Gözlərin şaquli hərəkətləri ilə oxumağı necə öyrənməli
Sürətli oxu metodikasının ünsürlərini açarkən biz yeni oxu texnikasına yiyələnmək yolunun, demək olar ki, tən yarısında idik. Biz oxu prosesinin özünün xüsusiyyətlərini getdikcə daha çox və daha dərindən öyrənirik. Lakin məşğələlərə davam etməzdən əvvəl gəlin sürətli oxu texnikasının altı söhbətini mənimsədikdən sonra bu gün nəyə nail olduğumuzu yada salaq.
Birinci, siz sürətli oxuma texnikasrnın birinci qaydasını - reressiyalarsız oxumaq qaydasını yaxşı mənimsəmisiniz. İstənilən mətnlərin oxunması zamanı gözlər yalnız irəli hərəkət edir.
İkinci, siz həmişə oxunun inteqral alqoritmi üzrə oxuyursunuz. Mətni oxuyub qurtardıqdan sonra alqoritmin yeddi blokunu görür və təsəvvür edirsiniz, onların doldurulmasını yoxlayırsınız.
Üçüncü, oxunu başa çatdırdıqda sizdə dominanta - mətnin əsas mənalı hissəsi formalaşır. Siz müəllifin əsas fikirlərini, ideyalarını yığcam və dəqiqliklə ifadə edə bilirsiniz.
Dördüncü, artikulyasiyasız oxuyursunuz. İnformasiya yalnız görmə yolu ilə danışmadan emal olunur.
Beşinci, sizin geniş görüş dairəniz var. "Yaşıl nöqtənin müşahidə edilməsi" məşğələsində, demək olar ki, bütün səhifəni görürsünüz. Siz dar qəzet sütunlarını yalnız gözlərin şaquli hərəkəti ilə oxuyursunuz.
Sizin artıq yiyələndiyiniz sürətli oxu texnikasının sadalanmış üsulları metodikanın əsasını təşkil edir. Onlar sürətli oxunun yekun söhbətdə nəzərdən keçiriləcək yeddi qızıl qaydasının əsas tərkib hissələridir. Beləliklə, siz artıq çox şeyi bacarırsınız. Bəs sonra? Yəqin ki, artıq gözlərin şaquli hərəkəti ilə təkcə qəzet məqalələrini deyil, həm də kitabları oxumağa cəhd etmisiniz, lakin uğursuzluğa düçar olmusunuz. Hələ bunu etməmisinizsə, kitabın iki səhifəsini çevirərək gözləri şaquli vəziyyətdə saxlamağa çalışaraq oxumağa cəhd edin. Mətnin artıq sizə tanış olmasına baxmayaraq əvvəlki kimi oxumaq alınmır. Bunun səbəbi nədir? Siz şaquli oxu üçün bütün imkanlara malik olsanız da, psixoloji olaraq siz buna hələ hazır deyilsiniz. "Həmlə metodu" adlandırdığımız yeni məşğələ də elə bu işi yerinə yetirir. Həmlə ətalətinizin öhdəsindən gəlməkdir, vərdişlərinizin kökündən məhv edilməsidir. Bizi mətnin gözlərin şaquli hərəkətləri ilə oxunmasının mümkünlüyünə SSRİ EA-nın psixologiya institutunun görmə qavrayışı laboratoriyasnda aparılmış təcrübələrin nəticələri inandırıb. Əvvəlcə sürətli oxuya öyrədilmiş insanların gözlərinin hərəkəti tədqiq edilib.
Təcrübəyə cəlb olunan adam kresloda oturaraq qarşısında 30 sm məsafədə şaquli olaraq qoyulmuş mətni oxuyub. Göz alınasının xarici səthinə bərkidilmiş Yarbus sorucu başlıqla oxuınağa vərdiş etmək üçün məşqlər aparılıb. İki-üç günlük məşqlərdən sonra sorucu başlıq artıq məşqə mane olmurdu. Oxuya başlamazdan əvvəl təlimatlar verilib: yalnız sürətli oxu metoduna əsasən oxumaq.
Mətnlər bir oxunuşdan sonra dəyişdirilib. Gözlərin hərəkətlərinin eksperimental qeydlərinə baxaq. "Pravda" qəzetindəki qeyd mətnini oxuyan və hu araşdırmadan əvvəl üç ay ərzində təlim keçmiş təcrübədən keçirilən filan şəxsin gözlərinin hərəkətlərinin qeydiyyatı verilib. O, beş abzaslıq məqaləni 20 saniyəyə oxuyaraq dəqiqədə 4800 işarəlik oxu sürəti nümayiş etdirib.
