitabda həm ailə,həm də sevgi,dostluq münasibətlərinə yer verilib.Məni isə sevgi münasibətlərindən daha çox ailə münasibətləri maraqlandırırdı.Qəhrəmanın anası ilə olan münasibəti,həm uşaqlıqda,həm də gənclik dövründə uzaqda da olsa anasının qayğısını çəkməyi xüsusilə vurğulanıb.Atası evi tərk etdiyi gündən ana-oğul bir-birinə sığınaraq yaşamağa başlayıb.Əsərdə xüsusi yer verilən münasibətlərdən biri də dostluqdur.Qəhrəmanın uşaqlıq dövründən gənclik illərinə qədər yeganə dostu olur və bu dost həmişə ona kömək olur. Beyninizi,duyğularınızı rahatlatmaq üçün bir əsər axtarsanız bu əsəri seçə bilərsiniz.Çünki oxuyanda insana layla təsiri bağışlayır Fasiləsiz oxuduğum və 3-4 saata bitirdiyim bir əsər oldu. Xoş mütaliələr
Gulnar Davudova
XƏBƏR LENTİ
Məşhur aktyor "Yasak Elma"da
Noutbukların qiyməti bahalaşacaq
Rusiyanın məşhur qəzetində sual - "Niyə Azərbaycan?.."
Ali məktəblərdə II qrup üzrə yerlər boş qalacaq - AÇIQLAMA
Xocalının Quşçubaba kəndi Baharlı adlandırıldı
Meqan Fox aparıcılıq edəcək-FOTO
Günün ramazan təqvimi (28 iyun)
Sosu və Haru
Boyun düzləşməsi əlaməti
İndi də dünyanın sonunu 2014-ə təyin ediblər
Sellülit üçün faydalı yağlar
"WhatsApp" istifadəçilərinə xəbərdarlıq
Şuşa həbsxanasının indiki vəziyyəti - VİDEO
Riki Martin ilk dəfə oğlunu göstərdi - FOTO
Dərdli zamanlardan qurtulmağın yolu
“İmamzadə” ilə bağlı sərəncam
Şokolad haqqında bilmədiyiniz faktlar
Taekvondo üzrə Azərbaycan birinciliyinə yekun vuruldu
Putinin daha bir istedadı üzə çıxdı - VİDEO/FOTO
Dünyanın ən bahalı spirtli içkisi oğurlandı
Məşhur aktrisa yıxıldı-FOTO
Övladım əzizdir, tərbiyəsi ondan da əziz
Münasibətdə qadınların yol verməməli olduğu xətalar
"Ermənilər digər əraziləri də işğal ediblər"
Gözəl mebellər
Azərbaycanda yağış yağacaq
Qəhvə haqqında nə qədər bilirik?
İtirilmiş və oğurlanmış telefonlar
Ana oğlundan utanıb arıqladı
SON DƏQİQƏ: Azərbaycanda da ZƏLZƏLƏ OLDU
Yay/Yaz aylarının 4 ayaqqabı trendi
Azərbaycan Gürcüstana 450 milyon sərmayə qoyub
Antarktida - Əbədi buzlar qitəsi
Müdafiə naziri cəbhə bölgəsində inşası davam edən hərbi hissələrə baxıb
Ailə fotosu qadını 38 kiloqram arıqlamağa sövq etdi
Bakıda piyadalara yol hərəkəti qaydalarına riayət etmək təbliğ olunacaq
Səudiyyə Ərəbistanı "Bakı Ağ şəhər" layihəsinə maraq göstərir
“Coca-Cola” 130 illik ənənəsini pozur
Meqan Markl kral ailəsindən ayrılmağın əsl səbəbini AÇIQLADI
Həftə sonunun HAVAsı
"Azərbaycan Ermənistandan 300 milyard dollar təzminat tələb edəcək"
Bakı məktəblərində saqqız qadağası - SİYAHI
Alimdən VACİB AÇIQLAMA: "Qoyun və keçi pendiri yeyən insanlar..."
Əvvəll döydü, sonra xilas etdi
Mistik meşələr
Geyim nümunələri
Formada qalmağın sirri
2020 Oscar Mükafatları: Qırmızı Xalça
Kələm salatı (foto resept)
2013-cü ilin hündürdaban çəkmələri
- ŞƏRHLƏR