Növbəti əsər təhlilimi sizə təqdim edirəm. Bu dəfə Debbie Macomberin "Kiçik möcüzələr dükanı" romanı oldu. Əsər cəmi 477 vərəqdir, amma əsərin son vərəqlərin əsərdə sözgedən ədyalın toxunma sxemi verilmişdir deyə o vərəqləri hesablamıram və əsəri 474 vərəqdə cəmləyirəm. Yəni, mənim üçün əsər 474 vərəqdir. Əsərin mövzu və təhlilini qısa tutmağa və əsas məqamları nəzərə çatdırmağa çalışmışam.
"Küçük mucizeler dükkanı" əsərinin original adı "Blossom küçəsindəki mağaza"-dır. Əsər axıcı bir süjet xəttinə sahibdir. Əsərdə bir sıra ailədaxili münasibətlər qabarıq şəkildə öz əksini tapıbdır. Bacı-bacı, ər-arvad, gəlin-qaynana münasibətəlri xüsusilə qabardılan mövzulardandır. Dövrümüzdə əsasən də gəlin-qaynana münasibətləri daha çox aktualdır. Əsərdə gəlin-qaynana münasibətləri və onların necə yoluna qoyulması gözəl bir şəkildə təsvir edilibdir. Debbie Macomber hər bir personajın daxili hisslərini gözəl şəkildə izah edə bilir, daha doğrusu, Debbie insanların iç dünyasını zahirə yansıtmağın gözəl üsullarını tapıbdır. Əsərin süjet xətti barədə bir qədər məlumat verim:
Lydia Hoffman: özünü dərk etməyə başlayandan beynindəki xərçənglə mübarizə aparan biridir. Yaşı artıq 30-a çatmış və iki dəfə xərçəngin öhdəsindən gəlmişdir. Hər ikisində ona əsas dəstəyi atası vermiş və atasının sayəsində müalicə alaraq, əməliyyat olunaraq sağalmışdır, amma bunda tam sağalmaq demək olmazdı. Çünki baş ağrıları tamamilə getməmiş və xəstəliyi ikinci dəfə qayıtmışdır deyə daim həkim nəzarəti altında və müalicələrdə idi. Üçüncü dəfə də xəstəliyinin geri qayıtdığını öyrənmək onun həyatını alt-üst edir. Bu vəziyyətin öhdəsindən necə başa çıxır? Bunu əsəri oxuyanda bilərsiniz. Lydianın bacısı onunla qətiyyən yola getmir və Lydia onun ailənin diqqətini özünə cəmləməsi üçün xəstələndiyini belə düşündüyünü də düşünür. Amma bir gün bacıların münasibətində anidən bir dəyişiklik yaranır. Bunun səbəbi nədir? Bu dəyişiklik necə baş verir? Sualların cavabı əsərin özündədir. Lydia ömrü boyu xəstəliklə mübarizə aparsa da, həyat dolu bir insandır. O, toxumağı bacarır və Blossom küçəsində bir mağaza kirayələyir. O, burada toxuma kursları açır. İlk olaraq isə uşaq ədyalı toxumağı öyrədir ki, bu ədyalın toxunma qaydasını yazıçı əsərin sonunda qeyd edir. Axı Debbie əsərini yaşanmışlıqlar üzərinə yazır.
Növbəti qəhrəmanımız Jacqueline Donovandır. Bir oğlu var və heç də xoşbəxt olmadığı bir əri var. O, ərinin ona illərdir sarışın bir gənc xanımla xəyanət etdiyini düşünür. Yoldaşı hər ikinci günlər evə gəlmir, gecəni məşuqəsinin yanında keçirir və onun üçün çoxlu pul xərcləyir. Artıq illərdir ki, Jacqueline otaqlarını belə ayırmışdır, amma o, ərini hələ də ilk gördüyü günkü kimi sevir. Bəs bu münasibətlərin sonu necə olacaq? Məşuqə məsələsini öz həllini tapacaqmı, yoxsa ailə boşanma prosesinəmi sürüklənəcək? Əsəri oxuyarkən bu sualların cavabını tapacaqsınız. Jacquelinenin oğlu Paul Asiyalı bir qıza aşiq olmuş və valideynlərinə belə demədən onunla evlənmişdir. Yeni gəlin olan Tammie Lee artıq hamilədir və Jacqueline ona nəinki nifrət etmək, hətta ondan iyrənir. Amma oğlu ilə araları dəyməsin deyə gəlinə dözməli olur.
