Qadin.NET / Sürətli oxu-36(son)

Sürətli oxu-36(son)

Sürətli oxu-36(son)

Sürətlə, daha sürətlə, daha da sürətlə oxuyuruq.
Sürətli oxu bizə nə verir?

"Bu gün evə gəldim və sürətli oxu metodu ilə oxumağı sınaqdan keçirməyə qərar verdim və gözlənilmədən məndə alındı. Nəticə məni təəccübləndirdi. Qəribə bir şey baş verdi. Mən oxumaq anlayışının ənənəvi mənasında oxumurdum, sürətlə mətndə göz gəzdirirdim və bu zaman ani olaraq təhlil edirdim: nəyi yadda saxlamaq, nəyi isə kənara atmaq lazımdır. Sətirlər kinoda titrlər kimi rəvan və sürətlə getdi. Elə bil nə sətirlər, nə sözlər var idi, amma ortaya çıxaraq sanki öz-özünə şüura, təxəyyülə saplanan faktlar var idi. Oxu asan və səlis gedirdi və bu, mənə zövq verirdi" - Sankt-Peterburq müəssisələrindən birinin texniki, sürətli oxu metodunu müstəqil olaraq mənimsəmiş Viktor Pankratov öz gündəliyində belə yazırdı.

Bu metod sıravi oxucuya nə verir? Bu suala ən yaxşı cavabı artıq təklif olunan metodika üzrə işləyənlər, eləcə də sürətli oxu kurslarının dinləyiciləri verə bilərlər. Təlim görmüş insanlar arasında aparılmış sosioloji araşdırmalar bu metodikanın effektivliyini əminliklə təsdiqləyib. Onların əksəriyyəti bu metodikanın əsas üstünlüyünü hər gün lazımi qədər ədəbiyyat oxumaq imkanında görür. Sürətli oxu xüsusilə təhsil alan gənclərə çox şey verir.

Minsk vilayətinin Molodeçno şəhərində müəssisələrdən birinin laborantı V.Priçina bizə yazırdı: "Sürətli oxu texnikası mənə çox şey verib. Oxu sürəti bir neçə dəfə artıb. Mən sutkada 1,5-2 saata 2-3 qəzet, bəzən jurnal oxumağa müvəffəq oluram. Bundan başqa dərsliklərdə lazımi materialı tez tapa bilirəm. Çox vaxt "Yumanite" kimi mötəbər bir nəşri oxuyuram. Oxuduqlarımın mənasını qat-qat tez başa düşürəm, tanış olmayan sözləri lüğətdə qat-qat tez tapıram. Televiziya proqramlarına baxdıqdan sonra qəzetlərdəki əksər elanlara ani olaraq göz gəzdirirəm, çünki onlarda artıq tanış olan material var. Yaddaşım da xeyli yaxşılaşıb. Danışıq, söhbət, görüş zamanı bəzi faktların, sözlərin, hadisələrin sanki öz-özünə yadıma düşdüyünü hiss etməyə başlamışam. Bəzən dəqiq sitatları xatırlayıram, gələcəkdə lazımsız görünən rəqəmləri, bütöv fikirləri xatırlayıram. Diqqətim daha sabit olub, televizor açıq olarkən belə oxuya bilirəm".
Misal göstərilmiş fikir qoyulan suala kifayət qədər tam cavab verir. Artıq bilirik ki, sürətli oxudan təkcə elmi və dərslik mətnlərinin oxunması üçün istifadə edilmir. Təbii ki, belə bir sual ortaya çıxır: Bədii ədəbiyyatın oxunması pisləşmir ki? Belə bir qanunauyğun qorxu var ki, texniki mətnləri sürətlə oxumağı öyrənən insan klassik bədii ədəbiyyatı da eynilə sürətlə oxuyacaq. Bu zaman qavrayış kasadlaşmayacaq ki?

Sürətli oxu-36(son)

Təcrübə göstərib ki, bu cür qorxular əsassızdır. Sürətlə oxuyan insan sürətin əsirinə çevrilmir. O, sürətli oxu vərdişləri əldə edərək digər oxu üsullarını da təkmilləşdirir. Qavrayışın dərinliyinə gəldikdə isə sürətli oxu insan psixikasının bu xüsusiyyətini də inkişaf etdirir. "Sürətli oxu bizi incəsənətə yaxınlaşdırdı, - bu metodu mənimsəyənlər belə yazırdılar, - çünki bu biliklər obrazlı təfəkkürün inkişafına yol açdı. Əvvəllər bədii ədəbiyyatı oxuyarkən təbiətin təsviri, müqayisələr, metafora və epitetlər şüurumuzdan yan keçirdi. Sən demə, biz əvvəllər sadəcə onları mətndə qavramağa qadir deyildik..." Sürətli oxu texnikasının mənimsənilməsi, həqiqətən də, insanın psixi fəaliyyətinin müxtəlif sahələrinə kompleks təsir prosesidir. Təşbihlərlə danışsaq, təlim prosesində beyinin texniki cəhətdən yenidən silahlanması proqramı həyata keçirilir. Şüurun dəyişilməsi baş verir, formalaşmış təfəkkür stereotipləri qırılır. Yekun, onuncu söhbətimiz sürətli oxu texnikasının mənimsənilməsinə yekun vurmağa həsr olunub. Öyrəndiklərinizin hamısını necə yekunlaşdırmaq olar? Sürətli oxunun oxu texnikasının təkmilləşdirilməsində də sonradan dərslik ola biləcək qızıl qaydalarını təklif edirik.

Sürətli oxu-36(son)

Sürətli oxunun yeddi qızıl qaydası

1. Reqressiyalarsız oxumaq.
2. Oxunun inteqral alqoritmi üzrə oxumaq.

3. Həmişə dominantanı - mətnin əsas məna əhəmiyyətini ayırmaq.

4. Artikulyasiyasız oxumaq.
5. Gözlərin şaquli hərəkəti ilə oxumaq.
6. Daim diqqət və yaddaşı inkişaf etdirmək.
7. Hər gün icbari normanı yerinə yetirmək: iki qəzet, bir jurnal (elmi-texniki, yaxud elmi-ictimai) və istənilən kitabın 50-100 səhifəsini oxumaq.

3 yanvar 2015
GO BACK