Hermann Hessenin “Yalquzaq” əsəri, iyirminci əsrin ikinci yarısında, nonkorformist mədəniyyətə posmodernist ədəbiyyatın prinsiplərini tətbiq edən əsər olmuşdur. Bu elə bir romandır ki, əgər bu roman olmasaydı, iyirminci əsr avanqardizmində də çox şey olmazdı. Filmlər, musiqi və bədii təsvir bu romandan çox şeyi götürüb. Neçə-neçə insan ruhuna məhz bu romanla səyahət etmişlər. Təəccüblənirsiz ki niyə və necə? Oxuyun o zaman anlayacaqsınız.
Son vaxtlar çalışıram ki, fəlsəfə və ezoterika vasitəsiylə əsas mövzusu özünü, “mən”-i tapmaq olan kitablar oxuyum. Niyə? Belə hesab edərdim ki, mən gözəl, firavan ailə qurub uşaq dünyaya gətirmək istəməyən, gözəl karyera qurmaq istəməyən, səs-küylü qələbəlikdən uzaq durub qürub edən günəşə baxıb, yanımda olan kağıza cızma-qara etmək istəyən birisiyəm. Mən tək qalmaq və sərhədləri aşmaq istəyirəm. Halbuki, tam olaraq belə deyiləm. Əgər təsvir etdiyim kimi olsaydım, mənə Budda demək olardı. “Yalquzaq” isə yuxarıdakı cümlələrdə öz əksini tapan mövzular arasında ən möhtəşəmi, ən fövqəli və dəyərlisi çıxdı. Elə ilk cümlələrdən romanın mövzusunun əbədi mövzu olduğu bilinir. Meşşan və burjua cəmiyyətinə yad olan bir insanın daxili üsyanına səs verməsi. Roman tamamilə fərqli yollar və dərmanlar təqdim edir.
Yalquzaq, kütləvi-ictimai dəyərsizliyi anlamaq, ruhun təmizlənməsi, qorxu və ehtirasların axtarışı, köhnə dəyər və bütlərin darma-dağın edilməsi, ruhi əlkimyanın oyanışı, ən əsası isə, əbədi baş verən oyunların ifşası ilə əlaqədar metamorfik, sanki gözəl klassik musiqi kimi səslənən və bu musiqidən sonra yaranan səssizliyi ilə insana həqiqətləri başa salan, dünya ədəbiyyatının zirvəsindən bizləri səsləyən, yeni zirvələri axtaran bir əsərdir.
Yəqin bu sizin də başınıza gəlib. Hansısa möcüzəvi yolla ruhun dərinliyinə qədər üzməyə müvəffəq olan hansısa musiqi, hansısa rəsm əsəri və ya indiki halda roman olur. Dinləyirsən, görürsən və düşünürsən. Sanki, daxilimdə çoxdandı cücərməyi gözləyən toxumun çat verərək içindən yaşıl gövdəsini gördüm, səssizlik yaşadım. Bu səssizliyi, sehrli anı pozmaq istəmədim uzun müddət.
Kitabı sadəcə “özünüdərk” və “ruhi transformasiya” kimi terminlərlə əlaqələndirəcək olsaq, kitabı özümüzlə məhdudlaşdırıb, çoxlarının etdiyi banal adlandırmalardan istifadə etmiş olarıq. Kitabı həqiqi mənada başa düşən o kəsdir ki, ondan sitatlar seçib ağıllı-ağıllı danışmasın, onun haqqında sadəcə yaxşı resenziya yazmasın. O kəs bu kitabı, şah əsəri anlayar ki, yaranmış səssizliyin və gördüyü işığın səsini eşitsin.