Hər növ eksperimentlərdə mətnin oxunması zamanı gözlərin hərəkətinin trayektoriyasını müəyyənləşdirən mərkəzi xətt çəksək, o, demək olar ki, yuxarıdan aşağıya doğru şaquli olaraq səhifənin mərkəzindən keçəcək.
"Həmlə metodu" məşğələsi gözlərin hərəkətinin bu texnikasını mənimsəməyə kömək edir. Lakin gözlərin şaquli hərəkəti məqsəd deyil. Məşğələnin əsas məqsədi mətnin qavranılması proqramının dəyişilməsindən ibarətdir ki, müəyyən zaman kəsiyində mümkün qədər çox mənalı informasiya daxil olsun. Beyinin seçicilik qabiliyyətini də daim xatırlamaq lazımdır. Müəyyən edilib ki, oxu prosesində görmə siniri ilə yalnız mətnin ən əsas mənası yığcam şəkildə ötürülür, ikinci dərəcəli olanlar isə "sonraya" saxlanılır, yaxud, ümumiyyətlə, götürülmür. Görmə sistemi sadəcə beyinə hərflərin bölgüsünü və onların kitabın səhifələrinin ayrı-ayrı sahələrində konfiqurasiyası (düzülüşü) barədə məlumatları ötürmür, həm də hələ lap başdan, mətnin təsviri hələtorlu qişaya təzəlikcə düşəndə sözlərin düzülüşünün səciyyəvi ünsürlərin üzə çıxarır, bu zaman mətnin görülənlər barədə az informasiya verən hissələrinə reaksiya vermir. Psixoloqlar müəyyən ediblər ki, oxu zamanı sözlər onların anlayışlarla, müəyyən alqoritm sxemi, yaxud oxucunun özünün yaratdığı qarşılıqlı münasibətlərin, mənaların məcmusu ilə assosiativ əlaqələri sayəsində tanınır. İnsanlar daim müşahidə obrazlarının belə alqoritmik tanınması ilə məşğul olurlar. Görünür ki, bu, sözlərin sadəcə oxu zamanı beyinə verilən məlumatın mənasının ifadəli təqdimatını yaratmağa (generasiya etməyə) kömək edən "açar" söz rolu oynadığı bir prosesə əsaslanır.
Nəzərin səhifənin mərkəzi ilə yuxarıdan aşağıya doğru hərəkəti daha təsirli oxu strategiyasını təmin edir. Əgər sürətlə oxuyan insana kənardan baxsaq, elə təəssürat yaranır ki, sanki o, səhifəni çənəsi ilə yuxarıdan aşağıya doğru kəsir. Lakin bu prosesi uzun müddət müşahidə etsək, oxuyan şəxsin gözlərinin bəzən şaquli xətdən gah sağa, gah da sola çıxdığını hiss etmək olar. Bu cür oxunu belə izah etmək olar: Oxuyanın gözləri səhifənin mərkəzi ilə şaquli olaraq hərəkət edəndə mətnin qavranılması və onun artıq yaddaşda olan etalonlara müvafiq olaraq tanınması baş verir. Lakin birdən nəzər şaquli xətdən kənara çıxdı, gözlər isə sətirlərdə gəzərək əhəmiyyətli dərəcədə yeni informasiyanı hopdurdu. Gözlər beyinin qeyri-ixtiyari əmrlərini yerinə yetirir. Elə burada da bir anlıq müəyyən edilib ki, ehtiyat yaddaşında heç bir məlumat yoxdur. Oxunmuş məlumatlar maraqlıdır və daha dərindən dərk edilməlidir. Lakin bu edilən kimi yenidən şaquli oxuya qayıtmaq olar. Belə bir sual ortaya çıxır: Gözlər ümumi şaquli hərəkətdən tez-tezmi kənara çıxır?
Müşahidələr göstərir ki, adi insanda bu, çox nadir hallarda baş verir. Bunun səbəbi mətndəki söz artıqlığıdır. Mətnin yalnız məzmunlu hissəsini tapmaq və emal etmək sürətli oxunun əsas məqsədi budur. Gözlərin şaquli hərəkət vərdişi bu məsələnin həllinin ən effektiv yollarından biridir.
