Aleksandr Belyaevin ən çox tanınmış əsərlərindən olan "Professor Douelin başı" illərdir ki gələcəyin elm dünyasına elmi əxlaq dərsi keçir. İllər keçsə də aktuallığını itirmir. Baş ayrılıqda bədənsiz öz mövcudluğunu təmin edə bilərmi? Professor Douel üçün bu sadəcə elmi məqsəd daşıyır, amma professor Kern üçün isə şöhrətpərəstlik xəstəliyi öz sözünü deyir. Yazıçı mümkünsüzü mümkün edib onun nəticələrini dəyərləndirməyə çağırır.
Yazıçının kədərli tərcümeyi-halı və şəxsiyyəti
Aleksandr Romanoviç Belyaev sovet dövrünün elmi-fantastikasının əsasını qoymuş yazıçı-fantastdır. Onun əsərləri gələcək zamanın ən aktual elmi-texniki problemlərini işıqlandırır.
O, Smolenskdə pravoslav keşişin ailəsində anadan olub. Bacısı və qardaşı xəstəlikdən dünyalarını dəyişdiklərindən atası Aleksandrda öz işinin davamını görmək istəyirdi. Elə bu səbəbdən atası oğlunu dini seminariyaya göndərir. Buna baxmayaraq atasının arzusu yerinə yetmir və Aleksandr seminariyanı ateist olaraq tərk edir. Atasına qarşı prinsipə Yeraslavlda yerləşən Demidov hüquq liseyinə qəbul olur. Atasının ölümündən sonra özü pul qazanmağa məcbur olan Alkeksandr, müəyyən müddət teatr üçün dekorasiyalar çəkmək, orkestrda musiqiçilik və repititorluq kimi işlərlərlə məşğul olsa da, qısa müddət ərzində tanınmış hüquqşünas olur və bu onun maddi vəziyyətini bir xeyli yaxşılaşdırır. Lakin 1914-cü ildə ədəbiyyat və teatr üçün hüquq sahəsini tərk edir. 35 yaşında isə ağır dərəcədə tuberkulyoz-plevrit xəstəliyinə düçar olur. 6 il yataq xəstəsi olur. Həyat yoldaşı onu "Mən xəstə insana baxmaq üçün ərə getməmişəm" deyərək onu tərk edir. Yazıçı bir müddət yaşlı anası və dayəsi ilə Yaltada yaşayır. Tibb, xarici dillər, tarix, texnika kimi elmləri öyrənir və Jül Vern, Herbert Uells və Konstantin Siolkovskinin əsərlərini oxuyur. 1923-cü ildən etibarən isə ciddi ədəbiyyat ilə məşğul olmağa başlayır. Yazıçı "Sovetin Jül Verni" adını qazanmağa müəyəssər olur. Xəstəlikdən iki qızını itirir və 1942-ci ildə İkinci Dünya müharibəsi vaxtı acından ölür.
O, maraqlı şəxsiyyətdir. Uşaq yaşlarından musiqi, ədəbiyyat və uçmağa hədsiz maraq göstərir. Yazıçı insan psixikası və beyninin funksiyaları, onların həyat, şüur, ruhla əlaqələrini öyrənkək istəyirdi, araşdırırdı. Beyin transplantasiyası mümkündürmü? Anabioz və onun geniş tətbiqləri hansı nəticələrə səbəb ola bilər. Bəs gen mühəndisliyi? Bütün bu problemlərin həllinə istiqamətlənmiş "Professor Douelin başı", "Sifətini itirmiş insan", "Yatmayan insan" və "Hoyti-Toyti" kimi əsərlər həsr olunmuşdur. O, öz əsərlərində gələcəkdə baş verəcək elmi nəaliyyətlər haqqında geniş məlumatlar vermişdir. "KES Ulduzu" əsərində müasir kosmik gəmilər haqqında ideyalar var. "Amfibiya insan" romanında isə transplantasiya haqqında təsəvvürlər yer alır. "Əbədi insan" əsərində biokimya və genetika elmlərinin uğurları haqqında danışılıb. "Ariel" romanı daha diqqətəlayiqdir. Çünki orada yerin cazibə qüvvəsinə qalib gələn insan haqqında söhbət gedir. O, heç nəsiz uça bilirdi.