Dostlar, gəlin roman haqqında lazım olduğundan çox danışmayaq. Filan obraz belədir, filan obrazın psixoloji portreti elədir.Hadisələr və obrazlar filan şeyi simvolizə edir, etmir və s. Belə cümlələr hər birimizi yorar və bu roman üçün uyğun gəlmir. Sadəcə oxumaq, özündən nə isə axtarıb tapmaq, düşüncələrə dalmaq və zövq almaq düşər bizim üstümüzə. Bunda tərcümənin də rolu az deyil. Azərbaycan türkcəsində hələ belə tərcümə oxumamışdım. Tərcüməçi Vilayət Hacıyev elə tərcümə edib ki, elə bil roman öz dilimizdə yazılıb. Vilayət müəllimə öz təşəkkürümü bildirirəm ki, bizi belə gözəl əsərlə gözəl tərcümə ilə qovuşdurub.
Kitabdan seçmələr:
Fikrim-düşüncəm şan-şöhrət həvəsindəydi, böyük sənətkar olmaq arzusu ilə yaşayırdım. Ancaq qəlbimi sarmış bu alovların ən güclüsü, ən odlusu, ən dəhşətlisi məhəbbət alovu, qadın həsrəti, əvvəlcədən duyduğum üzüntülü nəşə həvəsiydi. Hermann Hesse – Yalquzaq
Ehey, oğul bala, bəlkə, qarnın ağrıyır, için doğranır? Yoxsa öz oxucuların, ölü canların, o zavallı qarınquluların, ya da kitabyığanların, lənətə gəlmiş aravuranların, qılıncoynadanların yadına düşdü? Yaman əjdahasan, adam lap gülər, gülməkdən ölər, qarnı cırılar, şalvarı doldurar! Ay səfeh bəndə, de nə görmüsən kitab-dəftərdə, sonsuz kədərdə? Sən gəl incimə – bir şam da məndə! Çərənlədin, pərənlədin, düzənlədin, quyruğunu düyünlədin, axırda da peyinlədin! Allahdan buyruq, şeytandan qulluq: dartıb aparacaq, canını alacaq! Cavab ver indi: niyə yazıbsan, kimdən oğurlayıbsan? Burada lap ağ elədi. Qəzəb məni boğdu, kədərlənməyə macal vermədi. Əl atıb hörüyündən yapışdım. Uçmağa başladı və uçduqca da hörük uzandı. Sanki, quyruqlu ulduz idi, mən də ucundan yapışıb dünyanın başı üzərində fırlanırdım. H.Hesse – Yalquzaq
Elədir, həyat həmişə dəhşət olub. Heç nədə günahımız yoxdur, lakin hər şeyə cavabdehik. İnsan elə yaranan gündən günaha batır. Əgər bunu bilmirsinizsə, deməli, çox müəmmalı ilahiyyat dərsi almısınız. H.Hesse – Yalquzaq
Sən haqlısan, ay Yalquzaq! Lap yüz dəfə, min dəfə haqlısan, ancaq bununla belə, məhv olmalısan! Sən bu günün sadə, rahat, az şeyə qane olan dünyası üçün həddən artıq iddialısan, acsan. Ona görə də dünya səni özündən kənar edəcək, çünki sənin ölçü daşın o istədiyindən bir az ağırdır. Kim bu gün yaşamaq, aşadığı həyatdan da zövq almaq istəyirsə, gərək sənin kimi, mənim kimi adam olmasın. Bu özəl dünya dınqıltı əvəzinə musiqi, əyləncə əvəzinə sevinc, pul əvəzinə mənəvi dünya, hay-küy əvəzinə əsl iş, yalançı inilti-sızıltı əvəzinə əsl iztirab istəyən adamlar üçün heç vaxt vətən ola bilməz! H.Hesse – Yalquzaq
Elə müqəddəslər var ki, onlar da əvvəlcə dəhşətli günahlar içində boğulublar, ancaq günahın özü də müqəddəsliyə aparan yol ola bilər. Günah da, əxlaqsızlıq da... Yəqin, güləcəksən, lakin mənə çox vaxt elə gəlir ki, bəlkə, dostum Pablo da kəşf olunmamış müqəddəsdir. Eh, Harri, öz evimizə çatmaq üçün biz nə qədər dəhşətli, mənasız yollar keçməliyik! Heç kəsimiz də yoxdur ki, bizi bu yolla aparsın. Yeganə bələdçimiz həsrətdir! H.Hesse – Yalquzaq
– Necə də pis səslənir! «Vəhşi!» «Yırtıcı heyvan!» – heyvanlar haqqında belə danışmaq olmaz! Düzdür, çox vaxt dəhşətli olurlar, ancaq insanlara nisbətən daha təbiidirlər.