"Həmlə metodu" məşğələsinin əsasında stresli situasiyanın yaradılması dayanır. Kitabın bir səhifəsinin oxunmasına yalnız 15 saniyə vaxt ayrılır və bu müddət ərzində siz səhifəni nəzərdən keçirməli və sətirlərdə göz gəzdirməli deyil, həqiqətən də oxumalısınız. Təsəvvür edin ki, labirintdəsiniz. Uzun müddət çıxışı axtarırsınız, gücünüz tükənmək üzrədir, sonuncu kibritiniz qalıb. Nəhayət, labirintdən çıxış qaydalarının yazıldığı nişana yaxınlaşırsınız. Kibritin yandığı 15 saniyə ərzində təlimatları oxumağı, başa düşməyi və yadda saxlamağı çatdırmalısınız. Həyatınız bundan asılıdır. Bütün qüvvənin, diqqətin bir yerə cəmlənməsi və səfərbər edilməsi lazımdır. Hazırlaşdınız və oxumağa başladınız. Yuxarıda verilmiş situasiya elə məhz "Həmlə metodu" məşğələsidir, yalnız bir fərqlə ki, bu rejimdə bir səhifə deyil, hər biri 50-100 səhifə olan 10-12 kitab oxumaq lazımdır. Nəyi oxumalı? Vaxtı necə qeyd etməli? Oxuduqlarımızdan nəyi başa düşməli? Gəlin bu suallara birlikdə cavab tapaq. Oona görə də növbəti xəbərimizi mütləq izləyin.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Səkinə İsmayılova “Şöhrət” ordeni ilə təltif edildi
Qış üçün 8 milyonluq maşın aldı-FOTO
İnstaqramda yeni funksiya
"Azərbaycanın yaraşıqlı kişi siması-necə olmalıdır?!"
Yunanıstanda 6,7 ballıq zəlzələ
Təhsil Nazirliyindən orta məktəblərdə bu günə olan koronavirusa yoluxma ilə bağlı AÇIQLAMA
Dünyanın ən uca zirvəzində ilk fırıldaq
ABŞ Konqresində tibbi maskalarla bağlı yeni qayda
Turistlər üçün ən ucuz Avropa şəhərləri
450 min avroluq Mercedes
Azərbaycanda daha 10 nəfərdə koronavirus aşkarlandı - RƏSMİ
Bahalı rəsm əsərləri
Koronavirus yayda niyə zəifləmədi? - Tanınmış professor açıqladı
Qırmızı banan olduğunu bilirdinizmi?
Sağlam arıqlamaq üçün pəhriz
Onun doğru insan olmadığını göstərən 5 işarə
Kokos yağının möcüzəvi faydaları
Kenan Kalavın acı taleyi
Donmuş mayaklar
Güldürən heyvanlar
Ən böyük brilliant satıldı
Yumşaq robotlar məsafədən idarə olunacaq
Uşaqlarda burun qanaması
Bu gün Azərbaycanda 588 nəfər koronavirusa yoluxub, yeddi nəfər ölüb - VİDEO
İranın Milli İnkişaf Fondu Azərbaycana sərmayə yatırmağa hazırdır.
Günün qoroskopu: bu gün tələsiklik tələb edən işlər alınmayacaq
"İlin qadını" oldu - FOTO
İdman edərək yaddaşınızı gücləndirin.
Optimizm Polyannaçılıq deyildir
Conni Deppin keçmiş xanımından ETİRAF
İrem Derici 20 kq kökəlib-FOTO
Günün qoroskopu: insanlara fikir verin
Blinçikli dadlı qəlyanaltı (foto resept)
Məktəbin yaxınlığında iki metr uzunluğunda piton ələ keçdi – FOTO/VİDEO
Sosiskalı peraşki (foto resept)
Çelik konsertinə gələn qızı sevdiyini 27 il sonra etiraf etdi
"Rəhbərlərin xanımları": Stalinin arvadı Bakıda dəfn olunub?
46 dəqiqəyə 3 kiloqram kökələrək rekord qırdı-FOTO
Uşaqların sosial-psixoloji inkişafı-16
Pis hava şəraitinə baxmayaraq axtarışlar davam edəcək!
Kişilər üçün idman tərzi
Dünyanın ən böyük şousu başlandı
Oruc tutanlar - EHTİYATLI OLUN!
Souslu makaron (foto resept)
Paolo Dibala koronavirusa yoluxdu
Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib
Qida əlavələri ilə bağlı MƏHDUDİYYƏTLƏR olacaq
Qurbanlıq haqqında ən çox verilən suallar
Estoniya - Azərbaycan oyununun başlanma vaxtı bilindi
Senia Şeyma Subaşını sevindirdi
- ŞƏRHLƏR