Tonio Presta möhtəşəm sənətkar (aktyor) olsa da, xarici görünüş baxımından kifirdir. Bu insan dahidir, lakin təlxək bədəni ilə yaşamağa və cəmiyyəti güldürərək həyatını qazanmağa məhkumdur. Ümumiyyətlə, insanın kifir sifətə və bədənə məhkum olaraq yaşamağı haqsızlıq deyilmi? Bu suala cavab həkim Sorokindədir. Hipofiz vəzi möcüzələr yarada bilər. İnsan bədəni axar çay kimidir. Müəyyən müddətdən sonra eyni görünsə də, bizim bədənimiz həmin bədən deyil. Bu elm və fəlsəfə ilə tanış olduqdan sonra Tonio Prestada ümid yaranır. Həyatını yaraşıqlı insan kimi yaşamaq arzusunu gerçəkləşdirmək üçün hərəkətə keçir. Lakin Tonio Presta unudur ki, yeni xarici görünüş eyni zamanda yeni şəxsiyyət və onun özüylə gətirdiyi yeni xüsusiyyətlərdir. Gəlin, daha ətraflı təhlil edək.
Biz insanları onların sifətinə görə yadda saxlayır və tanıyırıq. İnsan sifəti insanın xarici görünüşünün ilk nümayəndəsidir. Beynimiz milyonlarla insanın üz cizgilərini analiz etmək qabiliyyətinə sahibdir. Məhz bunun sayəsində müəyyən insan kütləsinin içərisində tanıdığımız insanı dartıb çıxara bilərik. Tanıdığımız insanın əgər o kişidirsə, bığ saxlaması və ya əgər o qadındırsa, saç düzümünü azacıq da olsa, dəyişməsi bizdə onu tanımaqda problem yaradır. Son dövrlərdə isə alimlər antropometrik xüsusiyyətləri analiz edərək dəyişməyən üz cizgilərini təhlil edərək insanı tanıyan texnologiyaların üzrəində işləyirlər. Lazım olduqda bəzi tryuklarla və plastik əməliyyatlarda bu sistemləri aldatmaq olar. Ümumiyyətlə, xarici görünüşü dəyişməklə tamamilə yeni həyata start vermək olar. Bəs yaxşı siz sifətinizi və bədəninizi dəyişdirsəniz, amma əvvəlki həyatınızı davam etdirmək istəsəniz, o zaman necə olacaq? Ətrafdakı insanlara sizin siz olduğunuzu necə sübut edəcəksiniz?
"Sifətini itirən insan" əsərinin baş qəhrəmanı Tonio Presta məhz belə bir problemlə rastlaşıb. O, sifətini dəyişərək taleyini əbədi olaraq dəyişmiş oldu. Gözləntiləri doğrulmasa da, bütöv bir nəhəng cəmiyyətə vacib dərs keçdi. Presta başa düşür ki, cəmiyyət kifirliyə qarşı qəddardır, amma o bununla yanaşı belə düşünür ki, cəmiyyət gözəlliyə qarşı da qəddar olmalıdır. Tonio Presta kifir təlxək kimi cəmiyyətin sevimlisi idi. İndi isə o yad birisidir. Çünki sifətini dəyişməyə müvəffəq oldu, amma istədiyi həyatı yaşaya bilmədi.
Maraqlı nəticələr çıxır.
İnsan orqanizminin dəyişməsi sadəcə plastik cərrahiyyə ilə deyil, eyni zamanda endokrin yöntəmlərlə də mümkündür. Belə ki, roman "hipofiz vəzinin fəaliyyətinə kimyəvi preparatlar ilə təsiri" mövzusuna əsaslanır. Belə ki, Rusiyadan ABŞ-a gələn rus həkim Sorokin deyir ki, insan bədəni heç vaxt olduğu kimi qalmır. O, daim dəyişir. Biz bunu hiss etmirik, amma bu danılmaz elmi faktdır. Sorokin insanlara ikinci şans verməyə gəlib. Cırtdanlar, nəhəng insanlar, əllərindən, qollarından və ya sadəcə sifətlərindən narazı insanlarda ümid yaranır.
