Sürətlə, daha sürətlə, daha da sürətlə oxuyuruq.
Sürətli oxu bizə nə verir?
"Bu gün evə gəldim və sürətli oxu metodu ilə oxumağı sınaqdan keçirməyə qərar verdim və gözlənilmədən məndə alındı. Nəticə məni təəccübləndirdi. Qəribə bir şey baş verdi. Mən oxumaq anlayışının ənənəvi mənasında oxumurdum, sürətlə mətndə göz gəzdirirdim və bu zaman ani olaraq təhlil edirdim: nəyi yadda saxlamaq, nəyi isə kənara atmaq lazımdır. Sətirlər kinoda titrlər kimi rəvan və sürətlə getdi. Elə bil nə sətirlər, nə sözlər var idi, amma ortaya çıxaraq sanki öz-özünə şüura, təxəyyülə saplanan faktlar var idi. Oxu asan və səlis gedirdi və bu, mənə zövq verirdi" - Sankt-Peterburq müəssisələrindən birinin texniki, sürətli oxu metodunu müstəqil olaraq mənimsəmiş Viktor Pankratov öz gündəliyində belə yazırdı.
Bu metod sıravi oxucuya nə verir? Bu suala ən yaxşı cavabı artıq təklif olunan metodika üzrə işləyənlər, eləcə də sürətli oxu kurslarının dinləyiciləri verə bilərlər. Təlim görmüş insanlar arasında aparılmış sosioloji araşdırmalar bu metodikanın effektivliyini əminliklə təsdiqləyib. Onların əksəriyyəti bu metodikanın əsas üstünlüyünü hər gün lazımi qədər ədəbiyyat oxumaq imkanında görür. Sürətli oxu xüsusilə təhsil alan gənclərə çox şey verir.
Minsk vilayətinin Molodeçno şəhərində müəssisələrdən birinin laborantı V.Priçina bizə yazırdı: "Sürətli oxu texnikası mənə çox şey verib. Oxu sürəti bir neçə dəfə artıb. Mən sutkada 1,5-2 saata 2-3 qəzet, bəzən jurnal oxumağa müvəffəq oluram. Bundan başqa dərsliklərdə lazımi materialı tez tapa bilirəm. Çox vaxt "Yumanite" kimi mötəbər bir nəşri oxuyuram. Oxuduqlarımın mənasını qat-qat tez başa düşürəm, tanış olmayan sözləri lüğətdə qat-qat tez tapıram. Televiziya proqramlarına baxdıqdan sonra qəzetlərdəki əksər elanlara ani olaraq göz gəzdirirəm, çünki onlarda artıq tanış olan material var. Yaddaşım da xeyli yaxşılaşıb. Danışıq, söhbət, görüş zamanı bəzi faktların, sözlərin, hadisələrin sanki öz-özünə yadıma düşdüyünü hiss etməyə başlamışam. Bəzən dəqiq sitatları xatırlayıram, gələcəkdə lazımsız görünən rəqəmləri, bütöv fikirləri xatırlayıram. Diqqətim daha sabit olub, televizor açıq olarkən belə oxuya bilirəm".
Misal göstərilmiş fikir qoyulan suala kifayət qədər tam cavab verir. Artıq bilirik ki, sürətli oxudan təkcə elmi və dərslik mətnlərinin oxunması üçün istifadə edilmir. Təbii ki, belə bir sual ortaya çıxır: Bədii ədəbiyyatın oxunması pisləşmir ki? Belə bir qanunauyğun qorxu var ki, texniki mətnləri sürətlə oxumağı öyrənən insan klassik bədii ədəbiyyatı da eynilə sürətlə oxuyacaq. Bu zaman qavrayış kasadlaşmayacaq ki?
Təcrübə göstərib ki, bu cür qorxular əsassızdır. Sürətlə oxuyan insan sürətin əsirinə çevrilmir. O, sürətli oxu vərdişləri əldə edərək digər oxu üsullarını da təkmilləşdirir. Qavrayışın dərinliyinə gəldikdə isə sürətli oxu insan psixikasının bu xüsusiyyətini də inkişaf etdirir. "Sürətli oxu bizi incəsənətə yaxınlaşdırdı, - bu metodu mənimsəyənlər belə yazırdılar, - çünki bu biliklər obrazlı təfəkkürün inkişafına yol açdı. Əvvəllər bədii ədəbiyyatı oxuyarkən təbiətin təsviri, müqayisələr, metafora və epitetlər şüurumuzdan yan keçirdi. Sən demə, biz əvvəllər sadəcə onları mətndə qavramağa qadir deyildik..." Sürətli oxu texnikasının mənimsənilməsi, həqiqətən də, insanın psixi fəaliyyətinin müxtəlif sahələrinə kompleks təsir prosesidir. Təşbihlərlə danışsaq, təlim prosesində beyinin texniki cəhətdən yenidən silahlanması proqramı həyata keçirilir. Şüurun dəyişilməsi baş verir, formalaşmış təfəkkür stereotipləri qırılır. Yekun, onuncu söhbətimiz sürətli oxu texnikasının mənimsənilməsinə yekun vurmağa həsr olunub. Öyrəndiklərinizin hamısını necə yekunlaşdırmaq olar? Sürətli oxunun oxu texnikasının təkmilləşdirilməsində də sonradan dərslik ola biləcək qızıl qaydalarını təklif edirik.