– «Təbii» nədir? Bununla nə demək istəyirsən?
– Məsələn, götür o heyvanlardan birini: ya pişiyi, ya iti, ya quşları, ya da lap elə heyvanxanadakı iri, gözəl pumanı, zürafəni! Görəcəksən ki, hamısı təbiidir, heç biri heç nədən çəkinəcəkli deyil, nə edəcəklərini, necə edəcəklərini də yaxşı bilirlər. Heç biri sənin xoşuna gəlmək üçün artistlik eləməz. Daşlar, çiçəklər, göydəki ulduzlar kimi necə varsa, elə də qalacaqlar. Başa düşürsən? H.Hesse - Yalquzaq
İbrahim.N
XƏBƏR LENTİ
Süni mayalanma günahdırmı?
Britni Spirs Useyn Boltun rekordunu “qırdı”?
Bakıda “Birmanatlıq” taksilər LƏĞV EDİLİR - RƏSMİ
Əqiq daşı
Dərslər nə vaxt başlayacaq? - Nazirdən açıqlama
Ən güclü Fiat 500
Evi olmayan gənc ailələrə xoş xəbər!
Çində dünya rekordu: 1374 dron eyni anda havada
Bu ölkəyə bayram haram oldu
Mərkəzi Afrika Respublikasının prezidenti istefa verdi
Ordumuz şəhid verdi
Vanna otağı dekorasiyası
Cüt yumurta əkizi nədir?
Ermənilər yenə itkilərini açıqladılar - 50 ölü
Bu yay dəhşətli isti olacaq
Sümüklərinizin sağlamlığını qoruyun
Sərdar Ortaç vəsiyyətini açıqladı – 30 milyonluq evini...
Prezident və xanımı parkda sakinlərlə görüşdü - FOTO
Manatın MƏZƏNNƏSİ
Defne Samyelin qızı da aktrisalığa başladı
Salfetlə süfrələrinizi bəzəyin (1-ci hissə)
Dünya onların gözündən baxın
Azərbaycanın təbii-coğrafi şəraiti-1
17 dərəcə isti olacaq
Həclə bağlı SEVİNDİRMƏYƏN qərar
Kəpəyi necə yox etməli?
Həftəsonu Azərbaycanda hava necə keçəcək?
Genetiklər insan genini İİV-dən təmizləməyi öyrəniblər
Rusiya Suriyaya lazımi texnika verəcək
Baş infeksionist: “Xəstələrin xəstəxanalara gec yerləşdirilməsi ölüm sayının artmasına səbəb olur”
İşçiləri 240 min dollar maaş alır
Ən təhlükəli silah: makiyaj
Dünyanın ən uzunsaçlı kişisi
Ebru Şahinə yeni TƏKLİF
Rusiyanın məşhur qəzetində sual - "Niyə Azərbaycan?.."
Məşhur film haqda 40 il sonra gələn etiraf
Məşhur aktyoru kimsə tanımadı-FOTO
Evlilikdə məntiqsiz düşüncə və inanclar
Unikal heykəl tapıldı
Səhnədə Ziynet Salının ürəyi getdi-FOTO
Ordumuz düşmənin səkkiz topunu canlı qüvvəsi ilə birlikdə məhv edib - VİDEO
İki "Çalıquşu"nun bənzərlikləri və fərqləri
Bakıya 151 avtobus gətiriləcək
İlham Əliyev selfi çəkdirdi
Şəkər xəstələri üçün maffinlər (foto resept)
Kələm salatı (foto-resept)
WhatsApp-la bağlı sirr açıldı
Sabahın hava proqnozu açıqlandı
Devid Bekhemdən Viktoriyaya SURPRİZ-FOTO
Avtobuslardan istifadə nə vaxtadək pulsuz olacaq? - AÇIQLAMA
- ŞƏRHLƏR