Digər bir qəhrəmanımız isə Carol Girarddır. Carol hamiləliyi arzulayan, ana olmaq istəyən, amma bunu bacarmayan biridir. Ər-arvad valideyn olmağı çox istəyir, amma uzun müalicələr, süni mayalanmalar belə onlara kömək etmir. Bir-birilərini sevsələr belə, Carol düşünür ki, uşaq olmasa, yoldaşının ona olan sevgisi azalacaqdır. Yoldaşı ona bunun əksini daim sübut etsə belə, Carol buna inanmır. Carol özü işgüzar xanımdır və çox gözəl işi vardır. Amma son şansları var. Sonuncu dəfə süni mayalanma prosesi olacaq deyə o, işdən çıxmalı və istirahət etməlidir. Hadisələr necə cərəyan edir? Carol hamiləliyini həyata keçirə və ya onu qoruyub saxlaya bilirmi? Girardlar ailəsindən nəhayət ki, körpə səsi gəlirmi? Bax bunu əsəri oxusanız, biləcəksiniz.
Növbə isə sıradakı qəhrəmanımıza gəlib çatdı: Alix Townsend. Alix Blossom küçəsindəki film kirayələmə mağazasında işləyir. O, qotika stilində geyinir, hətta saçlarının rəngi belə gənc bir qıza yaraşmayan tərzdədir. İş və ev yoldaşı olan Laurelin ucbatından məhkəməyə düşmüş və ictimai işlər cəzası almışdır. Laurel işlətdiyi narkotik vasitəni Alixin çantasında gizlətmiş və beləcə tutulan Alix olmuşdur. Laurel isə günahını boynuna almamış və rəfiqəsini yarı yolda qoymuşdur. Lydianın açdığı toxuculuq kursları onun üçün yerinə düşmüş sayılır. Çünki körpə ədyalı toxuduğu saatları ictimai iş üçün çıxmaq olardı. Belə ki, o, toxuduğu ədyalları İcmitai kömək fonduna təhvil verəcəkdi.
Gördüyünüz kimi əsərdə həyat tərzləri, dünyaya baxış tərzləri tamamilə bir-birindən uzaq olan insanlar təsvir edilmişdir. Amma onları bir araya gətirən "Bir yumaq xoşbəxtlik" adlı toxuculuq kursları olur. Onların həyatları burada kəsişir və müəyyən dəyişikliklərə uğrayır. Həyat onların hər biri üçün xüsusi və gözlənilməz surprizlər hazırlamışdır. Pis və ya yaxşı, fərq etməz, hər kəs bunu qəbul etmək və həyatından razı olmaq məcburiyyətindədir. Əsərdə müəyyən başlıqlarda toxuculuqla əlaqəli gözəl cümlələr belə yer almışdır. Misal üçün: İplər ilməklərə can verər, toxuma dostluq tellərini gücləndirər, əl işləri isə nəsilləri bir-birinə bağlayar (Karen Alfke). Toxumaq üçün səbri olmadığını deyən adamlar əslində toxumaqla həyatlarındakı ən böyük dəyişikliyi dadanlardır (Sally Melville).
Əsərdə toxuculuğun önəmi və həyatımızdakı yeri sırf bu cümlələrlə belə nəzərə çatdırılmışdır. Mən deyərdim ki, toxuculuğun təbliği bu əsərdə dostluq, ailə münasibətləri fonunda öz əksini tapmışdır. Debbie Macomberin özü də toxuma həvəskarıdır və çox gözəl əl işləri ərsəyə gətirən bir xanımdır. Əsərdə Macomberin tərzi olan ailədaxili münasibətlər öz əksini tapmışdır. Bunu artıq qeyd etmişəm. Əsəri oxuyarkən bəzən adam elə gəlir ki, ailədaxili bir psixoloqla söhbət edir insan. Bədii əsər olmağına baxmayaraq əsərin xüsusi bir ağırlığı yoxdur. Süjet xətti anlayışlıdır və dolaşıqlıqdan uzaqdır. Qeyd etdiyim kimi əsərin özü sadə dildə və axıcı bir formada yazılmışdır. Əvvəldə qeyd etmişdim ki, əsərdə dövrümüzün aktual problemi olan gəlin-qaynana münasibəti təsvir edilmişdir. Bu münasibətlərin, eləcə də bacı-bacı, ər-arvad, ana-oğul və dostluq münasibətlərinin mükəmməl bir şəkildə təsrivi onu göstərir ki, Debbie Macomber öz işinin ustasıdır. Hər əsərdə bu münasibətlərinin hamısını və belə gözəl təsviri tapmaq mümkün deyil.
