Bəzi analar özləri işlə məşğul olarkən, uşaqlar mane olmasın deyə onlara cizgi filminə baxmağı tapşırırlar.
Buyurun, cizgi filminin uşağa təsiri və cizgi filmini seyr etməyin qaydaları ilə tanış olun!
Analar, iş görərkən uşağınıza film seyr etdirməyin. Uşaqda danışma geriliyi və depressiv vəziyyətlərlə qarşılaşa bilərsiniz.
Uşaqlar nəzarətsiz şəkildə film seyr etdikdə, bu, uşaqların beyin inkişafına və davranışlarına qarşısıalınmaz şəkildə mənfi təsir edir. Bilməniz lazım olan ən əhəmiyyətli məsələ cizgi filmlərin uşaqları əyləndirmək məqsədi ilə seyr edilməməsidir. Mütəxəssislərin fikirincə, uşağın televiziya ilə mümkün olduqca gec tanış olmaları daha yaxşıdır.
Hər yaş qrupundan olan uşaqların cizgi filmlərindən aldığı mesajlar fərqlidir. 2,5 yaşında olan uşaqlar izlədiyini təqlid edir, 3-6 yaşdakılar izlədiyi cizgi film haqqında çoxlu suallar verir. Buna görə də hər yaş qrupundan olan uşaqlar fərqli cizgi filmlər izləməlidir. 2,5 yaş qrupu üçün anlayışlar, rənglər, heyvanlar ilə əlaqədar cizgi filmləri, 3-6 yaş qrupu oğlanlar üçün güc, qüvvət, döyüş elementləri olmayan filmlər, qızlar üçün xarici görünüşə həddindən artıq diqqət göstərən, xüsusilə nəyi isə nümayiş etdirən ünsürləri olmayan cizgi filmlər seçilməlidir. Cizgi filmi izləmə müddəti yaşa görə də dəyişməlidir. 1 yaşından əvvəl qətiyyən film və ya cizgi filmi izlənilməsini məsləhət görməyən mütəxəssislər 3 yaşından sonra gündə 1 saatda çox olmadan, 4-6 yaş arasında 1,5-2 saat seyr edilməsi lazım olduğunu söyləyir.
Davranış pozğunluğu və məsələyə düzgün istiqamətlənə bilməmək problemləri yaşanır
Cizgi filmi izləyən uşaq passiv olur və beyni tək bir nöqtəyə fokuslanır. Bu da uşaqların inkişafında geriləməyə səbəb olur. 3 yaşında olan uşaqların beyni tam inkişaf etmədiyi üçün bizim axıcı şəkildə gördüyümüz görünüşləri onlar kvadratlar formasında görə bilərlər. Buna görə uzun müddət cizgi filmi seyr edən uşağın beyni sürətli düşünməyə və sürətli hərəkət etməyə proqramlaşır. Sürətli düşünən uşaqlar da diqqətini yığa bilməz, beləcə, analiz qabiliyyəti meydana gəlməz və öyrənmə çətinliyi başlayar. Mütəxəssislər çox hərəkətli və hiperaktiv olan uşaqlarda bu elementin çox təsirli olduğu fikrindədirlər. Kiçik yaşlardakı uşaqlarda mühakimə qabiliyyəti inkişaf etmədiyindən, kiçik yaşdakı uşaqlar izlədiklərinin hansının doğru, ya da səhv olduğunu ayıra bilməyəcəklər.

Valideynlərin diqqət etməsi lazım olan əhəmiyyətli məsələlər:
Cizgi filmi izləməzdən əvvəl uşaqla razılığa gəlməlidirlər. "Bu proqram bitəndə TV bağlanacaq" deyilməlidir.
Qaydalara riayət etdikdə uşaqları mükafatlandırın.
Uşaq cizgi filmi izləyərkən mümkünsə, yanında oturmalı və sonradan xarakterlər haqqında uşaqla danışılmalıdır.
Böyüklər üçün olan proqramları uşaqlar qətiyyən izləməməlidir. Uşaqların yanında evlilik proqramlarını, reklamları və serialları seyr etməyin.
Televiziya və cizgi filmi seyr etmək yerinə kitab oxuma vərdişi qazandırılmalı, uşağın yaşına uyğun hekayələr oxunmalıdır.
Nitqin inkişafını dəstəkləyən oyunlara yer verilməlidır.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 67 yeni yoluxma - VİDEO
Skype-da gözlənilən yenilik gerçəkləşdi
2018-ci ildə dəbə istiqamət vermiş 12 məşhur
Sərt karantin günlərində çörək problemi yarana bilər? - AÇIQLAMA
Min ildənbir də dünyaya gəlməyən sənətkar
Koronavirusu ən çox yayan mahnı məlum oldu
Azərbaycan tarixindən yüz şəxsiyyət-87
Banklar əhalini necə aldadır?
Gözəl həyata sahib olmaq üçün nə etməli?
Kəsmikli piroq (video-resept)
İlham Əliyev: “Azad olunan ərazilərdə quruculuq işlərinə dost dövlətlərin şirkətləri dəvət edilib”
Murad Bozdan NİŞAN AÇIQLAMSI
Sabahın Havası
HAVA necə olacaq?-24 İyul
Rezidenturaya qəbul olmuş şəxslərin qeydiyyatı yekunlaşıb
Çimərlik geyimində paylaşımlar etdi, həyatı dəyişdi - FOTO
Polislərə Google Glass paylandı
Android 4.4 sürətlə populyarlaşır
Merve köhnə imicinə geri döndü - FOTO
“Evdə tək” filmində “Rembo” olarsa - VİDEO
Prezidentdən Mərkəzi Bankla bağlı sərəncam
Ebru Gündeş HAMİLƏDİR!-VİDEO
Ali məktəblərə ixtisas seçiminin nəticələri açıqlandı
Yatmadan əvvəl modemi söndürün
Bazar günü 28 699 abituriyent qəbul imtahanı verəcək
Məşhur cütlük AYRILDI
Bezdirən reklam SMS-lərinin sonu çatdı?
58 yaşlı ulduz hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Məşhur aktrisa diqqət mərkəzində-FOTO
Hamamda doğmuş qadın: "Hamilə olduğumu bilmirdim"
Günün ulduz falı - 06.10.2013
Göz rənginə görə göz qələmi seçimi
İşinizi asanlaşdıracaq praktik məsləhətlər
HAVA necə olacaq?-23 Sentyabr
Motorola yeni smartfon göstərəcək
40 dərəcə isti olacaq
Yerə meteorit düşüb? - VİDEO
Gənc qızlar üçün gündəlik geyimlər
Nuradan yeni fotossesiya - FOTO
2013-2014-cü il payız-qış mövsümünün ən gözəl dırnaq boyaları
İri, parlaq və bərk çiyələklər təhlükəlidir? - RƏSMİ CAVAB
Dadlı salat hazırlamağın sirləri
Azərbaycanda Məhərrəmlik başlayıb
Paris qan içində: 7 terror aktı, 153 ölü
Günün ulduz falı
Qadın.Netlilərin müsbət və mənfi cəhətləri (5-ci hissə)
Azərbaycan ordusu Kəlbəcərə yola düşüb - VİDEO
Güləşçilərimiz yenə birincidir
İran zibildən "qazanacaq"
Yağ yandıran cəfəri suyu















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]