Romanı oxuduqca kinematoqrafiya sənayesinin, insan kütləsi və səhnə münasibətlərinin, şoular vasitəsilə cəmiyyətlərin necə idarə olunduğunun, dövlət orqanlarının ikiüzlülüklərinin, quldurlar aləmi ilə polislərin dostluğunun, reklamın necə də dəhşətli gücə sahib olduğunun necə də mükəmməl izah oldunğunu görürdüm və çox şeyi daha da dərindən dərk edirdim. Xüsusilə reklam. Roman bizə deyir ki, istedad ikincidərəcəli bir şeydir. Əsas olan reklamdır. Reklam insanı ucaldacaq yeganə üsuldur. İstedad isə o istedaddır ki, reklamsız olduqda neçə-neçə insanı aclıq və səfalət içində məhv edir. Mövzulara diqqət etdiniz deyilmi? Onu demək istəyirəm ki, kitab 1929-cu ildə yazılıb, amma bu günkü reallıqlarımızı necə də gözəl əks etdirir. Düşünmək olar ki, yazıçı ABŞ cəmiyyətini yaxşı başa düşürdü və bütün bunları dərin biliyi və intellektuallığı ilə ifadə edirdi, lakin həmin dövrdə olan faktorları nəzərə alaraq bütün bu nəticələri roman dili ilə insanlara çatdırmaq sadəcə dahilik tələb edirdi. Bu məsələdə sadə intellektuallıqla işin içindən çıxmaq olmaz.
Belyaevin əsərlərinə resenziya yazmaq sevgi etirafı kimi çətin məsələdi. Dövrünün elmi səviyyəsindən qat-qat yüksək dərəcədə yazılan "Sifətini itirən insan" romanının bünövrəsində yatan dərin etik normalardan danışmaq filosofluq tələb edir. Roman hər mövzuya toxunur. Burda həm elm var, həm sevgi var, həm də insanla cəmiyyətin münasibətləri var. Odur ki, özünüz də başa düşürsünüz ki, asan məsələ deyil.
Çox maraqlıdır ki, yazıçının əsərində təsvir etdiyi cəmiyyətin əksər üzvləri və eyni zamanda da obrazlar mənfidir. Buna təəccüblənməmək lazımdır. Yazıçı bədənin transformasiyasi ilə ruhun transformasiyası arasında əlaqə quraraq kapitalist cəmiyyətin necə də ürəksiz, mənəviyyatsız, əxlaqsız və digər mənfi xüsusiyyətləri birləşdirdiyini göstərmək istəyir. Yeganə müsbət obraz rus həkim Sorokindir. Buna da təəccüblənməmək lazıdmır. Sorokin məşhur rus alimi Voronovun pototipidir. O, dövründə cavanlaşma ilə əlaqədar inqilabi təcrübələri ilə yadda qalmışdı. Beləliklə, Sorokin ABŞ-dan qovulur. O, insanların xarici görünüşlərini dəyişdirməkdə və bununla da ABŞ cəmiyyətini dağıdan insan kimi qəbul olunur və istənməyən şəxs statusu qazanır. Halbuki, həmin cəmiyyəti dağıdan onun ikiüzlü qayda-qanunlarıdır. İnsan şəxsiyyəti onun xarici görünüşündə deyil, onun daxilində, beynində və ruhunda mövcud olan anlayışdır. Roman göstərir ki, nəinki ABŞ cəmiyyəti, ümumiyyətlə, qurulmuş bütün cəmiyyətlərdə insanı onun şəxsiyyətinə görə deyil başqa faktorlara görə dəyərləndirirlər. O faktorlar da daima dəyişir. Başqa sözlə, cəmiyyətin insana olan münasibəti ilə də daima dəyişir.