Sürətli oxunun yeddi qızıl qaydası
1. Reqressiyalarsız oxumaq.
2. Oxunun inteqral alqoritmi üzrə oxumaq.
3. Həmişə dominantanı - mətnin əsas məna əhəmiyyətini ayırmaq.
4. Artikulyasiyasız oxumaq.
5. Gözlərin şaquli hərəkəti ilə oxumaq.
6. Daim diqqət və yaddaşı inkişaf etdirmək.
7. Hər gün icbari normanı yerinə yetirmək: iki qəzet, bir jurnal (elmi-texniki, yaxud elmi-ictimai) və istənilən kitabın 50-100 səhifəsini oxumaq.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Süni mayalanma günahdırmı?
Britni Spirs Useyn Boltun rekordunu “qırdı”?
Bakıda “Birmanatlıq” taksilər LƏĞV EDİLİR - RƏSMİ
Əqiq daşı
Dərslər nə vaxt başlayacaq? - Nazirdən açıqlama
Ən güclü Fiat 500
Evi olmayan gənc ailələrə xoş xəbər!
Çində dünya rekordu: 1374 dron eyni anda havada
Bu ölkəyə bayram haram oldu
Mərkəzi Afrika Respublikasının prezidenti istefa verdi
Ordumuz şəhid verdi
Vanna otağı dekorasiyası
Cüt yumurta əkizi nədir?
Ermənilər yenə itkilərini açıqladılar - 50 ölü
Bu yay dəhşətli isti olacaq
Sümüklərinizin sağlamlığını qoruyun
Sərdar Ortaç vəsiyyətini açıqladı – 30 milyonluq evini...
Prezident və xanımı parkda sakinlərlə görüşdü - FOTO
Manatın MƏZƏNNƏSİ
Defne Samyelin qızı da aktrisalığa başladı
Salfetlə süfrələrinizi bəzəyin (1-ci hissə)
Dünya onların gözündən baxın
Azərbaycanın təbii-coğrafi şəraiti-1
17 dərəcə isti olacaq
Həclə bağlı SEVİNDİRMƏYƏN qərar
Kəpəyi necə yox etməli?
Həftəsonu Azərbaycanda hava necə keçəcək?
Genetiklər insan genini İİV-dən təmizləməyi öyrəniblər
Rusiya Suriyaya lazımi texnika verəcək
Baş infeksionist: “Xəstələrin xəstəxanalara gec yerləşdirilməsi ölüm sayının artmasına səbəb olur”
İşçiləri 240 min dollar maaş alır
Ən təhlükəli silah: makiyaj
Dünyanın ən uzunsaçlı kişisi
Ebru Şahinə yeni TƏKLİF
Rusiyanın məşhur qəzetində sual - "Niyə Azərbaycan?.."
Məşhur film haqda 40 il sonra gələn etiraf
Məşhur aktyoru kimsə tanımadı-FOTO
Evlilikdə məntiqsiz düşüncə və inanclar
Unikal heykəl tapıldı
Səhnədə Ziynet Salının ürəyi getdi-FOTO
Ordumuz düşmənin səkkiz topunu canlı qüvvəsi ilə birlikdə məhv edib - VİDEO
İki "Çalıquşu"nun bənzərlikləri və fərqləri
Bakıya 151 avtobus gətiriləcək
İlham Əliyev selfi çəkdirdi
Şəkər xəstələri üçün maffinlər (foto resept)
Kələm salatı (foto-resept)
WhatsApp-la bağlı sirr açıldı
Sabahın hava proqnozu açıqlandı
Devid Bekhemdən Viktoriyaya SURPRİZ-FOTO
Avtobuslardan istifadə nə vaxtadək pulsuz olacaq? - AÇIQLAMA
- ŞƏRHLƏR