Bütün bunlar ötən əsrin 20-30-cu illərində yazılmaları maraqlıdır. Bu yazıçının necə də möhtəşəm elmi təfəkkür və təxəyyülə sahib olduğunu göstərir. Belə yazıçılar zaman fərqi olmadan oxunmalıdırlar. Çünki onların işıqlandırdığı mövzular sadəcə elmi nəaliyyətlər deyil, bu elmi nəaliyyətlərin fəlsəfi, psixoloji, bioloji və nə əsası isə əxlaqi nəticələri haqqında düşüncələrdir.
Professor Douellin başı
Həyəcanverici süjet, elmi nəaliyyətlər və onların elmi və əxlaqi nəticələri, satqınlıq, səmimilik, vicdan kimi elementlər romanı izah etməyə kifayət edə bilər, amma bu məsələnin sadəcə bir tərəfidir. Digər tərəfdən mən elmi fantastikanın necə də vacib janr olduğunu görürəm. Məhz bu janrda kəskin əxlaq və etik mövzular, real problemlər nəzərdə tutularaq işıqlandırılır və yeni yanaşmalar kəşf olunur.
Birnəfəsə oxunan "Professor Douelin başı" bəzi məqamlarda qorxulu, bəzi məqamlarda mehriban və səmimi, bəzi məqamlarda isə gülməli xüsusiyyətləri ilə dünya ədəbiyyatında öz yerini tutmuş əsər hesab olunur. Ən əsası isə bu o əsərlərdən biridir ki, oxumağa başladıqdan sonra yalnız son səhifələrdə real həyata qayıda bilirsən və əsərin yaratdığı xoş təəssüratlar uzun müddət öz təsiri göstərir və sən hansı kitabsevərlərlə söhbət edirsənsə, son zamanlarda oxuduğun bu kitab haqqında gen-bol məlumat verirsən.
Düşünürəmsə, varam... - Rene Dekartın məşhur sitatı bir çox düşünürə yön göstərici olub. Axı bu mövzu həmişə insanın marağında olub: ruh insan bədəninin hansı hissəsindədir? Bu suala cavab qədim dövrlərdən insanları düşündürüb. Maraqlısı isə odur ki, xüsusiylə Okeaniya qəbilələri ruhun hardasa böyrək nahiyəsinin yaxınlığında olduğunu qeyd edirdilər. Bundan da daha maraqlısı odur ki, bu qəbilələr bunu bir-birilərindən xəbərsiz olaraq deyirdilər. Bu ayrı mövzu olsa da, elm insan beynini hər şeydən önəmli hesab edir. Elə Belyaev də insan beynini əbədiyaşar etdi. Beyin isə "Düşünürəmsə, varam" fikrini öz-özünə təkrar etdikdə varlığının fərqinə varır. Belyaev Douel, Brike və Toma obrazları ilə bizə düşünməyi bacaran insanlarla, düşünməyi bacarmayan insanları (bir az kobud səslənə bilər) ölümlərindən sonra, daha doğrusu bədənsiz, formalarını müqayisə etməyə çağırır.
Onu deyim ki, romandakı bütün macəraları kənara qoysaq, məni düşündürən əsas məsələ sadəcə baş formasında mövcud olmağın zavallılığı idi. Çünki belə olduqca tamamilə kənar amillərdən asılı qalıb heç bir şeyə qabil olmursan. Hətta insanın ən son edə biləcəyi şey olan intihar belə. Ona görə də "Düşünürəmsə, varam" fikri doğru ola bilər, amma başdan aşağı bədənsiz olmaq sadəcə məhrumluğun çox yüksək dərəcəsidir. Buna baxmayaraq, professor Doueli elmə olan həvəs və pak niyyət "ayaqda" saxlayırdı. O, özü də başa düşdü ki, əslində ən yaxşısı universal mexanizmə tabe olub bütün canlılar, bütün insanlar kimi normal ölməkdir. Normal, öz əcəli ilə ölmək gələcəyin dünyasında böyük xoşbəxtlik ola bilər.
