Sinopsis – Bağlılıq. Asılılıq. Yalnızlıq. Kədər. Qeyb. Fərqli düşünən insanlar. Fərqli davranışlar. Seçimlər. Axtarmaq və tapmaq. Azad olmaq. Yeni şans.
“Siçovul Triologiyası”-nın ikinci kitabı. Siçovul (obrazın ləqəbi belədir) haqqındadırmı kitab? Deyil. Siçovul sadəcə periferik bir obrazdır. Hardasa buralardadır, amma mərkəzdə deyil. Gəlin birlikdə axtaraq. Həm siçovulu, həm də cavablarımızı. Bunu bir növ qısa səyahət kimi qəbul edin (ya da pazzl quraşdırmaq kimi). İki yalnızlıq haqqında, melanxolik energetik vampir olan Haruki Murakaminin, Murakamaniya yaradan növbəti toru. Obrazlar həyatdakı yerləri haqqında düşünür, keçmişi yada salır və xəyallar qururlar...
Yəqin ki, bir çox Murakami oxuyucuları onun üslubunun xarakterik xüsusiyyətlərini bilir. Musiqi, film və mistika. Bəzən mənə elə gəlir ki, Murakami yolla gedərkən, nəyəsə ani olaraq, düşünmədən baxıb, onun haqqında düşünüb və ya xəyalən bütöv bir ömür yaşayıb, evə gəlib bunu üzərində işlədiyi romana əlavə edib. Murakami faktları özününküləşdirərək oxucularına çatdırır. Elə əsas məsələ də budur.
Romanda hadisələr heç bir təəccüb və heyrət hissi olmadan təsvir edilir. Əkiz qızların naməlum yerdən və səbəbdən baş qəhrəmanın həyatında peyda olmağı və getməyi, splitterin (bölücü) dəfni və digər “adi” şeylər, tamamilə normal bir şey kimi təsvir olunub. Baş personajın həyatında “Pinbol” adlanan oyun və oyunu oynamağa imkan verən qurğu peyda olduqdan sonra, onun həyatına yeni nəfəs gəlir. Onu qazanır və itirir. Pinbol elə bir oyundu ki, o sənin vaxtını və pulunu alaraq, əvəzində isə yanıb-sönən lampalar və nominal xallardan başqa heç nə vermir. Həyat da müəyyən mənada belədir. Oyun bitəndə geridə boş ciblər, yorğun gözlər və yeni şans ümidi ilə nə edəcəyini bilmirsən. Oyun zalını tərk etməlisən.
Pafossuz olaraq “Pinbol” simvolunu izah etmək lazımdırsa, o mənasızlıq və sonsuzluğun simvoludur. Romanın sonunda baş obraz itirmiş olduğu oyun avtomatını taparaq, onunla sağollaşaraq, böhrandan çıxış yolu tapmağı bacarır və həyatına yeni məna, yeni nəfəs, yeni şans verə bilir. Bu böyük uğurdur. Digər obraz – Siçovul da, yeni şans əldə etməyi bacarır. O, da azad olmaq üçün şəhərdən çıxıb gedir. Sonra nələrin olduğunu öyrənmək üçünsə üçüncü kitaba keçmək lazımdır.

Kitabı triologiyanın birinci hissəsini oxuduğuma görə oxudum. Suallarıma isə cavab tapmadım (Ona görə də üçüncü kitaba keçmək lazımdır). Obrazlar labirintdə olan siçanları xatırladırlar. Belə götürəndə həyatları kifayət qədər kədərlidir. Buna baxmayaraq, nəyisə dəyişdirmək istəyi ilə həyatlarını yaşayırlar. Obrazların gəmilərinə heç bir külək kömək etməyəcək, çünki onların müəyyənləşdirdikləri heç bir mənzilləri və yelkənləri yoxdur.
Ümumiyyətlə məndən Murakami haqqında soruşanda ki, o, nə haqqında yazır, mən bu suala cavab verməkdə çətinlik çəkirəm. Stili və üslubu çox xoşuma gəlsə də, hətta bütün kitablarını oxusam da, məncə, yenə də dəqiqliklə demək çətindir ki, o, nə haqqında yazır. Bircə bu termini məqsədəuyğun görürəm: yalnızlıq.