Yazıçının növbəti əsərini oxuduğuma çox şadam. İnsan psixologiyasının incəliklərini, insanın özünü axtarmağı, cəmiyyətlərin əxlaqi və etik mühakimələrini və qınaqlarını belə gözəl ancaq klassiklər çatdıra bilər. Sadəcə oxumaq və təsəvvürdə canlandırmaq kifayət edir ki, nəticələr avtomatik özü yaransın və dəyər qazansın. Belyaev okeanında yelkənlərimi daima küləyin istiqamətində saxlayıram. Üfüqdə isə quru görsənir...
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Şahzadə QƏZAYA Düşdü -FOTO
Tövlədə tapılan maşın 23 milyon dollara satıldı
Civzələr (sızanaqlar)
Hərbçilərimizin həyatını təhlükəyə atan məsuliyyətsiz paylaşımlarla bağlı çağırış - VİDEO
Karantinin yumşaldılması təhsilə şamil olunacaq? - RƏSMİ AÇIQLAMA
Tətildə yaranmış günəş ləkələri üçün maska
Bu günün hava proqnozu
Cütlüklər niyə özünü tənha hiss edir?
Kosmosda sərvət tapıldı-FOTO
Ghibli studiyasının personajları təbiət qoynunda
Boyat çörəkdə pizza (foto-resept)
Moskvaya növbəti zərbə
Günün qoroskopu: həyat potensialı yüksəkdir
Ayda su ehtiyatları axtarılacaq
Rusiya Ukrayna üçün qazı ucuzlaşdırdı
"Səndən model olmaz" deyənlərə inad, məşhurlaşdı - FOTO
Nurgül Yeşilçay qardaşına bənzərliyi ilə TƏƏCCÜBLƏNDİRDİ вЂ“ FOTO
"Uşaqlar və qadınlar zorla bu xoşagəlməz vərdişlərə məcbur edilirlər"
15 nəvəsi olan 89 yaşlı qadın gəlinlik geyindi-FOTO
Özünü uğura necə kökləyə bilərsən?
Professor koronavirusun bədəndə əbədi qalıb-qalmayacağını açıqladı
Azərbaycanda bu adları sevmirlər?
İlham Əliyev: “Karantin rejimi uzadılacaq” - VİDEO
Moskvada qələbə paradı – CANLI YAYIM
Gözəgörünməz qatilə cavab tapıldı
Qaşları qalın və gözəl edən 3 təbii vasitə
HAVA necə olacaq?-9 Avqust
Ciyərli rulet (foto resept)
Attestat ala bilməyənlərin NƏZƏRİNƏ!
Alçaqdaban ayaqqabılar
Cəlal İsayev: “Koronavirus bəzən heç bir əlamət olmadan da keçə bilər”
Ronaldonun sevgilisi dekolteli paltarda - FOTO
Azərbaycanın qış vaxtına keçəcəyi tarix açıqlandı
"Eurovision"da Ukraynanı Maruv təmsil edəcək-FOTO
Müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslərin uşaqlarına müavinət veriləcək
Hollandiyada ermənilərə qarşı mitinq keçirilib
Güclü qadınlar niyə sevə bilmir?
Qat-qat xəmir necə hazırlanır?(foto resept)
Azərbaycanda qeyri-adi toy - FOTO
Ultra HD-yə tələbat artır
Heydər Əliyev Fondunun dəstəyi ilə IV muğam televiziya müsabiqəsi davam edir
Amerikadan Türkiyəyə dəstək
Pələnglərlə bağlı həyəcan təbili çalındı
Estetik əməliyyat etdirib qayıdan qadınları Çinə buraxmadılar - FOTO
Leranın əl işləri
Seda Sayan Bakıya gəlir
Alimlərdən ŞOK: Hitlerin cəsədi bu sualtı gəmidə ola bilər - FOTO
Çiyələklə gözəlləşin
45 dəqiqədə təmizlik
Düşmən itkilər verərək geri çəkilməyə məcbur edilib - RƏSMİ















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]