Nəticələr
Müxtəlif insanların baş və bədənlərinin yer dəyişməsi oxucuya yeni və inanılmaz düşüncə üfüqləri bəxş edir. Yazıçı bunu yaxşı təsvir edir və oxucunu düşündürməyə çalışır. Elm adamlarının hansı məqsədlər üçün çalışdıqlarının, hansı sosial təbəqələrin "baş" formasındakı həyatlarının necə olacağı (bir növ düşüncə tərzlərinin), xəstəlik və çətinliklərlə mübarizə yolları, ölümə qalib gəlmək kimi nüanslar sizi də maraqlandırırsa, dərhal kitabı oxuyun.
Digər bəzi resenziyalarda əsərin daha çox uşaq və yeniyetmələrə istiqamətləndiyini, şablonların çox olduğunun, bəzi məqamların yersiz və nağılvari olduğu qeyd olunur. Mən bu fikirlərlə razı deyiləm və əsər haqqında tam fikrimi bu yazı ilə kifayət qədər geniş formada bildirdiyimi hesab edirəm.
İbrahim Niftiyev
XƏBƏR LENTİ
42 yaşlı qadın öz bədən quruluşu ilə təəccübləndirir-FOTO
Musiqi dinləməyin faydaları və zərərləri
Qatıqlı meyvə salatı (foto resept)
Kabab yeyənlərin nəzərinə-DİQQƏT
Köklü miso şorbası (foto resept)
Koronavirusda GİZLİ TƏHLÜKƏ: aylar sonra ortaya çıxır
"İndiki Ermənistan əslində Azərbaycanın tarixi torpağıdır"
Ermənistanın sonu yaxınlaşır
Ailə sirləri başqalarına deyilə bilər?
Kıvanç Tatlıtuğ rep oxuyacaq!
Qozun sağlamlığımıza faydaları
Yeni dövrün coğrafiyası (XV-XIX)-2
Dünyadan maraqlı faktlar (III hissə)
Dərinizi çirkli havalardan qoruyacaq maska
Ebru Şahin Mərakeş və Misir gündəmindədir
Sosial şəbəkədən qorxan ölkələr.
“Facebook” bunu da etdi
Gökhanın görüntüləri TƏƏCCÜBLƏNDİRDİ
Çavuşoğlu Lavrovla danışıb Ermənistana xəbərdarlıq edilməsini istədi
Nazirlikdən vətəndaşlara MÜRACİƏT: Məhkəməyə verin
Ölkədə gediş haqları dəyişibmi?
BÜRCLƏR bizə nə vəd edir? - 2 MAY
Hərbiçilərimiz Füzuli və Cəbrayılın girişində
Dünəndən qalan plovu yeməyin!
Fərqli saç aksessuarları
Bu geyim sonsuzluq yaradır
Ermənistanda hərbi vəziyyət rejimi davam edəcək
Qulaqda səslərin yaranma səbəbi
"Pelmeni" (foto-resept)
Kayli Cennerin daha bir yalanı üzə çıxdı-FOTO
Öyrəndim ki...
Şəhzadə Harry və Meghanın toyu
Zaman gedir, tələs
Gənc qızlar, zamana dəyər verin
58 yaşlı ulduz hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Yağış yağacaq, şimşək çaxacaq
İstirahət günü hava bakılıları sevindirəcək
"iPhone"nun qiyməti düşür
Azərbaycanda vitse-prezident vəzifəsi yaradılır - KONSTİTUSİYA DƏYİŞİR
Finalın adı məlum oldu
"Ana harayı" abidəsi ziyarətə hazırdır
Türkan Şoray sevincdən ağladı-FOTO
Cəbhədə güclü atışma başladı
Yay aylarının ən faydalı meyvələri
Banklar girov mənzilləri satdırır
Yapon geyşalarının sirri
Qaraciyərin böyüməsinin səbəbləri
Makiyajsız canlı görünməyin yolları
Yağlı xəmirdən "Napoleon" tortu (foto-resept)
Teylor Svift Uitni Hyustonun rekordunu təzələdi
- ŞƏRHLƏR