Kitabdan sitatlar:
1. Əgər giriş varsa, çıxış da var. Demək olar ki hər şey belə quraşdırılıb: tozsoran, heyvanxana, çaydan... Bu qanuna tabe olmayan əşyalar da var. Məsələn, siçan tələsəi.
2. Niyə? – deyə öz-özümüzə sual veririk, amma cavab tapa bilmirik. Yaxşı sualların hər zaman cavabı olmur.
3. Aşağı-yuxarı hamı müəyyən sxemlə bu həyata daxil olur. Əgər kiminsə sxemi mənimkindən çox fərqlənirsə, əsəbiləşirəm. Əgər kiminmkisə çox oxşayıra məyus oluram.
4. Bilirsən, mən çox maraqlı bir ulduz kimi doğulmuşam. Nə istəsəm onu da əldə edirəm, amma nəyisə əldə edən kimi nəyisə də itiririəm.
5. Keçmiş və bu gün haqqında olduğu kimi danışırlar, amma gələcək haqqında həmişə “ola bilsin” sözündən istifadə edirik.
Niftiyev İbrahim
XƏBƏR LENTİ
"Google" əlavə reallıq displeyi yaradacaq
"Xocalı Ermənistanın türk dünyasına qarşı aparılan çirkin oyunlarının bir hissəsidir"
Sabahın HAVAsı
Böyük hərbi əməliyyatların başlayacağı tarix
Meyvə-tərəvəzləri belə görmüşdünüzmü?
Hindistan BMT-dən kənar Suriyaya müdaxiləni dəstəkləmir
Vladimir Putin böyük tədbirə dəvət edilmədi
Ana-qız münasibətlərində tarazlıq
Rusiya öz “iPhone”unu buraxacaq
Yuliya Naçalova 38 yaşında vəfat etdi-FOTO
Qar uçqununa düşən əsgərimizin meyidi tapılıb
Türkiyə KİV: Şuşaya yerləşdirilən PKK-lı terrorçulara Azərbaycanın hərbi forması geyindirilir - VİDEO
Temperatur və rütubətin artması koronavirusa son qoyacaq?
Həbsxanadan belə qaçış ancaq filmlərdə olur - FOTO
Sürətli çəki artırmağın 20 yolu (2)
Göyçayda daha bir qazimiz izdihamla qarşılandı - VİDEO
Göy qurşağı şorbası (foto resept)
Google 3D planşet göstərdi
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı daha iki səfərə yola düşür
Ziyalılarımızın dəfn olunduğu məzarlıq yerlə bir olub
Voleybolçularımız qələbə ilə başladı
Bakıda yeni binalarda mənzillərin qiyməti kəllə-çarxa qalxır
Məşhur aktrisadan FOTOsessiya
Azərbaycanlı dirijor Lvova gedəcək
Toyuq ətli salat (foto resept)
Ramil Usubovdan polis olmaq istəyənlərə
HAVA necə olacaq?-19 İyul
Məşhur aktyorlar çəkiliş meydançasında öldülər-FOTO
"Bizim hikaye" erkən FİNAL edir-SƏBƏB
Tuşdan istifadə qaydaları
İşdən qovuldu - Həyatı dəyişdi-FOTO
Azərbaycanda karantin rejimi yenidən yumşaldılır: SMS icazə ləğv edilir - RƏSMİ
Yaşlı sakinin səsvermədə iştirakını təmin etmək üçün həyatlarını təhlükəyə atdılar-VİDEO
Oğlan uşaqlarının inkişafında üç mərhələ-1
Serial eşqi gerçək oldu-FOTO
Bu gün 28 mindən çox şəxs imtahan verəcək
Ağ rəngdən istifadə edərkən bunlara diqqət edin!
Bu yollarda ehtiyatlı olun!
Kirpik tökülməsinin səbəbləri
Luis Enrike: "Bu varianta əl atmaq fikrim yoxdur"
"Vsyo, ay Allah, özüm tapdım, lazım deyil"
"Kilimancaro" tortu (foto-resept)
23 gün komada qalan əsgər ayılıb - VİDEO
Ana olmaq məsuliyyətdir
Hamiləlikdə yeyilməsi vacib olan qidalar
Bakıda halal ət qıtlığı yaranacaq
Tozsoranı necə təmizləməli?
Monoton həyat sizi də bezdirib?
Sabahın HAVASI
Günün ulduz falı















- ŞƏRHLƏR