Əsərin əsas ideyası mən deyərdim ki, həyat və həyata nikbin baxışın təbliğidir. Yazıçı oxuculara həyatı gözəl yaşamağa və yaşadıqları hər anın qədrini bilməyi müsajını ötürür. Həyat çox qısadır və bir dəqiqə sonra belə başımıza nələrin gələcəyini bilə bilmərik. Əsərin qəhrəmanlarının hər birinin başına gözləmədikləri anda gözləmədikləri hadisə gəlir. Amma onların hər biri güclüdür və bu kimi halların öhdəsindən gələ bilərlər. Eləcə də biz insanlar da güclü olmalı və həyatımızda baş verə biləcək hər cür hadisəyə qarşı güclü olmalı və onlara qarşı hazır olmalıyıq.
XƏBƏR LENTİ
Şokoladlı truffle (foto resept)
Uşaq geyimləri
Otaq yoldaşınızla aydınlaşdırmalı olduğunuz mövzular
O neçə gündür ana olub?
DÇ-2014.Püşkatama
Nazirlik xəbərdarlıq edir: Endirimli mallar alarkən diqqətli olun!
Facebook harada daha populyardır?
Yulaflı peçenye (foto resept)
Viktoriya Devid Bekhemdən danışdı-FOTO
Ronaldo Yeni İmicdə-FOTO
Türkiyədə zəlzələ əhalini təşvişə saldı
Dəfələrlə istifadə edilə bilən kağız icad olundu
Nəqliyyatdakı ağıllı kartlar neçə avtobusda işləyəcək?
Alimlər yeni tapılan həşərata Ledi Qaqanın adını verdilər-FOTO
Azərbaycanın çövkən oyunu UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına salındı
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Uşaq otaqları üçün xalça modelləri
Sobada yumurtalı ispanak (foto-resept)
"Mançini "Yuventus"a öz gücünü göstərmək istəyəcək"
Qadına hər yaşda lazım olan vitaminlər
Kəlbəcər rayonunun Allıkənd kəndindən görüntülər – VİDEO
Düzgün duruş üçün nə etməliyik?
Handenin FOTOsunu 1 milyondan çox adam bəyəndi
Günəş şüalarının qarşısını alan maskalar
İspan dili (xüsusi dərs)
Günün ulduz falı - 22.02.2014
Paşinyanın “sağ əli” məhv edilib
Metronun fəaliyyəti bərpa edilə bilər: SMS icazə ləğv ediləcək? - AÇIQLAMA
Uitni Hyuston haqqında bioqrafik film çəkilir
Uşağınız astma xəstəliyinə tutulubsa...
50 ildən sonra azad edilən fil göz yaşı tökdü
Kira Naytli qızına "Disney" cizgifilmlərini qadağan etdi-SƏBƏB
Cennifer bu dəfə də hamını özünə heyran qoydu - FOTO
Qız qalasındakı çılpaq kişi ilə bağlı açıqlama
Qışda dondurmanın faydaları - Ekspert rəyi
Qorunan qala-İnsan bədəni
ÜST-dən məyusedici peyvənd açıqlaması
"Azərbaycanda qripə yoluxma halları artıb"
İranda zəlzələ oldu
Kate Middleton gözəlliyi ilə hər kəsin diqqətini çəkdi-FOTO
Qısaboylu insanların qarşılaşdığı problemlər
23 yaşında aldığı qəsri təzələdi - FOTO
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Milyarderlərin yeni siyahısı AÇIQLANDI
Prezidentin köməkçisindən məktəblərin fəaliyyətinin bərpası ilə bağlı VACİB AÇIQLAMA
Dünya çempionatının təqvimi
Son günlərdə ən məşhur modellər
Azərbaycanlıların tanımadığı ev heyvanı (FOTO, VIDEO)
İsmayıllıda bir sinfin beş şagirdi 600-dən yuxarı bal yığdı
Gəlin-qaynana mübahisəsində günah kimdədir?
- ŞƏRHLƏR