Əvvəlcə sizə əsər barədə kiçik bir məlumat verim. Suzanna evli, 50 yaşlarına yaxın yaşı olan və iki böyük uşağı var: bir qız, bir oğlan. Özü müəllimə işləyir. Ailə həyatında çox xoşbəxtdir. Diş həkimi olan əri Joe onu çox sevir, o da ərini. Amma son günlər köhnə sevgilisi Jake onun yuxusuna girir və xəyal dünyasını alt-üst edir. Hələ gənc ikən atası onu güclə Fransaya oxumağa göndərir. Fransadaykən Jake ilə əlaqəsi kəsilir, bu azmış kimi qardaşının avtomobil qəzasında öldüyü xəbəri də ona çatır. Rəfiqəsi Karolinin köməkliyi ilə Suzanna həmin günlərin çətinliklə də olsa, öhdəsindən gələ bilir. Karolinin özünün də həyatı keşməkeşli olur. Suzannanın atası onu qardaşının dəfninə gəlməyə də qoymur. Biletin baha olduğunu bəhanə edib ona Fransada qalmağı tapşırır. Beləcə ata ilə qız arasındakı soyuq münasibət daha da soyuyur. Jakein yoxa çıxmağı da çox müəmmalı olur. İllər sonra Suzanna keçmişdə baş verən bir sıra müəmmalı hadisələri arayıb axtarmaq qərarına gəlir. Ona görə də o, anasının yanına getməyi düşünür. Anası Vivian vəkil olan əri Georgun ölümündən çox sarsılır və uzun müddət özünə gələ bilmir. Sağlamlığı da gerilədiyi üçün Suzanna anasının yanına getməyi dəqiq qərarlaşdırır. O, anasını qocalar evinə qoymaq qərarına gəlir. Çünki anası öz qəsəbələrindən ayrılmaq istəmir. Qızı isə anasını yanına bu səbəbə görə gətirə bilmir. Elə qəsəbələrində yaşlılar üçün sağlıq evi taparaq anasını oraya yerləşdirmək qərarına gəlir. Amma anası qəti etiraz edir. Anasını razı salmaq əsərboyu onun öhdəsinə düşür. Anasının yanına gələndən sonra atasının əşyalarının içində tapdığı bir sıra kağızlar onu Jakei axtarmağa daha da vadar edir. Qardaşının ölümü müəmmalı olmuş, Jakein onunla əlaqəsini kəsməyi müəmmalı olmuş, atasının müəmmalı sənədləri üzə çıxmış: bütün bunları araşdırmaq isə Suzannanın öz boynuna düşür. O, keçmişinə qayıtmalı olur. Bütün bunlar azmış kimi qızı da yeni bir problem yaratmağa başlayır. Keçmişində şok edici nələrin olduğunu öyrənə bilirmi və nələr öyrənir. Bunlar ona necə təsir edir? Bütün bunların hamısını əsəri oxusanız, başa düşəcəksiniz.
Əsərin qısa mövzusunu çatdırmağa çalışsam da, buna tamamlıqla nail ola bilmərəm. Çünki hadisələr bir-biri ilə o qədər bağlıdır ki, hər biri elə bir sürətlə inkişaf edir ki, əvvəlini bir qədər danışmağa başladınsa, dayana bilmir insan və sonuna qədər danışmaq istəyir. Əsər sizi daim oxumağa vadar edəcək. Kitabı əlinizdən yerə qoyduqda belə fikriniz orada qalacaq.
Əsər əsasən bir ailənin həyatından bəhs edir, amma əsərdə köməkçi obrazlar da var. Bir sıra insanların əziyyətli və keşməkeşli həyatları gözəl bir şəkildə izah edilib. Debbi Macomber, həqiqətən də, insanlararası münasibətləri qələmə almaqda usta imiş.
Əsərin əsas ideyası insanlara nəfəs aldıqları müddətdə heç nəyə gecikmədiklərini göstərməkdir. Əgər yaşayırsansa, demək, hər şey edə bilərsən. Hər bir səhvini belə düzəltmək gec deyil. Əsas odur ki, həyatındakı peşmanlıqları yox edəsən.
Debbi bu əsəri ilə mən deyərdim ki, bu günlə yaşamaq lazımdır fikrini yerlə bir edir. İnsana əgər keçmişində anlaşılmayan bir şeylərin vardırsa, bu günündə qətiyyən rahat ola bilməyəcəyini öyrədir. Bununla yanaşı bu anın, bu günün qədrini bilməyi də aşılayır. Keçmişin bilinməz, gizli qapılarını açarkən orada hər bir şeylə qarşılacağımıza hazır olmalıyıq. Əgər buna hazır deyiliksə, o zaman keçmişi qurdalamağa dəyməz.
Əsərdə dövrümüzün aktual problemlərindən biri olan ana-qız münasibətlərinə də geniş yer verilmişdir. Bundan əlavə ata-qız münasibətləri də pərdə arxası inkişaf edir və bizi tənqid edən və ya istədiyimizi verməyən bir adama qarşı o saat sərt olmamağımızı öyrədir. Hər bir kəsin özünə görə öz doğruları olur. Qarşı tərəfi sadəcə olaraq dinləmək və onu olduğu kimi qəbul etmək münasibətlərin yoluna düşməsi üçün atılmalı olan ən önəmli və ilk addımdır.
Mənim düşüncəmə görə kitablar yaratdığı təsirə görə 3 yerə bölünür. Birinci qism kitablar onlardır ki, oxuyarsan, ya başa düşməzsən, ya da nahaq yerə oxuduğunu düşünərsən.
İkinci qism kitabları isə böyük bir sevgi ilə oxuyarsan və uzun müddət onun təsiri altında qalarsan. Hələ ki, yeni kitaba başlamaq istəməzsən. Çünki onun təsiri belə onu oxuyarkən etdiyin istirahət, beyin dünyası səyahətinə bərabərdir.
Üçüncü qism kitablar isə oxuduqdan sonra sizdə elə gözəl bir təəssürat yaradır ki, siz dayana bilməyib yeni bir kitaba başlayırsınız. Bu gözəl təəssüratı əlinizə aldığınız yeni kitabda da axtarıb tapa bilirsiniz. Yəni, qısaca desəm, sizi daha da çox kitab oxumağa vadar edən əsərlər var ki, Debbi Macomerin “Bağçamda cücərən ümüdlər” əsəri də məhz bu əsərlərdəndir. Əsər insanda sanki müsbət bir aura yaranmağına kömək edir. Ona görə də hər birinizə imkan daxilində bu əsəri oxumağı tövsiyyə edirəm.
XƏBƏR LENTİ
42 yaşlı qadın öz bədən quruluşu ilə təəccübləndirir-FOTO
Musiqi dinləməyin faydaları və zərərləri
Qatıqlı meyvə salatı (foto resept)
Kabab yeyənlərin nəzərinə-DİQQƏT
Köklü miso şorbası (foto resept)
Koronavirusda GİZLİ TƏHLÜKƏ: aylar sonra ortaya çıxır
"İndiki Ermənistan əslində Azərbaycanın tarixi torpağıdır"
Ermənistanın sonu yaxınlaşır
Ailə sirləri başqalarına deyilə bilər?
Kıvanç Tatlıtuğ rep oxuyacaq!
Qozun sağlamlığımıza faydaları
Yeni dövrün coğrafiyası (XV-XIX)-2
Dünyadan maraqlı faktlar (III hissə)
Dərinizi çirkli havalardan qoruyacaq maska
Ebru Şahin Mərakeş və Misir gündəmindədir
Sosial şəbəkədən qorxan ölkələr.
“Facebook” bunu da etdi
Gökhanın görüntüləri TƏƏCCÜBLƏNDİRDİ
Çavuşoğlu Lavrovla danışıb Ermənistana xəbərdarlıq edilməsini istədi
Nazirlikdən vətəndaşlara MÜRACİƏT: Məhkəməyə verin
Ölkədə gediş haqları dəyişibmi?
BÜRCLƏR bizə nə vəd edir? - 2 MAY
Hərbiçilərimiz Füzuli və Cəbrayılın girişində
Dünəndən qalan plovu yeməyin!
Fərqli saç aksessuarları
Bu geyim sonsuzluq yaradır
Ermənistanda hərbi vəziyyət rejimi davam edəcək
Qulaqda səslərin yaranma səbəbi
"Pelmeni" (foto-resept)
Kayli Cennerin daha bir yalanı üzə çıxdı-FOTO
Öyrəndim ki...
Şəhzadə Harry və Meghanın toyu
Zaman gedir, tələs
Gənc qızlar, zamana dəyər verin
58 yaşlı ulduz hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Yağış yağacaq, şimşək çaxacaq
İstirahət günü hava bakılıları sevindirəcək
"iPhone"nun qiyməti düşür
Azərbaycanda vitse-prezident vəzifəsi yaradılır - KONSTİTUSİYA DƏYİŞİR
Finalın adı məlum oldu
"Ana harayı" abidəsi ziyarətə hazırdır
Türkan Şoray sevincdən ağladı-FOTO
Cəbhədə güclü atışma başladı
Yay aylarının ən faydalı meyvələri
Banklar girov mənzilləri satdırır
Yapon geyşalarının sirri
Qaraciyərin böyüməsinin səbəbləri
Makiyajsız canlı görünməyin yolları
Yağlı xəmirdən "Napoleon" tortu (foto-resept)
Teylor Svift Uitni Hyustonun rekordunu təzələdi
- ŞƏRHLƏR